Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   8   9   10   11   12   13   14   15   ...   94

23 
 
 
Musiqi alətləri 
 
Qədim zamanlardan başlayaraq müxtəlif dövrlərdə yaradılmış zəngin musiqi irsi, sözsüz ki, Azərbaycan 
xalqının hər bir nəslinə xas olan genetik istedadın sübutudur. 
Azərbaycan xalq musiqisinin emosional koloritinə, ritminə, tempinə, bədiiliyinə uyğunlaşmış milli musiqi 
alətlərimiz uzun tarixi inkişaf yolu keçərək ənənəvi musiqi ifaçılığının və yaradıcılığının bir çox cəhətlərini bu 
günümüzə  gətirib  çatdırmışdır.  Onlar  musiqi  mədəniyyətimizin  keçmişi  ilə  gələcəyini  əlaqələndirən 
elementlərdəndir. Bu gün də səslənən ənənəvi musiqi və musiqi alətləri Azərbaycan milli musiqi təfəkkürünün, 
bədii yaradıcılığının əsas xüsusiyyətlərini əks etdirir. Lakin təəssüflə demək lazımdır ki, mədəni irsimizin böyük 
bir  hissəsi  müxtəlif  səbəblərdən  unudulmuş,  dövrümüzə  gəlib  çatmamışdır.  Bu  daha  çox  müxtəlif  dövrlərdə 
istifadə edilmiş zəngin musiqi alətlərinə aiddir. 
Eramızdan çox-çox əvvəllərə aid edilən zərb, nəfəs və simli musiqi alətlərinin çoxsaylı növləri tarix boyu 
inkişaf etmiş, təkmilləşmiş və milli musiqi xəzinəmizin əsasını təşkil etmişdir. Bu xəzinənin inciləri əsrlər boyu 
xalqımızın  mədəni  inkişafına  və  yaradıcılıq  fəaliyyətinə  xidmət  etmiş,  onun  məişətinə,  adət-ənənəsinə  bəzək 
vermişdir. 
XX  əsr  Azərbaycan  milli  musiqisinin  tarixində  görkəmli  yer  tutan  dahi  bəstəkar,  publisist  və  ictimai 
xadim  Üzeyir  Hacıbəyovun  musiqi  alətlərinin  inkişafındakı  rolu  misilsizdir.  O,  milli  musiqi  alətlərini 
xarakterizə etmiş, onların təsnifatını, səs sırasını verməklə gələcək inkişaf perspektivlərini müəyyənləşdirmişdir. 
Musiqi  alətlərinə  dair  yazılmış  elmi  işlərdə  onların  quruluşu,  texniki  və  bədii  imkanları,  inkişaf  tarixi, 
adlarının etimologiyası, səs sıraları təhlil edilmişdir. 
Qədim musiqi alətlərinin bərpası, ilk növbədə, Orta əsr yazılı mənbələrinin və miniatür sənət əsərlərinin 
öyrənilməsi ilə başlayır. Tədqiqatçıların, musiqişünasların əsərlərinə, klassik poeziya nümunələrinə, şifahi xalq 
ədəbiyyatına,  miniatür  sənətinə,  səyyahların  yol  qeydlərinə  istinad  edərək,  bir  vaxtlar  Azərbaycan  ərazisində 
çoxsaylı  simli,  nəfəs,  zərb  və  özüsəslənən  musiqi  alətlərinin  yayıldığını  iddia  etmək  olar.  Bu,  sözsüz  ki, 
Azərbaycan xalqının tarixən zəngin çalğı alətlərinə malik olmasına dəlalət edir. 
Azərbaycan  musiqi  mədəniyyətinin  daha  dərin  qatları  maddi  mədəniyyət  abidələrində,  o  cümlədən 
arxeoloji  tədqiqat  materiallarında  öz  əksini  tapmışdır.  Belə  ki,  Azərbaycanda  aparılan  arxeoloji  qazıntılar 
nəticəsində tapılmış əşyalar arasında sadə musiqi alətlərinə rast gəlinir. XX əsrin 30-cu illərində Mingəçevir Su 
Hövzəsi  tikildiyi  zaman  aparılmış  qazıntılar  gildən  və  heyvan  sümüyündən  hazırlanmış  nəfəs  alətləri  (tütək, 
zurna, ney) aşkar etmişdir. Bundan əlavə, klassik poeziyada və şifahi xalq ədəbiyyatında milli musiqi alətlərinin 
öyrənilməsinə  dair  zəngin  məlumatlar  vardır.  Bir  çox  məşhur  söz  ustadları  yaradıcılıqlarında  öz  dövrlərinin 
musiqi  alətlərinə  kifayət  qədər  geniş  yer  vermişlər.  Nizami  və  Füzuli  poeziyası  isə  bu  baxımdan  tükənməz 
xəzinədir.  Bu  dahi  şairlərin  əsərlərindən 
alətlərin  xarici  görkəmi,  tembri,  onların 
hazırlanma  prosesi  haqqında  məlumatlar 
əldə etmək olar. 
Qədim  alətşünaslıq  mədəniyyəti 
haqqında  çox  vacib  məlumatı  musiqi 
elmi 
verir. 
Orta 
əsr 
musiqi 
nəzəriyyəçilərinin  əsərlərində  bu  və  ya 
digər  musiqi  alətlərinin  quruluşu,  səs 
düzümü,  simlərinin  sayı,  diapazonu  və 
sairə  xüsusiyyətləri  haqqında  ümumi 
təsəvvür 
yaradan 
məlumatlar 
toplanmışdır.  Bu  cəhətdən  alətşünaslıq 
üçün ən qiymətli və geniş məlumatı Orta 
əsr  musiqi  elminin  inkişafında  əsas  yer 
tutan  Səfiəddin  Urməvi  (XIII  əsr)  və 
Əbdülqadir Marağinin(XIV-XV əsrlər) risalələri verir. 
Qədim  alətlər  haqqında  birbaşa  əyani  təsəvvür  yaradan  dekorativ  və  tətbiqi  sənət  nümunələri,  qədim 
əşyalar, memarlıq abidələri və islamaqədərki dövrün monumental rəsm əsərlərində tapdığımız musiqi alətlərinin 
təsvirləri onların bərpası üçün əhəmiyyət kəsb edir. Üzərində musiqi alətlərinin təsviri olan çoxsaylı miniatür 
sənət əsərləri, nəticə etibarilə, ən səmərəli əyani informasiya mənbələridir. 
XVII,  XVIII,  XIX  əsrlərdə  Azərbaycanda  mövcud  olmuş  musiqi  alətləri  barədə  məlumatı  Adam 
Olearinin,  Engelbert  Kempferin,  Aleksandr  Dümanın,  Övliyə  Çələbinin  və  başqalarının  yol  qeydləri  və 
xatirələrindən əldə etmək olar. 


24 
 
XIX  əsrdə  Azərbaycanda  olarkən  Şirvan  musiqi  məclislərini  təsvir  etmiş  tanınmış  rus  rəssamı 
Q.Qaqarinin əsərləri bu sahədə parlaq təsəvvür yaradır. 
Bakı  Musiqi  Akademiyasının  nəzdində  yaradılmış  "Qədim  musiqi  alətlərinin  bərpası  və 
təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyası 1991-ci ildən fəaliyyət göstərir. Burada qədim musiqi alətlərinin 
tarixi  tədqiq  olunur,  öyrənilir,  alətlərin  ölçüləri,  materialın  növü, hazırlanma  və  quraşdırılma  texnologiyası 
araşdırılır. Toplanmış materiallar əsasında musiqi alətləri yenidən bərpa edilərək səsləndirilir. 
İndiyədək  unudulmuş  qədim  musiqi  alətlərinin  çox  az  bir  hissəsi  bərpa  edilmişdir.  Bu  zəngin  irs 
gələcəkdə də öz tədqiqatçılarını gözləyir. 
Qədim  musiqi  alətləri  xalqın  tarixi,  mədəniyyət  və  mənəviyyat  abidəsidir.  Unudulmuş  abidələri  bərpa 
etmək,  onları  yenidən  həyata  qaytarmaq,  tarixin  qaranlıq  səhifələrini  işıqlandırmaq,  mənəviyyatımızı, 
mədəniyyətimizi zənginləşdirmək çox şərəfli və mötəbər bir işdir. 
 
1) Zərb alətləri 
 
Azərbaycanda  zərb  çalğı  alətlərinin  kökləri  çox-çox  qədimlərə,  ibtidai  yaşayış  dövrlərinə  aid  edilir.  Bu 
dövrlər insanlar müəyyən vasitələrlə ritmlərin alınmasına nail olublar. Belə vasitələrdən biri də ayaq döyməklə 
zərb  üsulundan  istifadə  etmək  idi.  Qazılmış  quyuların  üzərinə  quru  ağac  döşəyərək  üstünü müxtəlif  heyvan 
dəriləri ilə örtüb onu ayaqla döyəcləyir, və beləliklə, çeşidli ritmlər alırlarmış. İlk zərb alətlərinin yaranması, çox 
güman ki, belə başlamışdır. İndi də zorxana oyunlarından birinin adı “Ay aqdöymə” adlanır. Azərbaycanda ən 
qədim insan məskənlərindən biri olan Qobustandakı Cingir dağının ətəklərində on-on iki min il əvvəllərə aid 
edilən qaya rəsmləri ilə yanaşı, “Qav al daşı” adlanan böyük bir qaya parçası da var. Bu qayanı əl, ayaq və yaxud 
hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qayalar ulu 
əcdadlarımız  tərəfindən  zərb  aləti  kimi  istifadə  olunduğundan  bu  günümüzə  qədər  “Qav al  daşı” adı  ilə  gəlib 
çatmışdır. Qaval daşı bu gün də zərb alətlərinə xas olan keyfiyyətlərini saxlamaqdadır. Azərbaycan ərazisində 
tarixən zərb çalğı alətlərinin müxtəlif növləri çox geniş yayılmış və xalqımızın mədəni həyatında özünəməxsus 
rolu  olmuşdur.  Alətşünaslığımızın  səciyyəvi  xüsusiyyətlərindən  biri  də  onun  zərb  çalğı  alətləri  ilə  zəngin 
olmasıdır.  
Hazırda  musiqi  sənətimizin  inkişafında  başlıca  rol  oynayan  bir  çox  zərb  alətləri  geniş  istifadə  edilir.  Bu 
alətlər əsasən 3 növə ayrılır: 
1. Membrano fonlu. Bu qrupa təbil, kos, qoşa nağara, nağara, dümbək və bu növ zərb alətləri daxildir.  
2. İdiofonlu. Buraya kasa və saxsı qablar, müxtəlif növlü laqqutilər, şaxşaxlar, zınqırovlar, qumrovlar və s. aid 
etmək olar.  
3. İdio-membrano fonlu. Bu növ zərb alətlərinə qaval və dəf aid edilir.  
Membrano  fonlu  zərb  çalğı  alətləri  arasında  ən  geniş  yayılmışı-nağara  və  onun  müxtəlif  növləridir. 
Xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağaranın bir sıra 
növləri  mövcuddur.  Ölçüləri  ilə  fərqləndirilən  bu  növlər  böyük  nağara,  cürə  nağara,  çiling  nağara,  qoltuq 
nağara, əl nağara adlandırılır. Bu alət əsasən iki quruluşda mövcuddur: bir üzlü və iki üzlü. Birüzlülərə qoşa 
nağara,  nağarazən,  təbil,  dəf,  qaval,  ikiüzlülərə  kos  nağara,  böyük  nağara,  cürə  nağara  və  qoltuq  nağara  aid 
edilir. Nağaralar arasında ən çox yayılanı qoltuq nağara və qoşa nağara hesab edilir. 
Zəngin  və  müxtəlif  növlü  zərb  çalğı  alətlərindən  bir  çoxu:  təbil  bas,  dənbal,  məzhər,  təbil,  qumrov,  zil, 
dühul,  zəng,  zınqırov,  kaman,  sinc,  davul,  naqus,  xal-xal  və  başqaları  musiqi  mədəniyyətimizin  inkişafı 
tarixində müstəsna rol oynamış, lakin bu günümüzə gəlib çatmamışdır. 
 
Laqqutu 
 
Müxtəlif ölçülü iki dördbucaq ağac qutudan ibarətdir. Azərbaycanda Astara, Masallı, Lənkəran, Cəlilabad 
rayonlarında daha çox istifadə edilir.  
Nağara,  qoşa  nağara,  qaval  və  başqa  zərb  alətləri  ilə  birlikdə 
müasir  ansambl  və  orkestrlərin  tərkibində  ifa  edilir.  Laqqutu  mizin 
üzərinə  qoyularaq  iki  ağac  toxmaqla  çalınır.  Alətin  ölçüləri 
250x125x50  mm-dir.  Qoz,  ərik,  tut,  fıstıq  ağaclarından  içərisi  xüsusi 
ölçüdə  oyularaq  hazırlanır.  Oyuğun  üst  hissəsi  alt  hissəsinə  nisbətən 
nazik  yonulduğundan  ifa  zamanı  xüsusi  səs  tembri  alınır.  Bu  alətin  adının  etimologiyası,  güman  ki,  onun 
çıxardığı səs tembri ilə bağlıdır.  
Alətin müxtəlif növləri bir çox ölkələrdə geniş yayılıb.  
 
 
Qoltuq nağara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə