Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə2/94
tarix08.07.2018
ölçüsü7,85 Mb.
#54270
1   2   3   4   5   6   7   8   9   ...   94


 
 
Mədəniyyət
 
 
Ümumi məlumat 
 
Azərbaycan  insanın,  bəşəriyyətin  beşiyi  olan  nadir  ölkələrdən  biridir.  Burada  həyat  çox  erkən 
yaranmışdır  və  Azıx  mağarasında  tapılmış  azıxantrop  Azərbaycanın  ən  qədim  ibtidai  insan 
məskənlərindən  biri  olmasını  sübut  edir.  Qobustandakı  və  Gəmiqayadakı  qayaüstü  təsvirlər  və 
petroqliflər,  Kür-Araz  və  Xocalı  mədəniyyətlərinə  aid  maddi-mədəniyyət  nümunələri,  Kurqan 
tapıntıları  sübut  edir  ki,  hətta  miladdan  əvvəlki  minilliklərdə  də  Azərbaycanda  inkişaf  etmiş 
mədəniyyət mövcud olmuşdur.  
Eramızdan əvvəl birinci minilliyin sonunda, eramızın birinci minilliyinin əvvəlində Azərbaycan 
müxtəlif  mədəniyyətlərin  və  dinlərin  təsirinə  məruz  qalmışdır.  Məhz  bunun  nəticəsində  tarixən 
ölkəmizdə müxtəlif dinlərə münasibətdə  yüksək  tolerantlıq, dözümlülük mühiti  yaranmışdır. Yunan-
Roma mədəniyyətinin, bütün antik sivilizasiyasının güclü təsiri altında inkişaf edən elm, ədəbiyyat və 
incəsənətimiz  çox  erkən  dövrlərdə  özünəməxsus  forma  və  məzmuna  malik  olmağa  başlamışdır. 
Bununla yanaşı, sözsüz ki, bizim zəngin mədəniyyətimizin formalaşmasına müxtəlif mərhələlərdə həm 
zərdüştilik,  yəhudi,  xristian,  həm  də  islam  mədəniyyətlərinin  təsiri  olmuşdur.  Karvan  yollarının 
üstündə  yerləşərək,  "Böyük  İpək  Yolu"nun  mühüm  mərkəzlərindən  biri  olmuş  Azərbaycan  müxtəlif 
siyasi baxışların, iqtisadi münasibətlərin, dövlətçilik formalarının təsirini öz üzərində hiss etmişdir.  
İkinci  minilliyin  tarixi  əyani  surətdə  göstərir  ki,  Azərbaycan  xalqı  dünya  mədəniyyətində  öz 
dəst-xətti  ilə  seçilən  xalqlardandır.  Keçən  iki  min  il  ərzində  bəşər  sivilizasiyasının  ayrılmaz  hissəsi 
kimi  azərbaycanlılar  dünya  mədəniyyəti  xəzinəsinə  sanballı  töhfələr  vermişlər.  Bizim  əcdadlarımız 
ibtidai  mədəniyyət  sahəsində  əldə  etdiyi  bütün  nailiyyətlərdən  faydalanaraq,  özünəməxsus  zəngin 
mədəni-mənəvi  irs  yaratmışlar.  Bunu  istər  Azərbaycan  ərazisində  arxeoloji  qazıntılar  nəticəsində 
tapılmış  abidələr,  istərsə  də,  bu  günümüzə  qədər  gəlib  çatmış  şifahi  xalq  ədəbiyyatı  və  yazılı  ədəbi 
irsimiz sübut edir.  
Xalqımızın  əsrlər  boyu  yaratdığı  mədəniyyət  və  ədəbiyyat  nümunələri  həyat  eşqi,  azadlıq  və 
müstəqillik duyğuları ilə aşılanmışdır. Dastanlarımız kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya 
tarixində  silinməz  izlər qoymuş  Qətran  Təbrizi, Nizami  Gəncəvi,  Əfzələddin  Xaqani,  Xətib  Təbrizi, 
İmadəddin  Nəsimi,  Məhəmməd  Füzuli  kimi  korifeylərin  yaradıcılığı  ümumbəşəri  ideyaların 
tərənnümünə,  haqqın,  ədalətin,  humanist  idealların  bərqərar  olmasına  xidmət  etmişdir.  Səfiəddin 
Urməvinin,  Əcəmi  Naxçıvaninin,  Sultan  Məhəmməd  Təbrizinin  dünya  mədəniyyəti  xəzinəsinə 
verdikləri incilər sənətsevərləri indi də heyran qoyur. 
Xalqımızın  dünya  elminə  bəxş  etdiyi  töhfələrlə  fəxr  etməyə  haqqı  var.  Nəsirəddin  Tusinin, 
Əbülhəsən Bəhmənyarın, Şihabəddin Sührəvərdinin və digər mütəfəkkirlərin adları dünya elm aləminə 
yaxşı tanışdır. Şərqdə, o cümlədən Azərbaycanda, təşəkkül tapmış intibah dünya mədəniyyəti tarixinin 
ən  parlaq  səhifələrindən  biridir.  Bu  intibah  Azərbaycan  xalqının  həyatın  müxtəlif  sahələrində 
qazandığı böyük uğurlarının məntiqi nəticəsi idi. 
Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan 
memarlıq  əsərləri  ilə  də  zəngindir.  Bakıdakı  Qız  qalası  və  Şirvanşahlar  sarayı  kompleksi,  memar 
Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın 
sarayı,  Natəvanın  evi,  Şəki  xanları  sarayının  divarındakı  rəsmlər  və  s.  memarlıq  sənətinin  nadir 
inciləridir. 
Qobustan  qayaüstü təsvirləri  arasında  "Yallı"  (rəqs)  oynayan  insanların  təsviri  xüsusi  maraq 
doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.  
Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar 
musiqi diyarı kimi də məşhurdur.  
Dünya  musiqi  mədəniyyəti  xəzinəsini  öz  nadir  inciləri  ilə  zənginləşdirən  Azərbaycan 
musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəslidən-nəsilə yaşadaraq böyük və zəngin bir irs 
yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.  
Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer 
tutur.  



 
Tarixi proseslərin gedişi ona gətirib çıxartdı ki, 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və 
Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü. Bu 
gün tam  qətiyyətlə  demək  olar  ki,  bütün dünyaya  səpələnmiş  azərbaycanlılar  müstəqil  Azərbaycan 
Respublikasını öz vətəni sayır, onu milli dövlətçiliyin, milli ruhun, milli dəyərlərin, milli mənəviyyatın 
məbədi  kimi  yüksək  qiymətləndirirlər.  Bu,  XX  əsrdə  təşəkkül tapmış  azərbaycançılıq  ideyalarının 
böyük vüsət almasının məntiqi nəticəsidir.  
XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən müstəqil dövlət qurmaq əzmimizin köklərini 
uzaq  və  yaxın  tariximizdə,  xüsusilə  XIX  əsrdə  formalaşmış  və  təşəkkül tapmış  qaynaqlarda  axtarıb 
tapmaq lazımdır. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr 
yaranaraq milli şüurun formalaşmasına güclü təkan verdi.  
Həmin  dövrdə  yaranmış  Azərbaycan  Xalq  Cümhuriyyəti  qısa  müddət  ərzində  həyata  keçirdiyi 
ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, hökuməti, ordusu və pul vahidi 
olan müstəqil, suveren bir dövlətə çevrildi. 
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət 
göstərsə  də,  sonrakı  nəsillərin  yaddaşında  xalqımızın  tarixinin  ən  parlaq  səhifələrindən  biri  kimi 
həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi 
quruculuq  sahələrində  atdığı  mühüm  addımları  başa  çatdıra  bilməsə  də,  onun  qısa müddətdə  həyata 
keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası 
işində böyük rol oynamışdır. 
XX  əsr  Azərbaycan  xalqının  həyatında  silinməz  izlər  qoymuşdur.  Yüzilliklərin,  minilliklərin 
qovuşuğunda  yeni bir Azərbaycan təşəkkül tapmışdır. Xalqımızın tarixi taleyi elə imkan  yaratmışdır 
ki,  son  yüzillikdə  Azərbaycan  köhnə  dünyadan  sürətlə  qopmuş,  elm,  mədəniyyət,  səhiyyə,  təhsil, 
ictimai-siyasi intibah yolunu tutmuşdur. 
Bu  gün böyük bir  millətin  üzvü kimi  hər  bir  azərbaycanlı  fəxr  edə  bilər  ki,  ata-babalarımız 
olduqca qısa bir zaman ərzində kütləvi savadsızlığa son qoymuş,  vətənimiz bütün insanları oxuyub-
yazmağı bacaran savadlılar diyarına çevrilmişdir. Vətənpərvər və təəssübkeş ziyalılarımızın vətəndaş 
fəallığı sayəsində Şərqdə ilk teatr, ilk opera, ilk kino və sair Azərbaycanda meydana gəlmişdir. Kütləvi 
surətdə  savadlanmaq,  elmə,  mədəniyyətə,  təhsilə  can  atmaq  Azərbaycan  xalqının  mənəviyyatını  da, 
həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur. 
Sovet  hakimiyyəti  illərində  (1920-1991)Azərbaycanda  çox  zəngin  iqtisadi  və  intellektual 
potensial yaranmışdır. 
XX  əsrdə  yaşayıb-yaradan  sənətkarlarımızın,  mədəniyyət  və  incəsənət  xadimlərimizin  layiqli 
həyat  yolu  bir  daha  sübut  etdi  ki,  Qobustanın  qaya  təsvirlərindən,  Azıx  mağarasından  başiayaraq 
mənəvl  deyərlərimiz  "Kitabi-Dədə  Qorqud"la,  Xaqani  Şirvani  və  Nizami  Gəncəvi  ilə,  Qazi 
Bürhanəddin və Nəsimi ilə, Şah İsmayıl Xətayi və Məhəmməd Füzuli ilə, "Şah İsmayıl", "Koroğlu", 
"Aşıq Qərib", "Abbas və Gülgəz" dastanları ilə necə qiymətlidirsə, ötən əsrin mənəvi sərvətləri ilə də 
bir o qədər uca və şöhrətlidir. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, 
Səməd Vurğun və Rəsul Rza, İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadə, Üzeyir Hacıbəyov və Müslüm 
Maqomayev, Bülbül, Şövkət Məmmədova və Nlyazi, Qara Qarayev və Fikrət Əmirov, Rauf Hacıyev 
və  Tofiq  Quliyev,  Abbas  Mlrzə  Şərifzadə,  Ülvi  Rəcəb  və  Rza  Təhmasib,  Sidqi  Ruhulla,  Ədil 
İsgəndərov,  Mehdi  Məmmədov  və  Ələsgər  Ələkbərov,  Mərziyə  Davudova,  Hökumə  Qurbanova  və 
Leyla  Bədirbəyli,  Səttar  Bəhlulzadə,  Mikayıl  Abdullayev  və  Tahir  Salahov...  Adları  gələcək 
minilliklərə ərməğan olacaq sənətkarların bu nəsli artıq XX əsrin mədəniyyət tarixində qızıl sətirlərə 
dönmüşdür. 
1991-ci il oktyabrın 18-də "Müstəqillik haqqında" Konstitusiya aktının qəbul edilməsi ilə XX əsr 
Azərbaycan tarixinin  yeni mərhələsi başlandı. Demokratik, müstəqil Azərbaycan dövlətinin bərqərar 
olması  xalqımızın  həm  iqtisadi,  həm  də  mənəvi  qələbəsi  olmuşdur.  Bu  gün Azərbaycanın  təhsili, 
mədəniyyəti, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya 
sivilizasiyasına tam cavab verən bir səviyyədədir. 
Soykökə qayıdış, millətimizin özünü dərk etməsi, xalqımızın və dövlətimizin sivil bəşəriyyətin 
birgəyaşayış  qaydalarını  mənimsəmək  prosesi  gücləndikcə  Azərbaycan  xalqının  malik  olduğu 
ümumbəşəri  mədəniyyətin  təntənəsi  daha  aydın  nəzərə  çarpır.  Müstəqilliyimizin  on  ili  ərzində 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə