Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında



Yüklə 249,7 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix06.02.2018
ölçüsü249,7 Kb.
#25982
1   2   3   4   5   6   7

 

 



ç) Hasilat və satışlar haqqında məlumat;  

d) Dövlətin mədən sənayesində iştirakı; 

e) Daxil olmuş gəlirlərin növləri, gəlirlərin idarə edilməsi və xərclər; 

ə) Xüsusi razılıqların reyestri və xüsusi razılıqların verilməsi qaydaları. 

 

2.4

 

Administratorun Rəyi və QHT Koalisiyasının Rəyi 

2.4.1.


 

Administrator müsabiqə yolu ilə Əlavə 4-də verilmiş Administratorun seçilməsi 

meyarlarına uyğun olaraq ÇQ tərəfindən seçilir. 

2.4.2.


 

Komissiya Administratorla müvafiq xidmətlərin göstərilməsi barədə, Əlavə 4-də 

nəzərdə tutulmuş fəaliyyət dairəsinə əsaslanan müqavilə (“Müqavilə”) bağlayır. 

Müqavilənin müddət və şərtləri ÇQ tərəfindən təsdiq edilir.  

2.4.3.

 

Müqavilənin surəti ÇQ-nin üzvlərinə təqdim olunur.  



2.4.4.

 

Komissiya  Şirkətlər  Qrupu  Üzvlərinə  hesabat  formalarının  təqdim  olunması 



barədə  bildiriş  məktubu  göndərir.  Məktubda  yerli  və  xarici  şirkətlərin 

hesabatlarının  Müqavilədə  müəyyən  edilmiş  hesabat  tarixinədək  kağız  və 

elektron formatda birbaşa Administratora göndərilməsi xatırladılır. 

2.4.5.


 

Hökumətin  hesabatı  Komissiya  tərəfindən,  yerli  və  xarici  şirkətlərin  hesabatları 

isə  Şirkətlər  Qrupu  Üzvləri  tərəfindən  Müqavilədə  müəyyən  edilmiş  hesabat 

tarixindən gec olmayaraq birbaşa Administratora təqdim olunur.   

2.4.6.

 

Müqaviləyə uyğun olaraq Administrator Hökumətin hesabatı ilə Şirkətlər Qrupu 



Üüzvlərinin hesabatlarını təhlil edərək tutuşdurur, uyğunsuzluqları araşdırır və 

bunun əsasında Administratorun Rəyini hazırlayır.  

2.4.7.

 

Hökumətin  və  bütün  şirkətlərin  hesabatlarının  təqdim  olunduğu  son  tarixdən 



sonrakı  60  (altmış)  təqvim  günü  ərzində  Administratorun  Rəyi  ÇQ-yə  təqdim 

olunmalıdır. Zərurət yarandıqda, ÇQ-nin qərarı ilə bu müddət uzadıla bilər.  

2.4.8.

 

Hesabatlarda  aşkar  edilmiş  bütün  uyğunsuzluqlar  aradan  qaldırılana  və  ya 



onların  izahatı  tapılana  qədər  Administratorun  Rəyi  təqdim  olunmaya  bilər. 

Bütün aşkar edilmiş uyğunsuzluqlar və onların həlli barədə müvafiq məlumatlar 

Administratorun Rəyində öz əksini tapır.  

2.4.9.


 

Administrator  Rəyinin  ÇQ-nin  iclasında  açıqlanmasından  sonrakı  1  (bir)  ay 

ərzində QHT Koalisiyasının Rəyi hazırlanır və ÇQ-nin iclasında təqdim edilir. 

 

2.5



 

Ləngimələrin həlli  

Tərəflər  MHŞT  Hesabatı  hazırlanan  zaman  ləngimə,  çatışmazlıq,  texniki  qüsurların 

olması  ehtimalını  istisna  etmir  və  bunların  xoş  məramla,  Administratorla  əməkdaşlıq 

nəticəsində aradan qaldırılması zərurətini qəbul edirlər.  

 

2.6

 

MHŞT Hesabatının dərc edilməsi  

ÇQ  MHŞT  Hesabatı  ilə  bağlı  mətbuat  üçün  məlumat  hazırlayıb  onu  bu 

Memorandumun  1.6  bəndinə  uyğun  olaraq  dərc  etdirir.  MHŞT  Hesabatının  nəşr 

olunması və paylanması ÇQ-nin qərarları ilə həyata keçirilir. 




 

 



 

 

3. Məxfilik 

MHŞT  prosesi  çərçivəsində  Tərəflər  Azərbaycan  Respublikası  qanunvericiliyinə  görə 

məxfi  sayılan  məlumatların  açıqlanmasına  yol  verməyəcək,  həmçinin  mineral 

ehtiyatların  istifadəsi  üzrə  müvafiq  sazişlər,  o  cümlədən  hasilatın  pay  bölgüsü 

sazişlərindəki məxfilik barədə bəndləri nəzərə alacaq.  

Tərəflərin  hər  bir  üzvü  ÇQ-nin  qərarı  ilə  açıqlanmış  məlumatlar  istisna  olmaqla  bu 

Memorandumla,  həmçinin  ÇQ-nin  fəaliyyəti  ilə  bağlı  yazılı,  şifahi  və  ya  elektron 

formada əldə etdiyi bütün məlumatların tam məxfiliyinə cavabdehdir. Bu bənddə qeyd 

olunmuş  vəzifələr  Tərəflərin  Memorandumu  və  ya  ÇQ-ni  tərk  etmiş  hər  bir  üzvünə 

şamil olunmaqda davam edəcək. 

 

 

4. Yekun müddəalar 

4.1

 

Memorandumun qüvvəsi 

Bu  Memorandum  niyyət  bəyanatı  olaraq,  Tərəflər  arasında  (Tərəflər  üçün  məcburi 

hüquqi qüvvəyə malik olan bu 4.1 bəndi və 3-cü bənd istisna olmaqla) hüquqi qüvvəyə 

malik  müqavilə  yaratmır  və  uyğun  olaraq, yerinə  yetirilmədiyi  təqdirdə,  bu  4.1  bəndi 

və  3-cü  bənd  istisna  olmaqla,  Tərəflərin  heç  biri  üçün  hüquqi  məsuliyyət  yaratmır. 

Lakin,  Tərəflər  xoş  məramla  bu  Memorandumun  müddəalarını  yerinə  yetirmək  üçün 

səy  göstərəcəklər.  Bu  4.1  bəndi  və  3-cü  bənd  ilə  əlaqədar  Tərəflər  arasında  yaranan 

mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll olunur. 

 

4.2

 

 Memorandumun qüvvəyə minməsi 

Bu  Memorandum  bütün  Tərəfləri  təmsil  edən  səlahiyyətli  nümayəndələrin  onu 

imzaladığı  gündən  qüvvəyə  minir.  Bununla  da  24  noyabr  2004-cü  il  tarixli  MHŞT-nin 

Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında Memorandum 

və 2009-cu il tarixli ÇQ Razılaşması qüvvədən düşmüş hesab olunur. 

 

4.3



 

Memoranduma qoşulma 

Bu  Memorandum  qüvvəyə  mindikdən  sonrakı  dövrdə  Azərbaycan  Respublikasının 

hasilat sənayesində fəaliyyət göstərən və MHŞT-yə qoşulmaq istəyən yerli və ya xarici 

şirkət bu Memoranduma Qoşulma Aktını (Əlavə 5) imzalamaqla təşəbbüsə qoşulur. 

 

4.4

 

 Memorandumu tərk etmə 

4.4.1.


 

Tərəflərin  hər  bir  üzvü  digər  Tərəflərə  qabaqcadan  tərketmə  tarixi  göstərilən 

yazılı bildiriş göndərməklə bu Memorandumu tərk edə bilər.  

4.4.2.


 

Tərəflərin  hər  hansı  üzvü  bu  Memorandumu  tərk  etdikdə  onun  ÇQ-yə  təyin 

etdiyi üzvlər də ÇQ-ni tərk etməlidir. Bu zaman  Tərəflərin həmin  üzvünə 1.2.5. 

altbəndi tətbiq olunur. 




Yüklə 249,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə