Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   9   10   11   12   13   14   15   16   ...   94

25 
 
 
Nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir. Əvvəllər onun üzünə 
qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: 
 
Coşdu qurd gönündən olan nağara
Dünyanın beynini gətirdi zara
 
Hazırda  ansambl  və  orkestrlərin  tərkibində  aparıcı  alət  kimi  çalınan  qoltuq 
nağaranın  rolu  böyükdür.  Nağara  ərəb  sözü  olub,  “döyəcləmək”,  “t aqqıldatmaq” 
mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki 
yüngül  çubuqla  da  çalınır.  Çalğı  zamanı  qoşa  şapalaq,  tremolo,  trel  və  çırtma  ifa 
üsullarından  istifadə  edilir.  Çox  güclü səs  dinamikasına  malik  olan  nağarada  müxtəlif 
tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, 
xalq  oyunu  tamaşalarında,  eləcə  də  “ Cəngi”, “ Yallı” və  bu  növ  rəqslərdə  qoltuq 
nağaradan  istifadə  edilir.  Sağanağı  qoz,  ərik  və  müxtəlif  növ  ağac  materiallarından 
hazırlanan silindrik formalı qoltuq nağaranın hündürlüyü 350-360 mm, diametri 300-310 mm-dir. 
 
Cürə nağara 
 
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və 
funksiyası  vardır.  Əsas  nağaradan  xeyli  kiçik  olur.  Alətin  adı  “ cürə” (kiçik)  sözü də  bu 
mənanı verir.  
Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud 
qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni 
olan  böyük  nağara  ilə  birlikdə  səsləndirilir.  Baş  tərəfi  geriyə  əyilmiş  iki  yüngül  çubuqla 
səsləndirilir.  
Diametri 300-320 mm, hündürlüyü 340-360 mm-dir. 
 
Böyük nağara (Kos) 
 
Bəzi regionlarda “ toy nağarası” da adlandırılır. Diametri başqa nağaralardan xeyli böyükdür.  
Böyük nağara heç vaxt tək səsləndirilmir. Əksər hallarda cürə nağara ilə birlikdə 
ifa olunur. Texniki imkanları başqa nağaralara nisbətən məhduddur. Böyük ölçülü kos 
nağaralar  unudulsa  da,  onların  bir  qədər  kiçildilmiş  forması  hazırda  zurnaçılar 
dəstəsində  istifadə  edilir.  İki  ağac  toxmağı  alətin  hər  iki  üzünə  zərbə  vurmaqla 
səsləndirilir. Bu növ nağaralardan yalnız açıq havada istifadə edilir.  
Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır. 
Diametri 400- 450 mm, hündürlüyü 500-550 mm-dir. 
 
Qoşa nağara 
 
Xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa 
nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən “qo şa 
dumbul” da deyilir.  
Bu  alətin  hazırlanmasında  əvvəllər  gildən,  sonralar  isə  ağacdan  və  metaldan 
istifadə olunmuşdur. Üzləri dəvə, dana və yaxud keçi dərisindən hazırlanaraq metal 
burğular ilə gövdəyə bərkidilir. Həmin burğuların vasitəsi ilə alətin köklənməsi də 
təmin olunur. Alət yerə və yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac toxmaqla 
çalınır.  
Qoşa  nağara  fərdi  şəkildə  hazırlandığı  üçün  ölçüləri  müxtəlifdir.  Əksər 
hallarda  hündürlüyü 300-330  mm,  böyük  gövdəsinin  diametri  240-280  mm,  kiçiyinin  isə  110-140  mm  olur. 
Milli musiqinin folklor nümunələrində, o cümlədən orkestr və ansambllarda istifadə edilir. Özünə məxsus səs 
tembri olan qoşa nağara solo aləti kimi nadir hallarda səsləndirilir. 
 
Qaval 
 
Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin 
əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını 


26 
 
dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir. Bir çox 
Şərq ölkələrində, məsələn, Orta Asiya xalqları arasında qavalın müxtəlif ölçülü növləri geniş yayılmışdır.  
Qaval  bütövlükdə  membranlı  alət  olsa  da,  onun  idiofonlu  alətlərə  məxsus  əlamətləri  də  vardır.  Onun 
sağanağından asılmış metal halqalar, bəzi hallarda dörd kiçik zınqırov, silkələnərək təkrarolunmaz səs tembri 
yaradır. Qaval Ü.Hacıbəyov tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət 
kimi daxil edilmiş, onun ilk not partiyasını da bəstəkar özü yazmışdır.  
İfaçı  qavalı  hər  iki  əllə  tutaraq  barmaqlarla  və  şapalaqla  ifa  edir.  Geniş  ifaçılıq 
imkanlarına  malik  olan  bu  alətdə  trel,  tremola,  mordent  və  başqa  çalarlar  almaq 
mümkündür. Rəng, dəraməd, təsnif və zərbi muğamların üçlük tərəfindən ifası zamanı 
qavalın iştirakı mütləqdir. 
Qoz  ağacından  hazırlanmış  sağanağın  içəri  hissəsinə  çevrəsi  boyu  60-70  ədəd 
xırda  mis  halqalar  bərkidilir.  Üzünə  xüsusi  üsulla  aşılanmış  nərə  balığının  dərisi 
çəkilir. Balıq dərisi nazik və şəffaf olduğundan onun səs tembri olduqca məlahətlidir. 
Eni 60-75 mm, diametri 350-450 mm olur. 
 
Dəf 
 
Milli musiqi mədəniyyətinin tarixi inkişaf mərhələsində özünə məxsus rolu olmuş zərb çalğı alətlərindən 
biri də dəfdir. Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Xaqani Şirvani dəf barədə 
belə yazır:  
 
Bir dəf vuran ustanı gör, 
Səf-səf duran heyvanı gör, 
Dəfdə şikaristanı gör, 
Bir-biri ilə cəng arar. 
 
Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-
dəf,  bərbət-çəng-ney-dəf,  ney-tənbur-dəf  kimi  alət  qruplarında  dəfin  xüsusi  yeri 
olmuşdur. 
Sağanağına  dörd  yerdən  hər  birində  bir  cüt  mis  camlar  bərkidilir  ki,  bu  da 
idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri 
250-260 mm, sağanağının qalınlığı 45-50 mm-dir. Hazırda nadir hallarda istifadə olunur.  
 
Dümbək 
 
Qədəhvarı  quruluşa  malik  qədim  zərb  alətlərindən  biridir.  Orta  əsrlərdə  Azərbaycanda 
geniş  yayılmış  bu  alət  XX  əsrin  əvvəllərindən  tədricən  unudulmağa  başlansa  da,  hazırda 
istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. Bir üzünə dana və yaxud keçi 
dərisi  çəkilən  alətin  gövdəsi  ilk  vaxtlar  gildən  düzəldilsə  də,  hal-hazırda  ağac  və  misdən 
hazırlanır.  
Ümumi  hündürlüyü  350-400  mm,  diametri  280  mm-dir.  Özünə  məxsus  bəm  tembrinə 
malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə