Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   2   3   4   5   6   7   8   9   10   ...   15

21

nunla  da,  müxtəlifl ik  ayrı-seçkilik  və  hökmranlıq  vasitəsinə  

çevrilir.    Bu    da    öz    növbəsində    düşmənlik    və    zülmə    təşviq  

edir.  Beləliklə,  neqativ  müxtəlifl ik  və  ayrı-seçkiliyə  söykənən  

bir    dünyagörüşü    forması    konfl ikt    və    ədavət    alovuna    “ya-

nacaq”    olur,    təbii    müxtəlifl iyi    mübarizəyə    çevirir.    Millətlər,  

dövlətlər  və  etnik  qruplar  arasında  bərabərsizlik,  hegemonluq  

və  ədavətə  əsaslanan  münasibətlər  meydana  çıxır.  Məhz  bu  

səbəbdən  bəşəriyyət  son  əsrlərdə  müstəmləkəçilik  və  dünya  

müharibələrinin  şahidi  olmuşdur.  Bugün  güc  siyasəti,  aldat-

maq  və  kələk  gəlmək  yolu  ilə  təsir  altına  salmaq  və  nəzarətdə  

saxlamaq  prinsipindən  çıxış  edən  irqçi  rejimlərin  riskli  silah-

lanma  yarışı  dünyanın  təhlükəsizliyini  təhdid  edir.

Quran  dünyagörüşü  fərqliliklərə  baxmayaraq,  bəşəriyyətin  

bütünlüyünü  təsdiqləyib  qəbul  edən  yeganə  dünyagörüşü  for-

masıdır.


Quran    dünyagörüşü    bizimlə    başqaları    arasında    mövcud  

olan  müxtəlif  münasibətlərə  rəqabət  zehniyyəti  əsasında  nəzər  

salmır;  əksinə,  bu  münasibətləri  bir  bütün  olaraq  qəbul  edir,  

ədalətə,  şəfqətə,  sevgiyə  çağırır,  zülm  və  düşmənliyi  rədd  edir.

Müsəlman  ümməti  və  bəşəriyyət  cəmiyyət  qurarkən,  xalqlar  

və  millətlər  arasında  münasibətlər  təsis  edərkən  Quran  dün-

yagörüşünü  əsas  götürməlidir.  Çünki  məhz  bu  dünyagörüşü-

nün  sayəsində  universal  elmi  mərhələyə  start  vermək,  ədalət  

və  sülh  mədəniyyəti  qurmaq  mümkündür.  Amma  bu  vaxt  

formal-nəzəri  təqdimatla  kifayətlənmək  olmaz.  Elm,  tərbiyə,  

mənəviyyat,  təşkilatlanma  istiqamətlərində  əməli  addımlar  atıl-

malıdır.  Bəşəriyyətin  birliyinə  inanan  sivil  bəşəri  sistem  bu  

dünyagörüşünü  əsas  götürərsə,  varislik  vəzifəsi  icra  edilər,  sülh  

və  ədalət  bərqərar  olar.

Həqiqi    islam    mədəniyyəti    bəşəriyyəti    müasir    materialist  

vəhşətdən  xilas  edib,  ona  düz  yol  göstərə  bilər.  Materialist  ya-

naşma  özü  ilə  konfl iktlər,  müharibələr  gətirmişdir,  silahlanma  



22

yarışına  təşviq  etməsi  ilə  bəşəriyyətin  gələcəyini  təhlükə  altına  

salmışdır.

Universal    mədəni    Quran    dünyagörüşünü    ibtidai-irqçi  

elementlərdən,    israiliyyat

3

    cəfəngiyatından,    mifoloji    uydur-



malardan  təmizləmək  lazımdır.  Bunun  üçün  əvvəlcə  Qurana  

qayıtmaq  tələb  olunur.  Bununla  yanaşı,  Quran  ritorikası  və  

ondakı  məqsədi  düzgün  başa  düşmək  olduqca  zəruridir.

Əgər  müsəlmanlar  Quran  dünyagörüşü  və  universal  islam  

mədəniyyəti    sistemini    özlərinə    zərurət    bilsəydilər,    islamın  

bəşəriyyətə  təsiri  ikiqat  artıq  olardı,  bu  din  indiki  sərhədlərindən  

kənara  yayılardı,  müsəlman  dünyagörüşü  təhrifl ərə  məruz  qal-

mazdı  və  müsəlmanlar  korrupsiyanın  yayılmasına  səbəb  olmuş  

avtoritar  qurumlardan  yaxalarını  qurtarardılar.

Bu  yerdə,  biz,  bir  tərəfdən,  islamla  müsəlman  fərd,  digər  

tərəfdən  isə  islamı  çatdırma  işi  ilə  (dəvət)  dövlət  arasındakı  

fərqi  izah  etməliyik.  İslam  sonuncu  ilahi  missiya  olub,  insana  

yol  göstərir,  onu  mədəni  dünyagörüşünün  əsas  prinsipləri  ilə  

təmin  edir.  Bununla  da,  onun  həyatına  məna  və  məqsədyönlülük  

qazandırır.

Müraciət  obyekti  xəlifə  (təmsilçi,  varis)  təyin  edilən  in-

sandır.  Hər  insan  islamdan,  dəyərləri  və  təlimlərindən  imkanı  

nəyə  çatırsa,  onu  əxz  edir.  Müsəlmanlar  islama  iman  gətirmiş  

insanlardır.  Amma  onlardan  hər  birinin  öz  əqli  səviyyəsi,  öz  

vicdanı,  özünəməxsus  davranışları  var.  Bütün  insanlar  kimi  

onlar  da  bir-birindən  imanın  dərəcəsinə,  davranışlarına  görə  

fərqlənirlər.    Müsəlman    fərdin    səhvlərinin    onun    dini    və    ya  

əqidəsinin  ayağına  yazmaq  səhv  olardı.  Davranış  və  danışıqda  

riayət  etdiyi  qaydalar,  təbii  ki,  iman  gətirdiyi  dinin  təsiri  ilədir.  

Yol  verilən  səhvlər,  dinin  məqsəd  və  universal  prinsiplərinə  

tərs  düşən  davranışlar  isə  müsəlman  fərdin  özünə  aiddir.

3

 Müsəlman  dini-mədəni  irsinə  daxil  olmuş  yəhudi  rəvayətlərindən  söhbət  



gedir  –  tərcüməçinin  qeydi.


23

Bununla  yanaşı,  dəvət  və  dövləti  bir-biri  ilə  səhv  salmaq  

olmaz.  Dəvət  hidayət,  öyrətmə  və  tərbiyə  məqsədilə  könüllərə,  

vicdanlara    müraciətdir.    Dövlət    isə    insanların    təsis    etdikləri  

siyasi    qurum    olub,    müxtəlif    mütərəqqi    formalara    sahibdir.  

Dövlət  bu  və  ya  digər  şəkildə  insan  qrupları  ilə,  siyasi-ictimai  

sistemləri  ilə,  yaşadıqları  ərazi  və  maraqları  ilə,  daxili  və  xarici  

münasibətləri  ilə  əlaqəlidir.  Daxili  münasibətlər  dedikdə  bir  

cəmiyyətin  fərdlərinin  öz  aralarındakı  əlaqə,  xarici  münasibətlər  

dedikdə  isə  başqa  dövlət  və  xalqlarla  əlaqəsi  nəzərdə  tutulur.

Meydana  çıxdıqları  dövrdən  bu  günədək  dövlətlər  və  siyasi  

sistemlərin  bir-biri  ilə  münasibətlərinə  ya  sülh,  ya  sazişlər,  ya  

da  müharibə  və  konfl iktlər  hakim  olmuşdur.

Mədəni  islam  dünyagörüşü  bütün  bu  münasibətləri  ədalət  

və  sülh  üzərində  bina  edir.  Daxili  sferada  ədalət  və  həmrəylik  

özülü,  məşvərət  və  məsləhətləşməni  əmələ  gətirir,  qərarlar  və  

islahatlar  vasitəsi  hesab  olunur.  Münasibətlər  korlanıb  zülm  

meydana  çıxarsa,  Şəriət  və  Qanun  dövrəyə  girir.  Əks  halda,  

dinc    sivil    vasitələr    və    vətəndaş    itaətsizliyi    səhvlərin    təshih  

edilməsində  sağlam  vasitə  rolunu  oynayacaqdır.  Digər  siya-

si  tərəfl ə  münasibətə  gəlincə,  bu,  hüququ  təsdiqləmək  üçün  

səlahiyyət  sahibi  ilə  danışıq  aparmaqdır.  Müharibə  və  silaha  o  

halda  əl  atılır  ki,  hüququ  başqa  yolla  hakim  etmək  mümkün  

olmur.


Təəssüf  ki,  Qərb  Müsəlman  dünyası  ilə  təmasa  keçdikdən  son-

ra  təbii  qanunauyğunluqlara  əsaslanan  elmi  metodu  birləşdirici  

Quran    dünyagörüşünü    qəbul    etmədən    mənimsəmişdir.  

Müsəlman  dünyası  ilə  təmas  Qərbin  təbiət  və  sosial  elmlərlə  

materialist  prizmadan  tanışlığının  başlanğıcı  olmuşdur.  Nəticə  

etibarı  ilə,  irqçilik,  zorakılıq  və  ictimai  xəstəliklər  vüsət  kəsb  

etmişdi.  Deməliyik  ki,  Qərbin  islama  düşmənliyi  uzaq  keçmişə  

gedib  çıxır.  Kilsənin  islamla  əlaqəli  böhtan  xarakterli  iddiaları  

bu  işdə  az  rol  oynamamışdır.



Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə