MəDƏNİYYƏt dünyasi



Yüklə 90,42 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü90,42 Kb.
#7843
növüXülasə


 

74

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXIV buraxılış, Bakı, 2012 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХIV выпуск, Баку, 2012 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХIV edition, Baku, 2012 

 

UOT 101.1::316 

Şölə

t Zeynalov 

AMEA-nın Fəlsəfə, Sosiologiya və 

 Hüquq İnstitutunun doktorantı 

Az 1073, Bakı, H.Cavid pr.,31, 9

-cu mərtəbə 

E-mail: sholet@mail.ru  

 

SİVİLİZASİYALARARASI DİALOQ VƏ ƏMƏKDAŞLIĞIN 

 

AZƏRBAYCAN PARADİQMASI 

 

Xülasə:  Məqalədə  müəllif  müasir  dünyada  sivilizasiyalararası  dialoq  və  əmək-

daşlıqda Şərq və Qərbin qovşağında yerləşən Azərbaycan Respublikasının əhəmiyyətini 

göstərmişdir.  Bu münasibətlərdə  onun  yeni  bir  model  Kim dünyaya  nmunə  ola  biləcə-

yini nəzəri  fikir  prizmasında  araşdırmışdır.  Məqalədə müxtəlif  mədəniyyətlərə məxsus 

xalqlar,  dinlər  və  sivilizasiyalararası  dialoq  və  əməkdaşlığın mümkünlüyünün  zərurili-

yini vurğulamış və onun Azərbaycan paradiqması rakursunda təqdim etmişdir. 



Açar sözlər: paradiqma, əməkdaşlıq, dialoq, tolerantlıq, sivilizasiya 

 

Azərbaycan tarixən həm  yerləşdiyi  regionda, həm də  qlobal  sivilizasiyalar  miq-



yasında gedən mühüm proseslərə ciddi təsir göstərmək ənənəsinə malik ölkədir. 

Sivilizasiyalararası  dialoq  və  əməkdaşlığın  müasir  Azərbaycan  modeli  birdən-

birə yaranmamışdır, onun dərin tarixi keçmişi və kökləri vardır. Tarixi, coğrafi və siyasi 

baxımdan həmişə Şərq və Qərbin maraqlarının təmas və kəsişmə məkanı olan ölkəmiz-

də  müxtəlif  etnoslar,  millətlər  və  dini  konvensuslar  əsrlər  boyu  dinc  tolerantlıq  şərai-

tində  və qarşılıqlı əlaqələrdə  yaşanmışdır.  Bu  prosesdə  bu tərəfdən  onlar  özünəməxsus 

spesifik  mədəniyyətini  inkişaf  etdirmiş,  digər  tərəfdən  isə malik  olduqları  mili-mədəni 

dəyərləri bir-birilə geniş mübadilə etmişlər. 

Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlığa verdiyi töhfə mili müs-

təqillik dövründə prinsipcə yeni keyfiyyət mərhələsinə yüksəliş və daim genişlənməkdə 

olan miqyaslar kəsb etməkdədir. 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev demişdir: "Ölkəmiz dünya miqya-

sında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehti-

yatlarından  və  böyük  potensialından  istifadə  edərək,  Şərq  ilə  Qərb  arasında  körpü  ro-

lunu səmərəli surətdə həyata keçirməyə qadirdir" (1, 8). 

Qeyd olunan mövqe müasir Azərbaycan ictimai və nəzəri fəlsəfi fikri üçün səciy-

yəvidir. Bunu S.Xəlilovun aşağıdakı sözləri də sübut edir: "Həqiqətən də bu gün Azər-

baycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə 

siyasi  və  iqtisadi  maraqların,  dinlərin,  mədəniyyətlərin,  sivilizasiyaların  da  qovuşduğu 



 

75

və  bir-birini  qarşılıqlı  surətdə  tamamladığı  siyasi-iqtisadi  və  mədəni-mənəvi  mərkəzə 



çevrilmişdir. Bu mənada Azərbaycan həm Şərq, həm də Qərb dəyərlərini ehtiva edir (3, 

21). 


Bu bir həqiqətdir ki, cəmiyyətdə siyasi ideologiyalar ilə müqayisədə mədəniyyət, 

mədəni  dəyərlərin  inkişafı  onların  sivilizasiyalararası  mübadiləsinin  genişləndirilməsi 

daha  böyük  önəmə  malikdir.  Bu  həqiqəti  dərk  edən  ölkəmizin  indiki  siyasi  rəhbərliyi 

sivilizasiya və mədəniyyətlərin inkişafına xüsusi diqqət yetirir. Bu istiqamətə gələcəkdə 

daha çox üstünlük verməyi məqsədəuyğun hesab edir.  

Milli  müstəqillik  dövründə  Azərbaycanda  baş  verən  əsaslı  sosial-iqtisadi  və  si-

yasi  transformasiyalar,  demokratikləşmənin  ardıcıl  olaraq  genişləndirilməsi,  vətəndaş 

cəmiyyəti  və  hüquqi  dövlətin  yaradılması  yolunda  atılan  uğurlu  addımlar,  ictimai 

inkişafın  özünəməxsus modelini  yaratdı.  Ölkəmizin  yeritdiyi  balanslaşdırılmış  və  elmi 

əsaslandırılmış  xarici  siyasi  xətt  strategiyasında  dünya  ölkələrini  birliyi  ilə  yaxınlıq, 

əlaqələr və dialoqun inkişafı mərkəzi yerlərdən birini tutur.  

Ədalət naminə  qeyd  edək  ki, 90-cı  illərin  əvvəllərində  Azərbaycanda  bəzi  Şərq 

ölkələri  üçün  səciyyəvi  olan  siyasi  sabitsizlik  problemi  ilə  üzləşmişdi.  Lakin  həmin 

dövrdə siyasi hakimiyyətə gəlmiş Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və çox-

tərəfli  fəaliyyəti  nəticəsində  bu  problem  tezliklə aradan  qaldırıldı,  sabitlik  və  vətəndaş 

konsensusu əldə edildi.  

Hazırda  ölkəmiz  Böyük  İpək  Yolunun  bərpası,  Avropa-Qafqaz-Asiya  nəqliyyat 

dəhlizinin  yaradılması  və  Xəzər hövzəsinin neft  və qaz  ehtiyatlarının hasilatı  və  Qərbi 

Avropa  bazarlarında  satılması  istiqamətində  daim  yeni-yeni  uğurlara  imza  atır.  Azər-

baycanın  bilavasitə iştirak  etdiyi  müxtəlif  beynəlxalq layihələrin reallaşması  gedişində 

ölkəmizin  dünya  birliyi  ölkələri ilə  əməkdaşlığı  durmadan möhkəmlənməkdədir.  Müs-

təqilliyə qədəm qoyduqdan sonra keçən qısa müddət ərzində Azərbaycan Birləşmiş Mil-

lətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Müstəqil Döv-

lətlər Birliyinin, İslam Konfransı Təşkilatının, Qara dəniz Ölkələri İqtisadi Əməkdaşlıq 

Təşkilatının,  Beynəlxalq  Valyuta  Fondunun,  Dünya  Bankının,  Avropa  Yenidənqurma 

və İnkişaf Bankının, İslam İnkişaf Bankının üzvü olmuş, Avropa Şurasının, Avropa Bir-

liyi Avropa Parlamenti, NATO və başqa beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqə-

lərini daim möhkəmləndirir.  

Ulu  Öndərin  siyasi rəhbərlik  kursunu  dönmədən  və  yaradıcılıqla  inkişaf  etdirən 

İlham  Əliyevin  Prezidentliyi  dövründə  ölkəmiz  sivilizasiyalararası  münasibətlərin 

təkmilləşməsinə,  onların  qarşılıqlı  əməkdaşlığının  təmin  olunmasına  verdiyi  töhfələri 

günbəgün artırmaqdadır. Akademik R.Mehdiyev yazır: "Prezident İlham Əliyevin siyasi 

fəlsəfəsi bundan ibarətdir ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx 

ünsiyyət  saxlasınlar,  problemləri açıq müzakirə  etsinlər,  öz fikirlərini  sərbəst  bildirsin-

lər. İndi Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair san-

ballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilmişdir" (2, 249).  

Respublikamızın  Prezidenti  İlham  Əliyevin  çoxtərəfli  fəaliyyətində  Azərbayca-

nın  milli  inkişafı  strategiyasının  əsas  istiqamətlərinin  reallaşdırılmasına,  xüsusi  diqqət 

yetirilir. Onların sırasında güclü dövlət yaratmaq və yüksək rifahı təmin etmək Azərbay-

canı  inkişaf  etmiş  ölkələr  səviyyəsinə  çatdırmaq,  insan  kapitalını  və  xalqın  kreativ 

potensialını  möhkəmləndirmək,  iqtisadi,  siyasi  və  mədəni  sistemləri təkmilləşdirməklə 

innovasiyalı inkişaf prinsipini həyata keçirmək xüsusi yer tutur.  

Ölkəmizin müasir mərhələdə hərtərəfli və dinamik inkişafı həmin tarixi ənənəvi 

daha  yüksək  səviyyədə  yerinə  yetirməyə  şərait  yaradır.  Bunun  nəticəsidir  ki,  bu  gün 

Azərbaycan  mədəniyyətlərarası  qarşılıqlı  təsirin  inkişafına  özünün  böyük  töhfəsini 

verir.  Sözügedən  istiqamət  müasir  mərhələdə  ölkəmizin  yeritdiyi  ümumi  siyasi  xəttin, 




 

76

xüsusilə də mədəniyyət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.  



XX  əsrin  sonlarından  başlayaraq  ölkəmizdə  əsaslı  və  hərtərəfli  transformasiya 

ictimai həyatın bütün sahələrində surətli və dinamik inkişaf müşahidə olunur. Bu zəmin 

üzərində  onun  Avropa  və  Qərb  ölkələri  ilə  yaxınlaşması  və  tədricən inteqrasiyası  pro-

sesi daha da möhkəmlənir. Onun gedişində Avropanın tərkib hissəsi kimi Azərbaycanda 

Qərbin  demokratik  və  hüquqi  dövlət,  vətəndaş  cəmiyyəti  quruculuğu  bazar  iqtisadiy-

yatının formalaşması sübut edir ki, burada Şərq sivilizasiyası ilə mütəmadi yaxınlaşma, 

ümumi milli inkişaf strategiyasının başlıca istiqamətlərindəndir. Bütün bunların nəticəsin-

də  ölkəmizlə  Avropa  arasında  ümumi  dəyərlər  və  təmas  nöqtələri  daim  çoxalmaqdadır. 

“Buraya  həmçinin,  Avropa  və  dünya  ilə  ümumi-iqtisadi,  siyasi,  elmi-intellektual,  in-

formasiya, mədəniyyət və s. məkanların formalaşdırılması da bilavasitə daxildir” (2, 269).  

Əgər  əvvəllərdə  dövlətlərarası  münasibətlərdə  rəqabət  və  əsas  təzyiq  vasitəsi 

kimi fiziki güc tətbiqi əsas yer tuturdusa, indi həmin funksiyanı intellekt qüvvəsi yerinə 

yetirir.  Kütləvi  informasiya  və  kommunikasiya  vasitələrinin  inkişafı,  onun  yeni 

formalarının  yaranması  bu  prosesi  daha  da  stimullaşdırır.  Bütün  bunlar  informasiya 

sivilizasiyasının formalaşmasını ifadə edir. Bununla əlaqədar olaraq həm ölkə daxilində, 

həm  də  müxtəlif  dövlətlərarası  münasibətlərdə  KİV-in  rolu  və  təsir  gücü  çoxalır. 

Onlarda  verilən  informasiyalar  beynəlxalq  miqyasda  ictimai  rəyin  formalaşmasında 

mühüm əhəmiyyətə malikdir.  

Prezident İlham Əliyevin rəhbərliyi dövrü ölkəmizin sivilizasiyalararası dialoqda 

fəal  və  hərtərəfli  iştirakı  artır  və  daha  intensiv  formalar  kəsb  edir.  Bütün  bunlar 

Azərbaycanın  dünya  ölkələri  birliyinə  inteqrasiya  olunması  prosesini  sürətləndirir. 

Sözügedən  prosesdə  xalqımızın  öz  milli  mədəniyyətinin  milli  özünəməxsusluğu  və 

unikallığını  qorumaqla,  beynəlxalq  qlobal  əlaqələrə  və  ümumi  mədəniyyət  məkanına 

cəlb  olunması  güclənir.  Azərbaycan  öz inkişafının  tarixi  spesifikliyi  üzündən  qədimlik 

və  müasirliyi,  ənənə  ilə  novatorluğu  üzvü  surətdə  bağlayır,  müasir  dövrün  rəngarəng 

qloballaşma  proseslərində  fəal  və  hərtərəfli  iştirak  edir.  Burada  xalqımızın  milli 

ənənələri,  müasir  Avropa  sivilizasiyası  və  dəyərləri  ilə  düzgün  əlaqələndirilir.  Bir 

tərəfdən mədəni-tarixi  irsə diqqət  və  qayğı  ilə  yanaşılır,  digər tərəfdən  isə  onun  dünya 

ölkələri  ilə  mədəni  dialoqu  və  əməkdaşlığı  daim  yeni,  daha  mükəmməl  formalar  alır. 

Prezident İ.Əliyevin təşəbbüsü ilə 2011-ci il 7-9 apreldə Bakıda 102 dövlətin və 10-dan 

çox beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası 

Dialoq  Forumunun  uğurla  həyata  keçirilməsi,  deyilənləri  bir  daha  sübut  edir.  Dövlət 

başçısının sərəncamı əsasında Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq hər 

iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkil edilməsi nəzərdə 

tutulmuşdur.  Onun  əsas  məqsədi  ölkəmizin  İslam  dünyası  ilə  Qərb  sivilizasiyası  və 

eləcə  də  digər  mədəniyyətləri  təmsil  edən  xalqlar  arasında  dialoqun  və  etimadın 

möhkəmləndirilməsindən  mühüm  rolu  nəzərə  alınmaqla,  müxtəlif  mədəniyyətlər 

arasında  əməkdaşlıq  üçün  qlobal  platformasının təsis  edilməsi  və  Azərbaycan  xalqının 

tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılmasıdır".  

Sivilizasiyalararası  dialoq  və  əməkdaşlığın  möhkəmləndirilməsində  Heydər 

Əliyev  Fondu,  onun  Prezidenti  Azərbaycanın  birinci  xanımı,  Milli  Məclisin  deputatı 

Mehriban  Əliyevanın  çoxşaxəli  uğurlu  fəaliyyəti  müstəsna rol  oynayır.  O,  Azərbaycan 

mədəniyyətinin beynəlxalq miqyasda geniş təbliğ olunması sayəsində böyük uğurlarına 

görə,  YUNESKO  və  İSESKO-nun  xoşməramlı  səfiri  şərəfli  adına  layiq  görülmüşdür. 

Mehriban  xanımın  təşəbbüsü  ilə  Azərbaycanın  bir  çox  maddi  və  mənəvi  mədəniyyət 

inciləri  YUNESKO  tərəfindən  ümumbəşəri  şedevrlər  siyahısına  daxil  edilmişdir.  İçəri 

şəhər  və  Qız  qalası  isə  ümumdünya  mədəni  irsinin  unikal  memarlıq  nümunələri  elan 

olunmuşdur.  Azərbaycanın  birinci  xanımının  xalqımızın  tükənməz  mədəniyyət  incisi 




 

77

olan  muğamın  dünyaya  tanıtdırılması  sahəsindəki  xidmətləri  xüsusilə  böyükdür.  O  bu 



baxımdan  qarşıya  qoyduğu  məqsədi  belə  formulə  edir:  Bizim  məqsədimiz,  muğamı 

qoruyub  saxlamaq  və  inkişaf  etdirməklə,  onun  gözəlliyini,  dərin  fəlsəfəsini  gələcək 

nəsillərə çatdırmaqdır" (4, 63). 

Azərbaycan  xalqının  çoxəsrlik  milli  mədəni  sərvətləri  xəzinəsində  muğamın 

xüsusi  yer  tutduğunu  dərindən  anlayan  Mehriban  xanım  muğamı  dünyada  tanıtdırmaq 

istiqamətində təkcə özünün çoxtərəfli fəaliyyəti ilə məhdudlaşmır o həm də göstərir ki, 

hər bir vətəndaşın mənəvi borcudur. Onun yorulmayan fəaliyyəti nəticəsində ölkəmizdə 

hər  il  muğam  müsabiqələri  keçirilir,  bu  sahədəki  istedadlı  gənclər  aşkara  çıxarılır  və 

dövlət qayğısı ilə əhatə olunur. Son illərdə "Qarabağ xanəndələri", "Muğam ensiklope-

diyası" musiqi albomlarının nəşr edilməsi, ölkəmizin paytaxtının ən görməli yerlərindən 

birində  –  Dənizkənarı  Parkda  "Beynəlxalq  Muğam  Mərkəzinin"  açılması,  onun  bu 

sahədəki xidmətlərinin yalnız qısa bir siyahısıdır. 2009-cu ilin martında onun rəhbərliyi 

ilə Bakıda təşkil olunmuş "Muğam dünyası" adlı Beynəlxalq festivalda dünyanın əksər 

ölkələrindən  muğam  ifaçıları  ilə  yanaşı  muğamın  nəzəriyyəsi  və  fəlsəfəsinin  tədqiqat-

çıları  da  iştirak  etmişdi.  Azərbaycan  xalqının  öz  milli  mədəni  özgünlüyünü  qoruyub 

saxlaya bilməsi onun qloballaşmada olan dünya məkanını və mədəniyyətinə inteqrasiya 

etməsinə çoxsaylı mədəniyyətlərarası qarşılıqlı təsir proseslərinə bərabərhüquqlu və fəal 

tərəfdaş kimi cəlb olunmasına real şərait yaradır.  

Qloballaşma Qərb və Şərq sivilizasiyalarının milli mədəniyyətlərini ciddi sınağa 

çəkmişdir.  Bu  sınaqdan  uğurla  çıxmağın  əsas  yolu  mədəniyyətlərin  dialoqu  və  varisli-

yinin  təşkil  edilməsidir.  Sonuncu  məsələnin  həllində  görkəmli  şəxsiyyətlərin,  dövlət 

başçılarının,  ictimai  xadimlərin  iradəsi  və  fəaliyyəti  çox  böyük  rol  oynayır.  Heydər 

Əliyev  Fondu  bu  sahədə  əsil  örnək  olmaqla,  mədəniyyət-sivilizasiya  sistemlərinin 

dialoquna xüsusi diqqət yetirir. Bunu Fondun Prezidenti M.Əliyevanın aşağıdakı fikrin-

dən  də  görmək  olar:  "Bizim  dövrümüzdə  Qərb-Şərq  dialoqu  son  dərəcə  aktual 

əhəmiyyətə  malikdir.  Buna  görə  də  xeyirxah  səfir  olmaqla  mənim  vəzifəm  elm, 

mədəniyyət  və  təhsil  vasitəsilə  islam  dünyasının  malik  olduğu  imkanları  üzə  çıxar-

maqdır. Biz onu göstərmək istəyirik ki, Qərb və Şərq müxtəlif sivilizasiyalar olsalar da, 

biri-birimiz üçün maraqlı və faydalı ola bilərik (4, 11).  

Nəzərdə tutmaq lazımdır ki, müasir dünya belə bir alternativ qarşısında durur: ya 

sivilizasiyaların  və  mədəniyyətlərin  dialoqu  və  tərəfdaşlığını  həyata  keçirmək,  ya  da 

onlar arasında gərginlik və qütbləşməni artırmaq. Heydər Əliyev Fondu bu həqiqəti dərk 

edərək  öz  fəaliyyətini  mədəniyyətlərarası  dialoqun  sürətləndirilməsi  istiqamətində 

qurur.  Bu  gün  bəşəriyyətin  qarşısında  duran  çoxsaylı  qlobal  problemlər  bir  və  ya  bir 

neçə  ölkənin  və  ya  regionun  gücü  ilə  həll  oluna  bilməz,  bunun  üçün  bütün  xalqların 

səyini  birləşdirmək  lazımdır.  Son  illərdə  Fondun  rəhbərliyi  ilə  Azərbaycanda 

mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun genişləndirilməsinə həsr olunmuş bir 

sıra  beynəlxalq  miqyaslı  tədbirlər  həyata  keçirilmişdir.  Belə  ki,  2006-cı  ilin  aprelində 

Bakıda "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" adlı Beynəlxalq 

Konfrans  olmuşdur.  Latın  Mədəniyyət  Akademiyasının  XII  konfransı  olan  bu  mühüm 

tədbirin Azərbaycanda təşkil edilməsi təsadüf deyildi. Bu, ölkəmizin regionda oynadığı 

böyük  rola,  güclü  tarixi-mədəni  ənənələrə  malik  olmasına  verilən  böyük  qiymətin 

ifadəsi idi. Konfransın işində dünyanın latın mənşəli 30 ölkəsindən çoxlu nümayəndələr 

iştirak etmişdi. Ondan bir il sonra, yəni 2007-ci ildə noyabrda Bakıda "Gənclər siviliza-

siyaların  alyansı  (birliyi)  uğrunda  mübarizədə"  adlı  Beynəlxalq  Konfrans  keçirildi. 

Onun təşkilatçıları BMT-nin inkişaf proqramı, İSESKO və Avropa Şurası kimi nüfuzlu 

təşkilatları  idi.  Bu  konfrans  da  Heydər  Əliyev  Fondunun  dəstəyi  ilə  baş  tutmuşdu. 

Həmin konfransdakı çıxışında M.Əliyeva demişdi: "Sivilizasiyaların birliyinin (ittifaqı-




 

78

nın)  məqsədi  qarşılıqlı  inam  yaratmaq,  dialoq  təşkil  etmək,  etnomədəni  dəyərlərin  və 



sivilizasiyaların  rəngarəngliyinin  qəbul  olunması  və  ona  hörmətlə  yanaşılmasından 

ibarətdir.  Tarixdə  mədəniyyətlər  arasında  ideyalar  mübadiləsinin  böyük  fayda  gətirdi-

yini təsdiq edən çoxlu nümunələr olmuşdur. İslam ilə digər dünya dinləri arasında çoxlu 

ümumi əsaslar və dəyərlər vardır" (4, 397).  

Azərbaycanın  birinci  xanımı  M.Əliyeva  mədəniyyətlərarası  qarşılıqlı  təsir 

prosesinə  qadınların  fəal  cəlb  olunmasına  xüsusi  diqqət  yetirir.  Bunun  nəticəsidir  ki, 

2008-ci  ildə  Neft  Fondunun  təşəbbüsü  ilə  YUNESKO  və  İSESKO-nun  dəstəyi  ilə 

Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" adlı Beynəlxalq 

Forum  keçirildi.  Ölkəmizin  mədəniyyətlər  və  sivilizasiyalar  arasında  qarşılıqlı  təsirin 

təşkilindəki  böyük  rolunu  yüksək  qiymətləndirərək,  Bakı 2009-cu  ildə  İslam mədəniy-

yətinin paytaxtı elan olundu.  

Heydər  Əliyev  Fondunun  ölkələri,  xalqları  və  mədəniyyətləri  yaxınlaşdırmağa 

yönələn  çoxtərəfli  və  aktiv  fəaliyyəti,  dünya  ictimaiyyəti  tərəfindən  yüksək  qiymət-

ləndirilir. Belə ki, respublikamızın birinci xanımı 2007-ci ildə İslam Konfransı Təşkilatı 

Gənclər  Forumu  tərəfindən  mədəniyyətlərin  dialoqu,  əməkdaşlığı  və  yaxınlaşmasına 

qiymətli  töhfə  verdiyinə  görə  "Qlobal  miqyasda  sivilizasiyalararası  dialoqa  kömək 

üçün" adlı mükafata layiq görülmüşdür. 

Yuxarıda deyilənlər sübut edir ki, Azərbaycanda dövlət, ictimai təşkilatlar və fəal 

ziyalılar tərəfindən sivilizasiyalararası dialoqun təkmilləşdirilməsi və inkişafı sahəsində 

çox  geniş  miqyaslı  iş  aparılır.  Bu  işin  əhəmiyyəti  və  zəruriliyi  hazırda  dünyada  baş 

verən  dəyişikliklərin  yüksək  dinamizmi,  mürəkkəbliyi  və  ziddiyyətliliyi  ilə  şərtlənir. 

Müasir dövrdə qərarlaşmış olan ümumi şəraiti səciyyələndirərkən, M.Əliyeva demişdir: 

"Müasir  dünyanın  verdiyi  tələblər  eyni  zamanda  xalqların  qarşılıqlı  surətdə  bir-birini 

anlamaya bilməsinə kömək edir, digər tərəfdən isə buna mane olur" (4, 456).  

Hazırkı  zamanın  bu  ziddiyyətli  vəziyyətini  aradan  qaldırmaq  üçün  bir  tərəfdən 

dövlət  səviyyəsində  xalqların  milli  mədəniyyətlərinin  özəlliklərinin  qorunması,  digər 

tərəfdən  isə  müxtəlif  subyektlər  səviyyəsində  mədəniyyətlərarası  əlaqələrin  möhkəm-

ləndirilməsi zəruridir. Belə ki, ayrı-ayrı xalqların, xüsusilə də azlıq təşkil edənlərin, öz 

mədəniyyətlərini  inkişaf  etdirmək  üçün  şərait  yaradılması,  onların  öz  mədəni  iden-

tikliyinə  qayğı  göstərilməsi  və  bərabər  hüquqlu  surətdə  mədəni  əməkdaşlığının  təmin 

edilməsi,  dünya  miqyasında  mədəniyyətlərin  rəngarəngliyinin  artmasına  kömək  edir. 

Sonuncu  isə  öz  növbəsində  bəşəriyyətin  mövcudluğu  və  gələcək  fəaliyyətin  mühüm 

qarantlarından biridir.  

Millətlərarası  inteqrasiyanın,  tolerantlığın  və  dialoqun  Azərbaycan  modeli  mul-

tikulturalizmin  müsbət  cəhətlərini  qəbul  edir.  Avropanın  bir  sıra  ölkələrindən  fərqli 

olaraq  Azərbaycanda  immiqrant  icmalar  qarşısında  yerli  xalqın  tərkibinə  daxil  olmaq 

tələbi  irəli  sürülmür.  Onlara  lazım  gəldikdə  yüksək  muxtariyyət  verilir.  Bunun  aydın 

nümunəsini  ondan  görmək  olar  ki,  ölkəmizin rəhbərliyi  Dağlıq  Qarabağda məskunlaş-

mış, daha dəqiq deyilsə, məskunlaşdırılmış erməni icması əhalisinə ölkəmizin ərazi bü-

tövlüyü daxilində yüksək muxtariyyət verməyə razı olduğunu dəfələrlə bəyan etmişdir.  

Multikulturalizm XX əsrin 90-cı illərinin əvvəllərində vaxtilə miqrasiya mənbəyi 

olmuş İtaliya, Yunanıstan, İspaniya, İrlandiya kimi Avropa ölkələrinə qeyri-avropalıla-

rın yeni miqrasiya dalğası ilə əlaqədar gündəmə gəlməyə başladı. 1995-ci ildə Fransada 

əhalinin 11%-ni  onun  sərhədlərindən  kənarda doğulmuş  insanlar təşkil  edirdi.  Bu  gös-

tərici İsveçdə 10%-i təşkil edirdi. Həmin dövrdə London əhalisinin 20%, Brüsselin, ya-

xud Frankfurtun əhalisinin 25%-i qeyri-ağlar idi (2, 404-405).  

Azərbaycanda multikulturalizmin bir mühüm və yeni yaranan sərkisi, ölkəmizin 

iqtisadi  inkişaf  baxımından lider  dövlətlər  sırasına  çıxması nəticəsində,  buraya  immiq-




 

79

rant  axını  ilə  bağlıdır.  Başqa  sözlə  deyilsə,  respublikamızın  "immiqrant"  ölkəyə 



çevrilməsi,  burada  mədəniyyətlərarası  münasibətlərdə  qarşıya  çıxan  problemlərin 

həllində  multikulturalizm  əhəmiyyətli  rol  oynayır.  Azərbaycanın  siyasi  rəhbərliyi  və 

xalq,  immiqrantlara  münasibətdə  yüksək  tolerantlıq  nümayiş  etdirir,  onlara  öz 

mədəniyyətlərini  inkişaf  etdirmək  və  digər  mədəniyyətlərlə  qarşılıqlı  təsirdə,  əlaqədə 

olmaq  imkanı  yaradır.  Burada  yerli  xalqın  mədəniyyəti  təməl  kimi  götürülsə  də, 

immiqrant icmalara da biganə münasibət bəslənilmir. Ölkəmizdə müxtəlif etnosların və 

konfessiyaların  tolerantlıq,  dinc  şəraitdə  yaşayaraq  öz  mədəniyyətlərini  inkişaf 

etdirmək,  mədəni  dəyərlərin  qarşılıqlı  surətdə  mübadiləsini  həyata  keçirmək  ənənəsini 

reallaşdırmaq  üçün  hər  cür  imkanlar  vardır.  Müasir  milli  ideologiyanın  əsasını  təşkil 

edən  Azərbaycançılıq  modeli  bu  mənada  çox  mühüm  əhəmiyyətə  malikdir.  Həmin 

modelin  çox mühüm prinsipini  ölkəmizin  ərazisində  yaşayan  çoxsaylı mədəniyyətlərin 

dialoqu  və  inteqrasiyası  təşkil  edir.  Bu  müddəa  ölkəmizin  Əsas  Qanununda  hüquqi 

cəhətdən  təsbit  olunmuşdur.  Burada  göstərilir  ki,  multikulturalizmin  müsbət  cəhətləri 

təqsirəlayiqdir,  burada  tolerantlıq  başqa mədəniyyətlərə münasibətdə  açıqlıq, həssaslıq 

və qarşılıqlı anlaşılma kimi çıxış edir. Azərbaycançılıq ideyasının məna yükü təkcə milli 

çərçivə ilə məhdudlaşmır, onun hüdudlarından kənara çıxır və qlobal miqyas kəsb edir. 

Azərbaycanın paytaxtı sivilizasiyaların və mədəniyyətlərin dialoqu üçün əlverişli 

məkana  çevrilmişdir.  Azərbaycanın  siyasi  rəhbərliyinin  və  Heydər  Əliyev  Fondunun 

çoxsahəli,  məhsuldar  fəaliyyəti  Azərbaycanın  bu  dialoqda  əsas  təşəbbüsü  və  aparıcı 

tərəf  olmasını  təmin  etmişdir.  2009-cu  ildə  Bakı  bütövlükdə  İslam  mədəniyyətinin 

paytaxtı  elan  olunmuşdur.  Bakıda  həm  də  Şərq  ilə  Qərbi  birləşdirən  Böyük  İpək 

Yolunun  bərpası  işinin təməli  qoyulmuşdur.  Bütün  bunlardan  əlavə  ölkəmizin  paytaxtı 

"Şərq-Qərb"  mövzusunda  təşkil  olunmuş  bir  çox  kino  festivalların,  incəsənət 

bayramlarının, beynəlxalq konfransların keçirildiyi məkandır. Diqqəti cəlb edən məqam 

həm də budur ki, Şərq və Qərb arasında etibarlı şəfqət elçisi rolunu oynayan M.Əliyeva 

bu  forumlardakı  çıxışlarında müasir  dövrün irəli  sürdüyü  əsas  sualları  formulə  edir  və 

onlara  dərindən  elmi  cavablar  verir.  Özünün  çoxtərəfli  fəaliyyəti  ilə  sivilizasiyaların 

yaxınlaşması istiqamətində çox mühüm əməli addımlar atır. Bu çıxışlarda daim belə bir 

xüsus  vurğulanır  ki,  maddi  mədəniyyətin,  elmin,  texnologiyanın  iqtisadiyyatın,  fiziki 

sağlamlığın, idmanın prioritetinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, 

əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qar-

şılıqlı surətdə tamamladıqda, kamil insanın formalaşmasına xidmət edir.  

Cəmiyyətin  həyatında  iqtisadiyyat,  elm,  əxlaq  və  sair  ilə  yanaşı  din  də  mühüm 

rol oynadığından dünya birliyinin inkişafı baxımından dinlərarası dialoq da çox önəmli 

yer  tutur.  Bu  münasibətdə  Azərbaycanın  birinci  xanımı  M.Əliyevanın  mədə-

niyyətlərarası  dialoqa  həsr  olunmuş  Bakı  Forumunda  söyləndiyi  aşağıdakı  fikir  dərin 

elmi,  metodoloji  məna  kəsb  edir:  "Artıq  mədəniyyətlərarası  dialoqun  sırf  kulturoloji 

problem çərçivəsindən çıxıb, böyük siyasətin probleminə çevrilməsi labüddür" (2, 416).  

M.Əliyevanın  mədəniyyətlərarası  dialoq  və  əməkdaşlığını  inkişaf  etdirmək 

sahəsində gördüyü böyük işlərin əhəmiyyəti təkcə mədəniyyət sferası ilə məhdudlaşmır. 

O  getdikcə  daha  geniş  miqyas  alaraq,  siyasi  və  ümumi  milli  inkişaf  strategiyasının 

ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu baxımdan, həmin fəaliyyət xalqımızın son 

onilliklərdə  yaşadığı ən  ağrılı  problem  olan  Dağlıq  Qarabağ  probleminin həllinə  də  öz 

layiqli  töhfəsini  verməkdədir.  Bu  mənada  prof.  R.Aslanovanın  aşağıdakı  sözləri  öz 

sərrastlığı  ilə  diqqəti  cəlb  edir:  "Azərbaycanın  birinci  xanımı  YUNESKO-nun  və 

İSESKO-nun xoşməramlı səfiri M.Əliyeva öz yorulmaz fəaliyyəti ilə sübut etdi ki, mu-

ğamlarımız, xalqımızın tolerantlıq və humanizm irsi ilə də Qarabağın qələbəsi uğrunda 

mübarizə aparmaq olar" (2, 294).  




 

80

Bəşəriyyətin  müasir  modernləşməsi  xəttinin  tərkib  hissəsi  kimi  tolerantlıq  cə-



miyyətin  hər  bir  üzvünə  malik  olduğu  iqtisadi,  siyasi  və  mənəvi-mədəni  potensialını 

sərbəst  surətdə reallaşdırmaq  imkanının  yaradılmasını nəzərdə  tutur.  Bu  meyardan  ya-

naşdıqda, bugünkü Azərbaycan cəmiyyəti hətta ən inkişaf etmiş ölkələrə də nümunə ola 

biləcək bir məkandır. Burada tolerantlıq və dözümlülük prinsipləri qanunvericilik, məh-

kəmə-prosessual  və  inzibati  normalarla  yanaşı  və  daha  çox  mədəniyyət  həyatını  əhatə 

edir. Burada dünyəvi hakimiyyət və dövlət-din münasibətləri qarşılıqlı səmərəli fəaliy-

yətə  əsaslanır.  Hazırda  ölkəmizdə  "siyasi  və  iqtisadi  kursun  prioritetliyini  önə  çəkən, 

ölkənin davamlı inkişafını təmin etmək üçün möhkəm iqtisadi baza yaradan quruculuq 

fəaliyyəti  mədəni-mənəvi  dəyərlərimizin  qorunub  saxlanılması,  inkişaf  etdirilməsi  və 

dünya  ictimaiyyətinə  çatdırılması  sahəsində  görülən  böyük  işlərlə  tamamlanır.  Bütün 

bunlar  bir  tərəfdən  Azərbaycanın  hərtərəfli  və  ahəngdar  tərəqqisinə  xidmət  edir,  digər 

tərəfdən isə onun sivilizasiyalararası dialoq və əməkdaşlığa daha böyük töhfələr vermə-

sinə şərait yaradır. 

 

Ə



dəbiyyat: 

 

1.

 



Əliyev Heydər. Azərbaycan XXI əsrin və üçüncü minilliyin astanasında. Bakı: BDU nəşriyyatı, 2001, 

132 s. 


2.

 

Aslanova R. Müasir dövlət və dövlətşünaslıq elmi. Bakı: Azərnəşr, 2011, 440 s. 



3.

 

Xəlilov S. Sivilizasiyalarası dialoq. Bakı: “Adiloğlu”, 2009, 256 s. 



4.

 

Культура и культурные шедевры Азербайджана – уникальное послание будущим поколениям. 



Баку: Чинар-чап. 2009, 349 с. 

 

Ш



oлет Зейналов 

 Азербайджанская парадигма диалога и сотрудничества межцивилизационных отношений 

Резюме

 

 

Статья посвящена  одной из  самых актуальных проблем  современной  теоретической  мысли  – 



выявлению парадигмы диалога и сотрудничества межцивилизационных и межкультурных отношений 

народов мира. Автор поставил целью выявления того как вести диалог и сотрудничества между наро-

дами. Речь идет о том, существует ли в мировом масштабе страна, которая может быть принята в каче-

стве эталона в области диалога и сотрудничества между народами разных религий и разных цивилиза-

ций. Подвергая анализу высказываний, исследовательных данных иностранных авторов, дипломатов, 

ученых-азербайджановедов,  посетителей,  религиоведов  и  простых  людей  автор  пришел  к  выводу  о 

том,  что  есть  все  основания  принять  Азербайджан  в  качестве  парадигмы  диалога  и  сотрудничества 

цивилизаций мира.  



Ключевые слова: парадигма,

 сотрудничество, диалог, толерантность, цивилизация. 



 

Sholet Zeynalov 

Azerbaijan paradiqma of the dialog and collaboration of different sivilizations 

Summary 

 

The article is dedicated to one of the actual problem of modern theoretical thought – the problems of 

dialog and collaboration of the different civilizations. Up to now philosophers and sosiologists couldn’t find a 

model under which can be orqanized dialog and collaboration  between the peoples of different religious and 

beluef. The author issued the problem and became to the conclusion that Azerbaijan Republic can be taken as 

a paradiqma of dialog and collaboration. Azerbaycan has all of the criteries of such a paradiqma. 



Keywords: paradigm, cooperation, dialogue, tolerance, civilization. 

 

Məqalənin redaksiyaya daxil olma tarixi: 05.10.2012 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 11.10.2012 

Məqalənin çapa qəbul olunma tarixi: 13.11.2012 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: fəlsəfə doktoru, dosent Tamilla 

Əhmədova;  



ADMİU

-nun Elmi Şurasının 27 dekabr 2012-ci il, 04 saylı qərarı ilə çap olunur. 

Yüklə 90,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə