Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə9/94
tarix08.07.2018
ölçüsü7,85 Mb.
#54270
1   ...   5   6   7   8   9   10   11   12   ...   94

17 
 
nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda 
Azərbaycan  Dövlət  Simfonik  Orkestri  (bədii  rəhbər  və  dirijor  xalq  artisti  R.Abdullayev)  tərəfindən 
Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada "Ekspo-2000" Beynəlxalq 
sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir 
qrup incəsənət xadiminin çıxışı da bu dövrün musiqi həyatının diqqət mərkəzində olmuşdur. 
Yeni Azərbaycan musiqisinin dünyada tanınmasında "SoNoR" ansamblı (bədii rəhbər Eldar Mirzəyev), 
pianoçu R.Rzayeva fəal iştirak etmişlər. Bu dövrdə Bakıda iri beynəlxalq festivallar keçirilmişdir ("Ötən əsrdən 
yeni musiqi", 2001 və "SoNoR. Tellər... Mədəniyyətlər... Təmaslar...", 2003). 
Müstəqillik  dövründə  Azərbaycan  musiqi  mədəniyyətinin  milli  ənənələrini  davam  etdirən,  müasir 
musiqi yazı texnikası ilə silahlanmış, ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri yaradıcılıqlarında əks 
etdirən  istedadlı  cavan  bəstəkarlar  yetişmişdir  (Ceyhun  Allahverdiyev,  V.Allahverdiyev,  Vüqar  Camalzadə, 
Rüfət Xəlilov, Rasim İbrahimov, Arzu Məmmədova, Nazim Mirişli, Elmir Mirzəyev və başqa). 
  
Zemfira Səfərova, Ülkər Talıbzadə 
 
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə.“Azərbaycan” cildi.  
“Musiqi” məqaləsi. Bakı, 2007, səh. 791-800. 


18 
 
Muğam 
 
Muğam  Azərbaycan  musiqisində  şifahi  ənənəli  professional  musiqi  sənətidir.  Şifahi  ənənəyə  malik 
Azərbaycan  klassik  musiqi janrlarından  biri;  irihəcmli  vokal-instrumental  və  ya  instrumental  əsərdir.  Muğam 
sözü fars-ərəb-türk  dilində  işlənilən  "məqam"  sözündən  yaranmışdır.  "Məqam"  sözü simli  alətlərdəki  pərdə 
mənasına  gəlir.  Hər  muğamın  da  əsas  (mayə)  notu  alətin  bir  pərdəsində  olduğu  üçün bu  ad  verilmişdir. 
Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-
siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. 
Mürəkkəb ideya - emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi 
obrazlarının inkişafını ifadə edir. Xüsusi musiqi təhsili görmüş peşəkar musiqi ifaçılarının yaradıcılıq məhsulu  
olan  muğam  şifahi  ənənələr  əsasında  ustad-şagird  münasibətləri  zəminində  nəsildən-nəslə  ötürülür.  Muğam 
yarandığı  zamanlardan  başlayaraq,  əsrlər  boyu  davam  edən  tədrici  inkişaf  və  təkamül  prosesi  nəticəsində 
yetkinləşmiş, formalaşmış, kamilləşmişdir. Bütün Şərq xalqlarının mədəniyyətində belə bir musiqi növü vardır, 
lakin  müxtəlif  regionlarda  yaşayan  xalqlarda  müxtəlif  adlar  daşıyır:  azərbaycanlılarda  muğam,  farslarda 
dəstgah, ərəblərdə makam, türklərdə təqsim, tacik və özbəklərdə şaşmakom, uyğurlarda patet, qazaxlarda küy, 
qırğızlarda  kü  və  s.  Belə  ad  müxtəlifliyinə  baxmayaraq,  onları  birləşdirən  əsas  cəhət  muğamın  yalnız 
professional  musiqiçilər tərəfindən  yaradılması  və  ifa  olunmasıdır. Muğam  tipli  sənət  nümunələri bütün Şərq 
xalqlarında  əsrlərdən  bəri  sabit  qanunlar  əsasında  çalınıb-oxunaraq  yaradılan  silsilə  əsərlərdir.  Onlar  varislik 
ənənəsi ilə mənilsənilərək, nəsil-nəsil qorunur. Bununla yanaşı, hər bir xalqın mədəniyyətinə və musiqisinə xas 
olan milli xüsusiyyətlər bu sənət növündə - həm musiqidə, həm də ifaçılıqda özünü büruzə verir. Bu da onları 
bir-birindən fərqləndirən əsas cəhətdir. 
 
Muğamın tarixi 
 
Muğamın  tarixi  çox  qədimdir.  Şərq  musiqisinin  möhtəşəm  sənət  abidəsi  olan  muğamın  yaranmasını 
alimlər hələ keçən minilliyə, islamaqədərki dövrə aid edirlər. Onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam 
sözünün mənası  da  Allah  tərəfindən  göndərilən  musiqi  kimi  izah  olunmuşdur.  Muğamın  İlahinin  qüdrətilə 
insanların  ruhunu  təmizləməsi,  saflaşdırması  fikri  də  söylənilir.  Təsadüfi  deyil  ki,  qədim  dövrün  alimləri 
insanları muğam sədaları ilə müalicə edirdilər. Muğamları planetlərlə əlaqələndirirdilər: "Nəva" muğamı - Ay 
planetinə,  "Busəlik"  -  Merkuri,  "Rast"  -  Venera,  "Əraq"  -  Günəş,  "Üşşaq"  -  Mars,  "Zirəfkənd"  -  Yupiter, 
"Rəhavi" - Saturn planetinə uyğundur. 
Qədim  dövrlərdə  peşəkar  xalq  ifaçılarının  yaratdıqları  musiqi  "nəva",  "rah",  "xosrovani"  adlanırdı. 
Musiqi  mədəniyyəti  inkişaf  etdikcə  isə  yeni  forma  və  janrlar  meydana  gəlmişdir.  Muğamın  bir  janr  kimi 
formalaşması XII-XIII  əsrlərə  "Müsəlman  Renessansı"  dövrünə  aiddir.  Bu  dövrdə  məhz  poeziyanın  yüksəlişi 
Nizami,  Xaqani,  Nəsimi,  Füzuli  və  b.  şairlər  )  muğamın  da  inkişafına  təkan  verdi.  Şərq  ölkələrində  yüksək 
poeziya  dili  kimi  qəbul  olunmuş  ərəb-fars  dilləri  saray  mühitində  formalaşan  muğam  sənətinə  böyük  təsir 
göstərmişdir.  Şərq  poeziyasının  ən  mükəmməl  şer  forması  olan  qəzəl  ərəb  dilinin  xüsusiyyətləri  ilə  sıx  bağlı 
olduğuna  görə,  qəzəllər  əsasında  oxunan  muğam  melodiyalarının  quruluşunda  əruz  vəzni  böyük rol  oynayır. 
Məhz  bu  dövrdə  yaranmış  muğamlar  ərəb-fars  mənşəli  adları  qəbul  etmiş  və  ənənəvi  olaraq,  bu  gün  də 
saxlanılmışdır. 
Orta əsrlərdə Şərq musiqisində 12 klassik muğam: "Üşşaq", "Nəva", "Busəlik", "Rast", "Əraq", "İsfahan", 
"Zirəfkənd",  "Büzürk",  "Zəngulə",  "Rəhavi",  "Hicaz";  6  avaz:  "Şahnaz",  "Mayə",  "Səlmək",  "Novruz", 
"Gərdaniyyə", "Güvaşt" mövcud idi. Eyni zamanda, 24 şöbə və zərbi muğamlar, təsnif adları da qeyd olunur. 
Zaman keçdikcə, bütün bu muğamların mahiyyəti dəyişsə də, onların adları bu günə kimi bütün Şərq xalqlarının 
musiqisində eyni şəkildə qalmışdır. Orta əsrlərdə yaranmış muğam və avazlardan bəzisi inkişaf edərək, böyük 
bir  muğam  dəstgaha  çevrilmiş,  bəzisi  isə  şöbə  kimi  muğam  dəstgahların  tərkibinə  daxil  olmuş  və  ya  kiçik 
həcmli  muğam  əhəmiyyəti  kəsb  etmişdir.  Muğam  sənəti  təkmilləşərək  bizə  gəlib  çatmışdır.  Müasir  dövrdə 
Azərbaycan  musiqi  irsinin  əsasını  "Rast",  "Şur",  "Çahargah",  "Bayatı-Şiraz",  "Şüştər",  "Hümayun"  və  s. 
muğamlar  təşkil  edir.  Yalnız  "Rast"  muğamı  orta  əsrlərdən  mükəmməl  şəkildə  qorunaraq,  bu  gün  də  əsas 
muğam dəstgah sayılır. "Üşşaq", "Hüseyni", "Əraq" isə onun tərkibinə muğam şöbəsi kimi daxil olmuşdur. 
 
Muğam adlarının etimologiyası 
 
Muğam adlarının etimologiyası maraqlıdır. Bəzi muğam adları rəqəmlərlə bağlıdır: məs., "Dügah": dü - 
ikinci, gah - "məqam", "məkan", "mövqe" mənasını daşıyır, "ikinci məqam" deməkdir. O cümlədən, "Segah" - 
"üçüncü", "Çahargah" - "dördüncü", "Pəncgah" - "beşinci" məqam mənasını verir. Ölkə və şəhər adları ilə bağlı 
muğamlar  var:  "Azərbaycan",  "Hicaz",  "Zabul",  "Bayatı-Şiraz",  "Bayatı-Isfahan",  "Əraq"  (və  yaxud  "Iraq"), 
"Arazbarı", "Heyratı", "Kabili", "Qarabağ şikəstəsi" və s. yer adlarını daşıyır. Tarixi şəxsiyyətlərlə və ifaçılarla 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə