MəDƏNİYYƏt dünyasi



Yüklə 72,38 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü72,38 Kb.
#10313
növüXülasə


77 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXV buraxılış, Bakı, 2013 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХV выпуск, Баку, 2013 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХV edition, Baku, 2013 

 

 

UOT 297 

 

Məhəmmədəli Səbuhi-Təsuci 

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq 

İnstitutunun dissertantı

 

 AZ-1141, Bakı, Hüseyn Cavid,31 

Email: 

ispsi@lan.ab.az

  

 

 

 



İSLAMDA AZADLIQ İDEYASI: SOSİAL

-FƏLSƏFİ TƏHLİL 

 

 



Xülasə:  Məqalədə  islamda  azadlıq  (əl-Hürriyyə)  ideyasının  yaranması,  dini 

mənbələrdə  bu  ideyaya  münasibət  sosial-fəlsəfi  cəhətdən  təhlil  edilmişdir.  Burada 

hürriyyət,  hürr,  əl-qədər,  iradə  azadlığı  anlayışlarının  mahiyyəti,  Azərbaycan  və  İran 

tədqiqatçılarının  problemə  münasibəti  araşdırılmış,  azadlıq  ideyasının  Azərbaycan 

Respublikası  və  İran  İslam  Respublikası  cəmiyyətlərində,  sosial-mənəvi  həyatlarında 

fərqli gerçəkləşməsi xüsusiyyətləri də şərh olunmuşdur.  



Açar  sözlər:  islam,  Qurani-Kərim,  azadlıq,  hürriyyət,  hürr,  iradə  azadlığı,  əl-

qədər, Azərbaycan, İran.  

 

 

İslamda  azadlıq  (əl-hüriyyə)  prisnipi  geniş  əksini  tapmışdır.  Lakin  bəzi  Qərb 



islamşünasları isə Qurani-Kərimdə azadlıq məsələsinin heç qoyulmadığını iddia edirlər. 

ABŞ  islamşünası  Frans  Rozental  "Biliyin  təntənəsi"  əsərində  göstərir  ki,  Quranda 

"azadlıq  sözü  öz  geniş  əksini  tapmamışdır  və  Məhəmməd  öz  çağırışında  ona  diqqət 

yetirməmişdir (1, s. 39). 

Azərbaycan  islamşünas-tədqiqatçısı  A.Məmmədov  düzgün  olaraq  ABŞ-lı 

şərqşünasın  bu  iddiasını  alt-üst  edərək  yazır:  "Əvvəla,  hurriyyət  məfhumu  fəlsəfi  və 

siyasi termin kimi ərəb və başqa müsəlman xalqlarının dillərində yalnız son əsrlərdə və 

yəqin  ki,  Qərb  dəyərlərinin  təsiri  altında  hərfi  tərcümə  yolu  ilə  düzəldilmiş  mücərrəd 

anlam şəklində işlədilməyə başlamışdır. İkincisi, Quranda "hürriyyət" sözü ilə eyni kök 

hərflərindən  düzəldilmiş  "Hürr"  (azad  insan  –  2,  əl-Bəqərə,  187),  "təhrir  əqəbə"  (kölə 

azad  etmək  –  2,  ən-Nisa,  92)  mənalarında  işlədilmişdir.  Peyğəmbərin  bu  məsələ  ilə 

əlaqədar mövqeyinə gəlincə isə, İbn Kəsir Quranın "Sən nə bilirsən ki, əqəbə nədir?! Bir 

kölə azad etməkdir" (2, əl-Bələd, 12-13) ayələrinin təfsirində onun bir sıra hədislərinə 



78 

 

müraciət  edir:  "Kim  bir  mömin  köləni  azad  etsə,  Allah  onun  (kölənin)  hər  bir  əzası 



əvəzində  onun  bir  əzasını  cəhənnəm  odundan  azad  edər";  "Hansı  müsəlman  kişi  bir 

müsəlman  kişini  azad  etsə,  Allah  o  kişinin  hər  bir  sümüyünün  əvəzində  onun  bir 

sümüyünü  cəhənnəm  odundan  azad  edər  (mühərrirən),  hansı  müsəlman  qadın  da  bir 

müsəlman  qadını  azad  etsə,  Allah  o  qadının  hər  bir  sümüyü  müqabilində  onun  bir 

sümüyünü cəhənnəm odundan azad edər".  

A.Məmmədov  düzgün  olaraq  göstərir  ki,  müasir  mənada  azadlıq  məfhumu 

islamdan əvvəl iradə azadlığı mənasında işlənmiş, halbuki islam ictimai fikrində "iradə 

azadlığı"  mənasında  "əl-qədər"  məfhumu  işlədilmişdir.  İradə  azadlığı  isə  dini  tövhid, 

ilahi ədalət və ilahi qüdrət kimi fundamental təlimlərilə bağlı olmuşdur.  

İran  islamşünas  alimi  S.Musavi  Lari  islamı  azadlıq  və  ədalət  dini  kimi  səciy-

yələndirərək təqvanı azadlıqla eyniləşdirir. O təqva ilə bağlı yazır: "Təqva bir zinətidir 

və  adama  toxunulmazlıq  verir.  Ona  azadlıq  və  mənəviyyat  bəxş  edib  nəfsani  istəklər 

məhbəsindən qurtarır. Təqva bəşərə ictimai həyatda da azadlıq verir. Təqvalılar mövlası 

həzrət  Əli  (ə)  buyurur:  "Təqva  paklığın  və  düzgünlüyün  açarı,  qiyamət  gününün 

libasıdır. Hər cür bədbəxtlikdən insana nicat verir və ona azadlıq bəxş edir. İnsan təqva 

vasitəsilə öz hədəfinə çatır və düşmənlərinin şərindən xilas olur. Öz arzu və istəklərinə 

yetişir". 

İran  islamşünası  düzgün  olaraq  qeyd  edir  ki,  zülmətlər  içində  qərq  olan,  təbə-

qələr  arasında  keşməkeşlərin  baş  alıb  getdiyi,  zəiflərin  güclülər  tərəfindən  əzildiyi  və 

hər  cür  insaniyyətə  zidd  olan  adət-ənənələrin  hökmranlıq  etdiyi  bir  mühitdə  İslam 

Peyğəmbəri (s.ə.v.v) zühur edib misilsiz şəhadətlə bütün yaramaz qayda-qanunları ləğv 

etdi.  O,  bütün  fərdlərin hüquq  bərabərliyini  və  azadlığını  elan  etdi.  Bu  səmavi  din  in-

diyədək heç bir sistemin və məktəbin yarada bilmədiyi ən kamil və ən humanist ictimai 

ədaləti  bərqərar  edə  bildi.  İslam  hökumətini  o  vaxtadək  mövcud  olmuş  hökumətlərlə 

müqayisə etdikdə, onların arasında nəhayətsiz fərqlərin olduğu aydınlaşır". (3, 99-200). 

S.Musavi Lari islamda azadlıq məfhumunun konkret mahiyyətini tam açıb gös-

tərə  bilməsə  də,  onun  islam  və  Qərb  cəmiyyətlərində  oynadığı  rolu  müqayisə  edərək 

üstünlüyü islami azadlığa verir.  

Azadlığın dini-fəlsəfi dərki islamda əsas yer tutur. Müsəlman dünyasında azadlıq 

dedikdə,  möminin  öz  maraqlarına  və  arzularına  uyğun  fəal fəaliyyət  bacarığı anlaşılır. 

İnsan cəmiyyətində mütqəl azadlıq qeyri-mümkündür.  

İslam  azadlığı  təkcə  müsəlmanlara  deyil,  qeyri-müsəlmanlara  da  aid  edir.  Bu 

təlimə görə, insan fitrətən azad doğulur. İnsanın azadlıq hüququ ilahi qanun qədər toxu-

nulmaz hesab  edən  islamda nəzərə  çatdırılır  ki,  Quran  ayələrindəki  Peyğəmbərin  buy-

ruqlarındakı  göstərişlərə  riayət  edən  hər  bir  müsəlman  azadlıq  və  müstəqillik  qazana 

bilər.  


İslamda  hər  bir  müsəlman  etiqad,  vicdan  və  sitayiş  hüququna  malikdir.  İslami 

azadlıq anlayışına aşağıdakılar daxildir:  

Allahın  qayğı  predmeti  kimi  insanın  vicdan  qarşısında  məsuliyyəti;  insanın  öz 

əməlləri  üçün  məsuliyyəti;  insanın  Allah  tərəfindən  verilən  öz  qərarları  üçün məsuliy-

yəti;  insanın  Allah  tərəfindən  bəxş  edilən  mənəvi  keyfiyyətlərinə  təmin  olunmasından 

düzgün  seçim  imkanına  malik  olması.  Bununla  da,  islam müsəlmanın  azadlığına  təbii 

hüququ, əxlaqi vəzifəsini, dini borcunu və yaşamaq hüququnu daxil edir.  

Azadlığı insan üçün ən böyük nemət hesab edən islam, həm də onu öz həyatını 

yüksək amallar üzərində qurmaq istəyənlər üçün mübarizə meydanı hesab edir.  

İran  İslam  Respublikasının  əsas  ideoloqlarından  və  banilərindən  olan 

S.M.Taleqani və Xomeyni Allahın yolunu "bütün bəşəriyyətin əmin-amanlığı ədalətin, 

həqiqətin,  bəşəriyyətin  azadlığı  yolu"  kimi  səciyyələndirir.  S.M.Taleqaninin  sosial-




79 

 

fəlsəfi  görüşlərinin  azərbaycanlı  tədqiqatçısı  H.Hüseynovun  doğru  olaraq  qeyd  etdiyi 



kimi Taleqaninin cihad haqqında dini-fəlsəfi sosial, siyasi təliminin ana xəttini azadlıq 

və sosial ədalət haqqında təlim təşkil edir. Taleqaninin azadlıq və sosial ədalət haqqında 

mütərəqqi  baxışlarının  formalaşmasını  müəllif  düzgün  olaraq  "onun  Qərbin  və  Şərqin 

ictimai-siyasi  fikrində,  fəlsəfə  və  sosiologiyasında  azadlıq  və  sosial  ədalət  haqqındakı 

təlim və nəzəriyyələrə yaxından tanış olunması və bu dəyərlərdən faydalanmasını gös-

tərir: "Məhz bu mövqe, bu faydalanma Taleqaninin azadlıq və sosial ədalət haqqındakı 

baxışlarının daha doğru və obyektiv olmasına səbəb ola bilmişdir" (4, s. 301).  

Qərbdə formalaşan azadlığa insan fəaliyyəti ilə təbiət və cəmiyyət qanunlarının 

qarşılıqlı  münasibətlərini  ifadə  edən  fəlsəfi  kateqoriya  kimi  baxan,  şəxsiyyətin, 

kollektivin,  sinfin  və  bütövlükdə  cəmiyyətin  azadlığı  haqqında  baxışları  əhatə  edən 

fəlsəfi  təlimə  və  azadlıq  haqqında  Şərqdə  formalaşan  dini-fəlsəfi  və  elmi-fəlsəfi 

təlimlərə  əsaslanaraq  Taleqani  azadlığı  tam,  mütləq  və  nisbi  azadlığa  bölür.  Taleqani 

doğru olaraq göstərir ki, fəlsəfi, mənəvi-əxlaqi və hətta iqtisadi-siyasi baxımdan nəzərdə 

tutulan azadlıqlar nisbidir: azadlıq insanlara tam, hərtərəfli deyil, müəyyən "həddə" və 

"ölçüdə" verilir.  

Qərbdə  "azadlığın  həyata  keçirilməsi  imkanları"  anlayışının  alternativi  kimi 

Taleqani "azadlığın həddi" anlayışını işlətmişdir.  

Taleqani  azadlığın  və  sosial  ədalətin  bərqərar  olmasında  cihada  da  əsas  önəm 

verir.  Taleqaninin  bütün  dünyagörüşünün  sosial-fəlsəfi  təliminin,  o  cümlədən,  azadlıq 

haqqındakı  təliminin  əsasını  da  ilk  növbədə,  Quranın  uyğun  ayələri,  şəriət  qayda-

qanunları, bütövlükdə islam təlimi təşkil edir. Bu mənada, onun ilahi ideyaya əsaslanan 

azadlıq  ideyası  diqqəti  xüsusilə  cəlb  edir:  "Allahın  yolu  –  bütün  bəşəriyyətin  əmin-

amanlığı  yoludur.  Yəni  ədalətin  yoludur,  ...həqiqətin  yoludur,  ...bəşəriyyətin  azadlığı 

yoludur:  bu  yol  hər  hansısa  sosial  qrupun,  sinfin,  xalqın  və  ya  insan  cəmiyyətinin 

intellektual  inkişafı  üzərində  qurulan  hökmranlığın  bərqərar  olunması  deyildir...  Ona 

görə  ki,  Allah  hamıya  gücü-qüvvəti  də,  ...əqli-qabiliyyəti  də,  azad  nəfəs  almaq  üçün 

havanı da, kainatı, atmosferi, işığı və torpağı da vermişdir". (5, s. 5-6). 

Taleqaninin islamın ümumbəşəri təliminə əsaslanan azadlıq ideyası geniş, əhatə 

olmaqla yanaşı, həm də haqq, ədalət, bərabərliklə vəhdət təşkil edir.  

Taleqani düzgün olaraq bütün inqilabların səbəbi kimi "xalqın siyasi azadlığının 

əlindən alınmasını", azadlığın bərpası yolunda dövlətin, ədalətli müharibələrin, cihadın 

oynadığı rolu göstərir: "Bəşəriyyət müharibələri azadlıq qazanmaq üçün aparmışdır" və 

ya dövlətin məqsədi "bütün insanların hüquqlarını qorumaqdır" (6, s. 265-347). 

İslam  təliminə  əsaslanaraq  Taleqani  azadlığa  nail  olmağın  əsas  vasitəsi  kimi 

cihad-müqəddəs müharibəyə tərəfdar çıxır. O, İranda azadlığın tam bərqərar olacağına 

ümid  edirdi.  Lakin  İranda  azadlıq  müəyyən  həddə  təmin  edildi.  Taleqani  islamdakı 

azadlığı  istibdadın əksi  və  insan  mənəviyyatının mühüm  məsələsi hesab  edir.  Azadlıq 

təkcə siyasi, hüquqi deyil, həm də fəlsəfi-əxlaqi anlayışdır. İslama görə, hər bir insana 

azadlıq  Allah  tərəfindən  tam  və  əbədi  verilmişdir.  Taleqani  "Vəhdət  və  azadlıq" 

əsərində  isə  azadlığın  həddi-hüdudunun  ancaq  inqilabi  hərəkatının  çərçivəsi  daxilində 

olmasını  bəyan  edirdi,  yəni  bildirirdi  ki,  xalqa  tam  azadlıq  və  demokratik  hüquqlar 

verilməsi qeyri-mümkündür.  

İran İslam Respublikasının ictimai-siyasi rəhbəri və baş ideoloqu İmam Xomeyni 

göstərirdi ki, istismara məruz qalanların və məzlumları azadlığı yolundakı islam inqilabı 

onların özlərinin əli ilə baş vermişdi.  

Müasir  İranda  azadlıq  haqqında  müxtəlif  fikirlər  mövcuddur.  Azərbaycan 

İranşünas tədqiqatçısı V.Mustafayev doğru olaraq göstərir ki, İranda azadlıq məsələsinə 

müxtəlif  cinahların  münasibəti  əsasında  onların  mühafizəkar,  yoxsa  liberal  mövqedə 




80 

 

dayandığını müəyyən etmək olar. İran tədqiqatçısı Həmidrza Zərifiniya isə qeyd edir ki, 



İranda həmişə belə hesab etmişlər ki, ya "azadlıq olmamış",  ya da onu mütləq azadlıq 

kimi qəbul etmişlər (7, s. 212). 

Rza  şahın  hakimiyyəti  illərində  (1925-1941)  "azadlıq"  hökumət  və  qayda-

qanunların "əleyhinə fəaliyyət göstərən qüvvə kimi başa düşülürdü. (7). 

Hər bir cinahın azadlıq anlayışına münasibətini nəzərdən keçirən müəllif göstərir 

ki, liberal cinaha görə azadlıq və demokratiyanın olmaması inqilab yaradan amildir, ona 

görə həmin  cinah  daha  çox  siyasi  inkişaf  və  azadlığa  diqqət  yetirir.  Həmin  cinah  belə 

hesab edir ki, inkişaf və ədalət özünü azadlıqla uyğunlaşdırmalıdır. Fikir və söz azadlığı 

olmayan yerdə heç bir böhranı həll etmək olmaz. (7) 

Göründüyü  kimi,  liberal  cinah  azadlıq  məsələlərində  "liberal"  mövqe  tutur. 

Birləşdirici (təlfiqi) ziyalıların əqidəsinə görə dinsiz azadlıq özbaşınalıq və fəsada səbəb 

olacaq. "Əgər azadlığı din ilə əlaqələndirib birləşdirsək yeni bəşər təcrübəsi irəli sürmüş 

olarıq" (7). 

V.Mustafayev düzgün olaraq göstərir ki, bütün cinahlar azadlıq üçün məsuliyyət 

və qırmızı xətt tərəfdarıdırlar, amma onları necə başa düşməkdə fərqlənirlər. Liberallara 

görə nəzarət və məsuliyyət fərdin öhdəsinə düşür. Modern sola görə azadlıq məsuliyyət, 

hüquq,  vəzifə  yaradır,  cəmiyyətin  davam  və  inkişafı  vətəndaşların  məsuliyyət  qəbul 

etməsi  ilə  bağlıdır.  Ənənəvi  sağa  görə  orta  azadlıq  olmalıdır,  çünki  din  və  şəriətə 

uyğundur. 

Liberal cinaha görə azadlığın hüdudu cəmiyyətin mənafeyi və milli hakimiyyətlə 

müəyyənləşir. Birləşdirici ziyalılara görə qırmızı xətt yoxdur, azadlığı məhdudlaşdırmaq 

bəhanəsidir. Ənənəvi sağa görə azadlığın hüdudunu İslam və şəriət müəyyən edir. Din 

ilkindir  və  azadlıq  ona  xidmət  edir.  Modern  sola  görə  azadlıq  ictimai  ədalətə  xidmət 

etməlidir. Modern sağa görə azadlıq inkişafa (iqtisadi) xidmət etməlidir. (8, s. 128-129). 

Birləşdirici (qarışıq) ziyalılara görə inkişaf və ədalət o həddə qədər olmalıdır ki, 

azadlığa  ziyan  vurmasın,  əksinə azadlıq  inkişafın  zəminidir.  Çünki ədalət  və  inkişafın 

genişlənməsi dövlət aparatının genişlənməsinə səbəb olub fərdin azadlığına ziyan vurur. 

Modern  sol  qanun  və  təhlükəsizliyi  vurğulayır.  Azadlığın  qırmızı  xətti  qanuni 

strukturlar  və  qəbul  edilmiş  qanunlardır,  güclü  dövlət  sayəsində  mümkündür.  Din, 

yoxsa  azadlığın  ilkin  olduğunu  müzakirə  etmir,  ona  diqqət yetirir  ki, azadlıq  dövlətdə 

həyata keçəcək, bunun üçün "güclü cəmiyyət", "güclü dövlət" lazımdır. 

İfrat sağa görə isə azadlıq əxlaqi özbaşınalıq və küfrdür. (7) 

Göründüyü  kimi,  yalnız  liberal  cinah  siyasi  və  ya  ümumiyyətlə,  azadlığı 

müstəqil  və  özündə  dəyər  hesab  edir.  Digər  cinahlar  azadlığı  müəyyən  şərtlərlə 

məhdudlaşdırırlar.  Müəllif  göstərir  ki,  1997-ci  il  prezident  seçkilərindən  sonra  bütün 

cinahlar azadlığa münasibətdə eyni mövqe tutduqlarını bəyan etməyə başladılar. Bütün 

cinahların azadlığa münasibəti eyni idi, sanki hamısı hir mənbədən qidalanır, heç kim o 

birisindən geri qalmaq istəmirdi (7).  

Azadlığa  münasibətdə  mənəvi  modern  sol,  ənənəvi,  modern  sağ,  ifrat  sağ 

yanaşmalar belədir: 

"Din əvvəldir – Dində azadlıq 

Azadlıq əvvəldir – Azadlıqda din 

Azadlığa qarşı – azadlıq Qərbin işidir.  

Ənənəvi sol, ənənəvi sağ, ifrat sağ – qatı islam mövqeyində durur.  

Modern  sağ,  modern  sol  –  hər  üç  mədəniyyəti  barışdırmağa  çalışır  və  ilk 

növbədə islam və milli dəyərlərə önəm verirlər (7). 




81 

 

Müəllifin  gəldiyi  nəticə  budur:  "Elitanın  şüurunun  islah  edilməsi  inkişaf  üçün 



çox mühüm bir iş hesab edilir". "Bu fikir qəbul olunmasa, inkişaf da uğur qazanmaz". 

(7)  


İran  İslam  Respublikası  yarandıqdan  sonra  bütün  inqilabçı  qüvvələri 

birləşdirmək,  onların  arasında  ixtilafın  genişlənməsinə  yol  verməmək  üçün  İran  İslam 

Respublikası Partiyası  yaradıldı. Bununla da həm cəmiyyət, həm də inqilabçı qüvvələr 

üzərində siyasi nəzarət bərqərar edildi. 

İnqilab  nəticəsində  cəmiyyətin  sosial  strukturunda  cüzi  dəyişikliklər  baş  verdi. 

Sahibkar  təbəqəsinin  yuxarı  dairələri  –  inhisarçı  qrupu  ləğv  edildi,  korporativ  sosial 

qrup  olan  ruhanilər  hakim  təbəqəyə  çevrildi.  Yeni  yaranmış  hüquq-mühafizə,  güc 

strukturlarında və digər strukturlarda təmsil olunma baxımından aşağı təbəqələrin sosial 

statusu xeyli yüksəldi, əvəzində qadınların faktiki sosial statusu xeyli pisləşdi. 

Bütün  bunlar  1979-cu  ilin  dekabr  ayının  2-3-də  referendum  yolu  ilə  qəbul 

olunmuş Əsas qanunda (Konstitusiyada) hüquqi cəhətdən təsbit olundu. Konstitusiyada 

Şərq və Qərbin, imamət və respublikanın, ənənəçilik və müasirliyin özünəməxsus, daha 

doğrusu  dünyəvi  islamçıların  ideyasına  uyğun  şəkildə  sintezi  öz  əksini  tapdı. 

Konstitusiyada  həmçinin  R.M.Xomeyninin  hələ  XX  əsrin  70-ci  illərində  işləyib 

hazırladığı İslam Respublikası nəzəriyyəsi öz əksini tapmışdı. 

Konstitusiyada  dövlət  hakimiyyəti  orqanları  (parlament,  hökumət)  silki-dini 

orqanlara  fəqih  –  rəhbərə,  Nəzarət  şurasına  tabe  edilirdi.  Şiə  üləmalarına  xüsusi  imti-

yazlar verilməsi respublika idarə forması ilə uzlaşdırılırdı. Rəhbərə və Nəzarət şurasına 

verilən  geniş  səlahiyyətlər  icra  (prezident,  hökumət)  və  qanunvericilik  (parlament) 

hakimiyyətlərini xeyli məhdudlaşdırır, respublika quruluşunun mahiyyətini zəiflədir. 

Konstitusiyada  vətəndaşların  bir  çox  vətəndaş  hüquq  və  azadlıqları  öz  əksini 

tapmışdır, amma bu hüquqlar İslam prinsipləri və normaları ilə məhdudlaşdırılır. Kons-

titusiyada  müxtəlif  cins, millətlərdən  olan,  dini icmalara məxsus  iranlıların  tam hüquq 

bərabərliyi elan edilir. 

Müstəqil  Azərbaycan  Respublikasında  isə  azadlığa  münasibət  və  azadlığın 

bərqərar olması sahəsində bir qədər fərqli proses getmişdir. 

Əsarətə, köləliyə, istismara qarşı mübarizə aparmış Azərbaycan xalqı azadlıq və 

müstəqillik  naminə  çarpışmalardan  keçmiş,  azad  insanların  yaşadığı  hüquqi,  demok-

ratik,  yüksək  mədəniyyətə  malik  bir  ölkəyə  çevrilmişdir.  Ulu  Öndər  Heydər  Əliyevin 

yeni əsr, yeni minillik münasibəti ilə Azərbaycan xalqına müraciətində xalqımızın dün-

ya tarixində və dünya mədəniyyətində tutduğu yerə, özünəməxsus xüsusiyyətlərinə yük-

sək qiymət verilir: "İki minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dün-

ya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Xalqımızın əsrlər boyu yarat-

dığı mədəniyyət  və  ədəbiyyat  nümunələri həyat  eşqi,  azadlıq  və  müstəqillik  duyğuları 

ilə  aşılanmışdır.  Sənət  korifeylərinin  yaradıcılığı  ümumbəşəri  ideyaların  tərənnümünə, 

haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir" (9).  

İnsan  azadlıqlarının  təminatçısı  olan  ölkəmiz  demokratik  quruculuq  yolunda 

böyük uğurlar qazanmışdır. Dünya təcrübəsini milli xüsusiyyətlərlə uzlaşdırmaq xəttinə 

sadiq  qalan  Azərbaycan  bütün  sahələrdə  inkişaf  etmiş,  çiçəklənən  bir  məkandır.  Aka-

demik Ramiz Mehdiyev insan azadlıqlarının müdafiə edilməsi sahəsində Azərbaycanın 

qazandığı uğurlar haqqında özünün "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi" əsə-

rində belə yazır: "Şərqdə ilk dəfə ölüm hökmünün ləğvi, on minlərlə insanı əhatə edən 

amnistiyalar, siyasi plüralizmə, söz və əqidə azadlığına geniş imkan yaradılması Azər-

baycanın böyük nailiyyətidir" (10).  

Azərbaycan Respublikasının Konstitusiyasında azadlıq hüququ (maddə 28), fikir 

və  söz  azadlığı  (maddə  47),  vicdan  azadlığı  (maddə  48),  sərbəst  toplaşmaq  azadlığı 




82 

 

(maddə  49),  məlumat  azadlığı  (maddə  50),  yaradıcılıq  azadlığı  (maddə  51)  öz  əksini 



tapmışdır.  

Ədəbiyyat

 

1.Розенталь Ф.Торжество знание.Москва:Мысль,1981,220 с.; 



2. Qurani-Kərim. (Ərəb dilindən tərcümə edənlər: Z. Bünyadov və V. Məmmədəliyev).Bakı:Qismət,1997,756 

s.; 


3. Musəvi Lari S.M. İslam və Qərb mədəniyyəti. Bakı, 2004, 288 s.;  

4. Hüseynov.H.Taleqaninin dini-siyasi təlimi və sosial fəlsəfəsi. Bakı:Səda, 2006, 390 s.; 

5. Taleqani.S.M. İslam və mülkiyyət.Fars dilində. Tehran, 1344, 220 s.; 

6. Taleqani.S.M. Vəhdət və azadlıq. Fars dilində.Tehran, 1372, 170 s.; 

7. Zərifiniya.H.İran siyasətçilərinin cinahları.Fars dilində Teharan, 1379,301s 

 8. Mustafayev V.İran İsam Respublikasında hakimiyyətdaxili münasibətlər.1979-2005-ci illər. Bakı:Cap Evi, 

2010, 248 s.; 

9. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Bakı: Azərnəşr, 1997, 596 s.; 

10. Mehdiyev R.Ə. Azərbaycan:qloballşma dövrünün tələbləri. Bakı:XXI əsr YNE,2004,564 s.; 

11. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2002, 101 s.; 

 

  



 

Мохаммадали Сабухи

-Тасдиги 

Идея свободы в Исламе: социально

-философский анализ 

Резюме

 

 

В статье анализируется возникновение идеи свободы в Исламе (аль-хурриййа) и отношение к 

этой идее в религиозных школах с социально-философской точки зрения.  

Здесь  также  исследованы  суть  понятий  «хурриййа»,  «аль-хурр»,  «аль-кадар»,  свободы  воли, 

отношение  иранских  и  азербайджанских  исследователей  к  проблеме,  комментируются  особенности 

различной  реализации  идеи  свободы  в  обществах  Азербайданской  Республики  и  Исламской 

Республики Ирана, в их морально-социальной жизни.  

Ключевые слова:

 ислам, Коран, свобода, хурриййа, хурр, свобода воли, аль-кадар, 

Азербайджан, Иран 

 

 

Mohammadali Sabuhi-Tasdigi 

The idea of freedom in Islam: a socio-philosophical analysis 

Summary 

 

The article examines the emergence  of the idea of freedom in Islam (Al-hurrijja) and the attitude to 

this idea in religious schools from a socio-philosophical point of view. 

It also explored the essence of the concepts of “hurrijja”, “Al-hurr”, “Al-Kadar”, freewill, the attitude 

of  Iranian  and  Azerbaijani  scholars  to  this  issue,  and  comments  on  the  peculiarities  of  the  different 

implementation of the idea of freedom in societies of the Republic of Azerbaijan and the Islamic Republic of 

Iran, in their moral and social life. 

Keywords: Islam, Quran, freedom, hurijja, hurr, freewill, Al-Kadar, Azerbaijan, Iran. 

 

 



Məqalənin redaksiyaya daxil olma tarixi: 15.05.2013 

Məqalənin təkrar işlənməyə göndərilmə 23.05.2013 

Məqalənin çapa qəbul olunma tarixi: 21.06.2013 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: fəlsəfə üzrə elmlər doktoru, 

professor Niyazi Mehdi  



ADMİU

-nun Elmi Şurasının 08 iyul 2013-cü il, 09 saylı qərarı ilə çap olunur. 

 

 



  

Yüklə 72,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə