MəDƏNİYYƏt dünyasi



Yüklə 55,27 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü55,27 Kb.
#1774
növüСборник


 

23

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXIIII buraxılış, Bakı, 2012 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХIII выпуск, Баку, 2012 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХIII edition, Baku, 2012 

 

UOT 008:316 



Sədaqət Əliyeva 

Kulturologiya üzrə fəlsəfə doktoru, dosent 

Azərbaycan Dövlət Mədəniyyət və 

 İncəsənət Universiteti  

AZ – 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 9 

E-mail

sadaqat-aliyeva@mail.ru

  

 

 

ŞƏXSİYYƏTLƏRARASI

 MÜNASİBƏTLƏRDƏ ÜNSİYYƏT PROBLEMİ 

 

 

Xülasə: Ünsiyyət – insanlar, sosial qruplar - arasında əlaqələr, qarşılıqlı proses-

lərdə  olan  məlumat,  təcrübə  və  nəticələrin  mübadiləsidir.  İnsanın  insanla  ünsiyyəti 

yalnız  şəxsiyyətlərarası  münasibətlər prosesində  baş  verir. Bu  ünsiyyət  insan  vasitəsilə 

həyata keçir. 



Açar  sözlər: Mədəniyyət, ünsiyyət, cəmiyyət, insan, dialoq, sosial mühit, sosial 

qruplar, mədəniyyətin dialoqu. 



 

Şəxsiyyətlərarası  münasibətlərdə  insani  davranışların  ən  mühüm  istiqamətləri 

humanist  mənəvi  dəyərlərin  olmasıdır,  həmçinin  şəxsiyyətin  son  dərəcə  lazımlı  amil-

lərdən  mənəvi  məmnunluğu  almasıdır.  Bunu  nə  ilə  izah  etmək  olar?  Birinci  növbədə, 

şəxsiyyətin  sürətli  və  hərtərəfli  inkişafı  üçün  şəxsiyyətlərarası  ünsiyyətin  əhəmiyyəti. 

İkincisi,  müasir  insan  şəxsiyyətinin  ünsiyyət  “istiliyi”  olmadan  fəal  surətdə  gerçəkləş-

dirə bilməyəcəyi mənəvi başlanğıclarının inkişafı. Üçüncüsü, şəxsiyyətin mənəvi dəyər-

lər  və  əxlaqi  keyfiyyətlər  sistemi  ilə,  insanların  davranışını  nizamlayan  norma  və  qa-

dağalarla bağlı olan ünsiyyətin mənəvi mədəniyyətinə artan rolu. 

Ünsiyyətə çox vaxt insanların kommunikasiyası, daha doğrusu, onların qarşılıqlı 

münasibətlərinin - müvafiq informasiyaları bir-birilərinə ötürməsi forması kimi baxırlar. 

Bu mənada ünsiyyət kanalların mürəkkəb şəbəkəsi vasitəsilə həyata keçirilir ki, insanlar 

bunlarla gerçəkliyi dərk edirlər. Əlbəttə, ünsiyyət kommunikasiya prosesini əks etdirir. 

Lakin ünsiyyətin əhəmiyyət dərəcəsi daha ağırdır: belə ki, onun köməkliyi ilə insanların 

həyat  fəaliyyəti  prosesində  onların  məqsədəyönlü  qarşılıqlı  münasibətləri,  təcrübələri, 

əmək  vərdişləri  təşkil  olunur.  Ünsiyyət  aktı  da istənilən  kommunikasiya  üçün məcburi 

hesab edilən aşağıdakı komponentləri özündə əks etdirir: məlumatı yaradan informasiya 

mənbəyi  (insan,  sosial  qrup);  kodlaşdırılmış  məlumatları  siqnallara  çevirən  (danışıq 

işarələri,  jestlər, mimika)  ötürücü  (beyin, danışıq  orqanları),  ötürmə  üçün  faydalı  olan: 



 

24

mövcud  siqnalları  çatdıran  məlumat  kanalları;  məlumatları  qəbul  edən  (insan). 



Göründüyü kimi, informasiya prosesləri heç nəyi ilə insan ünsiyyətindən fərqlənmir.  

Məhz  ünsiyyət  prosesində  eyni  sosial  təbəqə,  zümrəyə  malik  olan  insanlar  ye-

ganə  dünyagörüşü  sisteminə  yiyələnmiş  olurlar.  Bütün  sosial  koordinatlar, insan həya-

tının  bütün  rəngarənglikləri  ünsiyyətlə  həyata  keçir.  İnsan  yalnız  ünsiyyət  prosesində 

şəxsiyyət kimi təzahür tapır, ünsiyyətsiz o, bir insan kimi formalaşa bilməzdi. Əlbəttə, 

o,  öz  tələbatlarını  dərk  edir  və  bunları  ətrafda  baş  verən  proseslərlə müqayisə  edə-edə 

fəaliyyəti  ilə həyata  keçirir, lakin  bütün  bu  fəaliyyət  ünsiyyət  vasitəsilə  gerçəkləşməyə 

məhkumdur; hətta tələbatların özləri belə, bir çox hallarda ünsiyyətin təsiri altında for-

malaşır.  İnsanın  ünsiyyət  vasitəsi  ilə  dəyişərək  (hətta  möhkəmlənməsi  də!)  yaşadığı 

konkret şəraiti onu bəzi hərəkətləri, hadisələri, başqalarına nisbətən daha dəyərli hesab 

etməyi öyrədir. Digər insanları, onların davranışlarını anlama və onları qiymətləndirmə 

başlanğıcları da buradan başlayır. 

Lakin ünsiyyətin sosial funksiyaları insanların əməli və mənəvi qarşılıqlı müna-

sibətlərinin  sadəcə  təminatı,  onların  inkişafı  ilə  bitmir.Yalnız  ünsiyyətdə  və  ünsiyyət 

vasitəsilə insan öz mövcudluğunun mahiyyətini, özünün mənəvi dəyər və əhəmiyyətini 

dərk edir. Əlaqə və görüşlərsiz, qarşılıqlı anlaşmalarsız insan fəaliyyətsiz hesab olunur. 

Dostluqsuz,  məhəbbətsiz,  “digəri”nin  səmimi  iştirakı  olmadan  həqiqi  və  fərd  olaraq 

kamil  olmaq  mümkündürmü?  Əlbəttə,  yox!  Fəal  ünsiyyət  olmadan  insan  özündə  bir 

sevinc hiss etmir, tezliklə özü də ətrafdakılara heç bir sevinc gətirə bilmir. Bu mənada 

bəzi inbsanların çox vaxt həqiqi ölüm gəlməsindən öncə “ölü” sayılması kimi işlədilən 

fikrini heç də ədəbi metafora hesab etmək olmaz. 

Bəs onda “mükəmməl”, fəal ünsiyyət nədir? Məgər ünsiyyət “qeyri-mükəmməl” 

ola  bilərmi?  Əlbəttə,  ola  bilər!  Qeyri-mükəmməl,  qeyri-fəal  ünsiyyət  dəyərlərdən, 

xüsusilə də, mənəvi dəyərlərdən məhrum edilmiş ünsiyyətdir. Bu qarşılıqlı münasibətdə 

olanlara  heç  bir  sevinc,  səmimiyyət  bəxş  etməyən,  əksinə,  bir-birindən  eqoist  şəkildə 

istifadə  etmək  kimi  hisslər  üzərində  qurulmuş  münasibətdən  başqa  bir  şey  deyildir. 

Dəyərlər ünsiyyəti təməl daşı kimi möhkəmlədir, hər iki tərəf üçün onu maraqlı edir. Bu 

cür  razılıq  olmadan  -  əgər  bu  tamamilə  mövcud  deyilsə-  həqiqi  qarşılıqlı  anlaşmadan 

danışmaq  qeyri-mümkündür.  Hər  kəs,  hətta  kifayətqədər  ünsiyyət  təcrübəsinə  malik 

olan  gənc  də  ünsiyyət  prosesində  qarşılıqlı  məqamların  zəruriliyini  dərk  edir. 

Psixoloqlar  ünsiyyət  laqeydliyi,  ünsiyyət  iştirakçıları  arasında  ümumi  marağın 

olmaması  fenomeni  haqqında  kifayətqədər  dəqiq  və  müfəssəl  təsvirlər  vermişlər. 

Əlbəttə,  insanlarda  bir-birinə  zidd  və  əks  dəyərlərin  baş  qaldırımasından  ünsiyyətdə 

“anlama” situasiyası “minus” işarəsi ilə qeydə alınır ki, bu da antipatiya, bəzən isə, nif-

rət kimi dərk olunur. Məgər bu cür ünsiyyət ümumi məqsədlərə nail olmaq işində qar-

şılıqlı  təsir  və  razılaşmanın  təmininə  xidmət  edə  bilərmi?  Buna  ünsiyyət  məq-

sədlərindəki ayrılığı da əlavə etsək, vəziyyətin gərgin olduğunu görərik. Belə ki, ümumi 

məqsədəyönlülükdən məhrum edilmiş ünsiyyət səmərəsiz bir hadisəyə çevrilir. İnsanın, 

məhz  ünsiyyət  prosesində  mənəvi  və  əxlaqi  keyfiyyətləri  sınanılaraq  sosial  əhə-

miyyətliliyi qabarıq şəkildə təzahür tapır. Psixoloqlar ünsiyyətə olan tələbatı şəxsiyyətin 

ən ali  sosial tələbatlarından  biri hesab  edirlər  ki,  bunlarsız  insanın  bütün  digər  keyfiy-

yətləri də məhvə məhkum olur.  

  İstənilən  fəal  ünsiyyətdə mövcud  olan  dəyərlər iyerarxiyasının müvafiq  qarşı-

lıqlı  əlaqəsi  onun  hələ  də  etika,  psixologiya  və  sosiologiyanın  dərindən  öyrənmədiyi 

aksioloji aspektindən bəhs etməyə imkan verir.  

  Ünsiyyət problemi, həm də elmi (psixoloji, tibbi, fəlsəfi, kulturoloji) və prakti-

ki  problemdir.  Geniş  mənada  ünsiyyət  həyatın  özü  deməkdir.  Öz-özünlə  ünsiyyət,  za-

manla  ünsiyyət,  digərləri  ilə  ünsiyyət-  bütün  bunların hamısı,  göründüyü  kimi, həyatın 




 

25

ayrı-ayrı tərəflərini əhatə edir. Ünsiyyət insanları bütün həyatı boyu müşayiət edir. O in-



san  populyasiyasının  yaşamasını  və  həyatın  mahiyyətinin  dərk  edilməsində,  axtarış-

larında insanlar arasında təmasının ötürülməsini təmin edir. Ona görə də, ünsiyyət çox-

tərəfli, çoxəhəmiyyətli və çoxpilləli bir prosesdir. Ünsiyyət, həm də fəaliyyətdir. Digər 

fəaliyyətlər kimi, ünsiyyət də məqsədəyönlü, normativdir (müvafiq normalara tabe etdi-

rilir)  və  rezultativdir  (bu  və  ya  digər  səmərəyə  malik  olur).  Görkəmli  psixoloq 

A.A.Leontyevin  təbirincə  desək:ünsiyyətin  məqsədinə  fərd,  yaxud  da  bütövlükdə  cə-

miyyətin  birgə  fəaliyyətinin  planlaşdırılması  və  koordinasiyası  daxildir,  daha  doğrusu, 

bu qeyri-kommunikativ fəaliyyətə xidmət edir. 

Prinsipial cəhətdən mütləq bununla razılaşmalıyıq ki, sərhədlərindən kənarda ün-

siyyət  həmişə  hansısa  məqsədə  xidmət  etmiş  olur.  Ünsiyyətin  mümkün  ola  biləcək 

məqsədləri həddindən artıq çoxdur: maddi rifahın alınması, yaxud ödənilməsi (əşyalar, 

xidmətlər),  birgə  işin  yerinə  yetirilməsi  zamanı  (praktiki  və  ya  nəzəri)  qarşılıqlı  təsiri 

təmin  etmək,  bu  və  ya  digər  məlumatları  almaq  və  ötürmək,  həm  özünün,  həm  də 

həmsöhbətin  əhvali-ruhiyyəsini  dəyişmək,  həmsöhbətə  mənəvi  problemlərin  həllində 

yardım etmək, həyat hadisələrinə şəxsi münasibətin yenidən qurulması və d.  

Ünsiyyət  bu  məqsədlərdən  hər  birinə  nail  olmaq  üçün  əsas  alətdir,  məqsədə  nə 

dərəcədə çatmağın özü isə, ünsiyyətin səmərəliliyini göstərir. Fikrimizi aydınlaşdırmaq 

üçün  aşağıdakı  nümunəyə  diqqət  yetirək:  işdə  baş  vermiş  konflikt  nəticəsində  insan 

özünü  ədalətsizliyə  məruz  qaldığını  zənn  edərək  məhkəməyə  müraciət  etmək  üçün 

hüquqşünasla məsləhətə yollanır. Onun gedişinin əsas məqsədi öz hüquq və vəzifələrini 

öyrənməkdir. Dəqiq informasiya əldə etdikdən sonra öz məqsədinə çatmış olacaq və bu-

nunla ünsiyyətdən məmnun qalacaqdır. Əgər o, öz köhnə dostunun yanına qonaq gedir-

sə  bu  zaman  onun  məqsədi  başqadır:  o,  burada  sakitləşmək,  vəziyyətdən  çıxmaq  üçün 

emosional rahatlıq, psixoloji dəstəyə nail olmaq istəyir. Əgər dostuna pənah gətirmiş bu 

adam, düşündüklərinin əvəzinə, onun öz işindən, nailiyyətlərindən qürurlu şəkildə danı-

şaraq “qonağ”ını dinləmirsə, bu zaman ünsiyyəti təmin olunmuş hesab etmək olmaz. 

Qeyd  etmək  lazımdır  ki, hər  kəs digər  insanlarla ünsiyyətə girərkən hansı  məq-

sədlərə  xidmət  etdiyini  çox  vaxt  dərindən  dərk  edə  bilmir. Ünsiyyətdə məmnun  qalma 

və yaxud məmnun qalmamanın səbəblərini başa düşmək üçün, elan edilmiş deyil, məhz 

real məqsədləri təsəvvür etmək lazımdır. Müvəffəqiyyətli qarşılıqlkı təsir kimi görünən 

ünsiyyətdən razılıq hissinin  əldə  olunmaması ünsiyyət  təşəbbüskarının  öz-özü  ilə  sona 

qədər  tam  açıq  olmadığını  bildirir.Bu  ünsiyyətin  işgüzar  səmərəlilik,  yaxud  məhsul-

darlıq  kimi  keyfiyyətlərinin  olduğunu  bildirir.  Ünsiyyətin  istənilən  hadisəsi  aşağıdakı 

nöqteyi-nəzərdən  qiymətləndirilə  bilər:  ünsiyyətin  yüksək  səmərəliliyi  təmasın  müvəf-

fəqiyyətlə həyata  keçirilməsinin  göstəricisidir.  İşgüzar  səmərəlilik  ünsiyyət  keyfiyyəti-

nin mühüm meyarlarından biridir. 

Lakin  hətta  insan  həyatının  mənəvi  əsasları  pozulduğu  ən  səmərəli  ünsiyyət 

prosesini  belə  müsbət  qiymətləndirmək  olmaz.  Ona  görə  də,  ünsiyyət  keyfiyyətinin 

qiymətləndirilməsi  üçün  digər  ikinci  meyarın-mənəvi  səmərəliliyin  olması  vacibdir. 

Bunu  neçə  müəyyənləşdirməli?  Əgər  işgüzar  meyar  bizə  qarşılıqlı  fəaliyyətin  konkret 

situasiyası çərçivəsində qalmağa imkan verirsə, mənəvi meyarlar isə, bizi bu situasiyaya 

insanın  mövcudluğunun  məqsəd  və  şərtlərinin  daha  geniş  konteksti  də  daxil  olmaqla 

yuxarıdan  baxmağa  məcbur  edir.  Bu  nöqteyi-nəzərdən  ünsiyyəti  yalnız  dünyanın 

təkmilləşdirilməsinə xidməti zamanı yaxşı hesab etmək olar.  Qədim  humanist  ənənələr 

dünyanın təkmilləşməsini şəxsiyyətin çiçəklənməsi üçün şəraitin yaradılması kimi şərh 

edirdi. Humanist dünyagörüşündə, məhz insan özünün zəngin təzahürləri ilə gerçəkliyin 

ən  əsas  dəyəri  hesab  edir.  Humanizm  insanlar  arasında  münasibət  normaları  qismində 



 

26

şəxsiyyət  ləyaqətinə  qiymətverməni,  bərabərlik  prinsipini,  ədalətliliyi,  insanpərvərliyi 



yüksək qiymətləndirir. 

Beləliklə, mənəvi səmərəlilik meyarı, bizə görə hər şeydən əvvəl, humanist me-

yar kimi çıxış edir. Yalnız o ünsiyyət yaxşı tanına bilər ki, onun gedişi nəticəsində qar-

şılıqlı  fəaliyyətin  bütün  iştirakçılarının  pozitiv  şəxsi  inkişafı  baş  tutmuş  olsun.  Şəx-

siyyətin təşəkkülündə isə, ünsiyyətin rolu danılmazdır. M.M.Baxtin görkəmli rus huma-

nisti  F.M.Dostoyevskinin  yaradıcılığı  ilə  bağlı  kitabında  qeyd  etmişdi:”Yalnız  ünsiy-

yətdə, insanın insanla qarşılıqlı fəaliyyətində başqaları üçün olduğu kimi özü-özü üçün 

də “insan insanda” açılır” (Проблемы поэтики Достоевского.М.:1979, стр.294). 

Mənəvi  nöqteyi  nəzərdən  mənəvi  səmərəliliyin  ünsiyyət  keyfiyyətinin  əsas 

göstəricisi  olduğunu  qəbul  etmək  lazımdır.  lakin  bununla  belə  qarşılıqlı  fəaliyyətin 

işgüzar  səmərəliliyini  də  yaddan  çıxartmaq  olmaz.  Ünsiyyətin  bu  iki meyarının nisbəti 

eynimənalı  deyil.Yüksək  mənəvi  prinsiplərlə reallaşan  ünsiyyət  də, heç də həmişə  cari 

işgüzar  məsələlərin  səmərəli  həllinə  kömək  etmir.  Birgə  istehsalat  prosesi  iştirakçıla-

rının  şəxsi  simpatiyası,  onların  mənəvi  və  şəxsi  problemlərinin  sonsuz  müzakirə  edil-

məsi arzusu və buna hazır olmaları işgüzar ünsiyyəti azsəmərəli etməyə qadirdir. Və ya-

xud,  əksinə, işdəki müvəffəqiyyətə  tərəfdaşın  psixoloji  sarsıntısı hesabına  görə  də nail 

olmaq  olar.  Beləliklə,  ümumi  şəkildə  bunu  söyləmək  olar  ki,  ünsiyyətin  mənəvi  və  iş-

güzar səmərəliliyi müstəqil səciyyələr hesab olunur.  

Səmərəli işgüzar təmasın keçirilməsinə, yaxud həmsöhbətin daxili aləminə əlve-

rişli  şəkildə  təsir  edilməsinə  imkan  yaradan  psixoloji  zəminlər  də  müxtəlifdir.  Yüksək 

işgüzar səmərəlilik şərtinə məqsədin düzgün qoyulması, tərəfdaşların düzgün seçilməsi, 

qarşılıqlı  fəaliyyət  prosesinin  özünün  düzgün  qurulması  bacarıqları,  başqa  sözlə  deyil-

sə,ünsiyyətin  düzgün  texnologiyasının  təmin  edilməsi  daxildir.  Digər  insanın  qəlbinə, 

ruhuna pozitiv təsir etmənin başlıca şərti ünsiyyəti yaradanın özünün şəxsi mənəvi zən-

ginliyi, şəxsiyyətinin psixoloji yetkinliyi, həmçinin başqasının daxili aləminə həqiqi ma-

rağın  olması,  onun  potensiallarının  həyata  keçirilməsinə  kömək  etmək  üçün  səmimi 

cəhdlər təşkil edir. 

  

Ə



dəbiyyat: 

 

1.

 



Sayadov S. XX əsr: Azərbaycan və dünya. Bakı: 2006, s.118 

2.

 



Kulturologiya. Dərslik. Bakı: 2003; 

3.

 



Manafova M. Mədəniyyətin tarixi və nəzəriyyəsi. Bakı: 2006 

4.

 



Tusi N. Əxlaqi – Nasiri. Bakı: 1989 

5.

 



Mehdiyev Niyazi. Orta əsrlər Azərbaycan estetik mədəniyyəti Bakı: 1986  

6.

 



Андреева Г. М Социальная психология. М., Аспект Пресс, 1996 

7.

 



Брудный А. А Психология общения. Понимание и общение. М., Знание, 1989 

8.

 



Брушинский А.В., Поликарпов В.А. Мышление и общение. Минск, ниверситетское, 1990 

9.

 



Борисов  А.  Роскошь  человеческого  общения.  М.,Академия-Центр,  1998Витаные  И.  Об-

щество, культура, социология. М., Прогресс, 1984 

 

Садагат Алиева

 

Проблемы общения в отношениях

 между личностями 

Резюме

 

 

Общение - это процесс взаимосвязи и взаимодействия людей, социальных групп, в ходе ко-

торого происходит обмен информацией, опытом, результатами деятельности. 

Общение  человека  с  человеком  происходит  только  в  процессе  межличностных  отношений 

через общение человека. 

Ключевые  слова:

 культура, общение,  общество, человек, диалог,  социальная  сфера,  соци-

альные группы, диалог культур. 

 

 




 

27

Sadaqat Aliyeva 



Dialogue problems in relations between persons 

Summary 

 

Dialogue is a process of interrelation and interaction of people, social groups in which course there 



is an information interchange, experience, results of activity. 

Dialogue of the person with the person occurs only in the course of interpersonal relations through dialogue of 

the person. 

Keywords: culture, dialogue, a society, the person, dialogue, social sphere, social groups, dialogue 

of cultures. 



 

 

 

Məqalənin redaksiyaya daxil olma tarixi: 05.03.2012 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 15.03.2012 

Məqalənin çapa qəbul olunma tarixi: 30.03.2012 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: professor Maral Manafova 

ADMİU

-nun Elmi Şurasının 01 iyun 2012-ci il, 8 saylı qərarı ilə çap olunur. 

Yüklə 55,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə