Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   7   8   9   10   11   12   13   14   ...   94

21 
 
Muğamların qrammofon vallarında ilk səs yazıları 1900-cü illərdən başlayaraq meydana gəlmişdir. 1906-
cı  ildə  "Qrammofon"  şirkətinin  dəvəti  ilə  Riqa  şəhərində  Şərq  musiqi  tarixində  ilk  dəfə  olaraq,  Cabbar 
Qaryağdıoğlunun  səsi  qrammofon  valına  yazılmışdır.  Ondan  sonra  Ələsgər  Abdullayev,  Seyid  Mirbabayev, 
İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Məcid Behbudov, Seyid Şuşinski və 
bir çox başqa xanəndələr 1906-1915-ci illər ərzində "Qramofon", "Sport-Rekord", "Pate" şirkətləri tərəfindən 
Riqa,  Varşava,  Peterburq,  Kiyev,  Moskva,  Tiflis  şəhərlərinə  dəvət  olunaraq,  səsləri  qrammofon  vallarına 
yazılmışdır.  Bu  xanəndələri  əksər  hallarda  tarzən  Qurban  Primov  və  kamançaçı  Saşa  Oqanezaşvili  müşayiət 
etmişlər.  Sonrakı  illərdə  "Noqin  zavodu",  "1905",  "Melodiya"  səsyazma  şirkətləri  tərəfindən  xanəndələrin 
qrammofon  valları  kütləvi  tirajla  buraxılmışdır.  Muğamların  səsyazılarının  daha  bir  mərhələsi  ADK-nın 
nəzdində  Bülbülün  rəhbərlik  etdiyi  Elmi-Tədqiqat  Musiqi  Kabineti  tərəfindən  həyata  keçirilmişdir.  Burada 
Cabbar  Qaryağdıoğlu  və  başqa  xanəndələrin  ifasından  xalq  mahnıları  və  təsniflər,  muğamlar  fonovalikə 
yazılmış və onlardan bir hissəsi nota köçürülmüşdür (Bülbülün ev-muzeyində saxlanılır). Müasir dövrdə muğam 
ifaçılarının səs yazıları kütləvi tirajla Azərbaycan və xarici ölkələrdə CD-DVD formatında buraxılır. 
Qədim qrammofon valları milli musiqi xəzinəsinin ən dəyərli sərvəti kimi Azərbaycan Dövlət Səsyazıları 
Arxivində,  Ü.Hacıbəyovun  ev-muzeyində  və  Azərbaycan  Dövlət  Musiqi  Mədəniyyəti  Muzeyinin  fondlarında 
saxlanılır.  Qədim  qrammofon  vallarının  bir  hissəsi  "Musiqi  Dünyası"  jurnalının  yaradıcı  qrupu  tərəfindən 
rəqəmsal bərpa olunmuşdur Qrammofon vallarının kataloqu "Azərbaycan diskoqrafiyası (1900-1940)" adlı veb 
sayta  yerləşdirilmişdir  və  həmin  kataloqnun"  (1900-1940)  bərpası  layihəsi  həyata  keçirilərək  (2003-2005), 
görkəmli xanəndələrin səsyazılarından ibarət 450 CD disk formatında muzeylərə və Dövlət Səsyazıları Arxivinə 
təqdim olunmuşdur. 
 
Azərbaycan muğamı dünya mədəniyyətində 
 
Azərbaycan musiqisi ənənəvi olaraq Qafqazda musiqi həyatının vacib hissəsini təşkil edirdi. Muğamlar 
Gürcüstan  və  Ermənistanın  şəhərlərinin  musiqi  həyatında  çox  geniş  yayılmışdı,  onlar  həm  də  İran,  Mərkəzi 
Asiya  və  Türkiyədə  məşhur  idilər.  XX  əsrin  əvvəllərində  Azərbaycanın  ənənəvi  musiqiçiləri  Rusiya  və 
Avropaya dəvətlə qastrol səfərlərinə getməyə və qrammofon valları yazdırmağa başladılar.  
1920-ci  ildə  Azərbaycanda  sovet  rejimi  bərqərar  olunandan  sonra,  əsasən  30-cu  illərdən  başlayaraq, 
musiqi mədəniyyəti tam şəkildə dövlətin nəzarəti altına düşür. Sovet dövləti tərəfindən həyata keçirilən «dəmir 
pərdə» siyasəti uzun illər Azərbaycan musiqisi və musiqiçilərinin beynəlxalq musiqi bazarına çıxışını bağladı.  
Keçən  əsrin  70-ci  illərin  əvvəllərində  Sovet  İttifaqında  YUNESKO-nun  himayəsi  altında  keçirilən 
ənənəvi  musiqinin  beynəlxalq  festivalları  Qərb  üçün  Sovet  Şərqinin  ənənəvi  musiqisini,  həmçinin  orijinal 
musiqi  mədəniyyəti  kimi  Azərbaycan  muğam  sənətini  «kəşf  etdi».  O  vaxtdan  Azərbaycan  muğamı  dünya 
mədəniyyəti məkanına daxil olmağa başlayır. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan «Dünya ənənəvi 
musiqisinin antologiyası» kolleksiyasına «Şərqin musiqi antologiyası» seriyasında çıxan «Azərbaycan musiqisi» 
plastinkasını  daxil  edib.  1975-ci  ildə  Azərbaycan  muğamları  yenə  də  YUNESKO  tərəfindən  «Musiqi 
mənbələri» seriyasında buraxılıb. Azərbaycan muğamı Tarkovskinin bütün dünya ekranlarını dolaşan «Stalker» 
filmində də səslənib.  
1991-ci  ildə  müstəqillik  əldə  edilməsi  və  siyasi  rejimin  dəyişilməsi  ilə  əlaqədar  Azərbaycan  ənənəvi 
musiqisi üçün Qərbə qapı əvvəlkindən daha geniş açıldı. Bu gün Azərbaycan ənənəvi musiqiçiləri beynəlxalq 
festivallarda  iştirak  edir  və  dünyanın  bütün  hissələrində  konsert  verir,  iri  qərb  kompaniyalarında  disklər 
yazdırırlar.  
2003-cü  ildə  YUNESKO  Azərbaycan  muğamını  «bəşəriyyətin  şifahi  və  mənəvi  irsinin  şedevrləri» 
siyahısına  daxil  etdi  və  bununla  da  muğamın  bədii  təkrarolunmazlığını  və  dünya  mədəniyyəti  üçün dəyərini 
təsdiq etdi. 
 
Beynəlxalq Muğam Mərkəzi 
 
2009-cu  il  dekabrın  27-də  Bakıda,  dənizkənarı  Milli  parkda  Beynəlxalq  Muğam  Mərkəzinin  açılışı 
olmuşdur. Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı 
reallaşdırdığı  möhtəşəm  layihələr  sırasında  xüsusi  əhəmiyyəti  olan  bu  mərkəzin  inşası  fondun  prezidenti, 
YUNESKO  və  İSESKO-nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  Əliyevanın  təşəbbüsü  ilə 
həyata  keçirilmişdir.  Belə  bir  mədəniyyət  ocağının  tikilməsi,  muğamın  daha  da  inkişaf  etdirilməsi  və  təbliği 
üçün görkəmli xanəndələrin, muğam bilicilərinin iştirakı ilə “d əyirmi masa” keçirilmiş və Bakıda Beynəlxalq 
Muğam Mərkəzinin yaradılması qərara alınmışdı. Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev 
Bakıda  Beynəlxalq  Muğam  Mərkəzinin  yaradılması  haqqında  sərəncam  imzalamışdı.  Beləliklə,  xalqımızın 
qədim  mədəni  irsinin  ölməz  nümunəsi,  Azərbaycan  musiqisinin  zəngin  fəlsəfi  təməl  üzərində  təşəkkül 
tapmasında  əvəzsiz  rol  oynayan  muğama  möhtəşəm  abidə  ucaldılması  istiqamətində  ciddi  addım  atılmışdır. 


22 
 
Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada 2003-cü ildə YUNESKO-nun Dünya 
irs  siyahısına  daxil  edilməsi  isə  bütövlükdə  onun  nə  dərəcədə  bənzərsiz  sənət  növü  olduğunu  bir  daha 
təsdiqləyir.  
2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin 
birinci  xanımı  Mehriban  Əliyevanın,  YUNESKO-nun  baş  direktoru 
Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam 
Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan 
ibarətdir.  Binanın  forması  Azərbaycanın  qədim  musiqi  alətlərindən 
olan  tarın  hissələrini  xatırladır.  Ən  müasir  texnologiyadan  istifadə 
edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa 
və  Türkiyədən  gətirilmişdir.  İnşaat  işləri  zamanı  2  mindən  çox 
müxtəlif ölçülü şüşədən istifadə olunmuşdur. 
Azərbaycan-YUNESKO 
əməkdaşlığının 
bəhrəsi 
olan 
Beynəlxalq  Muğam  Mərkəzində  350  yerlik  konsert  salonu,  klub,  80 
nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır. Bina müasir 
havalandırma və istilik sistemləri ilə təchiz edilmişdir. 
 
 
İstifadə olunmuş ədəbiyyat: 
 
Muğam ensiklopediyası. Heydər Əliyev fondu. Bakı, “ TUTU Desgin”, 2008, səh.139-146 
http://az.wikipedia.org/wiki/Mu%C4%9Fam_m%C9%99rk%C9%99zi
 
http://www.afc.az/filmproject/az/8.shtml
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə