Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında



Yüklə 249,7 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix06.02.2018
ölçüsü249,7 Kb.
#25982
  1   2   3   4   5   6   7


 

 



Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün  

Azərbaycan Respublikasında tətbiqinə dair  

qarşılıqlı anlaşma haqqında  

 

MEMORANDUM 

 

 

17  iyun  2003-cü  il  tarixində  Londonda  keçirilmiş  Beynəlxalq  Konfransda 



Azərbaycan  Respublikasının  Mədən  Hasilatı  üzrə  Şəffaflıq  Təşəbbüsünə  (“MHŞT”) 

qoşulması ilə bağlı Azərbaycan Respublikası hökumətinin (“Hökumət”) üzərinə düşən 

öhdəliklərin həyata keçirilməsini təmin etmək məqsədilə: 

 



Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  13  noyabr  2003-cü  il  tarixli 

sərəncamına əsasən yaradılmış MHŞT üzrə Komissiya (“Komissiya”);  

 

Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici 



şirkətlər (Əlavə 1-də təfsilatı ilə verildiyi kimi “Şirkətlər Qrupu”); 

 



Azərbaycan  Respublikası  “Mədən  Sənayesində  Şəffaflığın  Artırılması” 

Koalisiyasına  daxil  olan  qeyri-hökumət  təşkilatları  (Əlavə  2-də  təfsilatı  ilə 

verildiyi kimi “QHT Koalisiyası”), 

Ayrı-ayrılıqda “Tərəf”, ümumilikdə isə“Tərəflər” adlanmaqla: 

a)

 

Hökumətin neft, qaz, qızıl və gümüş hasilatı ilə məşğul olan sənaye sahələrində 



əldə  edilən  gəlirlərin  şəffaflığının  artırılmasında  əldə  etdiyi  uğurunu 

alqışlayaraq, 

b)

 

24  noyabr  2004-cü  il  tarixində  Bakıda  imzalanmış  MHŞT-nin  Azərbaycan 



Respublikasında  tətbiqinə  dair  qarşılıqlı  anlaşma  haqqında  Memorandum    və 

oktyabr  2009-cu  il  tarixində  Bakıda  imzalanmış  MHŞT-nin  Azərbaycanda 

tətbiqinə dair Çoxtərəfli Qrupun

1

 (“ÇQ”) təşkili və fəaliyyəti haqqında Razılaşma 



(“ÇQ Razılaşması”) əsasında Tərəflərin fəaliyyətini yüksək qiymətləndirərək, 

c)

 



MHŞT-nin  Azərbaycanda  tətbiqi  mexanizmini  təkmilləşdirmək  və  2013-cü  ilin 

may  ayında  Sidney  şəhərində  keçirilmiş  MHŞT  üzrə  6-cı  Qlobal  Konfransda 

qəbul  edilmiş  MHŞT  Standartının

2

 Azərbaycanda  tətbiqini  təmin  etmək 



məqsədilə,  24  noyabr  2004-cü  il  tarixli  Memorandumun  və  ÇQ  Razılaşmasının 

müddəalarını  vahid  sənəddə  əks  etdirməklə Memorandumun  yeni  redaksiyada 

tərtib edilməsini vacib sayaraq

Azərbaycanda  MHŞT-nin  davamlı  tətbiqini  və  MHŞT  Standartına  uyğun  ölkə 

statusunun saxlanmasını təmin etmək məqsədilə aşağıdakılar barədə razılığa gəldilər: 

 

                                                 



1

 Beynəlxalq terminologiyada “Multi-stakeholder group”. 

2

 http://eiti.org/document/standard 




 

 



1. Çoxtərəfli Qrup 

Memorandum  çərçivəsində,  Azərbaycan  Respublikasında  tətbiq  olunan  MHŞT 

prosesini  təkmilləşdirmək,  prosesin  inkişafı  üzərində  səmərəli  çoxtərəfli  nəzarəti  və 

idarəetməni  təmin  etmək  məqsədi  ilə  Tərəflərin  nümayəndələrindən  ibarət  ÇQ  təşkil 

edilir. 

 

1.1



 

ÇQ-nin hüquq və vəzifələri  

1.1.1.


 

ÇQ  MHŞT  Standartına  uyğun  olaraq  fəaliyyət  göstərir  və  aşağıdakı  hüquq  və 

vəzifələrə malikdir: 

a)

 



MHŞT üzrə illik İş Planını hazırlamaq və təsdiq etmək

b)

 



MHŞT çərçivəsində əhəmiyyətli gəlir mənbələrini və bu gəlir mənbələri üzrə 

əhəmiyyətli hesab olunan məbləğ/həcmlərin səviyyəsini təyin etmək;  

c)

 

Hökumət  və  Şirkətlər  Qrupu  üzvü  olan  yerli  və  xarici  şirkətlər  (“Şirkətlər 



Qrupu  Üzvləri”)  üçün  hesabat  formalarını  təsdiq  etmək,  lazım  gəldikdə  bu 

formalara müvafiq əlavə və dəyişikliklər etmək; 

ç)  Hökumət  və  Şirkətlər  Qrupu  Üzvlərinin  hesabatlarının  tutuşdurulmasını  həyata 

keçirəcək Müstəqil Administratorun

3

 (“Administrator”un) seçilmə qaydası və fəaliyyət 



dairəsini müəyyən etmək, Administratoru seçmək və təsdiq etmək;  

d)  Administratorun Rəyini dinləmək, qəbul etmək və ya yenidən işlənmək üçün geri 

qaytarmaq;e)  QHT Koalisiyasının Rəyini dinləmək, düzəlişlər təklif etmək və nəzərə 

almaq; 


ə)    Ölkə  üzrə  MHŞT  Hesabatını

4

 (bu  Memorandumun  2-ci  bəndinə  uyğun  olaraq)  və 



İllik Fəaliyyət Hesabatını

5

 (bu Memorandumun 1.7 bəndinə uyğun olaraq) hazırlamaq, 



təsdiq  etmək,  nəşr  etdirmək  və  yaymaq;f)      MHŞT-nin  inkişafı  və  təkmilləşdirilməsi 

barədə təkliflərlə çıxış etmək; 

g)    Ölkədə  MHŞT-nin  vəziyyətini  qiymətləndirmək  üçün  MHŞT  üzrə  Beynəlxalq 

Katiblik tərəfindən aparılan Qiymətləndirmə

6

 prosesində iştirak etmək; 



ğ)  Tərəflərə, beynəlxalq təsisatlara müraciətlər etmək və tövsiyələr hazırlamaq; 

h)  MHŞT  ilə  əlaqədar  məsələlərin  araşdırılması  və  onlara  dair  təkliflərin  hazırlanması 

üçün ekspertlər cəlb etmək və ya işçi qruplar yaratmaq. 

 

1.2



 

ÇQ-nin tərkibi  

1.2.1.


 

Tərəflərin  hər  biri  ÇQ-yə  eyni  hüquqa  malik  olan  3  (üç)  əsas  üzv  və  3-dək 

(üçədək) əvəzedici üzv təyin edir. 

1.2.2.


 

Hər növbəti ilin 1 mart tarixinə qədər Tərəflər rəsmi olaraq təyin etdikləri əsas və 

əvəzedici üzvlərin siyahısını MHŞT üzrə Katibliyə təqdim edir.  

                                                 

3

 Beynəlxalq terminologiyada “Independent Administrator”. 



4

 Beynəlxalq terminologiyada “EITI Report”. 

5

 Beynəlxalq terminologiyada “Annual activity report”. 



6

 Beynəlxalq terminologiyada “Validation”. 




Yüklə 249,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə