Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   2   3   4   5   6   7   8   9   ...   15

12

xoşbəxtliyə  nail  olur,  axirətdəki  ali  səadəti  özünə  məqsəd  bilir.  

Bunun  üçün  islah  etməli,  bacarıqlı  olmalı,  yer  üzünü  abadlaş-

dırmalı,  fədakarlıq  göstərməlidir.  Çünki  insanın  həqiqi  dəyəri  

zəhmət  çəkib  məhsul  ortaya  qoyduqda  özünü  göstərir:

“Allahdan    (Allahın    əzabından)    bacardığınız    qədər    qor-

xun.    (Sizə    verilə    öyüd-nəsihətə)    qulaq    asın;    (Allaha    və  

Peyğəmbərinə)    itaət    edin    və    (mal-dövlətinizdən    Allah    yo-

lunda)  xərcləyin.  Bu  sizin  özünüz  üçün  xeyirli  olar.  (Allah  

tərəfindən)  nəfsinin  xəsisliyindən  (tamahından)  qorunub  sax-

lanılan  kimsələr  –  məhz  onlar  nicat  tapıb  səadətə  qovuşanlar-

dır!”  (ət-Təğabun,  16).

Beləliklə,  mədəni  islam  dünyagörüşünü  Quranda  göstərildiyi  

və  Peyğəmbərin  dövründə  gerşəkləşən  formada  təsəvvür  edə  

bilsək,    onu    real    həyatda    tətbiq    etmək    mümkün    olacaqdır.  

O  da  məlum  olacaqdır  ki,  bu  dünyagörüşü  insan  fitrəti  və  

təbii  qanunauyğunluqlarla  ziddiyyət  təşkil  edə  bilməz.  Odur  

ki  tədqiqatçılar  vəhy  və  fitrət  arasındakı  obyektiv,  rasional-

elmi  balansa  əməl  etməli,  həqiqətə  nail  olmaq  üçün  fəhm  və  

düşüncəni  “saxta  ziddiyyət”dən

1

  təmizləməlidirlər.



Səhabələrə və bədəvilərə 

görə islam dünyagörüşü

Bədəvi  dünyagörüşü  və  bədəvi  qəbilələrinin  adət-ənənə  və  

irqçi-qəbilə    zehniyyətinin    üstünlük    qazanması,    islamı    qəbul  

etmiş  xalqların  dünyaya  baxışının,  keçmiş  adət-ənənələrinin,  

avtoritar-despot  mədəniyyətlərinin  Müsəlman  mədəniyyətində  

öz  yerini  alması,  məkan  və  zaman  amillərinin  fövqündə  daya-

nan  Quran  ritorikası  ilə  bütpərəst  bədəvi  ərəblərlə,  mövcud  

1

 Söhbət  imanın  ağıla,  yaxud  vəhyin  insan  fi trəti  və  təbii  qanunauyğunluqla-



ra  zidd  olduğunu  iddia  edən  nöqteyi-nəzərlərdən  gedir  –  tərcüməçinin  

qeydi.  


13

vəziyyətləri  ilə  əlaqəli,  əsas  rüknlərə  diqqət  yetirən,  camaat  və  

cəmiyyət  (namaz  və  zəkat)  formalaşdırmağı  məqsəd  güdən,  

bununla  da,  onları  (bədəviləri)  ictimai-mədəni  bədəvilikdən  

ümumdünya  humanist  Quran  cəmiyyətinə  inteqrasiya  etdirmək  

istəyən  Peyğəmbərin  tətbiqi  ritorikası  arasında  fərq  qoymamaq  

–  bütün  bunlar  səhabələrin  sahib  olduğu  Quran  dünyagörüşü-

nün  sonradan  təhrif  edilməsinə  təsir  göstərmişdir.

Bu  üzdən  səhabələrin  sahib  olduğu  və  yaşadıqları  dövrü  

çiçəkləndirən  Quran  dünyagörüşünü  bədəvi  qəbilələrlə  əlaqəli  

Peyğəmbər  ritorikasını  minimum  şəkildə  ifadə  edən  bədəvi  

dünyagörüşündən  fərqləndirmək  lazımdır.

Səhabələrin    mədəni    Quran    dünyagörüşü    ilə    bədəvilərin  

ibtidai    dünyagörüşü    və    onların    əqli    səviyyələrinə    uyğun  

Peyğəmbər  ritorikası  arasında  fərq  vardır.  Belə  ki  səhabələr  

Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

  şagirdləri  olub,  on-

dan    Qurani-Kərimi    və    universal    mədəni    dünyagörüşünü  

öyrənmişdilər.  Bu  dünyagörüşündə  varislik,  yer  üzünü  abad-

laşdırma,  ali  məqsədlər  vardır.

Müsəlman    alimlərinin    həyatına    nəzər    salsaq,    görəcəyik  

ki,    Mədinə    məktəbi    varisləri    məğlub    olub,    ümmətin    əsas  

məsələlərini    idarədən    uzaqlaşdırılıb    fərdi    işlərlə    məşğul    ol-

mağa  məcbur  etdirildikdən  sonra  qəbilə  və  xalqların  siyasi  

hakimiyyət  təcrübəsi  ümmət  ənənəsinə  təsir  göstərdi.

Bütün    bunlar    Quranla,    mədəni    dünyagörüşü    ilə    ideolo-

ji  əlaqənin  zəifl əməsində  rol  oynamış,  bu  dünyagörüşünün  

dəyişkən  reallığa  tətbiqinə  təsir  göstərmişdir.

Məlum    çatışmazlıq    islam    dünyagörüşünü    “bulandırmış”,  

nəticədə  ümmətin  alimləri  əsas  diqqəti  “zikr”  mövzularına,  

fərdi  hallar  və  ticarət  məsələlərinə  vermişlər.  Elə  isə  islam  

dünyagörüşünün  təhrifə  uğramağı  təəccüblü  görünməməlidir.  

Beləliklə,  müsəlman  fərd  həyatda  “bələdçi”siz  qalmışdır.

Ümmətin  düşdüyü  bu  iyrənc  vəziyyət  və  islam  dünyagö-

rüşünün    təhrifə    uğramağı    nəticəsində    fərd    və    ümmət    ola-




14

raq  özünütəsdiq,  iş,  islah  və  fədakarlıq  əvəzinə,  egosentriz-

min  (özmərkəzlilik)  meydana  çıxmağı  təbii  idi.  Əslində  bu,  

özünüləğv  ritorikalarının  doğurduğu  əks-reaksiyadır.  Təəccüb,  

qorxu,  zəlillik,  opportunizm,  əxlaqi  aşınma,  dövlət  qurumları-

nın  ifl ası  –  bütün  bunlar  ümməti  indiki  vəziyyətə:  itirilməyə,  

tənəzzülə,    parçalanmaya,    cəmiyyətin    deqradasiyasına    gətirib  

çıxarmışdır.

Qeyd  edək  ki,  səhabələrinə  müraciətdə  Peyğəmbərin  ri-

torikası  alçaltma,  qorxutma,  zəlilləşdirmə  deyil,  sevgi,  ehti-

ram  ritorikası  idi.  Əslində  bu,  mədəni  Quran  dünyagörüşünün  

xüsusiyyətidir:

“...şərəf-şan    da    yalnız    Allaha,    Onun    Peyğəmbərinə    və  

möminlərə  məxsusdur...”  (əl-Münafiqun,  8).



Mədəni Quran dünyagörüşü nədir?

Deyə    bilərik    ki,    islam    dünyagörüşü    tövhid    əsaslı,  

məqsədyönlü,    əxlaqa,    abadlaşdırma    və    xeyir    prinsiplərinə  

söykənən,  insan  fitrətini  əks  etdirən  mədəni  dünyagörüşüdür.  

Deməli,  o,  elm  və  qanunauyğunluqlar  dünyagörüşü  olub,  insan  

fitrətini  daima  diqqətdə  saxlamağı  məqsəd  güdür.  Bu  dünya-

görüşü  insan  həyatını  tənzimləyir  ki,  insan  oğlu  fərdi  və  icti-

mai  müstəvidə  özünü  təsdiqləyə  bilsin,  tələbat  və  ehtiyaclarını  

düzgün  şəkildə  təmin  etsin.

“Mömin  olub  yaxşı  işlər  görən  (Allaha  itaət  edən)  kişi  

və  qadına  (dünyada  və  axirətdə)  xoş  həyat  nəsib  edəcək  və  

etdikləri  yaxşı  əməllərə  görə  mükafatlarını  verəcəyik.  (Və  ya  

gördükləri  yaxşı  işlərin  müqabilində  onlara  daha  yaxşı  müka-

fatlarını  verəcəyik!)”  (ən-Nəhl,  97).

Quran    dünyagörüşü    xeyrə,    qanunauyğunluqlara,    abadlaş-

dırma  işinə  əsaslandıqda  insan  fitrətini  əks  etdirib  ona  yol  

göstərir.  Bu  elə  bir  dünyagörüşüdür  ki,  insanı  yaxşı  həyat,  



Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə