Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında



Yüklə 249,7 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix06.02.2018
ölçüsü249,7 Kb.
#25982
1   2   3   4   5   6   7

 

16 


 

3.Vergilər  

  

  

3.1.  


Royalti (mədən vergisi) 

  

  



3.2.  

Mənfəət vergisi 

  

  

3.3. 



Əlavə dəyər vergisi  

  

  



3.4. 

Əmlak vergisi 

  

  

3.5. 



Torpaq vergisi  

  

  



3.6. 

Sair vergilər (fiziki şəxslərin 

gəlir vergisi, Dövlət Sosial 

Müdafiə Fonduna 

ayırmalar və ödəmə 

mənbəyindən tutulan 

vergilər istisna olmaqla) 

  

  



3.Cəmi: 

  

  



4.Digər 

  

  



4.1. 

  

  



  

 

 



 

 

 



 

 

 

 



 

 

 



Şirkətin səlahiyyətli nümayəndəsi:  

____________________________________________ 

möhür 

 

 



 

(imza, soyadı, adı) 

 

 

Hesabatın doldurulma tarixi:  



____________________________________________ 

 

 

 

 

 



 

 

* Uyğun hesabat xətti üzrə dəyər sütunlarında dollar və ya manat xanalarından yalnız biri 



doldurulmalıdır. Vergüldən sonra üç rəqəm göstərilməlidir. 

* Aşağıdakı xanada şirkətin qazın ölçülməsində istifadə etdiyi parametrlər dəqiq göstərilməlidir. 



  

Digər qeydlər 

 

 

 



 

  

  



  

  

  



  

  

 




 

17 


 

Mədən hasilatı ilə məşğul olan yerli və xarici şirkətlərin Azərbaycan Respublikası 

hökumətinə ödənişləri barədə hesabatın tərtibinə dair 

TƏLİMAT 

 

1.   Bu  Təlimat  MHŞT  üzrə  Çoxtərəfli  Qrup  (ÇQ)  tərəfindən  qəbul  edilmiş  hesabat 

formalarının  Azərbaycan  Respublikasının  mədən  hasilatı  sənayesində  fəaliyyət 

göstərən şirkətlər (yerli və xarici) tərəfindən doldurulması qaydalarını müəyyən edir.  

2.   Hesabat  formaları  mədən  hasilatı  sənayesində  fəaliyyət  göstərən  yerli  və  xarici 

şirkətlərin  Azərbaycan  Respublikası  hökumətinə  ödənişləri  barədə  məlumatların 

toplanmasına və aparılmış ödənişlərin şəffaflığının təmin edilməsinə xidmət edir. 

3.   Bu  təlimat  Azərbaycan  Respublikasında  neft  və  qaz  ehtiyatlarının,  əsas  metallar, 

habelə qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərə aid edilir. 

4.   Hesabat  formasını  doldurmazdan  əvvəl  təlimatla  tanış  olmaq,  o  cümlədən  əvvəlki 

ilin  hesabatlarını  nəzərdən  keçirmək  tövsiyə  olunur  (bax: 

www.eiti.az

).  Hesabat 

formaları  böyük  çap  hərfləri  ilə  doldurulmalı,  qaralamalara  və  düzəlişlərə  yol 

verilməməlidir.  Təsdiq  edilmiş  rəqəmlərin  yuvarlaqlaşdırılması  dəqiq  aparılmalıdır 

(daxil edilmiş rəqəmlərdə vergüldən sonra 3 rəqəm göstərilməlidir. Məsələn, 125,450, 

yəni yüz iyirmi beş tam mində dörd yüz əlli və ya 65,000, yəni altmış beş). 

5.   Azərbaycan  Respublikasının  mədən  hasilatı  sənayesində  fəaliyyət  göstərən  yerli  və 

xarici  şirkətlər  illik  (1  yanvar-31  dekabr  müddətini  əhatə  edən)  hesabat  formalarını 

doldurmalı  və  birbaşa  ÇQ  tərəfindən  seçilmiş  müstəqil  audit  şirkətinə  müəyyən 

edilmiş  hesabat  tarixinədək  təqdim  etməlidirlər.  Administratordan  sorğuların 

gəlməyi ehtimalını nəzərə alaraq, bütün ödənişlər üzrə məlumatlar rəsmi sənədlərlə 

əsaslandırılmalıdır.  

6.   Hesabat formalarının doldurulması zamanı aşağıdakılara əməl edilməlidir : 

6.1.  “Şirkətin  adı”  sətrində  şirkətin  tam  hüquqi  adı  yazılır.  Təqvim  ili  ərzində 

Şirkətin  hüquqi  statusu  dəyişildikdə  hesabatın  “Digər  qeydlər”  bölməsində 

qeyd olunmalıdır. 

6.2.   “VÖEN”  sətrində  vergi  orqanında  qeydiyyata  alınmış  vergi  ödəyicisinin 

eyniləşdirilmə nömrəsi  (“VÖEN”) əks olunur.  Hər VÖEN üçün ayrıca hesabat 

forması doldurulmalıdır. 

6.3.   “Mülkiyyət növü” sətrində şirkət tərəfindən müvafiq xana seçilməlidir. 

6.4.   “Mədən sənayesinin adı” sətrində şirkətin müvafiq olaraq hansı mədən hasilatı 

sənayesində  fəaliyyət  göstərməsi  barədə  məlumat  qeyd  olunmalıdır.    (Misal: 

neft, qaz, qızıl və s.) 




 

18 


 

6.5.   “Fəaliyyət  növü”  sətrində  şirkətin  mədən  hasilatı  üzrə  fəaliyyətinin 

qanunvericilik bazası (Məsələn, pay bölgüsü haqqında saziş, konsessiya sazişi, 

yerli hökumət, yerli dövlət şirkəti ilə birgə fəaliyyət və s.) göstərilməlidir. 

6.6.   Şirkət bir neçə pay bölgüsü haqqında sazişdə iştirak etdiyi və yaxud sazişlərdə 

müxtəlif  ödəniş  vahidləri  göstərildiyi  halda,  şirkətin  ödənişləri  hesabat 

formasının  sətirlərində  hər  bir  ödəniş  növünün  toplam  rəqəmi  şəklində 

göstərilməlidir.  

6.7.   Hesabat  formalarında  dəyərlə  bağlı  göstəricilər  yalnız  ödənişin  həyata 

keçirildiyi valyuta ilə (milyon ABŞ dolları və yaxud milyon Azərbaycan manatı) 

əks olunmalıdır. 

6.8.   Hər  hansı  istiqamət  üzrə  ödəniş  olmayıbsa,  uyğun  xanada  “0”  rəqəmi 

yazılmalıdır. 

6.9.   Şirkətin  hasilatında  dövlətə  məxsus  olan  və  hökumətə  natura  ifadəsində 

köçürülmüş  həcmlər  “Şirkətin  ölkə  hökumətinə  köçürmələri  (natura 

ifadəsində)”  adlanan  1-ci  bölmənin  1.1.-1.7.  altbəndlərində  göstərilməlidir.  Bu 

bölmədə hasil olunmuş məhsulların dünyada qəbul olunmuş ölçü vahidləri ilə 

hesabatın müvafiq sətirlərində göstərilməsi nəzərdə tutulmuşdur. 

6.10.  Şirkətin hasilatında dövlətə məxsus olan və hökumətə dəyər ifadəsində ödədiyi 

məbləğlər “Şirkətin ölkə hökumətinə ödənişləri (dəyər ifadəsində)” adlanan 2-

ci bölmənin 2.1.-2.10. altbəndlərində göstərilməlidir. Bu bölmədə hasil olunmuş 

məhsulların  satışından  əldə  olunmuş  vəsaitlərin  dəyərinin  hesabatın  müvafiq 

sətirlərində göstərilməsi nəzərdə tutulmuşdur. 

6.11.  Şirkətlərin  ödənilən  vergiləri  3-cü  bölmədə  (3.1.-3.7.  altbəndləri)  əks  etdirilir 

(Ödəmə  mənbəyindən  tutulan  vergilər,  fiziki  şəxslərin  gəlir  vergisi,  Dövlət 

Sosial Müdafiə Fonduna ayırmalar istisna olmaqla).  

6.12.  Bu  hesabat  formasında  nəzərə  alınmamış  və  MHŞT  çərçivəsində  hesabat 

verilməsinə qərar verilmiş istiqamətlər üzrə ödənilən digər hər hansı ödənişlər 

“Digər ödənişlər” sətrində əks olunmalıdır.  

6.13.  Hesabat  formasında  hər  hansı  sətrin  və  ya  sütunun  açıqlamasına  zəruriyyət 

yarandıqda  “Digər qeydlər” bölməsində müvafiq qeydlər aparılır. 

6.14  Şirkətlər tərəfindən MHŞT hesabatlarında aşağıdakı və buna oxşar məlumatlar 

hesabatlara daxil edilməməlidir: 

-

 



Kommersiya  fəaliyyəti  ilə  bağlı  ödənişlər.  Məsələn,  Şimal  Marşrutu  üzrə 

tranzit  ödəmələr  (hesabatın  2.9  sətrində  qeyd  olunan  məlumatlar  istisna 

olmaqla)  ARDNŞ-yə  kommersiya  ödəmələri  kimi  daxil  olduğundan 

hesabatlara daxil edilməməlidir




Yüklə 249,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə