Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   2   3   4   5   6   7   8   9   ...   15

18

insandır  və  insan  olmaq  hamını  birləşdirən  ortaq  dəyərdir.  

Onlar  böyük  insanlıq  ailəsində  bərabər  fərdlər  –  qardaşlar  

olaraq  xəlq  edilmişlər:

“Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən  

rəbbinizdən  qorxun!”  (ən-Nisa,  1).

Fərdlərin  bir-biri  ilə  əlaqəsi  kollektiv  əlaqədir.  Bəşəriyyətin  

kökü    birdir.    Bu    kökdən    kişilər    və    qadınlar    törəmişdir.  

Törəmişdir  ki,  cütlüklər,  xalqlar  və  millətlər  bir-birini  tamam-

lasınlar,  bir-birində  bütövləşsinlər.  Onları  insanlıqda  sevgi  və  

rəhmət  birləşdirir.

“Mən”  və  “özgə”  müxtəlifl ik  ifadə  edən  bəşəri  kateqoriyalar  

olub,  xalqları  əmələ  gətirir.  Bu  ona  görədir  ki,  insanlar  bir-

biri  ilə  tanış  olub  bütövləşsinlər.  Çünki  bütövləşmə  qarşılıqlı  

fəaliyyətin    şərtidir.    Bu    səbəbdən    insanlar    bir    bütöv    olaraq  

müxtəlif  xalqları,  bacarıq  və  imkanları  ifadə  edirlər.  Deməli,  

Quran  dünyagörüşünə  görə  müxtəlifl ik  irqçilik  və  ya  üstünlük  

deyildir;  əksinə,  fərd  və  kollektivin  mövcudluq  şərti  hesab  

edilən  bütövlükdür.

“Mən”  və  “özgə”  bir-birindən  nə  qədər  fərqli  olsalar  da,  

insan  olmaq  baxımından  eynidirlər:  “Ərəb  qeyri-ərəbdən,  ağ  

da  qaradan  üstün  deyildir.  Üstünlük  ancaq  təqvaya  görədir”

2

.  


Onların  bacarıq  və  potensiallarının  müxtəlif  olmağı  hökmran-

lıq  və  ya  öyünmək  üçün  deyildir;  əksinə,  vahid  bəşəri  birlik  

daxilində    əməkdaşlıq    edib    bütövləşmələri    üçündür.    Həmin  

bəşəri  birlik  təbiəti  özünə  ram  edir,  mədəniyyətlər  qurur.  Bu,  

hər  bir  insan  üçün  zərurət  və  nemətdir.  Digər  insanlar  olmaz-

sa,  insan  təkbaşına  heç  nə  edə  bilməz.

Deməli,  “mən”  və  “özgə”  birlik,  aidlik  və  bəşəri  qardaş-

lıq  deməkdir.  Məhz  ədalət  prinsipi  hətt a  konfl ikt  və  çəkişmə  

vəziyyətində  münasibətləri  tənzimləyir.  Ədalət  olmazsa,  bəşəri  

2

 Burada  müəllif  Peyğəmbərin  hədisinə  işarə  etmişdir  –



  

tərcüməçinin  

qeydi.  


19

münasibətlərin,  mənsubiyyətin,  xəlifəlik  məsuliyyətinin  heç  bir  

mənası  qalmaz.

Əgər  müsəlman  fərd  həyatda  və  münasibətlərdə  ədalət  və  

mötədilliyi    əsas    götürməzsə,    müsəlman    və    mömin    olduğu-

nu  iddia  etməsi  əsassızdır,  imanı  və  müsəlmanlığına  yenidən  

nəzər  salmalıdır.

Əbu  Zərr  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)

  demişdir:  “Uca  və  Böyük  Allah  buyurur:  “Ey  bəndələrim!  

Mən  zülmü  özümə  haram  etmişəm.  Sizə  də  bunu  qadağan  

edirəm.  Bir-birinizə  zülm  etməyin”.

“Mən”    və    müsəlman    “özgə”    etiqad    və    dünyagörüşündə,  

kimlikdə  qardaşdırlar.  Qardaşlıq  insan  həyatının  əsas  cəhətini  

əmələ  gətirir.  Beləliklə,  dürüst  müsəlman  “özgə”nin  qardaşlığı  

ən  əziz  bəşəri  yoldaşlıqdır.  Çünki  etiqad  ən  dərin  mənəvi  

rabitəni  ifadə  edir.  “Mən”  və  “özgə”  Quran  dünyagörüşünə  

görə  müxtəlifl ikdə  vəhdət,  vəhdətdə  müxtəlifl ikdir.  Üstünlük  

ancaq  yaxşı  insan  olaraq  özünütəsdiqlə  ölçülür.  Yaxşı  insan  

olmaq  fitrətin  əsasıdır,  var  olmağımızın  məqsədidir,  məsuliyyət  

və  varisliyin  şərtidir.

Abadlaşdırıcı    islam    dünyagörüşü    irqçi-ədavətçi    materia-

list  dünyagörüşündən  onunla  fərqlənir  ki,  bəşəri  fərqlilikləri  

birləşdirici,    bütövləşdirici    məzmunda    başa    düşür.    Bu  

dünyagörüşündə  müxtəlif  varlıqlar  qarşılıqlı  pozitiv  münasibətlər  

qurmaq  üçün  bir-biri  ilə  bütövləşir.  Əslində  bu  insan  fitrətinin  

əsasını,  yer  üzündə  mövcudluğun  zəminini  təşkil  edir.  Burada  

nə  ultra-fərdiyyətçiliyə,  nə  də  ifrat  kollektivçiliyə  yer  vardır.  Bu  

dünyagörüşünün  bütün  elementlərinə  tarazlıq  və  bütövləşmə,  

dinc  münasibətlər  xasdır.




20

Quran dünyagörüşü ümumdünya 

sülhü deməkdir

İslam  sonuncu  yolgöstərən  din  olaraq,  ədalət,  qardaşlıq,  

şəfqət,  sülh  və  abadlaşdırma  dünyagörüşü  əsasında  universal  

və  elmi  bəşəri  mədəniyyəti  təsis  etmək  üçün  göndərilmişdir.  

Bu  səbəbdən  Quran  ritorikası  ayrıca  qəbiləyə,  xalq  və  ya  qru-

pa  aid  olmayıb,  bütövlükdə  insana,  bütün  bəşəriyyətə  müraciət  

edən  ritorikadır.  Həmçinin  Quran,  bəşəriyyətin  adladığı  ilk  

mərhələlərdə  insanlara  çatdırılan  vəhydə  olduğu  kimi,  ancaq  

möcüzə  və  xariqüladə  hadisələrdən  ibarət  deyildir;  o  həm  də  

yazma,  öyrənmə,  oxuma,  düşünmə  kitabıdır.  İntellekt,  arqu-

ment  və  qane  etmə,  hidayət,  yolgöstərmə,  qardaşlıq,  ədalət,  

abadlaşdırma,  sülh  kitabı!  Quran  dünyagörüşü  və  vəhy  univer-

sal  elm  əsrinin  insanına  xas  dünyagörüşüdür.  İnsan  fitrətini,  

əbədi  fiziki  qanunauyğunluqları  əks  etdirən  bu  dünyagörüşü  

bəşəriyyətə  yol  göstərmək,  abadlaşdırma  vəzifəsini  icra  etmək,  

təhlükəsizlik  və  sülh  sistemi  qurmaq  üçün  mövcuddur.  Qu-

ran  tarixin  ilk  dövrlərinə  aid  materialist,  irqçi  və  təcridedici  

dünyagörüşünün  üstündən  xətt   çəkən  universal  dünyagörüşü  

forması  təqdim  edir.

İslam  və  ya  Quranın  sülh  missiyası  universal  elm  mədəniyyəti  

və  bəşəriyyətin  birliyini  təsis  etmək  üçündür.  Yəni,  Quran  mis-

siyası  puç  inancları,  tayfabaz  və  şovinist  yanaşma  tərzinin  mey-

dana  gətirdiyi  irqi  təmayülləri  rədd  edir,  əvəzində,  bəşəriyyətin  

birliyi  ideyasını  irəli  sürür.  Bu  baxımdan  Qurani-Kərim  əmin-

amanlıq  və  sülhə  zəmin  hazırlayan  dəyər  və  prinsiplər  aşıla-

maqla  bəşəriyyətə  yol  göstərmək  imkanına  sahibdir.

İrqçilik,  tayfabazlıq  və  millətçilik  mahiyyət  etibarı  ilə  ayrı-

seçkilik  ifadə  edir,  özündən  olmayanları  qəbul  etmir.  Çünki  

irqçi-şovinist  fəlsəfə  fərqliliklərin  qabardılmasına  əsaslanır.  Bu-



Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə