Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

24

Təəssüf  ki,  Raşidi  xilafətinin  ləğv  edilməsi  ilə  islam  tarixi-

nin  məcrası  dəyişmişdir.  Bununla  da,  həmin  dövrün  anlayış  

və    dəyərlərini    davam    etdirmək    imkanlarının    üstündən    xətt   

çəkilmişdir.  Quran  modelinə  əsaslanan  rəhbərlik  nümunələrinin  

tükənməsi  məlum  dəyər  və  prinsipləri  təmin  edən  qurumların  

tarix    səhnəsindən    silinməsi    ilə    nəticələnmişdi.    Əslində,    bu,  

tarixə  və  bəşər  mədəniyyətinə  istiqamət  vermiş  mədəni  Quran  

dünyagörüşünün  təhrifi  demək  idi.

Əgər  Qərb  və  müasir  bəşər  mədəniyyəti  elm  və  mədəniyyətin  

bayrağını  islam  mədəniyyətinin  başlıca  prinsiplərindən  təhvil  

almışsa,  onda  ümmətin  öz  kökü  üzərində  intibaha  ucalması,  

öz  dünyagörüşünü  tanıması  çox  mühümdür.  Ümmət  qurum  

anlayışına  diqqət  yetirməli,  ədalət,  azadlıq,  qardaşlıq,  şura  və  

sülh  kimi  dəyərləri  onun  əsasında  reallaşdırmalıdır.  Qurumlar  

olmazsa,  eqoizm  yenidən  hakim  olacaq,  ümmət  despotizm,  

korrupsiya,  zorakılıq,  acizlik,  savadsızlıq,  hakimiyyət  və  var-

dövlət  monopoliyasına  sürüklənəcəkdir.

Quran    dünyagörüşünün    təqdim    edilməsi,    müxtəlif  

tərəfl ərinin  öyrənilməsi,  sosial  qurumlarının  yaradılması  təkcə  

müsəlmanların  deyil,  həm  də  bəşəriyyətin  salamatlığı  üçün  

özül  və  yaxşılaşdırma  prinsipi  rolunu  oynayacaqdır.

Quran  dünyagörüşünün  prinsiplərinin  icmalını  verməzdən  

əvvəl  vəhyin,  mənbələrinin:  Quran  və  sünnənin  öyrənilməsində  

zaman  və  məkan  amillərinin  nəzərə  alınması  məsələsinə  toxun-

mağımız  faydalı  olacaqdır.  Bu  ona  görədir  ki,  sabitlə  dəyişkən  

səhv  salınmasın.

Sabit və dəyişkən: zaman və məkan

Vəhy  dinin  əsas  mənbəyi  olduğu  üçün  bu  mənbə  universal  

islam  missiyasında  hər  şeydən  əvvəl  Qurani-Kərimlə  –  Allahın  

peyğəmbərinə  nazil  etdiyi  sözlə  təmsil  olunur.




25

Sonuncu  universal  ilahi  missiya  olaraq  Qurani-Kərim  özü-

nün  sabitliyi  ilə  seçilir.  Yəni,  reallığın:  zaman  və  məkanın  

dəyişilməsinə  baxmayaraq,  sabit  qalan  məqsədlər,  dəyər  və  an-

layışlar  məcmusudur  Quran!  Bu  məqsədlər,  dəyər  və  anlayışlar  

“səvabit”  (sabit  qalan,  dəyişməz)  adlanır.  Əgər  insan  həyatı,  

bilik  və  problemlər  inkişaf  edib  dəyişilirsə,  onda  islamın  dəyər  

və  anlayışlarını  zaman  və  məkana  uyğun  olaraq  dəyişik  üsul-

larla  reallığa  tətbiq  etmək  lazımdır.  Bu  yerdə,  Sünnə  nümunə  

və  model  təqdim  etməkdə  islam  missiyasının  ikinci  mənbəyi  

kimi  özünü  göstərir.  Sünnə  isbatlayır  ki,  Quran  ideallar  və  

xəyallar,  illüziyalar  kitabı  olmayıb,  insana  yol  göstərən  missi-

yadır.

Sünnənin  mətnlərini  öyrənərkən  zaman  və  məkan  amilləri  



nəzərə    alınmalıdır.    Sünnə    Quranın    dəyişməz    dəyər    və    an-

layışlarının,    məqsədlərinin    real    həyata    tətbiq    edilməsində  

Peyğəmbərin  müdrikliyini  əks  etdirir.  Odur  ki  Quran  dəyərləri  

və  anlayışlarını  reallığa  tətbiq  edərkən  Peyğəmbərin  təcrübəsini  

şüurlu  şəkildə  öyrənməliyik.

Bu,    Quranın    Allah    tərəfindən    nə    səbəbə    qorunduğunu,  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

  nəyə  görə  öz  göstərişləri  

və  sözlərinin  yazıya  köçürülməsini  istəmədiyini  bizlərə  izah  

edir.  Peyğəmbər  ehtiyatlanırdı  ki,  islam  şəriətinin  dəyişməz  

mənbəyini  təmsil  edən  Quranla  onun  tətbiqi  davranışları  səhv  

salına  bilər.  Çünki  Quranı  tətbiqdə  dəyişkən  zaman  və  məkan  

amilləri  nəzərə  alınmalıdır.

Beləliklə,  Qurani-Kərim  və  Pak  Sünnənin  mahiyyətini  başa  

düşmək,  insanı  fitrəti  və  xarakterini,  fiziki-təbii  qanunauyğun-

luqları  öyrənmək,  zaman  və  məkan  amillərini,  real  dəyişiklikləri  

və  problemləri  nəzərə  almaq  metodoloji  məsələlərdir.  Bu  me-

todoloji    məsələlər    təlim-tərbiyə    metodikasını    yenidən    təsis  

etmək,  mədəni  Quran  dünyagörüşündən  istifadə  etmək,  onun  

fikri  və  əqidə  sistemini  başa  düşmək  üçün  çox  zəruridir.  Belə  




26

olduqda  ümmət  intibah  mərhələsinə  qədəm  basacaq,  ədalət,  

elm,  universal  və  sülh  mədəniyyəti  qurulacaqdır.

Real idealizm

Düzgün  və  birbaşa  cavab  tələb  edən  mühüm  sualla  qar-

şı-qarşıyayıq:    Mədəni    Quran    dünyagörüşü,    bəzi    filosof  

və  mütəfəkkirlərin  iddia  etdikləri  kimi,  real  həyatdan  uzaq  

idealist-xəyali,  yoxsa  bəşəriyyətin  həyatında  müsbət  tərəfl əri  

əks  etdirən,  ona  yol  göstərən  həqiqi-real  dünyagörüşüdür?

Müsəlman  ümmətinin  indiki  dövrdə  düçar  olduğu  parça-

lanmanın,  zülmün,  eqoizmin,  yoxsulluğun,  cəhalətin,  korrupsi-

yanın,  ifl as  etmiş  sosial-siyasi  sistem  və  qurumlarının  fonunda  

bu  suala  cavab  vermək  ilk  baxışdan  çətindir.  Çünki  sadalanan  

bu  hallar  mədəni  Quran  dünyagörüşünə  ziddir.

Bu  suala  cavab  vermək  üçün  bir  neçə  aksioma  müraciət  

etmək  lazım  gələcəkdir.

Birincisi  budur  ki,  Quran  dünyagörüşünün  təqdim  etdiyi  

şeylər  arasında  insan  oğlunun  istəyinə  əks  düşən  heç  nə  yox-

dur;  bəşər  tarixinin  şahid  olacağı  ən  qiymətli  şey  bu  dünyagö-

rüşünün  yer  üzündə  tətbiq  edilməsi  olacaqdır.

İkincisi,  Peyğəmbərin  dövründə  bu  dünyagörüşü  forması  

real  və  ideal  formada  tətbiq  olunmuşdu.  Deməli,  Quran  dün-

yagörüşü  real  həyata  tətbiq  edilməsi  mümkün  olmayan  nəzəri,  

fəlsəfi  və  xəyali  dünyagörüşü  forması  deyildir.  Peyğəmbərin  

vəzifəsi  bu  dünyagörüşünə  aid  dəyər  və  anlayışları,  prinsipləri  

real  həyata,  zaman  və  məkan  amillərini  nəzərə  alaraq,  müdrik  

şəkildə  tətbiq  etmək  idi.  Bəşəriyyət  Peyğəmbər  təcrübəsinin  

timsalında  Quran  dünyagörüşünün  reallığının,  tətbiq  imkanla-

rının  şahidi  olmuşdu.




Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə