MəDƏNİYYƏt dünyasi



Yüklə 89,68 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü89,68 Kb.
#7844
növüСборник


130 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXVI buraxılış, Bakı, 2013 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХVI выпуск, Баку, 2013 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХVI edition, Baku, 2013 

 

UOT 14 

Abbasisəidabad Məhəmməd Həmzə oğlu 

 

 

 

 

 

 

Bakı Dövlət Universitetinin 

doktorantı 

 

AZ 1148, Akademik Zahid Xəlilov küçəsi 23  

E-mail: info@bsu.az  

 

 



MEDİA

 TƏDQİQATLARINDA SEMİOTİK MƏKTƏB VƏ MEDİA-VƏTƏNDAŞ 

MÜNASİBƏTLƏRİ PROBLEMİ

 

 

 



 

 

 



 

 

  



Xülasə:  Kütləvi  kommuniasiya  və  informasiya  texnologiyalarının  sürətlə 

inkiçafı bu sahəyə aid tədqiqatların da kəmiyyət və keyfiyyət etibarı ilə artmasına səbəb 

olmuşdur.  Bu  tədqiqatlar  zəminində  iki  əsas  məktəb  yaranmışdır  ki,  onlardan  biri 

semiotik  məktəb  və  digəri  prosessual  məktəb  adlandırılır. Hər  iki məktəb  üçün  vətən-

daş-media münasibətləri, onların biri-birinə təsir mexanizmləri və ümumiyyətlə media-

nın cəmiyyətdə rolu ciddi əhəmiyyət kəsb edən mövzulardan biridir. Lakin hər iki mək-

təbdə  medianın  təsir  imkanları  və  media-auditoriya  münasibətləri  ciddi  formada 

fərqlənir.  Məqalədə  media  tədqiqatlarının  mərkəzi  problemlərindən  olan  "auditoriya 

təhlili", "məzmun təhlili" və "medianın təsir formaları" anlayışları semiotik nöqtəyi-nə-

zərdən  təhlil  edilərək  semiotik  yanaşmada  auditoriya  və  media-vətəndaş  münasibət-

lərinə dair konsepsiyalar müzakirə edilir.  

Açar sözlər: media, auditoriya, mətn, interaksiya, məna istehsalı, semiotika. 

 

 



Kütləvi  kommunikasiya  və  informasiya  vasitələrinin  sürətlə  inkişafı  və  mass 

medianın cəmiyyətin sosial, siyasi və mədəni həyatında təsirinin artması bu sahəyə aid 

tədqiqatların  əhəmiyyətli  dərəcədə  çoxalmasına  səbəb  olmuşdur.  Həmin  tədqiqatlar 

zəminində  müəyyən  cərəyan  və  məktəblər  formalaşaraq  müxtəlif  elmi  nəzəriyyə  və 

konsepsiyalar  meydana  çıxmışdır  ki,  həmin  nəzəriyyə  və  konsepsiyaların  dəqiq  təhlili 

və  optimal  təsnifi  media-vətəndaş  münasibətlərinin  elmi  və  sistemli  öyrənilməsi  üçün 

möhüm əhəmiyyət kəsb edir.  

Kütləvi kommunikasiya tədqiqatlarında iki əsas məktəbi fərqləndirmək olar. Con 

Fisk  "Kommunikasiya  tədqiqatlarına  giriş"  (1990,  II  nəşr)  adlı  əsərində  həmin 



131 

 

məktəbləri  prosessual  məktəb  və  semiotik  məktəb  adlandırır.  Onun  fikrincə  bu  iki 



məktəbin  auditoriyaya  münsibətdə  mövqeyi  eyni  deyil.  Həmçinin  bu  iki  məktəbin 

nümayəndələri  kommunikasiya  prosesini,  kommunikator-resipient  münasibətini  və 

medianın  təsir  modellərini  tam  fərqli  formada  izah  edirlər.  Daha  dəqiq  desək, 

prosessualyanaşmada  media  güclü  təsir  imkanına  malik  vasitə,  auditoriya  isə  əsasən 

passiv  və  kommunikasiya  prosesi  -  xətti  bir  proses  kimi  təhlil  edilir,kommunikasiya 

prosesinin  baş  tutması  şərti  kimi  kommunikasiyanın  nəticəsinin  kommunikatatorun 

planlaşdırdığı  formada  olması  göstərilir.  Prosessual  yanaşmada  "kommunikasiya 

məlumatın A-dan B-yə ötürülməsindən ibarətdir" [1, S. 63].  

Semiotik  məktəbin  nümayəndələri  tərəfindən  auditoriyanın  aktivliyi  əsas 

götürülür.  Onlar  hesab  eirlər  ki,  kommunikasiya  informasiyanı  ötürmək  prosesi  yox, 

"məna"  və  "işarə"lərin  istehsalı  prosesidir.  Eyni  zamanda  bu  cərəyan  nümayəndələri 

prosessual  məktəbin  nümayəndələri  və  xüsusi  ilə  Marşal  Məkluhandan  fərqli  olaraq 

media  (vasitə)  ilə  məzmunu  biri-birindən  tam  fərqləndirirlər.  Onlar  "işarələr,  işarələri 

istehsal  edənlərin  istehsal  metodlarını,  işarələri  kodlaşdırma  üsulları  və  auditoriyanın 

həmin işarələri qavrama və dərk etmə üsullarınıəsas götürürlər" [2, S. 732].  

Semiotik  məktəbin  nümayəndələri  fərdləmətn  arasında  interaksiyanı,  mətnin 

necə yaranması, mətnin mədəniyyətdə rolu, siqnifikasiya və digər bu kimi problemləri 

təhlil etməyə daha çox maraq göstərirlər. Bu məktəbin nümayəndəlrindən hesab edilən 

Vircinia  Fray  və  Donal  Fray  kommunikasiya  və  mübadilə  edilən  mətnin  (məlumatın) 

semiotik baxımdan əhəmiyyət kəsb edən üç əsas cəhətini qeyd edirlər: 

"Əvvəla, medianın ötürdüyü məlumat müxtəlif mənaların yaranmasına səbəb ola 

bilər və bu da, eyni bir mətnin fərqli formalarda düşünülməsinə yol açmış olur. Mediada 

mətni  (məlumatı)  istehsal  edənlər  əlbəttə  ki,  məqsədyönlü  olaraq  müəyyən  mənaları 

ötürmək  niyyəti  ilə  mətni  hazırlayırlar.  Lakin  auditoriya  (istehlakçı)  məlumatı  başqa 

anlamda və fərqli mənada başa düşə bilər. 

İkincisi,  medianın  ötürdüyü  məlumat  kommunikasiya  prosesində  auditoriya  ilə 

mətnin əlaqəsi zəminində məna kəsb edir. Başqa sözlə məna mətn ilə oxucunun əlaqəsi 

fonunda istehsal olunur. 

Üçüncüsü,  hər  bir  ötürülən  məlumatın  mənası  və  anlamı  məlumatdan  kənarda 

olan hadisələrdən təsirlənir. Yəni mətndə istifadə edilən işarələr mənanın yaranmasında 

əsas rolu oynasalarda mətndən kənar hadisələr fərdin mətni necə başa düşməsi və hansı 

mənanı almasına ciddi təsir göstərir" [2, S. 733-736].  

Fray və Fraynın dediklərindən belə bir nəticə çıxarmaq olar ki, kommunikasiya 

prosesində mətnin istehsal konteksti ilə istehlak kontekstinin xarakterik cəhətləri böyük 

əhəmiyyət  kəsb  edir.  Kommunkasiyanın  xətti  modelində  (xüsusilə  Lassuelin  təklif 

etdiyi  modeldə)  istehsal  konteksti  və  istehlak  konteksti  demək  olar  ki,  diqqətdən 

kənarda  qalır.  Məhz  elə  bu  səbəbdən  də  auditoriyanın  ötürülən  məlumatla  davranışı, 

məlumata  necə  yanaşması  və  ümumilikdə  mətnə  münasibəti  kimi  əhəmiyyətli  faktlar 

təhlildən  kənara  qaldığı  üçün  auditoriya  passiv  hesab  edilir.  Eyni  zamanda  xətti 

modeldə  kommunkasiyanın  gözlənilən  təsir  ilə  nəticələnməməsi  kommunkasiya 

prosesinin  baş  tutmamasını  söyləməyə  əsas  verir.Lakin  semiotik  yanaşmada 

kommunikasiyanın  gözlənilən  təsir  ilə  nəticələnməməsinin  əsas  səbəbi  məlumatın 

istehsalı  zamanı  istifadə  edilən  işarələrin  istehlak  mühitində  tam  fərqli  mənalar  kəsb 

etməsi  və  oxucu  tərəfindən  fərqli  anlamda  qavranılmasıdır.  Bu  zaman  hesab  edilir  ki, 

kommunikasiya  baş  tutub,  amma  uyğun  işarələr  seçilmədiyindən  gözlənilən  təsir 

reallaşa bilməyibdir. Başqa sözlə, "eyni işarələr sistemindən nə qədər çox istifadə edilsə 

informasiyanın  "iki  mənası"  [məlumatı  ötürənin  nəzərdə  tutduğu  məna  və  məlumatı 



132 

 

qəbul edənin verdiyi məna] bir o qədər yaxın və oxşar olacaqdır" [1, S. 63]. Bu məna 



eyniliyi isə kommunikasiya təsirini gücləndirə bilər. 

Semiotik  yanaşmada  tekst  (mətn)  daha  çox  diqqət  mərkəzində  olur,  resipient 

yaxud  oxucunun  daha  aktiv  rola  malik  olduğu  qəbul  edilir,  mətn  və  informasiya 

vasitəsinə  münasibətdə  "işarə  (sign),  siqnifikasiya  (signification),  təsvirlər  (icons), 

indeks (index), mənalandıran (denote) və mənalanan (connote)" kimi terminlərdən daha 

çox istifadə edilir və "resipient termini oxucu sözü ilə əvəz edilir (hətta şəkil və rəsim 

əsərlərinə münasibətdə)" [1, S. 65].  

Semiotik  yanaşmada  mətn-oxucu  münasibətlərinin  təhlilində  ciddi  əhəmiyyət 

kəsb  edən  və  ümumilikdə  kommunkasiya  prosesinin  əsas  elementlərindən  hesablanan 

kodlaşdırma (encoding) və kodsuzlaşdırma (decoding) anlayışlarından da geniş istifadə 

edilir.  Hesab  edilir  ki,  məlumatı  ötürən  işarələr  sistemindən  istifadə  edərək  ötürdüyü 

informasiyanı  (mətni)  kodlaşdırır  və resipient  (oxucu)  həmin məlumatı  kodsuzlaşdırır, 

açır və  onu təkrar mənalandırır. Bu fakti nəzərə alaraq Con Fisk hesab  edir ki, "qəbul 

əslində  kodsuzlaşdırma  fəaliyyətidir,  qəbul  qarşımızda  olan  verilənləri  (işarələri, 

kodları) mənalandırmaqdır" [1, S. 100]. Onun fikrincə, qəbul mənalandırma prosesindən 

başqa  bir  şey  deyil.  Məhz  elə  bu  baxımdan  da  Fisk  dil  və  mədəniyyətin əhəmiyyətini 

vurğulayır və hesab edir ki, bizim reallığı hansı formada qavramağımız, dərk və qəbul 

etməyimiz ümumiyyətlə dil və mədəniyyətimizlə əlaqədardır. Fisk həmçinin təkid edir 

ki, işarələr sistemi sadəcə qavrayış və idark prosesini nizamlayan bir sistem kimi təhlil 

edilməməlidir.  Çünki  hər  bir  işarə  kodlaşıb-kodlaşamamasından  asılı  olamayaraq 

müəyyən  kommunikativ  və  sosial  funksiyaya  malikdir.  Bu  funksiyalar  isə  işarələrin 

reprezentativ  və  prezentativ  olmasına  uyğun  olaraq  fərqləndirilir  və  təsnif  edilir. 

Smiotik yanaşmada kodların bu tip təsnifi və təhlili demək olar ki, sadəcə instrumental 

deyil  həm  də,  fundamental  əhəmiyyət  kəsb  edir.  Məsələn  Çandler  müxtəlif  tipli 

kodlarınmüxtəlif tipli sosial fəaliyyət və hadisələrə uyğun gəldiyini qeyd edərəkkodların 

həyata  keçirdiyi  funksiyalara  müvafiq  təsnifatını  verir.  O,  hesab  edir  ki,  "müəyyən 

kodlar  spesifik  sosial  fəaliyyətlər,  bilik  və  müxtəlif  fenomenlərin  konkret  sferasına 

uyğun  gəlir.  Çandler  Umberto  Eko,  Mişel  Halliday,  Gunther  Kress  və  Teo  Van  Liven 

yaradıcılığına istinadən kodların üç əsas tipini müəyyən edir: 

1.

 



İnterpretativ kodlar: perseptual kodlar ("geştalt" psixologiyası), ideoloji kodlar. 

2.

 



Tekstual kodlar: elmi kodlar, estetik kodlar, ritorik kodlar, mass media kodları 

və s. 


3.

 

Sosial  kodlar:  verbal  dil,  bədən  kodları,  mal-əmtəə  kodları  və  biheviorial 



kodlar" [3, S. 72].  

"Bu  üç  tip  kod  mətni  təfsir  edənə  (oxucuya)  lazım  olan  üç  əsas  bilik  növünə  uyğun 

gəlir: 

A.

 



Dünya haqda bilik (sosial bilik) 

B.

 



Vasitə və üsul haqda bilik (tekstual bilik) 

C.

 



Əlaqə və əlaqələndirmə haqda bilik (necə qiymətləndirmə biliyi)" [4, S. 150]. 

Ümumilikdə  kodlar  müxtəlif  sahələrdə  fəaliyyət  göstərən  “istifadəçilərin”  oxşar 

təcrübələrinin  məcmusu  və  əlaqə  zəminində  müraciət  edilən  xüsusi  “konvensiyalar” 

sistemidir.  Bu  baxımdan  kodlara  müraciət  və  kodların  təfsir  edilməsi  (məna  edilməsi) 

kommunikasiyanın  əsasını  təşkil  edir.  Semiotik  məktəbin  kodlaşdırma  və 

kodsuzlaşdırma prosesinə verdiyi əhəmiyyət də məhz elə bu faktorla əlaqədardır.  

Semiotik  məktəbin  media  məzmununa,  auditoriyaya,  mətndə  istifadə  edilmiş 

kodlar və işarələr sisteminə, mətn-oxucu və xüsusilə media-vətəndaş arasında qarşılıqlı 

əlaqəyə  münasibəti  daha  çox  defisionizm  paradıqmasının  müstəqil  və  yaradıcı  insan 

konsepsiyasına  uyğundur.  Faktualizm  və  sosial  biheviorizm  paradıqmalarından  fərqli 




133 

 

olaraq  burada  sosial  struktur,  sosial  institutlar  və  sosial  faktın  quruluş  formaları  insan 



davranışını istiqamətləndirən dominant amil kimi çıxış etmir. Simvolik interaksionizm, 

fenomenoloji  sosiologiya,  və  etnometodologiya  cərəyanları  "aktorun"  sərbəst,  yaradıcı 

və  aktiv  bio-sosial  varlıq  olduğunu  vurğulayırlar.  Məsələn,  "Simvolik  interaksionizm 

nəzəriyyəsində üç məsələ ciddi əhəmiyyət kəsb edir:  

1.

 

Mühit və aktor arasında interaksiyanın mövcudluğu. 



2.

 

Mühit  və  aktorun  statik  struktur  kimi  deyil,  dinamik  proses  kimi  nəzərdən 



keçirilməsi. 

3.

 



Mühitin  aktor  tərəfindən  təhlil  və  təfsir  edilməsinin  əsas  faktor  kimi  nəzərə 

alınması" [5, S. 269]. 

Semiotik  məktəbin  auditoriyaya  və  simvolik  interaksionizmin  "aktora" 

münasibətini müqayisəli formada aşağıdakı kimi göstərmək olar: 

 

Semiotik məktəb və auditoriya 



Simvolik interaksionizm və aktor 

Mətn  -  oxucu  arasında  intraksiyanın 



mövcudluğu 

Aktor  -  mühit  arasında  intraksiyanın 

mövcudluğu 

Mətn  və  oxucunun  statik  strukturlar 



kimi  deyil,  dinamik  proseslər  kimi 

nəzərdən keçirilməsi 

Aktor və mühitin statik strukturlar kimi 

deyil,  dinamik  proseslər  kimi  nəzərdən 

keçirilməsi 

Oxucunun 



mətnə 

münasibətdə 

aktivliyini,  həmçinin  mətni  izah  və 

təfsir edərək məna istehsalı bacarığını 

vurğulamaq 

Aktorun mühitə münasibətdə aktivliyini 

və  mühiti  təfsir  etmə  qabiliyyətini 

vurğulamaq 

 

Qeyd  edilənlərə nəzərən  demək  olar  ki,  sosial  münasibət  sferasında mübadilə 



olan və ötürülən işarələrin universal və konkret mənası yoxdur. Onların daha çox fərdi 

yanaşma və təcrübələrdən qaynaqlanan subyektiv mənaları vardır.  

Burada  çox  incə  və  bəzən  sosiologiyada  müzakirə  mövzusuna  çevrilən  bir 

məqama  toxunmaq  lazımdır:  biz  məna,  aktor,  yaxud  oxucu,  mətn  və  yaxud  mühitdən 

danışarkən subyektiv təfsir ilə sosial kontekst amillərini paralel olaraq nəzərə almalıyıq. 

Çünki məna özünəməxsus təcrübə və sosial mühitə malik fərdin işarələri necə təhlil və 

təfsir etməsi fonunda yaranır və subyektiv xarakterə malikdir. Lakin fərdin işarələrə və 

mühitə münasibəti və işarələri mənalandırması sosial kontekstdə baş verən bir prosesdir. 

Təbii olaraq həmin proses müəyyən mənada sosial (kollektiv-ümumi) təcrübə və sosial 

strukturdan  da  təsirlənmiş  olur.  Bu  səbəbdən də  media-vətəndaş münasibəti,  oxucu  ilə 

mətn arasında interaksiyanı və ümumilikdə medianın təsir faktını təhlil edərkən iki əsas 

amili,  yəni,  "zehni"  (fərdin  daxili  dünyası  və  təcrübələri)  və  "sosial  mühiti"  nəzərə 

almaq lazımdır. 

 

Burada bəzi alimlər (o cümlədən Corc Herbert Mid) sosial mühitin daha böyük 



əhəmiyyət  kəsb  etdiyini  qeyd  edirlər.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  mənanı  sosial 

mühitin  məhsulu  kimi  təhlil  etmək  sturakturalizm  ideyalarına  dönüş  deməkdir.  Eyni 

zamanda  bu  cür  yanaşma  eyni  sosial  mühitdə  yaşayan  aktorların  eyni  işarələri  fərqli 

mənalandırmasının və eyni mətni fərqli formalarda təfsir etməsinin səbəbini izah etməyi 

tələb  edir.  Digər tərəfdən  bu zaman  aktorun  yaradıcı-aktiv bir  varlıq  olması  iddiası  öz 

anlam və əhəmiyyətini itirmiş olur. Əlbəttə, Mid və digər sosioloqların da qeyd etdiyi 

kimi  "idrak  və  düşünmə  fəaliyyəti  sosial  həyatın  bir  parçasıdır  və  bunu  sadəcə  insan 

beynində baş verən müstəqil mental proses kimi təhlil etmək olmaz" [5, S. 278].  

Deməli, mənanın istehsalı mental (subyektiv) təcrübələr və sosial məhsulların 

(xüsusilə  dilin)  birgə  nəticəsi  olduğundan  burada  fərd  və  onun  təcrübələri  ilə  yanaşı 

sosial mühitin təsiri də nəzərə alınmalıdır. Lakin bunların hərhansı birini dominant amil 



134 

 

kimi  təqdim  edərək  digərinin  əhəmiyyətini  kifayət  qədər  dəyərləndirməmək  doğru 



olmayıb,  qeyri-obyektiv  təhlillərlə  nətiələnə  bilər.  Təəssüflə  sosial  fikir  tarixində  və 

media-vətəndaş  münasibətlərinin  təhlilində  bu  fakta  tez-tez  rast  gəlmək  mümkündür. 

Buna  misal  olaraq  sosiologiyada  struktur-funksionalist  paradiqma  ilə  defisionizm 

paradiqmasının  “aktorlara”  münsibətini  göstərmək  olar.  Eyni  zamanda  media 

tədqiqatlarında  da  həmin  tendensiyanı  müşahidə  etmək  olar.  Prosessual  yanaşmada 

auditoriyanın rolu və medianın təsir gücünə münasibət semiotik məktəbin “oxucunun” 

rolu və medianın təsir gücünə münasibətindən tam fərqlənir.  

Semiotik yanaşmada medianın birbaşa təsiri və auditoriyanın passiv qəbuledici 

kütlədən iabrət  olması  iddiası  qəbul  edilmir  və  media  məzmunu  istifadəçilərinin aktiv 

fərdlərdən,  media  təsirinin  isə  müəyyən  amillərdən  asılı  olduğu  iddia  edilir.  Bu 

mövzunun  daha  dəqiq  aydınlaşması  məqsədi  ilə  medianın  təsir  modelləri  haqda 

konsepsiyalara  (xüsusilə  koqnitiv-transaksional  təsir  modelinə)  qısaca  nəzər  salmaq 

faydalı olardı.  

Əvvəlcə  də  qeyd  edildiyi  kimi,  medianın  təsir  modellərinə  dair  nəzəriyyələr 

əsasən  iki  önəmli  dəyişən  üzərində,  yəni  medianın  təsir  gücü  və  auditoriyanın  passiv, 

yaxud aktiv olması üzərində cəmləşmişdir. Daha dəqiq desək, medianın təsir modelləri 

ilə  auditoriyanın  səciyyəvi  cəhətlərinə  verilən  qiymət  arasında  ciddi əlaqə  mövcuddur. 

Medianın  təsir  modelləri  haqqında  fərqli  fikirlərin  mövcud  olmasına  baxmayaraq, 

alimlərin əksəriyyətinin qəbul etdiyi dörd modeli Elizabet  M. Prese belə təsnifləşdirir: 

“birbaşa (direct) təsir modeli, şərti (conditional) təsir modeli, kumulyativ (cumulative) 

təsir modeli və koqnitiv-transaksional (cognitive-transactional) təsir modeli” [6, S. 51]. 

Koqnitiv-transaksional  təsir  modeli  daha  çox  semiotik  yanaşmanın 

müddəalarına  uyğun  bir  model  olaraq  medianın  təsir  modelləri  haqda  formalaşmış  ən 

yeni  və  son  konsepsiyadır.  Bu  konsepsiyanın  əsasını  psixologiya  və  sosial 

psixologiyada  geniş  əhəmiyyət  kəsb  edən  "sxem  nəzəriyyəsi"  təşkil  edir.  Sxem 

nəzəriyyəsində  idrak  filtrləri  (cognitive  filtrs),  sxemlər,  streotiplər,  mental  sxemlər 

(mental  schemes)  və  s.  bu  kimi  anlayışlar  fundamental  əhəmiyyət  kəsb  edir.  Bu 

nəzəriyyəyə  əsasən  biz  ətrafdan  qəbul  etdiyimiz  informasiyanı  bizim  beynimizdə 

mövcud olan idrak filtrlərindən keçirərək saf-çürük edirik. Başqqa sözlə biz insanlar və 

müxtəlif  informasiya  və  siqnallarla  rastlaşdıqda  passiv  qəbuledici  kimi  davranmayıb 

həmin  informasiya  və  siqnalları  sosial  mühitlə  əlaqədə  formalaşan  əvvəlki 

təcrübələrimiz fonunda təhlil və müəyyənləşdirməyə çalışırıq.  

Bizim  beynimizin  idrak-koqnitiv  strukturları  müxtəlif  anlayışlar  və  hadisələr 

haqqında  informasiyaların  tam  bir  şəbəkəsindən  ibarət  olub  və  təcrübələrimizin 

mahiyyətini (ekstraktını) özündə saxlayır. Bu strukturlara sxem deyilir. Sxemlərin sosial 

idrak  prosesində  rolu  olduqca  əhəmiyyətlidir.  Əslində  biz  yeni  bir  vəziyyət  yaxud 

informasiya  ilə  rastlaşdıqda  beynimizdə  mövcud  olan  mental  sxemlərə  əsasən  həmin 

vəziyyəti sürətlə təhlil edirik. Mental sxemləri adətən dörd qrupa ayırmaq olar: "a) rol 

sxemləri  (məsələn,  kollec  professoru  necə  olmalıdır)  ,  b)  şəxsiyyət  sxemləri  (bizim 

başqalarını  anlamamız  barədə  biliklərimiz),  c)  "Mən"  sxemləri  (bizim  özümüz  barədə 

düşüncələrimiz),  d)  qrup  sxemləri  (məsələn,  kişilər  yaxud  qadınlar)  və  e)  hadisə 

sxemləri (ssenarilər)" [6, S. 46]. 

Sxemlər  ətrafı  təhlil  etmək  və  müxtəlif  əlamətləri  təfsir  etməkdə  ən  effektiv 

vasitələrdən  biri  hesab  edilir.  Bu  zaman  “aktorun”  ətrafı  və  hadisələri  təfsir  etmə  və 

mənalandırma  prosesində  rolu  ön  plana  çıxmış  olur.  Bu  isə  o  deməkdir  ki,  medianın 

istifadəçilərə  təsiri  birbaşa  deyil  və  istifadəşilərin  (auditoriyanın)  məna  istehsalı  və 

kodsuzlaşdırma prosesində rolu danılmaz faktorlardan biridir.  



135 

 

Nəticə  olaraq  demək  olar  ki,  semiotik  yanaşmada  auditoriyanın  aktivliyinə 



şübhə  edilmir.  Lakin  burada  belə  bir  sual  qarşıya  çıxır  ki,  müxtəlif  vəziyyətlər  və 

medianın  sosial-siyasi  mühitə  münasibətinin  forması  auditoriyanın  aktivliyi  və  məna 

istehsalı  prosesinə  təsir  edə  bilirmi,  yoxsa  yox?  Başqa  sözlə  mənalandırma  və 

kodsuzlaşdırma  prosesinə  neqativ  təsir  göstərən  “parazitlərin”  olduğu  şəraitdə  bu 

prosesin  istiqməti  auditoriyanın  rolunun  zəifləməsi  istiqamətində  dəyişir  yoxsa  yox. 

Əgər bu sualın cavabı müsbətdirsə o zaman semiotik yanaşmanın bütün mühitlər üçün 

uyğun  yanaşma  tərzi  olduğunu  söyləmək  olmaz.  Əgər  həmin  “parazitlərin”  məna 

istehsalı  mənalandırma  və  kodsuzlaşdırma  prosesinə  təsir  etmirsə,  o  zaman  semiotik 

yanaşmanı  bütün  mühitlər  və  cəmiyyətlər  üçün  uyğun  hesab  etmək  və  bütün 

cəmiyyətlərdə  auditoriyanın  eyni  dərəcədə  aktivliyini  iddia etmək  olar.  Digər  tərəfdən 

mənalandırma  və  media  tərəfindən  kodlaşdırılmış  məlumatın  kodsuzlaşdırılmasında 

mental  proseslərin  sosial  mühitdən  təsirləndiyini  nəzərə  almaq  vacibdir.  Yəni  sosial 

mühitin rolunu inkar etmək yanlış nəticələrə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır 

ki, mental sxemlərin (koqnitiv strukturların) formalaşmasında mühitin rolu danılmazdır. 

Çünki  həm  mental-subyektiv  təcrübələr,  həm  də  fərdi  praktik  təcrübələr  sosial  mühit 

fonunda baş verir. Lakin bu bizim əvvəlcədən formalaşmış strukturlar qarşısında passiv 

bir  “aktor”  olduğumuzu  deməyə  əsas  vermir.  Eyni  zamanda  mətn-oxucu  münasibətini 

S-R (stimul-reaksiya) konsepsiyası kontekstində də təhlil etmək olmaz. Çünki belə bir 

təhlil  oxucunun  təfsir-mənalandırma  qabiliyyəti  və  gücünün  inkarını  qaçılmaz  edir. 

Burada  strukturların  hegemonluğu  ideyasını  strukturların  təsir  qabiliyyəti  ideyası  ilə 

əvəzləmək lazımdır.  

Ümumilikdə  auditoriyanın  mental-subyektiv  təcrübələri  və  mühitin  (xüsusilə 

dil və mədəniyyət kimi sosial strukturların) təsiri məna istehsalı prosesini şərtləndirir və 

buna  görə  də  medianın  təsir  gücü  məhdudlaşır.  Həmçinin  informasiyanın  (mətnin) 

istehlakı  kontekstinin  vəziyyəti  auditoriyanın  rolunu  məhdudlaşdıran  əsas  amillərdən 

biridir.  Təbii  ki,  istehlak  kontekstinin  özü  sadəcə  sosial  struktur  və  əvvəlcədən 

formalaşmış “şablonlardan” ibarət deyil. Yəni fərd və onun susbyektiv “aləmi” istehlak 

kontekstinin danılmaz və əhəmiyyətli hissəsidir.  

Beləliklə  smiotik  yanaşmada  media  istifadəçilərinin  (auditoriyanın)  aktivliyi 

ideysının irəli sürülməsi bunu deməyə əsas verir ki, media-auditoriya münasibətləri tam 

imperativ  deyil  müəyyən  mənada  interaktiv  xarakterlidir.  Məhz  elə  buna  görə  də 

medianın təsiri birbaşa ola bilmir. Yəni bu təsir istifadəçinin mənalandırma bacarığı və 

üsullarından, həmçinin  sosial-mədəni  amillərdən xeyli  dərəcədə  asılıdır.  Buna  görə  də 

media-vətəndaş münasibətləri və ümumilikdə medianın cəmiyyətə təsirindən danışarkən 

qeyd edilən amillər və faktorların nəzərə alınması ciddi əhəmiyyət kəsb edir. 

 

Ədəbiyyat:



 

 

1.



 

Con Fisk, Kommunikasiya tədqiqatlarına giriş (Tərcüməçi: Mehdi Ğəbrayi), Tehran, Media Tədqiqatları 

və İnkişafı Mərkəzinin nəşriyyatı, II nəşr, 2009, S. 291.  

2.

 



Little  John  Stephen,  İnsan  Kommunikasiyası  nəzəriyyələri  (Tərcüməçi:  Murtaza  Nurbəxş,  Əkbər 

Mirhoseyni), Tehran, Cəngəl nəşriyyatı, 2005, S. 832.  

3.

 

Shaleph O`Neill, İnteractiv Media: The Semiotics of Embodied Interaction, London, Springer, 2008, P. 



184.  

4.

 



Daniel Chandler, Semiotics: The Basics, London, Routledge, 2002, P. 273. 

5.

 



Corc  Ritzer,  Müsir  sosiologiya  nəzəriyyələri  (Tərcüməçi:  Mohsen  Solasi),  Tehran,  Elmi  nəşriyyati, 

1995, S. 694.  

6.

 

Elizabeth M. Perse, Media Effects and Society, London, Lawrence Erlbaum Associates, 2001, P. 349.  



 


136 

 

Аббасисаедабад Мухаммед Гамза оглу

 

 Семиотическая школа в исследованиях медиа и проблема  



взаимоотношений «медиа

-гражданин» 

Резюме

 

   


 

 

 



 

  

 



 

 

 



 

 

Стремительное  развитие  средств  массовых  коммуникаций  и  информационных  технологий 



способствовало  также  росту  исследований  в  данной  сфере.  На  основе  указанных  исследований 

сформировались две научные школы – семиотическая и процессуальная. Каждая из них рассматривает 

механизм взаимоотношений между медиа и гражданским обществом, а также делает попытку всерьез 

оценить  роль  медиа  в  обществе.  Вместе  с  тем  различается  подход  в  исследовании  возможностей 

воздействия  медиа,  а  также  в  исследовании  взаимоотношений  между  медиа  и  аудиторией.  В  связи  с 

вышеуказанным  в  статье  рассматриваются  такие  центральные  проблемы  для  семиотических  медиа-

исследований,  как  анализ  аудитории,  исследование  содержания  информации  в  медиа  и  формы 

воздействия  медиа.  Рассматриваются  также  концепции  относительно  взаимоотношений  медиа-

аудитория  и  медиа-гражданские  отношения.  Выявлены  позитивные  и  негативные  стороны  подобных 

исследований.  



Ключевые слова:

 медиа, аудитория, тексты, интеракция, производство смыслов, семиотика. 

 

 

Abbasisaedabad Hamza Mohammed oglu 

Semiotic school in research of the media and relations problem of "citizen-media" 

Summary 

 

 The rapid  development of the means of  mass  communication and information technology has also 

contributed to the growth of research in this area. On the basis of these studies formed two research schools  - 

semiotic  and  procedural.  Each  of  them  considers  the  mechanism  of  the  relationship  between  the  media  and 

civil  society,  as  well  as  attempts  to  seriously  evaluate  the  role  of  media  in  society.  However,  the  different 

approach in the study of the impact of media opportunities, as well as in the study of the relationship between 

the media and the audience. In connection with the above article discusses such central issues for the semiotic 

media research, as audience analysis, the  study  of information content in the  media and the impact of  media 

forms.  We  also  consider  the  concept  regarding  the  relationship  of  media  audiences  and  media  and  civil 

relations. Identified the positive and negative aspects of such research. 

Keywords: media, audience, text, interaction, production of meanings, semiotics. 

 

 

 

Məqalənin redaksiyaya daxil olma tarixi: 03.10.2013 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 10.10.2013 

Məqalənin çapa qəbul olunma tarixi: 31.10.2013 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: fəlsəfə üzrə elmlər doktoru, 

professor Əlikram Tağıyev 



ADMİU

-nun Elmi Şurasının 05 dekabr 2013-cü il, 03 saylı qərarı ilə çap olunur. 

Yüklə 89,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə