Mədən vergisi üzrə daxilolmalar artır



Yüklə 10,61 Kb.
Pdf görüntüsü
tarix08.04.2018
ölçüsü10,61 Kb.
#36644


Mədən vergisi üzrə daxilolmalar artır 

 

2012-ci ilin yanvar-mart ayları üzrə büdcəyə 33,6 milyon manat mədən vergisi ödənilmişdir 

 

2011-ci ildə dövlət büdcəsinə mədən vergisi üzrə 129,0 milyon manat proqnoza qarşı 129,8 



milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 100,6% icrası deməkdir. Bunun 2,6 milyon 

manatını qeyri-neft-qaz sektoru üzrə daxilolmalar təşkil edir ki, daxil olan vəsaitlər 2010-cu illə 

müqayisədə 1,2 milyon manat və ya 89,2% artmışdır. 2012-ci ilin yanvar-mart ayları üzrə 28,4 

milyon manat proqnoza qarşı 33,6 milyon manat (118,2%) vergi daxil olmuşdur ki, bu da ötən ilin 

müvafiq dörü ilə müqayisədə 3,1 milyon manat (10,3%) artım deməkdir. Daxil olan vəsaitlərin 1,1 

milyon manatını qeyri-neft-qaz sektoru üzrə daxilolmalar təşkil edir ki, bu da proqnozun 101,7% 

icrası deməkdir. Bu göstərici 2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,8 milyon manat (3,4 

dəfə) çoxdur.  

 

Mədən vergisinin dərəcələri 

Müvzu ilə əlaqədar Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin düvlət 

qeydiyyatı Baş İdarəsinə mğraciət etdik. İdarədən qəzetimizə verilən məlumata gürə, Azərbaycan 

Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub olan sektorunda 

faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur. Yerin təkindən çıxarılan faydalı 

qazıntıların növündən asılı olaraq, mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilməklə 

hesablanır. Qanunvericiliyə uyğun olaraq xam neft 26%, təbii qaz 20%, filiz faydalı qazıntıları və 

bütün növ metallar 3% dərəcə ilə vergiyə cəlb olunur.  

Məsələn, hüquqi şəxs yerin təkindən 20 ton xam neft çıxarmışdır. Xam neftin bir tonunun 

topdansatış qiyməti 50 manat olarsa, həmin hüquqi şəxsin ödəməli olduğu mədən vergisi belə 

hesablanır: 

(20 x 50) x 26% = 260 manat. 

Yerin təkindən çıxarılan faydalı qazıntılar - qeyri-filiz faydalı qazıntıları olan seolit, barit, mişar 

daşları, kərpic-kirəmit gilləri, vulkan külü və pemza, kvars qumları, tikinti qumları, sement xammalı 

0.5 manat, üzlük daşları 1 manat, qiymətli və yarımqiymətli bəzək daşları və daş duz 4 manat, 

yodlu-bromlu sular 0,02 manat, mineral sular bir kubmetri 6 manat olmaqla vergiyə cəlb olunurlar.  

Məsələn, mineral su istehsalı ilə məşğul olan müəssisə ay ərzindıə 500 kubmetr mineral su 

çıxarmışdır. Bu müəssisənin ödəməli olduğu mədən vergisi belə hesablanır: 

500 x 6 = 3000 manat. 

Mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dək dövlət 

büdcəsinə ödənilir.  

 

Yerli büdcəyə ödənilən mədən vergisi üzrə daxilolmalar 

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli büdcəyə, bələdiyyələrə ödənilir. 

Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir. 

2011-ci ildə respublika üzrə bələdiyyə büdcəsinin gəlirləri 34 milyon manatdan çox təşkil etmişdir. 

Yerli büdcə gəlirlərinin 13,74 milyon manatı vergi gəlirlərindən, 20,14 milyon manatı qeyri-vergi 

gəlirlərindən, 897 min manatı isə digər gəlirlərdən ibarət olmuşdur. Vergilərin 446 min manatını yerli 

əhəmiyyətli tikinti materiallarına görə tutulan mədən vergisi təşkil etmişdir.  

Xam neftin və qazın hasilatı zamanı mədən vergisi hesablanarkən, hasil edilmiş neftin və qazın 

miqdarı Nazirlər Kabineti tərəfindən müəyyən edilən normativlər əsasında çıxılır. Bu normativlər 

aşağıdakı cədvəldə göstərilmişdir.  

 



 

 

 Arzu İBRAHİMOVA 



 


Yüklə 10,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə