Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə6/94
tarix08.07.2018
ölçüsü7,85 Mb.
#54270
1   2   3   4   5   6   7   8   9   ...   94

11 
 
Konservatoriyası  (1921;  1949  ildən  Ü.Hacıbəyov  adına),  respublikanın  müxtəlif  şəhərlərində  musiqi 
texnikumları və məktəbləri təsis olundu. Ü.Hacıbəyovun təşəbbüsü ilə tədris müəssisələrində xalq çalğı alətləri 
şöbələri açıldı. Azərbaycanlılarla yanaşı Nikolay İvanoviç Speranski, Boris İsakoviç Zeydman, V.A. Nikolski, 
Leopold  Vitalyeviç  Rostropoviç,  Georgi  Georgiyeviç  Şaroyev,  Mayor  Rafailoviç  Brenner  və  digər  məşhur 
musiqiçi 
pedaqoqlar 
fəaliyyət 
göstərirdilər. 
20-30-cu 
illər 
Azərbaycan 
musiqisinin  yeni  yüksəliş  dövrü  kimi 
səciyyələnir.  Bu  illərdə  yeni  ifaçılıq 
kollektivləri, Simfonik Orkestr (1920), ilk 
notlu Xalq Çalğı Alətləri Orkestri (1931), 
Azərbaycan  Bəstəkarlar  İttifaqı  (1934), 
Musiqili Komediya Teatrı (1938, hazırda 
Ş.Qurbanov adına), Xalq Yaradıcılığı Evi 
(1939),  Azərbaycan  xalq  musiqisini 
toplamaq  və  tədqiq  etmək  məqsədilə 
Azərbaycan  Dövlət  Konservatoriyası 
yanında  elmi-tədqiqat  musiqi  kabineti 
(1932) təşkil edildi. 1926-cı ildə yaranan 
ilk çoxsəsli xor kollektivi tezliklə dağıldı, 
yenidən  təşkil  olunan  Dövlət  Xoru, 
Mahnı  və  Rəqs  ansamblı  Azərbaycan 
Dövlət  filarmoniyasında  (1936,  hazırda 
M.Maqomayev  adına)  cəmləşdirildi.  1938-ci  ildə  filarmoniyanın  nəzdində  simfonik  orkestr  (hazırda 
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, 1944) təşəkkül tapdı. 
Opera  sənətində  Azərbaycan  milli  musiqisinin  yeni  üslubu  təşəkkül  tapmağa  başladı.  Reynqold 
Moriseviç  Qliyer  Azərbaycan  musiqi  folklorundan  geniş  istifadə  edərək,  "Aşıq  Qərib"  dastanı  əsasında 
"Şahsənəm" (1925, tamaşası 1927; 2-ci redaksiyası 1934) operasını yazdı. Bu opera 
dünya  musiqi  mədəniyyəti  nailiyyətlərindən  bəhrələnməklə  Azərbaycan  xalq 
musiqisi  nümunələri  əsasında  klassik  opera  yaradılması  yolunda  ilk  təşəbbüs  idi. 
M.Maqomayev  opera  janrının  klassik  formalarına  əsaslanaraq  "Nərgiz"  operasını 
(1935; yeni redaksiyası 1938) bəstələdi. "Nərgiz" müasir mövzuya həsr edilmiş ilk 
Azərbaycan operası idi. M.Maqomayev xalq musiqisinin müxtəlif janrlarının üslub 
özəlliklərindən istifadə edərək, klassik opera formaları olan ariya, xor, reçitativ və s. 
yaratmışdır. Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq eposu əsasında bəstələdiyi 
"Koroğlu"  operasında  (1937;  SSRİ  Dövlət  mükafatı,  1941)  milli  musiqinin  janr, 
kompozisiya,  məqam  -  intonasiya  əsası  ilə  klassik  opera  sənətinin  musiqi  ifadə 
vasitələri  və  kompozisiya  xüsusiyyətlərinin  üzvi  vəhdətinə  nail  olmuş,  milli  opera 
sənətinin  şah  əsərini  yaratmışdır.  Həqiqi  novatorluğu  ilə  fərqlənən  "Koroğlu" 
Azərbaycan musiqisinin yeni inkişaf prinsiplərini müəyyənləşdirdi. 
20-30-cu  illərdə  Azərbaycanda  kütləvi  mahnı  janrı  təşəkkül  tapır. 
Ü.Hacıbəyovun  "Qızıl  əsgər  marşı",  "Komsomolçu  qız",  "Qaragöz",  "Pilotlar", 
"Süvari"; M.Maqomayevin "Neft", "Tarla", "Bahar" bu janrın ilk nümunələridir. 
20-40-cı illərdə yeni bəstəkarlar nəsli meydana gəldi. İlk peşəkar bəstəkarlardan A.Zeynallı "Ölkəm", 
"Sual",  "Çadra",  "Seyran"  və  başqa  əsərləri  ilə  milli  romans  janrmı  yaratdı.  O,  romanslarında  ənənəvi 
mahnıvariliklə  reçitativ-deklamasiya  üslubunu  sintezləşdirib  milli  lad-intonasiya  sisteminin  çərçivələrini 
genişləndirməklə  yanaşı,  ilk  milli  kamera-instrumental  (fortepiano  üçün  "Uşaq süitası",  iki fuqa, "Çahargah", 
skripka  və  fortepiano  üçün  "Muğamsayağı")  və  simfonik  (simfonik  orkestr  üçün "Fraqmentlər")  əsərləri  də 
yaratmışdır.  Səid  Rüstəmov  isə  respublikada  ilk  dəfə  çağdaş  mövzuda  yazılmış  musiqili  komediyanın  ("Beş 
manatlıq  gəlin",  1938)  müəllifidir.  Ə.Bədəlbəyli  ilk  milli  Azərbaycan  baletini  ("Qız  qalası",  1940;  2-ci 
redaksiyası  1959)  yaratmışdır.  30-cu  illərin  əvvəllərində  simfonik  orkestr  (Ü.Hacıbəyov,  "Təntənəli  marş"; 
M.Maqomayev,      "Azərbaycan    çöllərində",  "Azad  qadının  rəqsi",  "Azərbaycan  radio  marşı  RV-8")  və  xalq 
çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov, 1-ci və 2-ci fantaziyalar) əsərlər yazıldı. 
30-cu illərin 2-ci yarısında yeni bəstəkar nəslinin yaradıcılığında simfonik musiqinin növbəti örnəkləri 
(Niyazi,  C.Hacıyev,  Q.Qarayev)  yarandı.  Bu  dövrdə  Ü.Hacıbəyov  ilk  Azərbaycan  kantatalarını  (Firdovsinin 
1000  illiyi  münasibətilə,  1934;  müasir  mövzuda,  1939),  M.Maqomayev,  Ə.Bədəlbəyli,  Niyazi,  Q.Qarayev, 
C.Hacıyev teatr tamaşalarına musiqi bəstələdilər. 


12 
 
Yeni  milli  vokal  sənəti  məktəbinin  banisi  Bülbülün  yaradıcılığı  Azərbaycan  musiqi  ifaçılığının 
inkişafında önəmli mərhələ təşkil edir. İlk peşəkar qadın müğənni SSRİ xalq artisti Ş.Məmmədovanın, eləcə də 
Azərbaycanın  xalq  artistiləri  M.Bağırov,  Ağa-baba  Bünyadzadə,  Həqiqət  Rzayeva,  Əlövsət  Sadıqov, 
H.Hacıbababəyov,  Gülxar  Həsənova  kimi  müğənnilərin  ifaçılıq  sənəti  çiçəklənmə  dövrü  keçirirdi.  İlk 
azərbaycanlı  balerina  Qəmər  Almaszadə,  opera  tamaşalarının  quruluşçusu,  rejissor  İsmayıl  Hidayətzadə  və 
dirijor  Əşrəf  Həsənovun  yaradıcılıq  fəaliyyəti  də  məhz  bu  dövrdə  başlandı.  Niyazi  milli  simfonik  dirijorluq 
məktəbinin  özülünü qoydu.  Azərbaycan  musiqisinin  nailiyyətləri  Moskvada 
keçirilən  Azərbaycan  incəsənəti  ongünlüyündə  (1938)  uğurla  nümayiş 
etdirildi. 
1941-45-ci  illər  müharibəsi  dövründə  qəhrəmanlıq  və  vətənpərvərlik 
mövzusu  mahnılarda,  xalq  çalğı  alətləri  üçün  yazılmış  əsərlərdə 
(Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və Cövdət Hacıyevin "Vətən" (1945; 
SSRİ  Dövlət  mükafatı,  1946)  operasında,  Q.Qarayev,  C.Hacıyev  və  Soltan 
Hacıbəyovun  Birinci  simfoniyalarında  (Azərbaycan  musiqisində  simfonik 
janrın  ilk  örnəkləri)  öz  əksini  tapmışdır.  Vətənpərvərlik  hissləri,  dövrün 
gərgin,  dərin  məzmunlu  problemlərini  müasir  ifadə  vasitələri  ilə  yeni 
formalarda  ifadə  etmək  zərurəti  bəstəkarları  iri  simfonik  formalara  müraciət 
etməyə  sövq  edirdi.  40-cı  illərdən  başlayaraq  simfonizm  Azərbaycan 
bəstəkarlarının  yaradıcılıq  axtarışlarında  aparıcı  yer  tutdu.  Q.Qarayev, 
C.Hacıyev,  S.Hacıbəyov,  Niyazi,  Fikrət  Əmirov  bir  sıra  əsərlər  yaratdılar. 
Dövrün aktual  mövzusu  opera  janrı  sahəsində  də  öz  ifadəsini  tapdı.  Böyük 
Vətən  müharibəsinə  həsr  edilmiş  əsərlərdən  Q.Qarayev  və  C.Hacıyevin 
"Vətən" operası geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Əsərdə xalq 
musiqisi ilə (xalq mahnıları, aşıq və muğam sənəti) klassik opera formalarının 
üzvi vəhdəti yolunda axtarışlar davam etdirilmişdi. Niyazinin "Xosrov və Şirin" (1942) operası, Ü.Hacıbəyovun 
"Sənsiz" və "Sevgili canan" romans-qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni 
romans-qəzəl  janrının  yaradıcısı  Ü.Hacıbəyov  bu  əsərlərdə  nitqi,  şeriyyəti  yüksək 
sənətkarlıqla  işləyərək  musiqi  dilinə  çevirmiş,  deklamasiya  ilə  kantilena  tipli 
melodiyanın  sintezini  yaratmışdır.  Böyük  Vətən  müharibəsi illərində  kütləvi  mahnı 
janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçdi. Bu janrda Ü.Hacıbəyovun 
vətənpərvərlik duyğuları aşılanmış mahnıları ("Şəfqət bacısı", "Yaxşı yol", "Çağırış", 
"Ananın oğluna nəsihəti") yazıldı. Onun "Vətən və cəbhə" kantatası isə dövrünün ən 
parlaq  vətənpərvərlik  əsərlərindəndir.  Bu  dövrdən  Azərbaycan  musiqisinin  janr 
hüdudları genişləndi, müasir mövzulara meyil gücləndi. Bəstəkarlardan Məmmədağa 
İsrafilzadə,  Hacıağa  Nemətov,  S.Srebnitski  müharibədə  həlak  oldular.  Bu  illərdə 
Azərbaycan  musiqisi  Cənubi  Qafqaz  respublikaları  musiqi  ongünlüyündə  (1944, 
Tbilisi) geniş təmsil olundu.  
Müharibədən  sonrakı  illərdə  milli  musiqinin  bütün janrları  intensiv  inkişaf 
etdirildi.  50-ci  illərin  musiqi  yaradıcılığı  mövzu  müxtəlifliyi  və  janr  çeşidinin 
zənginliyi ilə fərqlənir. Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbəyov, R.Hacıyev, 
T.Quliyev,  Niyazi,  S.Rüstəmov,  C.Cahangirov  kimi  bəstəkarların  yaradıcılığında 
xalqların azadlıq uğrunda mübarizəsi, müharibədən sonra yeni həyat quruculuğu və 
başqa yeni mövzular intişar tapdı. Müasir insan, onun daxili aləmi mövzusu C.Cabbarlının eyniadlı pyesi üzrə 
F.Əmirovun  bəstələdiyi  "Sevil"  operasının  (1953)  əsasını  təşkil  edir.  Lirik-psixoloji  janra  aid  olan  bu  əsərdə 
Azərbaycan  qadını  obrazı  xalqın  həyatı,  tarixi  ilə  əlaqəli  verilmişdir.  "Sevil"  operası  milli  koloriti,  dərin 
emosional ifadəliliyi ilə fərqlənir. 
Q.Qarayevin "Yeddi gözəl" baleti ilə (1952, Nizaminin eyniadlı poeması üzrə; baletmeyster P.A.Qusev, 
Azərbaycan Opera və Balet Teatrı, 2-ci redaksiyası 1959; 3-cü redaksiyası 1978) Azərbaycan balet sənətində 
yeni musiqi dramaturgiyasının əsası qoyulmuşdur. 
1958-ci  ildə  Q.Qarayevin  "İldırımlı  yollarla"  baleti  (Lenin  mükafatı,  1967;  P.  Abrahamsın  eyniadlı 
romanı üzrə; baletmeyster K.M.Sergeyev) Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş 
qəhrəmanların  faciəli  sevgisini  kəskin  münaqişəyə  qədər  yüksəldərək,  mövzu  etibarilə  çağdaş,  musiqi  həllinə 
görə  özgün tamaşa  yaratmışdır.  Əsər  aydın  musiqi  konsepsiyası,  parlaq  xarakterləri,  Cənubi  Afrika  musiqi 
folklorundan  böyük  sənətkarlıqla  istifadə  edilməsi  ilə  diqqəti  cəlb  edir.  S.Hacıbəyov  müasir  insanların 
həyatından bəhs edən "Gülşən" baletini (1950, SSRİ Dövlət mükafatı, 1952) yazdı. F.Əmirovun "Gözün aydın" 
(1946), S.Rüstəmovun "Durna" (1947), S.Ələsgərovun "Ulduz" (1948) operettaları bu janrın örnəkləridir. 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə