Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   6   7   8   9   10   11   12   13   ...   94

19 
 
bağlı muğam adları: "Mənsuriyyə", "Heydəri", "Baba Tahir", "Hacı Dərviş", "Hacı Yuni", "Şah Xətai" muğam 
şöbələrində  öz  əksini  tapır.  Heyvanat  aləmi  ilə  bağlı  muğam  adlarına  da  rast  gəlinir:  məs.,  "Balu-kəbutər"  -
"qaranquş  qanadları",  "Zəngi-şötör"  -  "dəvə  zəngləri"  mənalarmı  daşıyır.  Musiqinin  obrazlı  məzmunu  ilə 
əlaqədar  muğam  adları  mövcuddur:  "Səmayi-Şəms",  "Şur", "Hümayun",  "Şah-naz",  "Dilkəş", "Dilrüba"  və  s. 
Eyni zamanda, türk qəbilə və tayfa adları da muğamlarda öz əksini tapmışdır: məs., "Bayatı" - Bayat tayfasının, 
"Ovşarı" ("Əfşarı") - Əfşar tayfasının adı ilə bağlıdır. Həmçinin, "Bayatı-Türk", "Bayatı-Qacar", "Bayatı-Kürd" 
("Kürd" sözü türk mənşəli "Qurd" sözünün xalq arasında tələffüz formasıdır) muğamların qədim türk kökləri ilə 
bağlılığından xəbər verir. 
Muğam ənənələri bu gün də qorunub saxlanılır. Muğam - əsaslı ustad məktəbi keçmiş, ifaçılıq texnikasına 
məharətlə  yiyələnmiş,  virtuoz  improvizə  bacarığına  və  bəstəkarlıq  istedadına  malik,  muğam  qanunlarını  və 
poeziyanı dərindən bilən professional musiqiçilər tərəfindən şifahi ənənə əsasında oxunub-çalınaraq yaradılır. 
Muğam bir yaradıcılıq prosesidir və sənətkarın təxəyyülü üçün geniş imkanlar açır. Muğam ifaçısı - xanəndə və 
ya  xalq  çalğı  ansamblı  ifaçısı  öz  zövqündən,  məharətindən,  bacarığından  asılı  olaraq,  ciddi  qayda-qanunlar 
əsasında qurulan muğam kompozisiyasında bir muğamdan-digərinə keçərək, onu rəngarəngləşdirir, öz ifaçılıq 
versiyasını yaradır. 
 
Muğamın ifası 
 
Muğamın ifası iki cür olur: birincisi, vokal-instrumental, yəni ansambl şəklində; belə ansambl keçmışdə 
"xanəndə  və  sazəndə  dəstəsi"  adlanırdı,  müasir  musiqi  ifaçılığında  "muğam  üçlüyü"  deyilir  -  klassik  muğam 
üçlüyü tar, kamança və xanəndədən (eyni zamanda, qaval çalır) ibarətdir. İkincisi, muğamlar instrumental, yəni 
solo şəkildə ifa olunur. Muğamın bütün tərkib hissələri müəyyən bədii fikri müxtəlif bədii ifadə vasitələri ilə əks 
etdirir. Muğamın hər bir hissəsi (şöbəsi, guşəsi) çox vaxt özü - özlüyündə müstəqil bir mahiyyət kəsb edir və 
ayrılıqda  ifa  edilə  bilsə  də,  onun  mütəşəkkil  vahid  əsas  inkişaf  xətti  ardıcıl  surətdə  məntiqi  qaydalara 
əsaslanaraq öz bütövlüyünü, tamlığını itirmir. 
 
Muğam janrları 
 
Muğamın  janrları  bunlardır:  muğam  dəstgahları,  zərbi  muğamlar,  kiçik  formalı  muğamlar,  təsnif  və 
rənglər.  Azərbaycan  muğamları  dərin  məzmuna,  məntiqli  kompozisiya  quruluşuna  malik  olub,  möhkəm  lad 
sistemi və sabit melodik özəklər əsasında improvizasiya üslubunda qurulmuş geniş inkişaflı silsilə əsərlərdir. 
Muğamın tədrisi üç pillədə: uşaq musiqi məktəblərində, orta ixtisas və ali musiqi məktəblərində aparılır. 
Keçirilən muğam müsabiqələri yeni nəsil muğam ifaçılarının yetişməsi üçün əsaslı zəmindir. Görkəmli muğam 
ifaçılarının yaradıcılıq irsi qorunur və dünya miqyasında təbliğ olunur. 
 
Muğam dəstgahları 
 
Muğam  dəstgahları  şifahi  ənənəli  Azərbaycan  professional  musiqisinin  ən  böyük  janrı,  mükəmməl  və 
klassik  formasıdır.  "Dəstgah"  sözü -  "dəst"  -  bütöv,  tam;  "gah"  -  yer,  mövqe  deməkdir.  Dəstgah  -  muğamın 
vokal-instrumental  şəkildə  bütün  hissələrinin  -  şöbə,  guşə,  rəng,  təsniflərin  tam,  bütövlükdə,  muğam 
kompozisiyasının tələbləri səviyyəsində ifası deməkdir. Dəstgahın ən başlıca xüsusiyyəti muğam şöbələrinin və 
guşələrinin,  təsnif  və  rənglərin  məntiqli  surətdə  ardıcıllaşaraq,  silsilə  yaratmasından  ibarətdir.  Bunun  da 
nəticəsində  muğam  dəstgahlarının  özünəməxsus  inkişaf  dramaturgiyası  yaranır.  Beləliklə,  muğam  dəstgahları 
kamil formalı, çoxhissəli, silsilə quruluşlu musiqi əsərləridir. 
Azərbaycan muğam dəstgahları bunlardır: "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Mahur-
Hindi",  "Orta  Mahur",  "Mirzə  Hüseyn  Segahı",  "Zabul  Segahı",  "Xaric  Segah",  "Şüştər",  "Hümayun".  Bu 
muğam dəstgahları rast, şur, segah, şüştər, bayatı-şiraz, çahargah, hümayun məqamlarına əsaslanır. Bir məqam 
əsasında bəzən bir neçə muğam qurulur, beləliklə, muğam ailələri əmələ gəlir. Azərbaycan musiqisində "Rast", 
"Şur", "Segah" muğam ailələri yaranmışdır. 
Muğam dəstgahlarının mətn əsasmı qəzəllər təşkil edir. Qəzəl seçimi hər bir xanəndənin öz zövqündən və 
istəyindən  asılı  olmaqla  yanaşı,  həm  də  muğamın  xarakteri  ilə  bağlı  olur:  məs.,  "Rast"da  oxunan  qəzəllər 
"Segah"da  və  ya  "Çahargah"da  oxunmur.  Muğam  dəstgahların  ifası  müddəti  (xronometraj)  sabit  deyil.  Eyni 
dəstgah 2-3 saat, 30-40 dəqiqə və ya 10-15 dəqiqə müddətində ifa oluna bilər. 
 
Muğamın not yazıları 
 
Muğam  şifahi  ənənəli  professional  musiqi  növü kimi  eşitmə  yolu  ilə  qavranılaraq,  yaddaş  vasitəsilə 
müəllimdən şagirdə, bir ifaçıdan digərinə ötürülmüşdür. Orta əsrlərdə Səfiəddin Urməvinin icad etdiyi not yazı 


20 
 
sistemi (əbcəd) Şərqdə musiqi alimləri tərəfindən geniş tətbiq olunmuş, bu sistemlə S.Urməvinin, Ə.Marağainin 
və b. yaratdıqları musiqi əsərləri yazıya alınaraq, qorunub saxlanmışdır. XX  əsrdə universal Avropa not yazı 
sisteminin  Azərbaycan  musiqisində  tətbiqi  nəticəsində  1930-cu  illərdən  sonra  yetişən  bəstəkar  və 
musiqişünaslar tərəfindən muğam dəstgahları, zərbi muğamlar, təsnif və rənglər nota salınıb çap olunmuşdur. 
Azərbaycan  şifahi  ənənəli  musiqisinin  ilk  nümunələri  -  xalq  mahnı  və  rəqs  melodiyaları  hələ  XIX  əsrin  II 
yarısından  başlayaraq,  rus  etnoqrafçıları  -  P.Vostrikov,  M.P.Polonski  və  b.  tərəfindən  nota  yazılıb  müxtəlif 
jurnallarında  nəşr  olunmuşdur.  Azərbaycanda  ilk  dəfə  olaraq,  1927-ci  ildə  isə  Ü.Hacıbəyovun  və 
M.Maqomayevin nota yazıb işlədikləri "Azərbaycan türk el nəğmələri" məcmuəsi çap olundu. 
Azərbaycan ilk dəfə muğamın nota köçürülməsi işi ilə Müslüm Maqomayev məşğul olmuşdur. O, 1928 
ildə Qurban Primovun ifasından "Rast" muğamını nota salmışdır. Həmin not yazısı çap olunmamışdır (AMEA-
nın Füzuli ad. Əlyazmaları Institutunda saxlanılır). Muğamların nota yazılması sahəsində Niyazinin xidmətləri 
qeyd edilməlidir. "Rast" və "Şur" dəstgahlarmı vokal-instrumental şəkildə Cabbar Qaryağdıoğlunun ifasından 
nota  yazılmış,  lakin  çap  olunmamışdır  (Niyazinin  ev-muzeyi).  1932-ci  ildə  ADK-nın  nəzdində  Bülbülün 
rəhbərliyi ilə yaranmış Elmi-tədqiqat musiqi kabinetinin əməkdaşları tərəfindən də muğamların notlaşdırılması 
sahəsində  mühüm  işlər  görülmüşdür.  1936-cı  ildə  nəşr  olunmuş  ilk  not  yazıları  -  Tofiq  Quliyevin  "Rast" 
"Zabul", Zakir Bağırovun "Dügah" muğam dəstgahları tarzən Mənsur Mənsurovun ifasından nota yazılmışdır və 
L.Rudolfun  harmonizasiyasında,  yəni,  fortepiano  üçün  işləməsində  verilmişdir.  Qara  Qarayev  tərəfindən 
Qurban Primovun ifasından nota yazılmış "Şur" muğamı muğam melodiyalarım orijinalda olduğu kimi, heç bir 
işlənmə elementlərinə yol verməyərək, dəqiq əks etdirir (əlyazması AMEA Mİİ-nin arxivində saxlanılır, inv.JNe 
94)  Bu  əlyazmasının  yalnız  bir  hissəsi  -  "Mayə"  şöbəsi V.Belyayevin  "Oçerki istorii  muzıki  narodov  SSSR" 
("SSRİ  xalqlarının  musiqi  tarixinə  dair  oçerklər")  kitabında  nümunə  kimi  təqdim  edilmişdir).  Bundan  başqa, 
1930-cu  illərin  sonunda  F.Əmirov  xanəndə  Bilal  Yəhyanın  ifasından  "Rast",  "Şur",  "Segah"  muğamlarının 
şöbələrini,  M.İsmayılov  xanəndə  Əlizöhabın  ifasından  təsnifləri  nota  yazmışdır.  V.Belyayevin  adı  çəkilən 
kitabında  Qurban  Primovun  ifasından  nota  salınmış  "Rast"  muğamının  daha  iki  not  yazısı  verilmişdir. 
Birincisini - instrumental şəkildə "Rast" muğammı rus musiqişünası V.Krivonosov nota yazmışdır. İkinci not 
yazısı  isə  bəstəkar  Tofiq  Quliyevə  məxsusdur.  Bu  not  yazısı  "Rast"  muğam  dəstgahının  vokal-instrumental 
şəkilini əks etdirir, Zülfi Adıgözəlovun və Qurban Primovun ifasından yazılmışdır. 
1960-cı  illərdə  bəstəkar  Nəriman  Məmmədovun  tarzən  Əhməd  Bakıxanovun  ifasından  nota  yazdığı 
instrumental  muğamlar  çap  olunmuşdur:  "Bayatı-Şiraz"  və  "Şur"  (1962),  "Rast"  və  "Şahnaz"  (1963), 
"Çahargah" və "Hümayun" (1962), "Segah-Zabul" və "Rahab" (1965). N.Məmmədovun 1970-ci illərdə vokal-
instrumental  şəkildə  nota  yazdığı  "Çahargah"  (1970)  muğamı  xanəndə  Yaqub  Məmmədovun,  "Rast"  (1978) 
muğamı  Hacıbaba  Hüseynovun  ifaçılıq  təfsirinə  uyğundur.  2000-ci  illərdə  muğamların  not  yazıları  kamança 
ifaçısı, sənətşünaslıq namizədi Arif Əsədullayev tərəfindən tarzən Elxan Mirzəfərovun ifasında nota salınıb çap 
edilmişdir: "Bayatı-Şiraz" və "Hümayun" (2003), "Rast" və "Çahargah" (2005), "Şüştər", "Şur", "Zabul Segah" 
(2006). Muğam dəstgahlarla yanaşı, mağamının digər janrlarına aid nümunələr də nota yazılıb çap olunmuşdur: 
S.Rüstəmov  "Azərbaycan  xalq  rəngləri"  (I  dəftər  -  1954,  II  dəftər  -  1956),  Ə.Bakıxanov  "Azərbaycan  xalq 
rəngləri"  (1964),  "Azərbaycan  ritmik  muğamları"  (1968),  R.Zöhrabov  "Azərbaycan  təsnifləri"  (1983), 
"Azərbaycan  zərbi  muğamları"  (1986),  "Zərbi  muğamlar"  (2004),  E.Mansurov  və  A.Kə-rimov  "Azərbaycan 
dəraməd və rəngləri" (1984), "Azərbaycan diringi və rəngləri" (1986). 
 
Muğam operası 
 
Muğam  operası  XX  əsrin  əvvəllərində  Azərbaycanda  meydana  gəlmiş  orijinal  opera  janrıdır.  Üzeyir 
Hacıbəyovun yaradıcılığında təşəkkül tapmışdır. Onun muğam sənətinə əsaslanaraq yaratdığı "Leyli və Məcnun" 
(1908)  operası  ilə  Azərbaycan  və  Şərqdə  opera  sənətinin  əsası  qoyulmuşdur.  Bu  əsərin  tamaşaya  qoyulması 
musiqi  teatrının  yaranmasma  səbəb  olmuş,  Azərbaycan  bəstəkarlıq  sənətinin  bünövrəsini  qoymuşdur.  Eyni 
zamanda,  bu  hadisə  muğam  ifaçılığı  sənətinin  hüdudlarmı  genişləndirmiş,  xanəndələrin  opera  səhnəsinə 
çıxmasına təkan vermişdir. Ü.Hacıbəyov , həmçinin, "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah 
Abbas  və  Xurşid  Banu"  (1912),  "Əsli  və  Kərəm"  (1912),  "Harun  və  Leyla"  (1915)  operalarının  müəllifidir. 
Ü.Hacıbəyovun  yaradıcılıq  təcrübəsindən  bəhrələnən  digər  bəstəkarlar  da  muğam  operaları  yaratmışlar: 
Z.Hacıbəyovun  "Aşıq  Qərib"  (1916),  M.Maqomayevin  "Şah  İsmayıl"  (1916)  operaları  bu  janrın  maraqlı 
nümunələridir. Bu ənənə XX əsrin II  yarısında da bəstəkarlar tərəfindən davam etdirilmişdir: Ş.Axundovanın 
"Gəlin  qayası",  C.Cahangirovun  "Xanəndənin  taleyi"  operaları  bu  qəbildəndir.  V.Mustafayevin  "Vaqif", 
V.Adıgözəlovun "Natəvan" opera-larında dövrün görkəmli xanəndələrinin obrazlarını canlandırmaq üçün əsərin 
musiqi məzmununda muğamlardan istifadə edilmişdir. 
 
Muğamın səs yazıları 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə