45
elmi metoda əməl etmişlər. Belə metod varislik üçün lazım
olan şərtlərdən biridir.
Əgər islam doğru-dürüst başa düşülərsə, mədəni Quran
dünyagörüşü, düşünmə üslubu, anlayışları təhrifl ərdən, xurafat-
lardan təmizlənərsə, gənc nəslin tərbiyə metodikasında təshih
aparıl arsa, müasir dövr insanı onda xilas tapacaqdır. Beləliklə,
bəşəriyyət öz mövcudluğunu təhdid edən konfl iktlərdən, zülm
və təhlükələrdən qurtulacaq, ədalət, xatircəmlik, əmin-amanlıq
hökm sürəcəkdir.
Belə islahatçılıq vəzifəsi müsəlman mütəfəkkir və islahatçı-
ların vəzifəsidir. Bunun üçün onlar obyektiv və səbirli olma-
lı, cəsarət göstərməlidirlər. Belə olarsa, problemləri həll edə
biləcəklər.
Mədəni dünyagörüşü
və əxlaqi-bəşəri anlayışlar
Heç bir müsəlman Quranın, Sünnə və səhabə dövrünün eh-
tiva etdiyi əxlaqi anlayış və dəyərlərin zəngin xəzinəsini, yaxud
klassik və müasir müsəlman mənbələrindəki “ləl-cəvahirat”ı
diqqətdən qaçıra bilməz. Bununla yanaşı, müasir müsəlman
cəmiyyətlərində gündəlik həyat və münasibətlərdə bu anlayış
və dəyərlərin çoxu öz ifadəsini tapmamışdır.
Dəyər və anlayışlar hər hansı bir cəmiyyətin dünyagörüşünə
funksionallıq kəsb etdirən vasitələrdir. Bu dünyagörüşü təhrifə
uğrayarsa, dəyər və anlayışlar təsirini itirəcəkdir. Çünki
cəmiyyətin davamlılığının əsasını təşkil edən dünyagörüşü ilə
konseptual əlaqəni itirmiş cəmiyyət üzvləri gündəlik həyatda
və sosial münasibətlərdə həmin dünyagörüşünə uyğun hərəkət
etmək üçün lazım olan ilham, stimul və məqsədyönlülükdən
məhrum olurlar.
46
Aktiv və pozitiv cəmiyyət qurmaq üçün bu dəyər və anla-
yışları dirçəltmək, könüllərə aşılamaq, aktiv və əlaqəli qurum-
larda tətbiq etmək lazımdır. Bütün bunlar mədəni cəmiyyət
qurmaqda, tarix yazmaqda lazımlı addımlardır.
İslam dünyagörüşünü geri qaytarmasaq, ona sonralar sirayət
etmiş təhrifl əri aradan qaldırmasaq, prinsip, dəyər və anlayışlar
aktiv hala gəlməyəcəkdir. Bu məqsədlə düşüncə, tərbiyə üsulu-
nu, ritorika tərzini və könüllərini islah etmək lazımdır.
Dünyagörüşü yoxdursa,
suya təsvir çəkirik, demək
Məlum oldu ki, mədəni Quran dünyagörüşü səhabə nəslinə
uğur gətirmiş və onlar Qurandan çıxış edərək mühüm mədəni-
elmi və sosial nailiyyətlərə imza atmışdılar. Onu da öyrəndik
ki, mədəni islam dünyagörüşündən ilham almaq üçün Qurana
qayıtmaqdan imtina etmək ümmətin dünyagörüşünün saxta-
karlıq və təhrifl ərə uğramağının səbəblərini bizə izah edir.
Ümmətin yenidən dünyagörüşünə, məqsədyönlülük,
əxlaqilik və stimulluğa sahib olmağı üçün onun irsi və tarixi-
ni yaxşını pisdən, faydalını faydasızdan ayıra biləcək şəkildə
səmimi və prinsipial, tənqidi tədqiqata təhkim etməliyik. Bunu
edərkən tabular, qorxu, cəhalət, səs-küylü etirazlar bizə mane
olmamalıdır.
Zəifl iyimizin, stereotiplərimizin, anormallıqlarımızın təhsildə,
tərbiyə və düşüncədəki forma və təsirlərinin öhdəsindən gələ
bilsək, Peyğəmbərin həyat və Quranı tətbiqetmə təcrübəsindəki
müdriklikdən ilham alan, Qurana əsaslanan obyektiv, elmi,
mədəni, universal dünyagörüşü formalaşdıra bilərik.
Bilik və elm hər kəsdən əvvəl mütəfəkkirlərə, alimlərə, ziya-
lılara, məktəb və müəllimlərə aid məsələdir. Tərbiyə və nəfsi,
vicdanı, davranışları gözəlləşdirmək isə valideynlərin işidir. Bu,
47
təbii ki, informasiya vasitələrinin, sosial mühitin təsirlərini is-
tisna etmir. Amma bilik və tərbiyənin oynadığı rolları bir-biri
ilə qarışıq salmaq, ailə və məktəbin daşıdığı məsuliyyətə la-
qeyd baxmaq olmaz.
Həyata ciddi yanaşmağın, müsəlman cəmiyyətini mədəni
Quran dünyagörüşü əsasında təsis etməyin vaxtı çatmışdır. Bu
o halda mümkündür ki, mütəfəkkirlər, islahatçılar, tərbiyəçilər
və ailələr öz rollarını düzgün icra etsinlər: “Axtaran tapar”;
“Yolla gedən yorulmaz”.
İctimai islam elmlərini və islam
dünyagörüşünü necə təsis etmək olar?
Ayrıca olaraq, islam ictimai elmlərinin təsis edilməsi
probleminə toxunmağımız çox mühümdür. Biz bu elmlər
sayəsində islam fikrini yenidən dirçəldə bilərik. Bu da öz
növbəsində islam dünyagörüşünü həyata keçirəcəkdir. Bununla
da, biz biliyin islamlaşdırılması və bunun üsulları ilə əlaqəli
mübahisə və təəccübə son qoya biləcəyik. Biliyin islamlaşdı-
rılması probleminin dolaşıqlığı həm də ona görədir ki, islam
ictimai elmlərinin təsis edilməsi probleminin qoyulmasında
dolaşıqlıq vardır. Yəni, bu elmlərin məzmunu, vəzifəsi, bir
tərəfdən, islam fikri və irsi ilə əlaqəsi, digər tərəfdən, müasir
qərb ictimai elmlərinə münasibəti məsələləri tədqiq olunma-
yıb.
Bu dolaşıqlığı aradan qaldırmaq üçün əvvəlcə ənənəvi islam
elmlərinin mahiyyəti və istifadə istiqamətlərini, daha sonra
müasir ictimai elmlərin mahiyyətini müəyyən etməliyik.
Əvvəlcə, ənənəvi islam fikri və elmləri mövzusuna toxunaq.
Məlumdur ki, bu fikrin (irsin) əsas tərəfini fiqh (hüquq) təşkil
edir. Fiqh mahiyyət etibarı ilə qanun deməkdir və bu qanun
ictimai münasibətləri tənzimləyən qaydaları formalaşdırır.
48
İslam fikrinə və fiqhlə əlaqəsinə hərtərəfl i nəzər salsaq,
görəcəyik ki, islam fiqhi Peyğəmbərin və Raşidi xəlifələrin
dövründəki təcrübə əsasında meydana çıxmışdır. Fiqhin
əsas məzmunu Peyğəmbər sünnəsi və təcrübəsindən, onun
vəfatından sonra isə səhabə praktikasından ibarətdir.
Raşidi xilafətinin yıxılması, islam fəthlərinin səbəb oldu-
ğu vəziyyət, ərəb qəbiləçiliyinin hakimiyyəti ələ keçirməsi,
Əməvilərin hakimiyyəti illərində meydana çıxan siyasi-ictimai
və iqtisadi əyriliklər, ideoloji-siyasi təcrid və acizliyin art-
ması nəticəsində hərfi-hərfinə qaydalar və hökmlər meyda-
na çıxdı. Bu qayda və hökmlər elə düşüncə və praktikadan
əmələ gəlmişdi ki, onların əksəriyyətinə sonrakı müsəlman
cəmiyyətlərində rast gəlmək mümkün deyildir. Yəni, bu qay-
daların, hökmlərin, qanunların çoxu indiki dövrdə heç harada
rast gəlinməyən tarixi düşüncə və praktikanı ifadə edir.
