MəDƏNİYYƏt dünyasi



Yüklə 378,79 Kb.
Pdf görüntüsü
tarix04.07.2018
ölçüsü378,79 Kb.
#53124
növüXülasə


159 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXVI buraxılış, Bakı, 2013 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХVI выпуск, Баку, 2013 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХVI edition, Baku, 2013 

 

UOT 78.08:801.81 



Xanım Əliyeva

  

Azərbaycan Milli Konservatoriyasının baş müəllimi 

AZ - 1073, Bakı ş., H.Cavid pr., 25 

Email: aliyeva.81@mail.ru  

 

 

ŞİRVAN AŞIQ HAVALARININ MELODİYA

SINA DAİR 

 

 Xülasə:  Təqdim  olunan  məqalə  ənənəvi  Şirvan  aşıq  havalarının  melodik 



aspektinə  həsr  olunub.  Müəllifin  Şirvan  aşıq  havalarının  melodiya  təhlili  bu  mühitə 

məxsus  havaların  melodiya  xüsusiyyətlərini,  özünəməxsus  melodik  ifadə  tərzini  və 

üslubunu müəyyən edir.  

Açar  sözlər:  Şirvan  aşıq  mühiti,  aşıq  havaları,  melodiya  təhlili,  melodik 

ifadəlilik, melodiya üslubu.  

 

 

Aşıq  havalarının  nəzəri  araşdırılmasında  melodiya  aspekti  mühüm  rol  oynayır. 



Melodiya  nəzəriyyəsindən  və  musiqinin  melodik  təhlilinə  dair  araşdırmalardan  belə 

nəticə alınır ki, xalq musiqisinin növ  və janrlarının tədqiqi zamanı melodiya aspektinə 

müraciət  olunması  istər  janrın,  istər  fərdi  sənətkarın,  istərsə  də  yerli  arealın 

özünəməxsus  musiqi  dilini  və  üslubunu  müəyyən  etmək  üçün  başlıca  şərtdir.  Bu 

baxımdan,  Şirvan  aşıq  havalarının  melodiya  təhlili  bu  mühitə  məxsus  havaların 

melodiya  xüsusiyyətlərini,  özünəməxsus  melodik  ifadə  tərzini  və  üslubunu  müəyyən 

etmək üçün aktual nəzəri əhəmiyyət kəsb edir.  

Azərbaycan  musiqişünaslığında  aşıq  musiqisinə  dair  tədqiqatlar  göstərir  ki,  Ə. 

Eldarova,  T.  Məmmədov,  A.Ozan  Kərimli,  K.  Dadaşzadə,  İ.  Köçərli,  T.  Quliyeva 

melodiya xüsusiyyətlərinin təhlilinə də nəzəri əhəmiyyət vermiş, bu istiqamətdə maraqlı 

təhlillər  aparmış,  fikirlər  irəli  sürmüş,  elmi  nəticələr  əldə  etmişlər.  Azərbaycan  aşıq 

havaların  nəzəri  yanaşmalar  Şirvan  aşıq  havalarının  nəzəri  təhlilində  metodoloji  əsas 

rolunu  oynayırlar.  Lakin  təəssüf  ki,  bir-iki  nümunə  istisna  olmaqla,  bu  tədqiqatlara 

Şirvan aşıq havaları cəlb olunmamışlar.  

Musiqişünasların  melodiya  haqqında  nəzəri  tədqiqatları  öyrədir  ki,  ayrılıqda 

götürülmüş musiqi əsərinin, xalq musiqisi nümunəsinin lad-məqam, intonasiya, forma, 

səsyüksəklik,  melodik hərəkət,  çoxsəslilik, metr-ritm  kimi əsas  struktur  elementləri  və 

ifadə  vasitələri  məhz  onun  melodiyasında  cəmləşirlər.  Bu  mənada,  melodiyaya  geniş 




160 

 

mənalı  anlayış  kimi  yanaşılması  vacib  nəzəri  prinsiplərdən  hesab  olunur.  Beləliklə, 



musiqisinin  demək  olar  ki,  bütün  ifadə  vasitələri  melodiyada  ehtiva  olunur  və  melo-

diyada özünü büruzə verə bilir.  

Bütün  bunları  nəzərə  alaraq,  Şirvan  aşıq  havalarının  melodiya  təhlilində  melo-

diya anlayışına bir neçə aspektdən yanaşmışıq:  

1. Melodiya musiqi fikrinin əsas daşıyıcısı kimi;  

2. Melodiyanın quruluşu və melodiya struktur amil kimi;  

3. Melodiya əsas ifadə vasitəsi kimi;  

4. Melodiya formayaradıcı amil kimi. 

Məhz  yuxarıda  deyilən  fikirlər  də  nəzərə  alınmaqla,  biz  Şirvan  aşıq  havalarını 

tədqiq  edərkən,  melodiya  təhlilinə  xüsusi  nəzəri  əhəmiyyət  veririk.  Belə  ki,  aşıq 

havasının əsas bədii və struktur xüsusiyyətləri məhz onun melodiyasına təzahür edir.  

Melodiya  təhlilinə  havaların  lad-məqam  aspekti  ilə  əlaqəli  yanaşmamız  nəzəri-

metodoloji əsaslara malikdir. Çünki məqam melodiya vasitəsilə təzahür edir. Digər tə-

rəfdən,  melodik  ifadəlilik  onun  lad-məqam  əsası  ilə  səciyyələnir.  Görkəmli  melodiya 

nəzəriyyəçisi L.A.Mazel bu barədə yazır: “Lad münasibətləri çox vaxt melodiyanın bu 

və  ya  digər  ayrı-ayrı  səciyyəvi-ifadəli  cəhətlərini  təyin  edirlər...  Melodiyanın 

i n k i ş a f ı ,  hətta  musiqili  obrazın  əsaslı  surətdə  və  keyfiyyətcə  dəyişməsi  çox  vaxt 

müəyyən  dərəcədə  (bəzi  vaxt  bütövlükdə)  lad,  lad-tonal,  lad-harmonik  vasitələrə 

əsaslanır.” [1, 70]  

Şirvan  aşıq  havalarının  melodik  özünəməxsusluğundan  danışarkən,  ifaçılıq 

amilinin  də  nəzərə  almağı  vacib  sayırıq.  Belə  ki,  ustad  aşıqların  hər  birinin  fərdi  ifa 

tərzi,  oxu  manerası,  səs  tembri  ənənəvi  bir  havanın  variantlarının  yaranmasına  səbəb 

olur.  Mühit  daxilində  bu  və  digər  havanın  hər  bir  yeni  variantı  isə  ilk  növbədə  onun 

melodik  quruluşunda  və  üslubunda  özünü  təsdiq  edir.  Aşıq  musiqisinin  görkəmli 

tədqiqatcısı  professor  T.Məmmədovun  fikrincə,  hər  bir  bölgədə  ənənəvi  havaların 

yaşaması,  ötürülməsi  və  variantlarının  yaranması  məhz  ustad  aşıqların  ifaçılığı  ilə 

bağlıdır. [2].  

Şirvan aşıq havalarının bəzi melodiya xüsusiyyətləri üzərində dayanaq.  

Birincisi,  Şirvan  aşıq  havalarının  melodiya  quruluşuna  və  ifadəliliyinə  muğam 

ifaçılığının  təsirini  qeyd  etməliyik.  Muğamın  təsirini  xüsusilə  aşıq  oxumalarının 

reçitativ üslubunda aydın müşahidə edirik. Meloreçitasiya aşıq havalarında vokal ifanın 

başlıca  üslubu  kimi  özünü  göstərir.  Bu  təsir  cümlələrin  sonunda  aşığın  muğam  tərzli 

melodik kadans oxumalarında özünü göstərir.  

İkincisi,  aşıq  havalarının  melodik  quruluşunda,  melodiyanın  hərəkətində, 

ifadəliliyində  təkrarlıq,  sekventlik,  metir-ritm,  intonasiyalanma  kimi  amillər  prinsipial 

əhəmiyyət daşıyır. Belə ki, intonasiya, motiv, fraza və cümlələrin təkrarlanması melodik 

məzmunun struktur və bədii aspektlərini təşkil edir. Təkrarlanma statik və  ya  variantlı 

ola  bilir.  Şirvan  aşıq  havalarında  da  belədir.  Havalarda  istər  intonasiya  və  motiv 

özəklərinin  təkrarlanması,  istərsə  də  fraza  və  cümlələlərin  təkrarlanması  tez-tez 

müşahidə  olunur.  Bu  təkrarlar  eyni  zamanda  havaların  melodik  ifadəliliyinə  təsir 

göstərir, melodik məzmunun qurulmasına xidmət edir.  

Şirvan  aşıq  melodiyasında  təkrar  quruluşlar  istər  havanın  instrumental,  istər 

oxuma  hissələrində  özünü  göstərir.  Şirvan  havalarının  bir  əsas  xüsusiyyəti  də  aşığın 

oxuduğu frazaların, cümlələrin instrumental ifada balaban tərəfindən təkrarlanmasıdır.  

Melodiyada təkrarlanmaya əyani nümunə kimi “Döymə Kərəmi” havasının ins-

trumental  gişinə  diqqət  edək.  İlk  növəbədə  bu  ənənəvi  Şirvan  havası  rast  məqamına 

əsaslanır, lad-tonallığı mi bemol rastdır. Havanın musiqisi tez templi və marşvaridir, 2/4 

vəzndə ifa olunur. Misraların reçitativ oxunması 2/4 və 4/4 vəznin növbələşməsi ilə baş 




161 

 

verir.  Aşıq  ansamblı  tərəfindən  çalınan  girişdə  aparıcı  melodik  xətt  saz  və  balabana 



malikdir.  Girişdə  hər  biri  üç  frazadan  ibarət  iki  melodik  cümlənin  variantlı  təkrar-

lanmasını müşahidə edirik:  

 

 

Meloreçitativ  ifa  “Döymə  Kərəmi”də  aşıq  oxumasının  melodik  üslubunu 



nüəyyən edir. Burada mayə pilləsi üzərində dayanmaqla ardıcıl intonasiya etmə, yaxın 

məsafəli  sekunda  səsinə,  yəni  mayənin  üst  aparıcı  tonuna  keçib  mayəyə  qayıtmaqla 

intonasiyalanma melodiyaya muğam reçitativliyi aşılayır. Bu reçitativ oxumada məqam 

pillələrinin  IV-V-IV  ardıcıllığı  havada  məxsusi  məqam  intonasiyası  yaradır.  Digər 

tərəfdən,  iki  mühüm  xüsusiyyət  -  meloreçitasiyanın  bir  səsdə  dayanmaqla  ifası  və  bir 

hecanın bir səslə oxunması melodiyanın muğamvari reçitativliyini səciyyələndirir:  

 

 

 



 

Not  yazısından  göründüyü  kimi,  birinci  kupletdə  aşıq  oxuması  kiçik,  yəni  b.2 

diapazonludur (es¹-f¹). Aşıq oxuması havanın melodiya quruluşunda və ifadəsində reçi-

tativlik,  musiqili  nitq  yaradır,  bu  xüsusiyyət  isə  melodik  üslubu  şərtləndirir.  Belə  ki, 

melodiyanın  mayə  səsi  (mi  bemol)  üzərində  statik  hətəkəti,  üfüqi  səsyüksəklik  xəttini 

dəyişmir.  Lakin  birinci  kupletin  ifasında  aşıq  oxuması  məqamın  V  pilləsinə  də  meyl-

lənir,  başqa  sözlə, reçitativ  tərzli melodiya  x.1  və  x.2  intervalları  ilə qurulur  ki,  bu  da 

oxumanın rast məqamına xas olan intonasiyasını yaradır:  

 

 

 



İkinci  kupletin  instrumental  girişi  birinci  kupletdən  tamamilə  fərqlənir.  Aşıq 

oxumasında  isə  misralar  muğamvari  improvizəyə  daha  geniş  yer  verilir.  Lakin  ikinci 

kuplet  birincidən  müəyyən  qədər  fərqlənsə  də,  onların  ümumi  melodiya  və  məqam 



162 

 

məzmunu  dəyişmir.  Bu  baxımdan,  havanın  kuplet  quruluşu  variantlı  səciyyə  daşıyır. 



Maraqlıdır  ki,  ikinci  kupletin  instrumental  girişində  təkrarlanma  özünü  sekvensiya 

şəklində göstərir. Melodiyanın aşağı və yuxarı hərəkəti onun dalğavariliyni təmin edir, 

melodik ifadə daha da zənginləşir.  

Sekvensiyalar isə melodiya quruluşunu daha konstruktiv və daha aydın edir. Bu 

sekvensiyaların  məqam  məntiqi  melodiyanın  pilləvari  hərəkətinə  səbəb  olur. 

Melodiyanın  “aşağı-yuxarı-aşağı”  hərəkət  modeli  sekvensiyalar  ilə  qurulur  ki,  nəticə 

etibarilə melodik fikir mayədə tamamlanır.  

 

 

 



“Döymə  Kərəmi”nin  ikinci  kupletinə  girişin  not  yazısından  göründüy  kimi, 

burada  üç  sekvensiya  vardır.  Birinci  sekvensiya  aşağı  hərəkətlidir,  1-6  xanələri  əhatə 

edir  və  üç  həlqədən  (qurumdan)  ibarətdir  ki,  hər  sekvensiya  həlqəsi  də  iki  xanəlidir. 

Melodiyanın  7-8  xanələri  sekvensiyalar  arasında  əlaqələndiriçi  rolunu  oynayır.  Daha 

sonra (xanə 9-12) yuxarı hərəkətli sekvensiya başlayır. Bu melodik sekvensiya 4 xanə-

lidir  və  hər  xanə  bir  sekvensiya  həlqəsini  təşkil  edir.  Üçüncü  sekvensiya  isə  yenə  də 

aşağı hərəkətlidir (xanə 13-16), iki həlqədən ibarətdir və hər bir sekvensiya həlqəsi iki 

xanəlidir.  Bu  sekvensiya  bitdikdən  sonra  melodiya  yenə  də  aşağı  hərəkət  edir.  Lakin 

melodiyanın  davamı  sekvensiyalı  olmasa  da,  sekventdaxili  motivlərə,  intonasiyalara 

əsaslanır.  

Bu nümunədə melodiyanın daha bir özəlliyi onun diapazonu ilə xarakterizə olu-

nur. Belə ki, melodiyanın hərəkəti rast məqamının IX pilləsindən (do) başlayır və aşa-

ğıya,  mayəyə  doğru  hərəkət  edir.  Melodiyanın  dalğavari hərəkəti  və  böyük  diapazonu 

onun inkişaflı quruluşunu yaradır. Birinci kupletdə melodiyanın statik reçitativ quruluşu 

ilə  müqayisədə  ikinci  kupletin  belə  melodik  inkişafa  malik  instrumental  giriş  ilə 

başlaması, havanın bədii ifadəliliyini daha da zənginləşdirir.  

Bəzi  havalarda  əsasən  sekundalar  ilə  qurulan  pilləvari  oxuma  zamanı  tersiya 

sıçrayışına  yol  verilir  ki,  bu  da  melodiyaya  reçitariv-danışıq  intonasiyası  aşılayır. 

Məsələn, bu xüsusiyyəti “Ayaq Şeşəngi” havasında izləyək:  

 



163 

 

 



 

Not yazısından göründüyü kimi, 4 misranın oxunması müəyyən melodik qanuna-

uyğunluğa əsaslanır. Belə ki, şeirdə olduğu kimi, melodiyada da “qafiyələnmə” vardır. 

Birinci ilə üçüncü frazalar və ikinci ilə dördüncü frazalar təkrar olunmaqla, melodiyanın 

da şeirə uyğun “qafiyələnməsini” yaradırlar. Bu aşıq oxumasında, birinci misra do şurun 

kvinasından başlayaraq, aşağı hərəkətlə mayənin üst tersiyasında dayanır. Meldoiyanın 

hərəkəti  məqamin  VIII-VII-VI  ardıcıllıığına  əsaslanır.  İkinci  misranın  oxunuşunda  isə 

melodik  fraza  aşağı  enişli  hərəkətlə  mayədə  (do)  bitir:  VIII-VII-VI-V-IV.  Sonrakı  iki 

misranın oxunması bu iki misranın variantlı təkrarı ilə baş verir.  

“Ayaq  Şeşəngi” havasının melodiyası recitativ  melodiyadır.  Bir hecanın  bir  səs 

ilə oxunması da reçitativ üslubu təsdiq edir. Lakin maraqlı bir məsələ də pilləvari aşağı 

hərəkətli melodiyada  özünü  göstərən  tersiya  intonasiyalarıdır.  İkinci misrada  “g-es-g”, 

üçüncü misrada “b-g”, dördüncü misrada “e-g” tersiya hərəkətləri buna misal ola bilər. 

Oxumanın bu tersiya intonasiyaları melodiyaya danışıq, nitq xarakteri aşılayır və onun 

reçitativ ifadəliliyini daha da artırır.  

 

Ədəbiyyat

 

1.   L.A.Mazel.  Musiqi  əsərlərinin  quruluşu.  Dərs  vəsaiti.  Tərcümə  edəni  G.Hüseynova.  –  B.:  Maarf, 



1988. – 516 s.  

2.   T. Məmmədov.  Azərbaycan  xalq-professional musiqisi:  Aşıq  sənəti. Dərs  vəsaiti.  -  B.:  Şur, 2002. – 

96 s.  

3.   Л.А.Мазель. О природе и средствах музыки: теоретический очерк. – М.: Музыка, 1983.- 72 с.  



 

Ханым Алиева

 

 О мелодии Ширванских ашыгских напевов  

Резюме 

 

 

Статья  Х.А.Алиевой  посвящена  мелодическому  аспекту  традиционных  ашыгских  напевов 

Ширванского  региона.  Автор  анализирует  мелодию  напевов,  раскрывает  их  локальные  особенности. 

По мнению автора, речитативность является одной из основных свойств мелодии ашыгских напевов.  



Ключевые слова:

 Ширванский ашыгский регион, ашыгские напевы,  мелодия, мелодический 

анализ  

 

Khanim Aliyeva  



About the melodies of Shirvan ashig songs  

Summary 

 

This article by Aliyeva Kh. A. is devoted to melody aspect of Shirvan ashig songs. Author analyses 

peculiarities of melodies of traditional ashig songs (hava).  

Keywords: Shirvan ashig area, traditional ashig songs, melody, peculiarities of melodies  

 

  



Məqalənin redaksiyaya daxil olma tarixi: 06.11.2013 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 15.11.2013 

Məqalənin çapa qəbul olunma tarixi: 04.12.2013 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: sənətşünaslıq üzrə fəlsəfə doktoru, 

dosent Ellada Hüseynova 



ADMİU

-nun Elmi Şurasının 05 dekabr 2013-cü il, 03 saylı qərarı ilə çap olunur. 

Yüklə 378,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə