Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə14/94
tarix08.07.2018
ölçüsü7,85 Mb.
#54270
1   ...   10   11   12   13   14   15   16   17   ...   94

27 
 
 
2) Nəfəs alətləri 
 
Azərbaycan milli musiqi sənətinin inkişafında nəfəsli alətlərin misilsiz tarixi rolu olmuşdur. Bu alətlərin ilk 
sadə nümunələri eramızdan bir neçə minilliklər əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə 
qədər  yaşamış  və  bu  gün də  davam  etdirilir-hazırda  bir  neçə  nəfəs  aləti-ney,  tütək,  musiqar,  sümsü və  onun 
növləri qarğı və qamışdan hazırlanır. Daha sonralar nəfəs alətlərini sümükdən, heyvanların buynuzundan, bişmiş 
gildən, müxtəlif ağac mis və digər materiallardan da hazırlanır. 
Nəfəs  alətlərinin texniki  və  bədii  imkanları  o qədər də  geniş  deyil.  Bu  da,  hər  şeydən əvvəl,  onların  səs 
diapazonunun məhdudluğu ilə əlaqədardır. Nəfəs alətləri arasında daha çox istifadə olunanı zurnadır ki, onun da 
səs düzümü iki oktavadan artıq deyildir. Nəfəs alətləri də ifa tərzinə görə müxtəlifdir. 
1. Müştüklü: - zurna, balaban. 
2. Müştüksüz: - ney, tütək, yan tütək. 
3. Körüklü (dərili): - tulum, qarmon. 
 
 
Ney 
 
Qədim  çalğı  alətlərindən  hesab  olunur.  Onun  yaranma  tarixi  eramızdan  çox-çox  əvvəllərə  aid  edilir. 
Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. 
Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur. Neyin naləsini Füzuli belə təsvir edir:  
 
Nalədəndir ney kimi avazeyi eşqim bülənd 
Nalə tərkin qılmazam ney tək kəsilsəm bəndü-bənd 
 
XIV-XV  əsrlərdə  yaşayıb-yaratmış  görkəmli  musiqişünas  alim  Əbdülqadir 
Maraği  “M əqasid  əl-əlhan” (Nəğmələrin  məqsədi)  əsərində  həmin  dövrlərdə 
neyin  iki  növünün -  ağ  və  qara  neyin  mövcudluğu  barədə  məlumat  verir.  XX 
əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir 
zamanlar  tamamilə  unudulsa  da,  son  illərdə  yenidən  musiqi  məclislərinin 
bəzəyinə çevrilmişdir.  
Ağ ney qarğıdan hazırlanır. Onun uzunluğu 550-600 mm, diametri 20 mm-
dir.  Üst  hissəsində  beş,  alt  hissəsində  isə  bir  oyuq  olur.  Ağ  neyi  çalarkən  ifaçı 
alətin  baş  hissəsinə  keçirilmiş  nazik  mis  borunu  qabaq  dişlərinin  arasında 
yerləşdirərək ora hava üfləyir, dil və dodaqlar vasitəsi ilə səslərin alınmasına nail 
olur. ifaçı oyuqları qismən və bütöv açıb- bağlamaqla xromatik səs sıralarını ala bilir.  
Müasir neylər baş hissədən, təxminən, 50 mm aşağıdakı oyuqdan dodaq vasitəsi ilə üflənərək ifa edilir. Bu 
növün ən  müasiri  fleyta  adı  ilə  orkestrlərin tərkibində  istifadə  olunur.  Hazırda bir  çox  Şərq xalqları arasında 
fleytanı  öz  tarixi  adı  ilə  adlandırırlar.  Neydə  muğam,  mahnı  və  başqa  musiqi  nümunələrini  səsləndirmək 
mümkündür.  
Neyin diapazonu birinci oktavanın “do” səsindən ikinci oktavanın “sol #” səsinə kimidir.  
 
Balaban 
 
Orkestr və ansamblların, aşıq və digər folklor qruplarının tərkibində geniş istifadə olunan 
nəfəsli alətlərdən biri də balabandır. Bəzən “ba laman” da adlandırılan bu alətin adının mənası 
“ba la” (kiçik) və “ba n” (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, “k içik 
ban” (ilk, erkən ban) deməkdir.  
Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər 
qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir.  
Balaban  ərik,  qoz,  tut  və  armud  ağaclarından  xüsusi  dəzgahlarda  yonulub,  içərisi 
oyulduqdan  sonra  müəyyən  bitki  yağları  ilə  yağlanır,  xüsusi  temperaturda  uzun  müddət 
qurudulur. Hazır gövdənin üst hissəsində səkkiz, alt hissədə isə bir oyuq açılır. İfa zamanı hər iki 
əlin  barmaqları  ilə  oyuqlar  açılıb-bağlanır.  Balabanın  baş  hissəsinə  qarğıdan  xüsusi  ölçüdə 
sıxılaraq  yastılandırılmış  müştük  taxılır.  Ona  görə  bəzi  hallarda  bu  alətə  “y astı  balaban”  da 
deyilir.  müştüyün üzərinə  keçirilmiş  xamıtın  (qısqacın)  vasitəsi  ilə  alətin  səs  ucalığı  və  kökü 
nizamlanır.  


28 
 
İfaçı  aləti  səsləndirmək  üçün dərindən  nəfəs  alaraq  havanı  ağız  boşluğuna  yığır  və  onu  xüsusi  ustalıqla 
dodaqları  arasında  tutduğu  yastı  müştüyün  içərisinə  üfləyərək  barmaqlarını  oyuqların  üzərində  hərəkət 
etdirməklə istənilən səs ucalığını alır.  
Uzunluğu 280-300 mm, diametri 20-22 mm-dir. Balabanın səs diapazonu kiçik oktavanın “s ol” səsindən 
ikinci oktavanın “d o” səsinə kimidir. Çalğıçının ustalığından asılı olaraq, bir neçə səs də artırıla bilər.  
 
Zurna 
 
Güclü və zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda 
özünə məxsus yer tutmuşdur. Zurnanın “ surnay” sözündən olub, sur - “böyük ziyafət”, nay - “qa rğı”, “ qamış” 
mənasını verdiyi güman edilir.  
Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən 
biri  olan  Mingəçevir  ərazisində  aparılan  arxeoloji  qazıntılar  zamanı  maral  buynuzundan 
hazırlanmış  dörd  ədəd  zurna  aşkar  edilmişdir.  Alimlərin  hesablamalarına  görə,  yüksək 
zövqlə hazırlanmış bu alətlərin üç min il yaşı vardır.  
Əsasən, ərik (qaysı), qoz və tut ağaclarından yonularaq hazırlanır. Ümumi uzunluğu 
302-317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60- 65 
mm-ə çatır. Üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq açılır. Gövdənin baş tərəfinə 
maşa  (beçə)  taxılır.  onun  uzunluğu  120  mm-dir  və  o,  cır  söyüd, qoz  və  ərik  ağacından 
hazırlanır. Maşanın vəzifəsi alətin kök qaydasını nizama salmaqdır. Bürünc, mis, yaxud 
gümüş  lövhədən  hazırlanmış  “m il” maşaya  taxılır.  Əsasən,  quru  yerdə  bitmiş  qamışdan 
xüsusi  üsulla  hazırlanmış  müştük  7-10  mm  uzunluğunda  olur.  İfaçı  aləti  səsləndirmək 
üçün  ağız  boşluğuna  yığdığı  havanı  müştükdən  nizamla  üfləyir.  Sədəf,  sümük  və 
bürüncdən  hazırlanan  dəyirmi  tağalaq  (dayaq)  milin,  təxminən,  orta  hissəsinə,  girdə 
lövhəyə  bərkidilir.  Tağalaq,  bir  növ,  dodaq  üçün dayaq  rolunu  oynayır.  Üfürülən  hava 
müştük,  mil  və  maşadan  keçərək  gövdəyə  daxil  olur  və  alət  barmaqların  köməyi  ilə 
gövdədəki oyuqları açıb-bağlamaqla səsləndirilir.  
Zurnanın  diapazonu  kiçik  oktavanın  “si  bemol”  səsindən  üçüncü oktavanın  “do” 
səsinə qədərdir. İfaçının məharətindən asılı olaraq, bir neçə səs də artırmaq mümkündür. 
Bu səsləri ifaçılar “səfir səslər” adlandırırlar.  
Zurna, əsasən, açıq havada keçirilən el şənliklərində geniş istifadə edilir. Bu alətin “qara zurna”, “ərəbi 
zurna”, “cürə zurna”, “əcəmi zurna”, “qaba zurna”, “şəhabi zurna” kimi növləri tarixən mövcud olmuşdur. 
Əsasən, nəfəs alətləri ansamblında ifa olunur. Xalq çalğı alətləri ansamblı və orkestrlərinin tərkibində də solo 
aləti kimi bəzi rəqslər, cəngilər və digər musiqi nümunələrinin ifasında istifadə edilir. Ü.Hacıbəyov “Koroğlu” 
operasında zurnanı orkestrin tərkibinə əlavə etmişdir. 
 
Tulum 
 
Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı 
alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı 
alətləri  kimi  tulumun  da  çox  qədim  tarixi  vardır.  Alimlərimiz  tulumun  yaranma 
tarixini  sinifli  cəmiyyətin  ilk  dövrlərinə  aid  edirlər.  Hazırda  tulumun  müxtəlif 
növləri  fərqli  adlarla  Qafqaz,  eləcə  də  bir  sıra  Avropa  xalqları  arasında  geniş 
istifadə  edilir.  Maldarlıq,  əsasən  də,  qoyunçuluqla  məşğul  olan  köçəri  tayfalar 
tulumdan  çox  istifadə  etmişlər.  Səs  tembri  zurnanın  səsinə  bənzədiyi  üçün bəzən 
ona “ tulum zurnası” da deyilib.  
Tulum  xüsusi  üsulla  aşılanıb  yumşaldılmış  keçi  və  ya  qoyun  dərisindən 
hazırlanır.  Bütöv  soyulmuş  dərinin  iki  ayağı  möhkəm  bağlanılır.  Qalan  ikisindən 
birinə  tuluma  hava  doldurmaq  üçün  sümükdən  və  ya  qamışdan  hazırlanmış, 
ağzında  tıxacı  olan  boru, digərinə  isə  aləti  ifa  etmək  üçün iki  qoşa  boru  (gövdə) 
bərkidilir. Uzunluğu 260-280 mm olan həmin gövdələrin üzərində 7 oyuq açılır.  
İfaçı sol qoltuğunda tutduğu içərisi hava ilə doldurulmuş tuluğu azacıq təzyiqlə 
sıxmaqla havanı borulara daxil olmağa məcbur edərkən hər iki əlin barmaqları ilə 
oyuqları açıb-bağlamaqla istənilən səs ucalığını əldə edə bilir. Birinci boruda melodiya çalınır, ikincisində isə 
həmin melodiyanın tonikası saxlanılır.  
Tulum, əsasən, solo aləti kimi, bəzi hallarda isə balabançılar dəstəsində istifadə edilir.  
 
Tütək 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə