«Mədəni Maarif».-2011.-№11.-S.11-13.
İnformatika elmi və onun informasiya cəmiyyətindəki rolu.
Şahin KƏRİMLİ, ADMİU-nun informatika müəllimi
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətə və iqtisadiyyata ciddi təsir
göstərdiyindən sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur.
Hazırda İKT-nin əhatə dairəsi hökumət təşkilatlarını, qeyri-hökumət və özəl qurumlan, iqtisadi, sosial,
elm-mədəniyyət, ictimai-siyasi, təhsil və digər sahələri əhatə edir. Bu baxımdan, cəmiyyətin lazımi informasiyalarla
təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur.
Məlumat üçün bildirək ki, informatika-informasiya proseslərinin kompüter texnikası vasitəsilə
avtomatlaşdırılması haqqında elmdir.
Hesablama texnikası vasitəsilə informasiyanın qəbulunu, saxlanmasını, ötürülməsini, avtomatlaşdırılmış
məntiqi emalını öyrənir və bunların insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi ilə məşğul olur. ABŞ, Kanada və
əksər ingilisdilli ölkələrdə bu elm Kompüter Science (hesablama texnikası haqqında elm) kimi də adlanır.
Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyyəsi, riyazi statistika, riyazi məntiq,
kombinator analiz, formal qrammatika və s. özünün məxsusi bölmələrini isə əməliyyatlar sistemi, EHM
arxitekturası, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir (3). İnformatikanın
əsasını təşkil edən bu elm sahələrini çox vaxt hadjare (aparat), softjare (proqram), brainjare (beyin) təminatları
şəklində qruplaşdırırlar. İnformatikanın inkişaf istiqamətləri:
İndi heç kəsə sirr deyil ki, müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri
həyatımızın bütün sahələrinin kompüterləş dirilməsi və informasiyalaş dırılmasıdır.
-
İnformasiya nəzəriyyəsi;
-
Yeni aparat vasitələrinin (hardjare) işlənməsi;
-
Proqram təminatının (softjare) işlənməsi;
-
Proqramlaşdırma dilləri;
-
Kompüter şəbəkələri;
-
Süni intellekt sistemləri və s.
Mövzu ilə bağlı məlumatımızı daha da zənginləşdirmək üçün informatikanın inkişaf tarixinə qısa nəzər
salmağa zərurət yaranır. Xüsusi vurğulamalıyıq ki, bəşər sivilizasiyası tarixində informasiya emalı sahəsindəki
köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur.
Birinci inqilab yazının, ikinci-kitab çapının, üçüncü-elektrikin, teleqrafın, telefonun, radio-televiziyanın,
dördüncü-mikroprosessorların, fərdi kompüterlərin, internetin meydana gəlməsi ilə əlaqədardır. Bunları
ümumiləşdirərək qeyd etmək olar ki, cəmiyyətin inkişafı 1) kənd təsərrüfatı (aqrar), 2) sənaye dövrlərindən keçərək
informasiya mərhələsinə daxil olmuşdur. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı
ilə başlayır. İnformatikanın tarixi özünün tərkib hissəsi olan kompüterlərin yaranması və inkişaf mərhələlərini,
təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə inkişaf tarixi və kompüter
texnikasının inkişaf tarixinə uyğun- dur. Həmin tarixə qısaca nəzər salaq.
İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır.
1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır.
1830-cu ildə Çariz Bebis (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd
göstərmişdir. Bebisin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur.
1930-cu ildə A.Turinq (İngiltərə) və E.Rost (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri
əsasları inkişaf etdirilmişdir.
XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən müasir
kompüterlərin əsas iş prinsipləri verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da ENİAK adlı universal
kompüterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi
hesab olunur. Elə həmin vaxtdan başlayaraq kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə
başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:
I nəsil (1946-1958)- elektron lampalı hesablama maşınlan. Onlardan əsasən riyazi məsələlərin həlli üçün
istifadə olunurdu. Məs: MESM, BESM, Strella, M-3, Minsk-1, M-20 və s .
II nəsil (1958-1964-cü illər)-element bazası əsasən yarımkeçiricilərdən ibarət olan hesablama maşın-ları.
Onların funksional imkanları xeyli artıq idi. Məs: VESM-4, Minsk-22, Ural-14 və s.
III nəsil (1964-1972-ci illər)-element bazası mikroelektronika və inteqral sxemlərdən ibarət olan hesablama
maşınları. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu
nəsil hesablama maşınlarının bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX
kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/420 və s. maşınları idi.
IV nəsil (1972-ci ildən sonrakı dövr) böyük və çox böyük inteqral sxem (BİC, SBİS) texnologiyası ilə
yaradılan mikro və mini kompüterlər . Bu nəsil ayrıca sinfi fərdi kompüterlərdir (FK-PC). Onların yaradılması
prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.
İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə verilənlərin emalının üsul və
vasitələri haqqında olan texniki bir fəndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya
və informasiya prosesləri haqqında olan fundamental elmə çevirdi. İnformatika həmçinin elmlər sistemində
birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur.
İnformatikanın çox tətbiq olunan sahələrindən biri iqtisadiyyat olduğundan və iqtisadi sahələrə aid daha çox
informasiyaların emalına xüsusi ehtiyac yarandığından informatika ilə iqtisadiyyatın çox cəhətli əlaqələrinin
öyrənilməsi digərlərindən daha nümunəvi xarakter daşıyır.
Ona görə də burada iqtisadiyyat elminin nümunəsində informatikanın tətbiqi məsələlərinin təhlilinə baxdır.
Riyaziyyatın iqtisadiyyata tətbiqi ilə bağlı iqtisadi riyaziyyatın, iqtisadi-riyazi üsul və modellərin inkişafı da
informatikanın iqtisadiyyatda tətbiqinə geniş yol açdı və informatikanın xüsusi bölməsi kimi iqtisadi informatika
formalaşdı. İnformatika və iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakter alır.
Əvvəla informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan verir və iqtisadi informatika yaranır.
Bundan başqa, informatika elmi və müasir informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq
iqtisadiyyat özü də bir elm kimi dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir.
Belə ki, informasiya texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni iqtisadi mühitin
yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni forma və məzmun kəsb etmişdir. Bu sahə artıq
bazar iqtisadiyyatı anlayışlarına müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını almağa başlamışdır.
Bunlarla yanaşı iqtisadiyyat özü informatikaya təsir edir, onu öyrənir, ona iqtisadi obyekt kimi baxır.
Bununla bağlı yaranan problemlərin öyrənilməsi isə informatikanın iqtisadiyyatı bölməsinin üzərinə düşür. Son
illərdə informatika və ya informasiya texnologiyaları demək olar ki, cəmiyyətin və elmin bütün sahələrinə kütləvi
şəkildə tətbiq olunmağa başlandığından onun sahələr üzrə tətbiqi informatika bölmələrini formalaşdırmağa
başlamışdır.
Nəticədə riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi informatika,
kimyəvi informatika, bioinformatika, aqrar informatika, tarixi informatika, hüquqi informatika və s. kimi sahələr
əmələ gəlmiş və inkişaf etmişdir. Bununla yanaşı əks proses də baş verməkdədir.
Yəni, informatika müxtəlif sahələrə tətbiq olunaraq həmin sahənin yeni inkişaf xüsusiyyətlərini,
problemlərini meydana çıxardığı kimi, həmin sahələr də öz növbəsində informatikanın qarşısında ona xas olan yeni
problemləri yaradır.
Misal üçün informatikanın cəmiyyətin bir çox sahələrində, o cümlədən hüquq-mühafizə orqanlarında,
hüquqşünaslıqda, hüquqi proseslərdə geniş tətbiqi informasiya texnologiyalarının özünün hüquqi problemlərini
yaratmışdır.
Yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və sonrakı kompüterlər çox yüksək məhsuldarlığa
və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni
intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram
vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verirlər. Yeni arxitektura və texnologiyaya malik
neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar.
İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik
neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Qeyd edək ki, adi kompüterlərin məhsuldarlığı bəzi
hallarda və sahələrdə tətbiq üçün kifayət etmədiyin-dən bir çox super kompüterlər də yaradılmışdır. Onlar çox baha
başa gəldiyindən, dünya üzrə sayları da çox azdır və son zamanlar virtual super kompüterlərin yaradılması
istiqamətində işlər də aparılır.
Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, bir elm sahəsi kimi formalaşması mərhələləri də
yuxanda təhlil etdiyimiz kompüter texnikasının inkişaf tempinə uyğundur. Ona görə də 1960-cı ildən sonrakı
dövrlərdə informatika fundamental bir elm sahəsi kimi formalaşmış və bir çox yeni elmi istiqamətlərin yaranmasına
səbəb olmuşdur. Bundan başqa bir çox ölkələrin ali məktəblərində informatikaya aid olan çoxlu sayda yeni
ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.
Azərbaycanda da informatika elmi 1960-cı ildən inkişaf etməyə başlamışdır. Məhz həmin illərdə ilk dəfə
Respublika Elmlər Akademiyası sistemində hesablama mərkəzi və Kibernetika İnstitutu yaradılmışdır. 1970-ci ildən
başlayaraq keçmiş SSRİ məkanında olduğu kimi respublikada bütün nazirliklərin, iri müəssisələrin hesablama
mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır. 1980-ci illərdən başlayaraq isə
Respublika üzrə "RAİS-Azərbaycan"-ın yaradılması AEA-nın AİS şöbəsinə həvalə olunmuşdur. Eyni zamanda
bütün nazirliklər də sahə AİS-i yaratmağa başlamışdır. Ölkənin bir çox ali məktəblərində BDU-da, ADİU-da,
ADNA-da, ATU-da informatika profilli kadrlar hazırlanmağa başlanılmışdır. Sonrakı illərdə kompüter texnikası
sahəsində baş verən dəyişikliklərə müvafiq olaraq həmin istiqamətdəki işlər get-gedə müasir formada və məzmunda
davam etdirilmişdir.
Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun yaradılması
respublikada informasiya texnologiyalarının tətbiqi ilə bağlı problemlərə, bu istiqamətdə tədqiqatlara, yük-sək
ixtisaslı kadrlara olan böyük tələbatdan irəli gəlmişdir. İnstitutda informasiya texnologiyalarının ən aktual
problemləri tədqiq edilir, onların Azərbaycan şəraitində istifadəsi öyrənilir, həmçinin yüksək ixtisaslı kadr hazırlığı
həyata keçirilir.
Hazırda respublikada internet mühitində virtual iş, təhsil, elektron-kommersiya, elektron biznes və s. kimi
şəbəkə texnologiyalarının müasir imkanları daim araşdırdır. Respublikada İKT bazarının inkişaf perspektivləri,
İC-in və biliklər iqtisadiyyatının formalaşması məsələləri təhlil edilir, müəyyənləşdirilir, mətnlərin
avtomatlaşdırılmış maşın tərcüməsi istiqamətində elmi tədqiqat işləri görülür.
İnternetin Azərbaycan qovşaqlarının infrastrukturunun genişləndirilməsi, onların funksional imkanlarının və
səmərəliliyinin artırılması, Veb texnologiyası əsasında müxtəlif təyinatlı informasiya resurslarının yaradılması,
həmçinin informasiya təhlükəsizliyinin təmin olunması problemlərinin həlli istiqamətində məqsədyönlü işlər
aparılır.
Ədəbiyyat
1. S. Kərimov, S. Həbibullayev, T. İbrahimzadə. İnformatika. Bakı - 2009.
2. R. Şıxəliyev. Kompüter şəbəkəsinin şəbəkə trafikinin təhlili və təsnifatı. "İnformasiya texnologiyaları
problemləri" jurnalı - 2010, №2.
3. M. Xəlilov. İnformatika. Bakı - 2010.
4. R. Alquliyev. Cümlələri klasterləşdirmə və rəngləmə yolu ilə çoxluğunun referatlaşdırılması. "İnformasiya
texnologiyaları problemləri" jurnalı - 2010, №1.
5. İ. Cəlallı. Kompüter. Bakı - 2008.
6. Y. İmanverdiyev. İnformasiya təhlükəsizliyi risklərinin optimal idarə edilməsi modeli və onun genetik həll
alqoritmi. "İnformasiya texnologiyaları problemləri" jurnalı - 2010, №2.