Müasir qərb ictimai elmləri və biliyin islamlaşdırılması prob-
lemi ilə əlaqəsinə gəlincə... Biliyin islamlaşdırılması problemi
islam ictimai elmlərinin problemi olub, məzmun və metodla
əlaqəlidir. Bu iki məsələni (metod və məzmun) bir-birindən
ayırsaq, məsələ aydınlaşacaq, ona daha səmərəli münasibət
bildirmək mümkün olacaqdır.
Məsələni izah etmək məqsədilə, əvvəlcə, izah etməliyik ki,
bilik və ictimai münasibətlər sahəsində sosial elmlərin vəzifəsi
nədən ibarətdir.
İctimai elmlərin vəzifəsini müəyyənləşdirmək üçün prin-
sipial olaraq bilməliyik ki, bu elmlərin vəzifəsi və rolu islam
fiqhininkindən fərqlənir. Çünki birincinin vəzifəsi daha bö-
yük və genişdir. Bu ona görədir ki, ictimai elmlərin vəzifəsi
mahiyyət etibarı ilə mədəni dünyagörüşü əsasında cəmiyyəti
öyrənməkdir. Bu o deməkdir ki, islam ictimai elmlərinin
vəzifəsi cəmiyyətdə ictimai fikir istehsal etməkdir. Bununla
da o, elə bir fikri material təqdim edir ki, islam hüququ
onun əsasında qaydalar təsis edir. Yəni, fiqhin vəzifəsi formal
49
vəzifədir. İctimai elmlərin vəzifəsi isə fikridir. Hər iki sahə
ümmətə xidmətdə, mədəniyyətinin qurulmasında eyni quşun
qanadlarını əmələ gətirirlər.
Sual yaranır: Müasir qərb ictimai elmləri ilə biliyin islam-
laşdırılması və islam ictimai elmlərinin yaradılması problemi
harada və necə kəsişir?
Məlumdur ki, Qərb ictimai elmlərinin ideya məzmunu sub-
yektiv qərb dünyagörüşünə əsaslanır. Qərb dünyagörüşü isə
mahiyyət etibarı ilə materialist olub, dinlərin təsiri və rolunu
rədd edir. Lakin Qərb ictimai elmlərinin obyektiv tərəfl əri də
vardır. Belə ki Qərbdə ictimai elmlər insan fitrəti və xarak-
terini, real gerçəkliklə əlaqəsinin düzgün qurulmasını öyrənir.
Qərblilər öz dünyagörüşlərindən irəli gələn məqsədlərə çat-
maq üçün insan fitrətindən, ondakı vasitə və həll tapmaq,
problemlərlə mübarizədə qurumlar yaratmaq imkanlarından
necə istifadə etməyin yollarını axtarırlar.
Biz Qərb ictimai elmlərinin obyektiv tərəfl ərindən, bir çox
nailiyyətlərindən istifadə etməliyik.
Sual: Fitrəti və ictimai, həm də fiziki qanunauyğunluqla-
rı öyrənmək anlayışına müraciətdə Qərbdən asılıyıqmı, öz
mədəni dünyagörüşümüzə tərs düşən nəyisə Qərbdən idxal
etmirik ki?
Bilirik ki, bu doğru deyildir. Çünki islamın meydana çıxmağı
ilə yeni günəş doğmuş, elm və universallıq üçün perspektivlər
yaranmışdır. İslam öyrənməyə, düşünməyə, mühakiməyə təşviq
edən dindir. İslam mədəniyyəti ilə elmi araşdırma və fiziki qa-
nunauyğunluqları öyrənmə dövrü başlanmışdır. İslamla təmasa
girməzdən əvvəl vəhşi Qərb elm və hüquq, qanunauyğunluq-
lar nədir bilmirdi. Qərb sosial elmləri öz başlanğıcını qanuna-
uyğunluqları öyrənən müsəlman alimlərin elmi təfəkküründən
götürmüşdür.
Müsəlmanlar ilk dəfə olaraq insan fitrətini, kainatdakı ila-
hi qanunauyğunluqları öyrənmişdilər. Amma ümmətin başına
50
gələn erkən büdrəmələr bu prosesi ləngitmiş, bəşəriyyəti uzun
əsrlər boyu ədalət, əmin-amanlıq və sülh dünyagörüşünü real-
laşdıracaq elm və universallıq (ümumbəşərilik) məsələlərində
islamın yolgöstərənliyindən məhrum etmişdir.
Yuxarıda qeyd olunanlar göstərir ki, müsəlman fərd aşağı-
dakıları etməlidir:
1. Təqlid və yamsılama zehniyyətindən xilas olmalı, özünü
universal, analitik, elmi, tənqidi və yaradıcı təfəkkürlə silah-
landırmalıdır;
2. Özünü mədəni Quran dünyagörüşü, anlayışları, dəyər və
prinsipləri əsasında yetişdirməlidir;
3. İnsan fitrətini, fiziki qanunauyğunluqları, reallığı, zaman
və məkana uyğun potensial və imkanları öyrənməlidir;
4. İslam irsindən, müasir obyektiv elmi nailiyyətlərdən
istifadə etməlidir.
Fikrimizcə, biliyin islamlaşdırılması, islam ictimai elmlərinin
təsis edilməsi, müasir müsəlman ictimai fikrinin forması el-
min müxtəlif sahələrində alim və tədqiqatçıların etdiklərindən
fərqlənmir.
Bizdən tələb olunan şey mədəni Quran dünyagörüşünü
açıb göstərməkdir.
Beynəlxalq İslam Fikri İnstitutunun
xidmətləri
Beynəlxalq İslam Fikri İnstitutunda həyata keçirilmiş bir
çox elmi tədqiqatlardan istifadə etmək mümkündür. Elmi
tədqiqat mərkəzləri, islam sosiologiyası və metodologiyasına
dair tədqiqatlarla maraqlan hər kəs institutun elmi məhsulunu
öyrənib inkişaf etdirə, bununla da, islam fikri sahəsində ciddi
elmi fəaliyyətə təkan verə bilər.
51
Beynəlxalq İslam Fikri İnstitutu növbəti illərə dair proq-
ramında islam ictimai elmləri metodologiyası və islam dün-
yagörüşü problemlərinin açıb göstərilməsini məqsəd güdən
akademik yaradıcılıq və təlim sahəsində daha çox iş görməyi
planlaşdırır.
Beynəlxalq İslam Fikri İnstitutunun ali təhsil metodikasının
yaxşılaşdırılması istiqamətində atdığı ən böyük addım Malay-
ziya İslam Universiteti nümunəsidir. Burada vəhyi biliklər və
humanitar elmlər fakültəsində əsas və ikinci dərəcəli ixtisasın
öyrədilməsi metodikası tətbiq edilir. Belə ki islam tədqiqatları
istiqaməti iki ixtisasdan birini əmələ gətirir. Bir il əlavə oxu-
maqla ikinci dərəcəli ixtisası da mənimsəmiş məzun iki baka-
lavr dərəcəsi əldə edir: birincisi islam tədqiqatları, ikincisi isə
ictimai və ya humanitar elmlərindən biri üzrə.
Belə bir sistem böyük uğur qazanmış, islam dünyagörüşünü,
bəşəri-mədəni proseslərdə ümmətin mədəni rolunu yaxşı başa
düşən keyfiyyətli məzunların yetişdirilməsinə xidmət etmişdir.
Həmçinin bu məzunlar öz ixtisaslarında çox bacarıqlıdırlar.
Malayziya Beynəlxalq İslam Universitetinin nailiyyətlərində
biri də qərbşünaslıq fənninin keçirilməsidir. Bu fənnin məqsədi
Qərb mədəniyyətini, müsbət və mənfi tərəfl ərini öyrənən
mütəxəssislər yetişdirməkdir.
Bununla yanaşı, “Ailə və valideynlik”, “Yaradıcı təfəkkür
və problemləri həll” fənləri tədris olunur. “Mədəniyyətlərin
qurulması və tənəzzülü” adlı fənnin keçirilməsi də təklif olu-
nub. Biliyin islamlaşdırılması modelini tətbiq etmək üçün
Beynəlxalq İslam Fikri İnstitutunun proqramları çərçivəsində
müxtəlif elmi qruplar fəaliyyət göstərir.
Fiziki-texniki elmlərə gəlincə, onlarla birlikdə islam
tədqiqatları metodunun tədrisi yaxşı addım olardı. Bununla
da, tələbə sonralar biliklərini genişləndirmək istədikdə əsas
anlayışlara, bünövrəyə sahib olacaqdı.
52
Elmli, vicdanlı, mədəni nəsillər yetişdirmək üçün Beynəlxalq
İslam Fikri İnstitutunun tədris proqramı layihəsindən istifadə
mümkündür. Bununla da, seçilmiş müsəlman kadr və liderlər
yetişəcək, islamın mədəni missiyası gerçəkləşəcəkdir.
Son söz
Universitet müəllimlərinin, ixtisaslı kadrların, universitet və
qeyri-universitet mərkəzlərinin diqqətini ona çəkmək istəyirik
ki, bir çox yazıçı və mütəfəkkirin əsərlərində əsas problemlərə
toxunan, həll yolları göstərən anlayış və terminlərdən söz
açılır. Əgər mütəxəssislər bu terminləri praktik həyata tətbiq
etməyin yolları və vasitələrini işləyib hazırlamasalar, həmin
terminlər kağız üzərində qalacaq, cəmiyyətin real həyatına
təsir göstərməyəcəkdir.
Ümid edirik ki, mütəxəssislər bu istiqamətdə öz güclərini
birləşdirəcək, ümmətə onun düşüncəsini, metodologiya və qu-
rumlarını yeniləyəcək praktik üsullar təqdim edəcəklər.
Bəzi konseptual problemləri real həyata tətbiq etmək, ide-
oloji-elmi variantları (alternativləri) müəyyənləşdirmək üçün
əlimizdən gələni etmişik. Əslində etdiyimiz həyata keçirilməsi,
təkmilləşdirilməsi lazım olan nümunələrdir. Bu nümunələr
əsasında akademik araşdırmalar aparılmalı, həyatın bütün
sahələrində onların elmi-praktik tərəfl əri izah olunmalıdır.
53
MÜNDƏRİCAT
Quran dünyagörüşü islahatçılığın əsasını təşkil edir . . . . . . . . . . .3
Universal islam dünyagörüşü necə təhrif olunub? . . . . . . . . . . . . .5
Ağılın dinlə əksliyi: fantaziya yoxsa həqiqət? . . . . . . . . . . . . . . . .9
Səhabələr və bədəvilərin nəzərində islam dünyagörüşü . . . . . . . . 12
Mədəni Quran dünyagörüşü nədir? . . . . . . . . . . . . . . . . . . . . 14
Quran dünyagörüşündə “mən” və “özgə” anlayışları. . . . . . . . . . . 17
Quran dünyagörüşü ümumdünya sülhü deməkdir . . . . . . . . . . . 20
Sabit və dəyişkən: zaman və məkan. . . . . . . . . . . . . . . . . . . . . 24
Real idealizm . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 26
Quran dünyagörüşünü prinsipləri . . . . . . . . . . . . . . . . . . . . . 29
1. Tövhid . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 29
2. Xəlifəlik (varislik) . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 30
3. Ədalət və mötədillik . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 31
4. Azadlıq . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 32
5. Məsuliyyət . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 33
6. Məqsədyönlülük. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 33
7. Əxlaq. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 34
8. Şura (məsləhətləşmə). . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 34
9. Azadlıq və şura – mədəniyyətlərin davamlılığının
zəruri şərti kimi . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 36
10. Qanunauyğunluqlara əsaslanan elmi universallıq . . . . . . . . . . 38
11. Ümumbəşərilik. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 40
12. Sülh. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 41
13. İslahatçılıq və abadlaşdırma . . . . . . . . . . . . . . . . . . . . . . . 42
14. Gözəllik: həqiqət yoxsa xülya? . . . . . . . . . . . . . . . . . . . . . 42
Quran dünyagörüşü islahat və abadlaşdırmada əsas və stimuldur . . 44
Mədəni dünyagörüşü və əxlaqi-bəşəri anlayışlar . . . . . . . . . . . . . 45
Dünyagörüşü yoxdursa, suya təsvir çəkirik, demək . . . . . . . . . . . 46
İctimai islam elmlərini və islam dünyagörüşünü
necə təsis etmək olar? . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 47
Beynəlxalq İslam Fikri İnstitutunun xidmətləri . . . . . . . . . . . . . 50
Son söz . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 52
Document Outline
Dostları ilə paylaş: |