Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında



Yüklə 249,7 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix06.02.2018
ölçüsü249,7 Kb.
#25982
1   2   3   4   5   6   7

 

 



1.2.3.

 

Əvəzedici  üzvlər  ÇQ-nin  iclaslarında  müşahidəçi  kimi  iştirak  etmək  hüququna 



malikdirlər. ÇQ-nin iclaslarında əsas üzv iştirak etmədikdə onun səlahiyyətlərini 

əvəzedici üzv həyata keçirir. 

1.2.4.

 

Tərəflər təyin etdikləri əsas və əvəzedici üzvləri il ərzində MHŞT üzrə Katibliyi 



yazılı şəkildə məlumatlandırmaqla dəyişə bilərlər. 

1.2.5.


 

ÇQ  üzvü  səlahiyyət  dövrünün  bitməsinə  qədər  hər  hansı  səbəbdən  ÇQ-ni  tərk 

etməli  olduqda  bu  barədə  5  (beş)  iş  günü  əvvəl  ÇQ  üzvlərinə  yazılı  bildiriş 

göndərir.  

 

1.3

 

 

ÇQ-nin iclasları  

1.3.1.


 

ÇQ-nin iclasları ildə azı 4 (dörd) dəfə keçirilir. 

1.3.2.

 

ÇQ-nin iclasları Tərəflərin hər birindən azı 2 (iki) üzv iştirak etdikdə keçirilir və 



səlahiyyətli hesab olunur.  

1.3.3.


 

ÇQ-nin  iclaslarında  yalnız  ÇQ-nin  əsas  üzvləri,  əvəzedici  üzvləri  və  ÇQ-nin 

razılığı ilə dəvət olunmuş müşahidəçilər iştirak edə bilərlər. 

1.3.4.


 

ÇQ-nin  hər  növbəti  və  ya  növbədənkənar  iclasından  azı  10  (on)  iş  günü  əvvəl 

MHŞT üzrə Katiblik Tərəflərin iclasın gündəliyinə dair verdiyi təkliflər əsasında 

iclasın gündəliyini hazırlayıb ÇQ-nin üzvlərinə təqdim edir.  

1.3.5.

 

ÇQ-nin  növbədənkənar  iclası  Tərəflərdən  birinin  müraciəti  ilə  keçirilir. 



Növbədənkənar  iclasın  tarixi  müraciət  edildiyi  vaxtdan  10  (on)  iş  günü 

müddətində təyin olunur. 

1.3.6.

 

Komissiyanın  sədri  Hökumət  tərəfindən  ÇQ-yə  üzv  olur  və  onun  iclaslarına 



sədrlik edir. ÇQ-nin iclasında Komissiyanın sədri iştirak etmədikdə iclasa sədrlik 

növbəlilik  qaydasında  Tərəfləri  təmsil  edən  ÇQ  üzvləri  tərəfindən  həyata 

keçirilir.  

1.3.7.


 

ÇQ-nin  iclasları MHŞT üzrə Katiblik tərəfindən təşkil olunur, protokollaşdırılır, 

protokollar ÇQ ilə razılaşdırılır və sənədləri arxivləşdirilir.  

 

1.4



 

ÇQ-nin qərarları  

1.4.1.


 

ÇQ-nin qərarları ÇQ iclaslarında (bu Memorandumun 1.3 bəndinə uyğun olaraq) 

qəbul edilir.  

1.4.2.


 

ÇQ-nin  qərarları  ÇQ  iclaslarında  iştirak  edən  ÇQ  üzvləri  arasında  konsensusla 

qəbul edilir. 

1.4.3.


 

ÇQ-nin  hər  üzvü  tərəfindən  iclasda  bildirilən  mövqe  müvafiq  Tərəfin  mövqeyi 

hesab  olunur.  Buna  görə  də  ÇQ  üzvləri  iclasdan  əvvəl  müzakirə  olunan 

məsələlərə dair təklifləri təmsil etdikləri Tərəflə razılaşdırırlar. 

 

1.5

 

MHŞT üzrə Katiblik 

1.5.1.


 

MHŞT  prosesinin,  o  cümlədən  ÇQ-nin  fəaliyyətinin  texniki-təşkilati  təminatını 

MHŞT  üzrə  Katiblik  həyata  keçirir.  MHŞT  üzrə  Katibliyə  Azərbaycan 

Respublikası  Dövlət  Neft  Fondu  (“ARDNF”)  tərəfindən  maddi-texniki  dəstək 




 

 



göstərilir. Hər bir Tərəf ictimai əsaslarla öz nümayəndəsini MHŞT üzrə Katibliyə 

göndərə bilər. 

1.5.2.

 

MHŞT  üzrə  Katiblik  ÇQ-nin  razılığı  olmadan  ÇQ  adından  hər  hansı  bəyanatla 



çıxış edə bilməz. MHŞT üzrə Katiblik öz fəaliyyətində bitərəf olmalıdır və bütün 

Tərəfləri eyni dərəcədə təmsil etməlidir. 

 

1.6

 

Məlumatların açıqlanması  

ÇQ-nin fəaliyyətinə, o cümlədən ÇQ iclaslarına dair məlumatların nəşr olunması və/və 

yaxud  Azərbaycan  Respublikasının  MHŞT  üzrə  rəsmi  veb  saytında  və  QHT 

Koalisiyasının rəsmi veb saytında yerləşdirilməsi ÇQ-nin qərarı ilə həyata keçirilir. 

 

1.7

 

İllik Fəaliyyət Hesabatı 

ÇQ  cari  ilin  iyul  ayının  1-dən  gec  olmayaraq  öncəki  ildəki  fəaliyyəti  barədə  İllik 

Fəaliyyət  Hesabatı

7

 hazırlayaraq,  bu  Memorandumun  1.6  bəndinə  uyğun  olaraq  dərc 



etdirir.  

 

 



2. MHŞT Hesabatı 

Əvvəlki  təqvim  ili  üzrə  dövlətin  əldə  etdiyi  bütün  əhəmiyyətli  gəlirlər  və  Şirkətlər 

Qrupu  Üzvlərinin  etdiyi  əhəmiyyətli  ödənişlər  barədə  MHŞT  Hesabatı  MHŞT 

Standartına uyğun olaraq cari ilin 31 dekabr tarixinə qədər hazırlanaraq dərc edilir.  

 

2.1

 

Hesabatın tərkibi 

MHŞT  Hesabatında  yuxarıda  qeyd  edilən  gəlir  və  əhəmiyyətli  ödənişlərlə  yanaşı 

Kontekstual  Məlumat,  dövlət  qurumları  gəlirlərinin  Şirkətlər  Qrupu  Üzvlərinin 

ödənişləri  ilə  müqayisəsinə  (tutuşdurulmasına)  dair  Administratorun  Rəyi  və  QHT 

Koalisiyasının Rəyi də daxil edilir. 

 

2.2



 

Hökumətin və Şirkətlər Qrupu Üzvlərinin hesabatları 

MHŞT  Hesabatında  qeyd  edilən  gəlir  və  ödənişlər  barədə  məlumatlar  Hökumətin  və 

Şirkətlər  Qrupu  Üzvlərinin  hesabatlarına  əsaslanır.  Hökumətin  və  Şirkətlər  Qrupu 

Üzvlərinin hesabatları Əlavə 3-də göstərilən formalara əsasən tərtib edilir. 

 

2.3

 

Kontekstual Məlumat  

Kontekstual Məlumat MHŞT Standartına əsasən aşağıdakıları əks etdirir: 

a) Mədən sənayesinin fəaliyyətinə dair qanunvericilik bazası və fiskal rejim; 

b) Mədən sənayesinin qısa icmalı; 

c) Mədən sənayesinin ölkə iqtisadiyyatına töhfəsi; 

                                                 

7

 Beynəlxalq terminologiyada “annual activity report”. 




Yüklə 249,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə