49
MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXVI buraxılış, Bakı, 2013
МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
ХХVI выпуск, Баку, 2013
THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, ХХVI edition, Baku, 2013
UOT 008:316
Leylaxanım Atakişiyeva
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Az -1065, Bakı, İnşaatçılar pr.39
Email: admiu@mail.ru
MƏDƏNİYYƏT – SOSİAL PROQNOZLAŞMA
VƏ SOSİAL LAYİHƏLƏŞMƏ OBYEKTİ KİMİ
Xülasə: Sosial proqnozlaşm və layihələşmə sosiomədəni problemlərin həllinin
müxtəlif variantlarının hazırlanması üzrə məqsədyönlü fəaliyyəti nəzərdə tutur. Bu,
köklü şəkildə dəyişilmiş mədəni proses və hadisələrin nizamlanması üzrə sosial plan və
proqramların hazırlanmasını əhatə edir.
Açar sözlər: sosial, proqnoz, layihələşmə, mədəniyyət
XX əsrdə gələcəyin problematikasına maraq, təkcə tədqiqatçılar arasında deyil,
bütövlükdə cəmiyyətlərdə müşahidə olunmağa başladı. Dünyanın qloballaşması sa-
yəsində mədəniyyətin yeni amilləri meydana çıxmağa başlamışdır. Qərb cəmiyyətlə-
rində sosiomədəni proqnozlaşmaya artan maraq qanunauyğunluq kəsb etməyə başladı.
XX əsrin II yarısında sosiomədəni proqnozlaşma sosil fikit tariində yeni bir istiqamət
kimi təşəkkül tapdı. Müasir dünyanın böhran xarakteri daşıyan problemli hadisələrinin
müəyyənləşməsi qərb cəmiyyətləinin qarşısına bir sıra vəzifələr qoydu. Bunların sıra-
sında gələcəyi düzgün idarəetmək məqsədilə sosiomədəni proqnozlaşma metodlarının
işlənilib-hazırlanması mühüm yer tutdu. Proqnozlaşma- proqnozların işlənilməsi prose-
sidir. Soioməəni proqnozlaşma mədəniyyət sahəində baş verə biləcək dəyişikliklərin
öyrənilməsinə istiqamətlənmiş elmi tədqiqatdır.
Mədəniyyət sahəsində proqnozlaşma sosial öncədəngörmə ilə bilavasitə əlaqəli
olan bir hadisədir
. “Öncədəngörmə” gələcək problemlərin həllinin ehtimalını, yaxud
arzu olunan perspektiv vəziyyətlərinin təsvirini nəzərdə tutur. Sosiomədəni proqnozlaş-
manın digər aspektlərinə “öncədənxəbərvermə”, “qabaqcadan düşnülmüş”, “qabaqcadan
hisetmə” də aiddir. Qabaqcadanhissetmə gələcək haqqında informasiyanı intuisiya-
şüuraltı səviyyəsində nəzərdə tutur. Bəzən “qabaqcadan düşünülmüş” termini altında
50
elektron-hesablayıcı maşınların işinin qabaqcadanxəbərvermə nəticələri başa düşülür.
Burada terminlərin daha dəqiq ayırmaları tələb olunur. Bütün bu terminlər, həm də
proqnoz, məqsədlər, plan, proqram, layihələrin işlənilməsi prosesləri kimi də müəyyən
oluna bilər. Bu nöqteyi-nəzərə görə, ”proqnoz” perspektivlər haqqında, xüsusi elmi
tədqiqatlara istinadən, bu və ya digər hadisənin gələcək vəziyyətinin ehtimal mühaki-
mələri kimi dərk olunur. Qabaqcadanhissetmələrin elmi cəhətdən əsaslandırılmasının ən
mühüm vasitələrinə sosial hadisələrin təhlili, diaqnozu və proqnozu aid edilir. Proqnoz,
həm də qəbul edilən qərarların səmərəliliyinin yüksəldilməsi vasitəsi kimi tanınır. Məhz
bunun sayəsində proqnozlaşdırma sosial proseslərin planlaşdırılması və idarəolun-
masında geniş miqyas almış və mühüm rol oynamışdı. Sosial proqnozlaşma idarəetmə
ilə bilavasitə vəhdət təşkil edir. Sosial proseslərin proqnozlaşdırılması zamanı, əslində
şərti öncədənxəbərvermələrin xüsusi növü işlənilib-hazırlanır, perspektiv, paralel
məqsədyönlülük, proqrqamlaşdırma, layihələndirmə və idarəetmə üzrə xüsusi işləmələr
həyata keçirilir.
Sosial proqnozlaşma gələcək haqqında bütün incəliklərin necə olacağını da nə-
zərdə tuta bilməz. O gələcək hadisələrin dialektik determinizm prinsiplərindən çıxış
edir.
Planlaşma ilə müqayisidə sosial layihələşmə şərti direktiv səciyyə kəsb edir: bir
qayda olaraq, layihənin hazırlanması müəyyən təşkilatın qərarı ilə bağlıdır. Bununla
yanaşı, layihənin həyata keçirilməsi üçün onun plan vəzifəsinə daxil olması da mühüm
şərtdir. Sosial layihələşmə çox vaxt optimal məqsədin axtarışı ilə bağlıdır ki, bunu da
əsaslandırmaqla həyata keçirtmək lazım gəlir. Bu nəzərdə tutulan məqsədlərin həyata
keçirilməsinin vasitələrinin nöqteyi-nəzərindən sosial proqnozlaşma ilə planlaşma
arasında əlaqələndirici element kimi çıxış edir. Bu vasitələr proqnozlaşmada bir qayda
olaraq, ümumi formada iştirak etdikləri halda, planda isə, maksimal şəkildə
konkretləşirlər. Layihələşmə müxtəlif şəraitlərdə vasitələrin istehsalı, yaxud bir-birini
əvəz etməsi imkanlarını nəzərdə tutaraq onların axtarılması və əsaslandırılmasına
istiqamətləndirilir. Ona görə də, layihələşmə prosesi layihədənöncə sənədlərin hazırlığı-
nın vacibliyi ilə bağlı olur ki, məhz bundan sonra layhələşmə prosesinin özü həyata
keçirilir.
Qeyd etdiyimiz kimi,sosial proqnozlaşma və sosial layihələşmənin əhatə etdiyi
mühüm ictimai sahələrdən biri də mədəniyyətdir. Mədəniyyət sahəsində sosial
layihələşmə adı altında mövcud təşkilati strukturların (ayrıca müəssisə və onların tipləri,
idarəetmə sistemi, fəaliyyət prinsipləri müstəqil proqramlar, xüsusi xidmətlər və s.)
yenisinin yaradılması, yaxud yenidənqurulması kimi başa düşülməklə, ictimai
təcrübənin bu sahəsinin özünəməxsusluğuna xüsusi diqqət verilməsi vacibdir. İstənilən
layihə prosedurlarının işlənilməsi zamanı bütün bunlar nəzərə alınmalıdır. Bununla
əlaqədar həmin xüsusiyyətlərdən bəzilərini seçmək istərdik:
1.Fəaliyyətdə olan mədəniyyət modellərinin rəngarəngliyi. Bu sahədə
mədəniyyət haqqında eyni vaxtda müxtəlif, bir-biri ilə müqayisə edilməyən təsəvvürlər
sistemi “çalışır”. Arxasında müxtəlif nəzəri modellər duran mədəniyyət haqqında
çoxsaylı təssəvvürlər, nöqteyi-nəzərlər, izah və ümidlərin şərti olaraq üç qrupa aid
edilməsi tövsiyə olunur.
Birinci modeli şərti qaydada ənənəvi kateqoriyalarını “məxaric”, “rentabellik”,
”kapital qoyuluşu”, ”planlaşma”, ”səmərəlilik” təşkil edən iqtisadi amillər kimi
müəyyənləşdirmək olar.
İkinci modeli humanitar adlandırmaq olar. Sənətşünaslıqdan tutmuş fəlsəfəyə
qədəri əhatə edən bu modelin birmənalı olmayan versiyaları çox vaxt bir-birinə qarşı
dururlar, bununla belə onun bütün bələdçilərini tərkibinə “yaradıcılıq”, ”həqiqət”,
”sənətin keyfiyyəti”, ”insanın mənəvi inkişafı” anlayışları daxil olan dəyər koordinatları
51
birləşdirir.Nəhayət,mədəniyyət haqqında təsəvvürlərin üçüncü idarə modeli müəyyən
hissəsi “nəzarət”, ”mərkəzləşmə”, “hesabat”, ”təminat”, ”səyyarlıq” anlayışlarla əhatə
olunan mənayaradıcı strukturlardan ibarətdir. Bu model öz məqsədlərinə görə mürəkkəb
və çoxfunksiyalıdır.
Beləliklə, mədəniyyət sahəsində bir tərəfdən nisbətən zəif, digər tərəfdən gərgin
proseslərin bu üç, yaxud daha artıq modellərin eyni vaxtda reallaşmasının mümkün
olduğunu ehtimal etmək olar.
2.Mədəni proseslər haqqında gerçək informasiyanın əldə olunmasının
çətinlikləri. Ola bilsin ki, mədəniyyətə çoxölçülü sistem prinsipindən yanaşma mümkün
deyildi. Ədəbiyyatların təhlilləri mədəniyyətin funksiyaları, onu təşkil edən “element”,
”tərəf”, ”sahə”, ”proseslər” və s. qarşılıqlı təsiri haqqında təsəvvürlərin qeyri-dəqiqliyini
göstərir. Bununla eyni vaxtda mədəniyyətin digər cəmiyyət sahələri-iqtisadiyyat,
siyasət, sosial münasibətlər, texnoloji inkişafla əlaqələri haqqında etibarlı biliklərin əldə
olunması da çətinlik törədir.
3.Məqsədlərin bir-birinə zidd olması. Görünür, mədəniyyətdə əməliyyat baxı-
mından fəaliyyət məqsədlərinin ümumi, yaxud qeyri-müəyyənliyi təsadüfü deyildi.
Mədəniyyət üçün dəyər-normalar, dəyər məqsədlərin hərəkəti, mədəniyyətin in-
vestisiya siyasəti, əhalinin davranışına incəsənətin təsiri kimi xüsusiyyətlər səciyyəvidir.
Hakim dəyər oriyentirlərini mədəniyyətin inkişafının bütün nəzəri modelləri, bu
inkişafın məqsədləri müəyyənləşdirir. Belə deyək, fərdiləşdirilmiş tamaşaçıya deyil,
kütləyə istiqamətlənmə, paradoksal görünsə də, mədəniyyət nüəssisələrinə getməyin
aşağı düşməsinə gətirib-çıxarmışdı. Təkliflərin miqdarının ekstensiv şəkildə artması
bəzi sahələrdə defisitə, bəzisində isə, artıqlığa, bədii istehsalın aktual tələbəbatlarla uy-
ğunsuzluğuna səbəb olur ki, bu da artıq mövcud olmuş disproporsiya və ziddiyyətləri
daha da gücləndirir.
4.Mədəni proseslərin açıq xarakteri. Mədəniyyətlə bağlı bir xüsusiyyət haqqında
danışmaq olar; bu zaman yeni proseslərə qapalı və xüsusi bir hal kimi yanaşmaq olmaz.
Mahiyyətcə bu proseslər əvvəlcədən mövcud olduqları ənənəvi təşkilati-fəaliyyət
strukturları ilə qaynayıb-qarışır, bunların köməkliyi ilə transformasiya olunur. Konkret
mədəni proses,yaxud hadisəsinə təsir göstərən amillər zəncirini izləmək çox çətindir.
Məsələn, belə deyək: bu və ya digər ərazinin əhalisinin mədəni fəaliyyətində sosial
infrastuktrunun mədəni komponentinin (müxtəlif tip və təyinatlı uyğun müəssisə və
təşkilatlarla təminat) “çəkisi”ni necə müəyyənləşdirməli? Bu zaman çox şeyin nəzərə
alınması,sadəcə olaraq mümkün deyildi: çünki bir qaydanın arxasında ikinci, üçüncü,
dürdüncü səviyyələr gizlənir ki, bunlar da eyni dərəcədə qiymətləndirilmir, çünki bunlar
mahiyyətcə və mövcudluq və fəaliyyət formalarına görə prinsipialca fərqlidirlər. Mə-
dəniyyətin iqtisadi, sosial, tarixi, etnik və cəmiyyətin digər sistemləri ilə qarşılıqlı fəa-
liyyətinin bir çox mühüm element, tərəflərinin kifayətqədər üzə çıxarılması mədəniy-
yətin inkişaf şərtləri, eləcə də bu inkişafın müxtəlif nəticələrinin ölçülməsi və qeydiyyatı
imkanlarını aşağı salır.
Mədəniyyət sahəsində sosial layihələşmənin özünəməxsusluğu“nə qədər?”, ”kim
üçün?” suallarının cavablandırması ilə deyil, “nə?”, ”nə üçün?”, ”niyə?” sualına cavabın
düzgün verilməsi ilə izah edilir. Layihələşmə, məhz mədəni rifah və xidmətlərin tətbiq
formaları, mövcud həyat tərzi strukturunun dəyər meyarları ilə bağlı olur.
Demək olmaz ki, sosial layihələndirmə hər mənada yeni, əvvəllər həyata
keçirilməyən bir fəaliyyətdir. Hələ ötən əsrin 20-ci illərində mədəniyyətin inkişafının
idarəolunmasında sosial-layihə yanaşmalarının tətbiqinə cəhdlər göstərilmiş, 30-50-ci
illərdə mədəniyyət sahəsində sosial-iqtisadi planlaşdırma metodikalarının yeni tətbiqinə
başlanıldığı halda, sosial-mədəni sahənin obyekti kimi, hələ ki, yalnız memarlıqda
52
(layihələndirilən obyektlərin sosial-funksional xarakteristikası) layihələndirmə işi ger-
çəkləşdi. Mədəniyyətin idarəolunmasının müasir şəraitində yenidən sosial layihə-
ləndirmə metodlarına müraciətin əsas səbəbi nə ilə izah edilir?
Mədəni prosesin daha səmərəli idarəolunması məqsədilə sosial layihələşdirməyə
müraciət mədəniyyətin sosial funksiyalarının müasir dövrdə müşahidə olunan ten-
densiyalarla sıx bağlıdır. Sosial-mədəni sahənin hansı sistemini götürsək, bu və ya digər
həyat fəaliyyəti mühitinin sosial və mədəni potensialının həyati təminatı, toplanılma və
reallaşdırma sistemlərinin formalaşdırılması və təkmilləşdirilməsi ilə üz-üzə gələrik.
Həyat təminatı sistemlərinin tədqiqat və layihələndirməsinin əsasını insan
ekologiyası (və mədəniyyət) təşkil edir. Bu elm təbiət və humanitar fənlərin qovşağında
inkişaf edərək təbii və süni, maddi-energetik və informasiyalı mühitdə müxtəlif insani
populyasiya davranışının öyrənilməsi ilə məşğuldur. İnsan ekologiyası həyatın
humanistləşdirilməsinə, dünyanın qorunmasına və insanların birləşməsinə kömək edən
maddi və mənəvi bir qüvvədir. Məhz bu istiqamətlilik mədəniyyətin ekologiyasına da
xasdır. Çünki mədəniyyət də insanın mövcudluğu üçün hava, su,bitki və heyvanat aləmi
kimi vacibdir. Mədəniyyət toplanılmış mənəvi dəyərlərin məkanı, mühiti olmaqla
mənəvi inkişafın şəhadəti kimi insani tələbatları təmin edir.
İnsan və mədəniyyət ekologiyasının göstəricilərinə istinadən sosial-mədəni
sahənin inkişafının proqramlaşdırma prinsirlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Sosial-mədəni sahənin inkişaf strategiyasını müəyyənləşdirən sosial siyasət cəmiyyətin
yaradıcı potensialına əsaslanmaqla eyni vaxtda onun toplanılmasına istiqamətlənmişdi.
”Sürətlənmə”, ”yenidənqurma”, ”yeniləşmə”, “idarəetmə səmərəliliyi” kimi istilahlar bu
günki cəmiyyətimiz üçün keyfiyyətcə səciyyəvi olan anlayışlardır. Bu yeniliyin
təzahürlərindən biri də mədəniyyətin sosial-iqtisadi inkişafının intensifikasiyası amili
kimi rolunun yüksəlməsi təşkil edir.
Müasir mədəni şəraitin bir sıra xüsusiyyətlərini üzə çıxartmaq olar ki, bunlardan
birincisinə, məsələn, abidələrin qorunması, yeni bədii dəyərlərin yaradılması, keçmişin
və indiki klassik incəsənət əsərlərinin təbliği, asudə vaxtın təşkili, estetik tərbiyə və ətraf
mühitin bədii-estetik cəhətdən baxımlı formalaşdırılması kimi mədəniyyətin müxtəlif
sosial funksiyalarının mütərəqqi differensiasiyası aiddir. Buradan mədəniyyətin yeni
bütöv vəziyyətinin sadalanan funksiyalarının inteqrasiyasının dəyər və simvolik
formalarının axtarılması zərurəti, həmçinin mədəni prosesin yeni üsullarla (qeyri-sahəvi
və qeyri-inzibati) idarəolunması tələbatı meydana çıxır.
İkincisinə, müxtəlif tarixi vəziyyətlərin üzə çıxarılması, eyni zamanda müasir
demokratik şəraitdə mədəniyyət üçün əhəmiyyətli hesab edilənlərin qeydiyyatının
aparılması; bir nəslin miqyası; Azərbaycanda müstəqilliyinin mövculuq dövrü; Azər-
baycan mədəniyyətinin modernləşməsi (eyni zamanda ölkədə yaşayan digər millətlərin
mədəniyyətlərinin modernləşməsi). Məhz bu nöqteyi-nəzərdən mədəni varisliyin dərki
baş tutur və mədəni dəyərlərin əhəmiyyəti müəyyənləşir.
Mədəniyyətin sosial rolunun və bu sahədə onunla bağlı olan, spontan fəallığı
müşahidə edilən funksiyaların differensiallığının gücləndirilməsi prosesinin reallığı
mədəni prosesin idarəolunması təşkilinin ənənəvi çərçivələrinə sığmır ki, bunu da qəbul
olunan bir sıra rəhbəredici sənədlər timsalında (məsələn, həvəskar birliklərin, marağa
görə klubların statusu üzrə qərarlarla) sübut etmək olar. Bu qəbildən olan aktlar yalnız o
zaman səmərəli hesab olunur ki, burada özfəaliyyət yaradıcılığının hamı tərəfindən
qəbul olunmiş mahiyyəti və ictimai əhəmiyyəti dəqiqləşdirilmiş olsun.
Hazırkı dövrdə mədəni fəaliyyətin “ətraf aləmin çərçivələrinin açılmasına” kö-
mək edən, ”öz əqidəsinin həyata keçirilməsi, özünün daha fəal və birbaşa təsdiqini, ətraf
aləmə təsirini təmin edən”, ”insanlar arasında sərbəst və etibarlı səmimi münasibət-
53
lərin... qurulmasının” təmini kimi rəngarəng formalar daha populyardır. Bu xüsusiyyət,
insanın axtarış, tələbatları ilə bağlıdır. Axtarış fəallığı şəxsiyyəti bir vəhdət kimi onun
istənilən həyati və yaradıcılıq təzahürlərində səciyyələndirir.
Mühit, mədəni ekoloji, tərbiyə obyektləri, mədəni-maarif proqramları, mədəni
xidmət, müxtəlif növ ekspozisiyaların layihələndirilməsi-mədəniyyətdə sosial layihələn-
dirmənin əsas nümunələrindən hesab edilir. Mühit layihələndirməsi (dizayn, memarlıq)
iş, asudə vaxt, yaxud inkişafda olan mühitlərin formalaşmasını nəzərdə tutur. Bu sosial
layihələndirmə üçün iki metodoloji xüsusiyyət səciyyəvidir: həyat tərzi və əşyavi
mühitin funksional-aksioloji uyğunlaşması prinsipinin tamamlanması; ”mühitli ya-
naşma” kimi adlandırılan bu prinsipin mədəniyyət və həyat tərzinin istənilən hadi-
sələrinə obrazlı, ritual-abidəvi və s. cəhətdən tətbiqinə kömək etməsi;
Adətən, mühit layihələndirməsi obyektlərinə tarix və mədəniyyət abidələri, att-
raksionlar, parklar, sərgilər, şəhərlərin tarixi hissələrinin fraqmentləri daxildir. Bunlara
real obyektlər (məsələn, Bakı şəhərindəki tarixi memarlıq kompleksi sayılan İçərişəhər),
fantastik (məsələn, hələ layihə kimi mövcud olan Xəzər dənizinin Nargin adasında
turist-istirahət şəhəri) aiddir.
2.Tərbiyə proqramları layihələri. Mühitin təşkili insanın mədəni fəaliyyətinin
istənilən istiqamətlərini öz-özünə müəyyən etmir. Bu məqsədlə, onu həmin mühitə cəlb
edərək sosiallaşdırmaq, yeni dəyərləri qavramağa hazırlamaq lazımdır. Məhz elə ona
görə də, bu gün hər bir şəxsiyyətin fərdi hiss və təəssüratlarına və onun rəngarəng
mədəni və həyat situasiyalarına cəlb olunmasına imkanlar açılır. Estetik tərbiyənin
layihələndirilmə proqramları insanın müxtəlif formalarla bədii həyatda iştirakını
nəzərdə tutur. Bu gün məşğələləri teatrlaşdırmaya gətirib çıxaran oyun anlamı daha
populyardır. Burada süjet-rol strukturu (öz predmetləri, hadisələri, təsəvvürləri, rolları)
təşəkkül tapır, oyun və onun psixoloji məkanının müxtəlif əşyavi mənzərəsi yaxşı görü-
nür. Beləliklə, ünsiyyətin “incəsənət xüsusunda” və incəsənət məkanında təbəqələşməsi
baş verir. Nəhayət, burada məşgul olan başa düşməlidir ki, o, başqa cür ola bilər, yaxud
artıq olub, yəni özüninkişafı baş verib.
3. Mədəni xidmətlərin layihələndirilməsi. Tərbiyə proqramlarının məqsədi insanı
fəaliyyətə hazırlamaqdırsa, xidmət proqramlarının məqsədi bunları həyata keçirtməkdən
ibarətdir. Bu zaman həmin fəaliyyətin vasitələlərini məsləhət görən vasitəçi fiquru
(bələdçi, kitabxanaçı, ekspert, sənətşünas və s.) və təşkilat təşəkkül tapır. Buna nümunə
olaraq avtomatlaşdırılmış muzey kataloqları; özündə informasiya, nəqliyyat, əyləncə və
xidmətin digər növlərini birləşdirən kompleks ekskursiya xidmətinin müasir sistemlərini
və s.göstərmək olar.
Sosial layihələndirmə mədəniyyət dəyərlərini üç səviyyəyə: bədii obrazlar,
mühitli obrazlar və nəhayət,həyat tərzinin özünün “obrazlığı” vasitəsilə fəallaşdırır.
Beləliklə, sosial layihələndirmə mədəniyyətə kənardan gətirilmiş hər hansı bir
şey deyil. Buna olan tələbat mədəniyyətin dövrümüz üçün səciyyəvi olan sosial funk-
siyalarının gücləndirilməsinə gətirib-çıxaran müxtəlif proseslərlə hazırlanmışdı. Sosial
inkişafın idarəolunmasının üsulu kimi sosial layihələndirmə həyat tərzinin yenidən-
qurulması şəraitində mədəniyyətin reallaşmasının vacib tələblərinə cavab verir və fəal
sosial siyasətin mövcudluğunun etibarlı vasitəsi ola bilər.
54
Ədəbiyyat:
1.
Антонюк Г.А. Социальное проектирование (некоторые методологические аспекты).Минск,
«Наука и техника».:1979;
2.
Антонюк Г.А. Социальное проектирование и управление общественным развитием.
Минск,1986;
3.
Бестужев-Лада. Поисковое социальное прогнозирование: перспективные проблемы общества.
М.: Изд-во «Наука»,1984;
4.
Социальное проектирование. М.; »Мысль»,1982;
5.
Социальное проектирование в сфере культуры (от замысла к реализации). Сб.
науч.тр.М.;1988;
6.
Методол
огические проблемы социального прогнозирования. Изд-во Ленинградского
университета. Л.: 1975.
Лейлаханым Атакишиева
Культура
- как объект социального прогнозирования и проектирования
Резюме
Социальное прогнозирование и проектирование представляет собой одно из проявлений
целенаправленной
деятельности,
когда
разрабатываются
различные
варианты
решения
социокультурных проблем. Оно применяется также при подготовке социальных планов и программ по
регулированию коренным образом преобразуемых культурных процессов и явлений, которые ранее не
нуждались в детальной проработке и управлении.
Ключевые слова: социальное, прогноз,
проектирование, культура.
Leylaxanim Atakişiyeva
Culture as an object of social prognosis and project
Summary
Social prognosis and project intends expedient activities on preparing of different variants of the
solution of social cultural problems. This surrounds fundamentally changed cultural process and social plan
on regulating events and preparing programs.
Keywords: Social, prognosis, project , culture.
Məqalənin redaksiyaya daxil olma tarixi: 02.09.2013
Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 09.09.2013
Məqalənin çapa qəbul olunma tarixi: 08.10.2013
Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: kulturologiya üzrə fəlsəfə doktoru,
dosent Yeganə Əliyeva
ADMİU
-nun Elmi Şurasının 05 dekabr 2013-cü il, 03 saylı qərarı ilə çap olunur.
Dostları ilə paylaş: |