Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   2   3   4   5   6   7   8   9   ...   15

9

fahın  fonunda  mənəvi  geriləmə  hiss  olunmamışdı.  Amma  bu  

geriləmə,  yəni  islam  dünyagörüşünün  təhrifə  uğraması  ümməti  

kor  etmiş,  ondakı  həvəs  və  məqsədyönlülüyü  öldürmüş,  in-

kişaf,  yaradıcılıq  və  abadlaşdırma  “təkər”ini  hərəkətdən  saxla-

mışdır.


Əgər    islam    fikrinin    tarixi    gedişini    diqqətlə    təhlil    etsək,  

görəcəyik  ki,  ümumiyyətlə,  bu  amillərin,  xüsusilə,  formal  yu-

nan  məntiqinin  mifoloji-dini  yunan  fəlsəfəsinin  həmin  gedi-

şata,  dini,  fikri  və  mədəni  proseslərə  mənfi  təsiri  olmuşdur.  

Ümmətin  alim  və  filosofl arının  düşüncə  tərzi  bundan  ciddi  

şəkildə  təsirlənmişdir.



Ağılın dinlə əksliyi: fantaziya 

yoxsa həqiqət?

İslam  fikrində  tarixi  şəraitin  diktə  etdiyi  ən  ciddi  təhrifl ərdən  

biri  ağılın  dinə  əksliyi  problemidir.  Bu  problem  islam  mədəni  

dünyagörüşünə    sirayət    etmiş    formal-sofistik    ideyalara    əks-

reaksiya  olaraq  meydana  çıxmışdır.  Əslində  bu  problem,  islam  

və  dünyagörüşü  formasından  çıxış  etsək  görərik  ki,  saxta,  uy-

durma  problemdir.  Formal  fəlsəfə  ilə  mübarizədə  İslam  dünya-

sında  heç  bir  əsas  irəli  sürülmədən  belə  bir  ziddiyyətin  olduğu  

iddia  edilmişdi.  Yəni,  vəhyin  ağılla  əksliyi  həqiqi  olmayıb  illü-

ziyadır.  Çünki  ağıl  tərəzi  rolunu  oynayır,  məlumatları  müqayisə  

edir,  aralarında  balans  yaradır.  Tərəzinin  gözləri  dedikdə  ağıl  və  

vəhy  başa  düşülmür.  Əksinə,  bu  gözlərin  birində  vəhy  mətnləri  

(nəql),  digərində  isə  fitrət  və  qanunauyğunluqlar  (sünən)  var-

dır.  Ağılın  vəzifəsi  vəhy  mətnlərinin  fitrətə  uyğunluğunu  yox-

lamaq,  yazılı  vəhyin  görünəni  –  fitrət  və  qanunauyğunluqları  

ifadə  etdiyini  isbatlamaqdır.  Yəni,  fitrətin  məqsədlərini  vəhyin  

gerçəkləşdirdiyini,  onu  tənzimlədiyini  göstərmək  ağılın  funk-

siyasına  daxildir.




10

Buradan  məlum  olur  ki,  vəhylə  (nəqllə)  ağıl  (tərəzi)  ara-

sında  ziddiyyət  mümkün  deyildir.  Mümkündür  ki,  ziddiyyət  

nəzəri  cəhətdən  vəhylə  (nəqllə)  fitrətin,  qanunauyğunluqların  

(sünən)  arasında  görünsün.  Bu  vaxt  ağılın  vəzifəsi  problemlə  

əlaqədar  olaraq  vəhylə  fitrətin  əlaqəsini  təmin  etməkdir.

Vəhy    Allahdan    gəlmişdir,    fitrət    və    qanunauyğunluq-

lar    isə    Onun    yaratdıqlarıdır.    Odur    ki    vəhyin    məzmunu,  

yolgöstərənliyi  və  təlimatları  fitrətlə,  qanunauyğunluqlarla,  on-

lardakı  məqsədlərlə  əkslik  təşkil  edə  bilməz.  Vəhy  fitrət  və  

qanunauyğunluqların  ifadəsidir,  onları  insanlığın  özünütəsdiqi  

üçün  tənzimləyir.  O,  Allahın  yaratdığı  şəkildə  insan  oğlunun  

tələbatları  və  məqsədlərinin  həyata  keçirilməsi  üçün  mövcud-

dur.


“(Ya  rəsulum!  Ümmətinlə  birlikdə)  batildən  haqqa  tapına-

raq  üzünü  Allahın  fitri  olaraq  insanlara  verdiyi  fitrətə  tərəf  tut.  

Allahın  yaratdığını  heç  vəchlə  dəyişdirmək  olmaz.  Doğru  din  

budur...”  (ər-Rum,  30).

Müsəlman  təfəkkürünün  qəsdən  yaratmadığı  “vəhyin  ağılla  

ziddiyyəti”  böhranı  qədim  yunan  formal  məntiqinin  təsiri  ilə  

meydana  çıxmışdı.  Bu,  ümmətin  dünyagörüşü  və  təfəkküründə,  

mədəni  gedişində  ciddi  “əyilmə”  idi.  Bu  problemin  mahiyyəti  

və  nə  ilə  nəticələndiyini  dərk  etməsək,  ümmət  öz  dünya-

görüşünü,    elmi-mədəni    abadlaşdırma    gücünü    geri    qaytara  

bilməyəcəkdir.

Mifoloji-sofistik  fəlsəfə  və  formal  yunan  məntiqi  mahiyyət  

etibarı    ilə    “azad”    ərköyün    ağaların    nəzəri-mifoloji    metodu,  

zehni  ərköyünlüyü  idi.  Bu  fəlsəfə  və  məntiqin  reallıqla,  insan  

fitrəti  və  təbii  qanunauyğunluqlarla  heç  bir  əlaqəsi  olmamışdır.  

Onlar  ifrat  subyektivizm  olub,  mif  və  əslində  mövcud  olma-

yan  şeylər  ətrafında  əqli  enerjini  tükəndirən  nəzəri  “yuxular”  

idi.  Nəticədə,  subyektiv  yanaşmalar  haçalanır,  dağınıq  görüşlər  

meydana  çıxır,  fərqli  mövqelər  özünü  göstərirdi.  Bununla  da,  

qeyri-zəruri  fikir  ayrılıqlarına,  nəfsi  istəyin  doğurduğu  subyek-




11

tiv  nöqteyi-nəzərlərə  qapı  açan  fikri  üslub  (metod)  formalaş-

mışdı.  Biz  bunun  təsirini  haqq  və  tövhid  ümməti  arasında  da  

görürük:  nəfsin  tovlamaları  və  subyektiv  baxışın  meydana  çı-

xardığı,  saxta  həqiqət  və  müqəddəslik  donuna  bürünmüş  çoxlu  

qruplar  islam  tarixinin  şahidi  olduğu  vəziyyətdir.  Əgər  bir-biri  

ilə  mübahisə  aparan  bu  tərəfl ər  (qruplar)  mübahisəli  mövzu-

ları  səhih  dini  mətnlər,  insan  fitrəti  və  təbii  qanunauyğunluq-

lardan  kəsb  edilmiş  biliklər  əsasında  nəzərdən  keçirsəydilər,  

ixtilafl arın  böyük  əksəriyyəti  həll  olunardı.

Bəlanın  ən  böyüyü  budur  ki,  ümmətin  düşünmə  üslubu-

na  sirayət  etmiş  təhrif  və  anormallıq  dini  ixtilafl ara  da  səbəb  

olmuşdu.  Sofistik  üslub,  fəlsəfi  “əsnəmə”,  boşboğazlıq,  şəxsi  

maraqlar,  cahiliyyət  dövrünün  tör-töküntüsü  ümmətin  birliyini  

pozmuş,  onu  qruplara  parçalamışdı.

Ağıl  kompüteri  xatırladır:  ondan  əldə  olunan  məlumatlar  

ona  daxil  edilən  məlumatlardan  asılıdır.  Daxil  edilənlər  doğru  

məlumatlardırsa,  əldə  edilən  məlumatlar  da  doğru  olacaqdır.  

Əgər  təsəvvür  və  iddia  doğrudursa,  iş  də  doğru  olub  reallı-

ğı,  gerçəkliyi  ifadə  edəcəkdir.  Yox,  daxil  edilənlər  səhvdirsə,  

nəfsin  istəyinə  görədirsə,  onda  əldə  edilən  məlumat  xurafat  və  

cəfəngiyyat  olacaqdır.

Nəzərə  alsaq  ki,  ancaq  Quran  ritorikası  insan  fitrətinin,  bi-

oloji  və  təbii  (fiziki)  qanunauyğunluqların  ifadəsidir,  öyrənmiş  

olacağıq    ki,    vəhy    insan    fitrəti    və    qanunauyğunluqları    heçə  

sayıb  inkar  etmək  üçün  mövcud  deyildir;  əksinə,  ona  görə  

mövcuddur  ki,  sağlam  fitrəti  və  təbii  qanunauyğunluqları  in-

san  oğlunun  diqqətinə  çatdırsın.  Vəhy  bunu  ona  görə  edir  ki,  

özünütəsdiqdə,  fitrətdən  irəli  gələn  tələbatları  doğru  şəkildə  

təmin  etməkdə  insan  oğluna  istiqamət  versin.  Bununla  da,  

insan  oğlunun  fəaliyyəti  məqsədyönlü  olur  və  o,  təbii  qa-

nunauyğunluqlardan  düzgün  istifadə  edir,  təbiəti  yaradıcı  və  

səmərəli  şəkildə  özünə  ram  edir,  tələbat  və  ehtiyaclarını  ifrata  

varmadan  ödəyir,  özünü  təsdiqləyir,  bu  həyatda  mənəvi-maddi  




Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə