Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   11   12   13   14   15   16   17   18   ...   94

29 
 
 
Bir vaxtlar, əsasən, çobanların istifadə etdiyi üfləmə ağac musiqi aləti olmuşdur. Bir çox ölkələrdə tütəyin 
müxtəlif  növləri  çox  geniş  yayılıb.  Azərbaycanda  böyük  və  kiçik  növləri  orkestr  və  ansamblların  tərkibində, 
əsasən, solo aləti kimi istifadə edilir. Səs tembri mülayim və məlahətlidir.  
Boruşəkilli  gövdə  ərik,  qoz,  tut  və  ya  qamışdan  hazırlanır.  Uzunluğu 
280-300 mm, diametri 20 mm-dir.  
Gövdənin  üst  hissəsində  yeddi,  alt  hissəsində  isə  bir  oyuq  olur.  Alətin 
baş tərəfində borunun içərisinə yanakı kəsilmiş ağac tıxac (dil) daxil edilir. 
Tıxacla  gövdə  arasında  xüsusi  ölçüdə  boşluq  saxlanılır  ki,  həmin  hissədən 
ağız boşluğuna yığılmış hava dodaqlar vasitəsi ilə gövdəyə üflənir. sağ və sol əlin barmaqları ilə oyuqları açıb-
bağlamaqla səs ucalıqlarını almaq mümkün olur.  
Onun səs düzümü kiçik oktavanın “si” səsindən üçüncü oktavanın “do” səsinə qədərdir. Mahir ifaçılar bir 
neçə səs də əlavə edə bilirlər.  
 
Qarmon 
 
Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil 
olmuş  və  milli  musiqi  mədəniyyətinin  bir  hissəsinə  çevrilmişdir.  Digər  xalq  çalğı  alətləri  ilə  bir  yerdə 
ansambllarda,  o  cümlədən  el  şənliklərində  milli  rəqs  musiqisinin  ifası  zamanı  geniş  istifadə  edilir.  Təsadüfi 
deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti 
kimi qarşılanır.  
Azərbaycanda  istifadə  olunan  xromatik  növlü  qarmonun  texniki  ifa 
xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir. Qarmon 
cazibədar səs tembrinə malikdir. Onun yan tərəfləri taxtadan, orta hissəsi dəri 
körüklü dördkünc qutudan ibarətdir. Qarmonun hündürlüyü 360 mm, eni 268 
mm, qalınlığı 195 mm-dir. Qutunun içərisində ağac lövhələr üzərində xüsusi 
qayda ilə düzülmüş nazik metal dilçəklər (lövhələr) yerləşdirilir.  
Alət sağ və sol əlin köməyi ilə körüyü açıb-bağlamaqla səsləndirilir. Bu 
zaman  sağ  əlin  şəhadət,  orta,  adsız,  çeçələ  barmaqları  ilə  melodiya,  sol  əlin 
barmaqları ilə isə melodiyanın ahənginə uyğun dəm (tonika) saxlanılır. Körük 
açılıb-bağlandıqda  barmaqların  təzyiqi  ilə  sıxılmış  hava  dillərin  açdığı 
boşluqdan keçərək həmin metal lövhələri ehtizaza gətirir. Bu zaman, vibrasiya 
olunmuş lövhələrin ölçülərindən asılı olaraq, müxtəlif səs ucalıqları alınır.  
Diapazonu kiçik oktavanın “do” səsindən ikinci oktavanın “fa” səsinə qədərdir. Solo və ansambl aləti kimi 
geniş istifadə edilir.  
Azərbaycanda bu alətin yığılması ilə məşğul olan sənətkarlar onun səs sistemini milli səs düzümünə tam 
uyğunlaşdırdıqları  üçün alətin  səs  çalarlığı,  ifa  texnikasının  rahatlığı  xalq  musiqisinin  və  muğamların  ifasına 
geniş imkan yaratmışdır. 
 


30 
 
 
3) Simli alətlər 
 
Çeşidinə və geniş yayılmasına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri var. 
Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə qartalın 
ağac  başında  parçaladığı  bir  heyvanın  bağırsaqları  dağılaraq  ağacın  budaqlarına  dolaşır.  Sonradan  quruyub 
tarıma  çəkilmiş  quru  bağırsaq  külək  əsdikcə  titrəyərək  müxtəlif  musiqi  səsləri  verməyə  başlayır.  Bu  səsləri 
eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər. Bu əfsanədə həqiqətə uyğun bir fakt var. Doğrudan 
da tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış 
pərdələri  isə  müəyyən  üsullarla  heyvan  bağırsağından  hazırlanmışdır.  Azərbaycan  musiqi  mədəniyyətinin 
inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir 
musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır.  
Azərbaycan simli çalğı alətləri ifa tərzinə görə dörd qrupa bölünür: 
Mizrabla çalınanlar - tar, saz, ud, qanun, bərbət, rud, rübab, qopuz, çoğur 
Kamanla ifa edilənlər - kamança, çəqanə 
Barmaqla ifa edilənlər (dartımlı) - çəng, Şirvan tənburu 
Zərblə çalınanlar - səntur 
 
 
Qopuz 
 
Ən qədim simli çalğı alətlərindən biridir. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. ABŞ 
arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində 
apardıqları  qazıntılar  zamanı  e.  ə.  VI  minilliyə  aid  edilən  nadir  mədəniyyət  nümunələri  aşkar  edilmişdir.  Bu 
tapıntılardan ən maraqlısı sinəsində qopuz tutmuş ozan və bir neçə başqa musiqiçidən ibarət musiqi məclisinin 
təsvir edildiyi saxsı qabdır. Qopuz türk xalqlarının yaşadıqları geniş coğrafi ərazilərdə məlum olmuşdur. Onun 
müxtəlif  növləri  hətta  bəzi  Avropa  ölkələrində  də  (Ukrayna,  Polşa,  Macarıstan,  Moldova)  “k obuz”, “k obza”, 
“k omuz”, “komız” və başqa adlarla geniş yayılmışdır. Çox güman ki, bu, eramızın IV-V əsrlərində türk tayfaları 
olan hunların Avropaya yürüşü (Xalqların Böyük Köçü) zamanı baş vermişdir.  
Qopuzun iki növü daha geniş istifadə olunmuşdur. 
1)  “Qı l  qopuz”  və  ya  “ikilıq”  kimi  tanınan  və  kamanla  ifa  edilən  ikisimli 
qopuz növü Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və 
hazırda istifadə edilməkdədir. 
2)  Müasir  aşıq  sazının  sələfi  sayılan  üçsimli  “qolça  qopuz”  Azərbaycan 
türklərinin istifadə etdikləri ən qədim simli musiqi alətidir. “Kit abi-Dədə Qorqud” 
dastanlarında xatırlanan qolça qopuz bir neçə adda təqdim olunur. Kitabda adları 
çəkilən “quruluca qopuz”“alça qopuz” ayrı-ayrı alətlərin deyil, eyni bir alətin 
müxtəlif cəhətlərini açıqlayır. 
Əbdülqadir  Maraği  “M əqasid  əl-əlhan”  əsərində  qopuzun  iki  növünün  - 
“r umlular qopuzu” və “oz an qopuzu”nun quruluşu barədə məlumat vermişdir. 
Güman  ki,  «qopuz»  sözünün etimologiyası  qop  -  qədim  türkcədə  ucalıq”, 
yüksəklik”, uz isə avaz”, “sehrli musiqi ahəngi” anlamını verir. 
 Qədim türk qopuzları, əsasən, ikisimli və üçsimli olmuşdur. Altay, Sibir, Çin, 
Uyğur və Türkmənistan ərazilərində məskunlaşan türk tayfaları ikisimli, Anadolu 
və  Azərbaycan  türkləri  isə  üçsimli  qopuzdan  istifadə  etmişlər.  Qolça  qopuzun  çanağı  udabənzər  olub,  ondan 
xeyli kiçikdir. Çanaq hissəsi bütövyonma üsulu ilə hazırlanır. Onun üzünün 2/3 hissəsi dəri, qalan hissəsi isə 
nazik  taxta  üzlüklə örtülür.  Qopuzun  qısa  qoluna  pərdələr  bağlanılmır.  Ümumi  uzunluğu  810  mm,  çanağının 
uzunluğu 410 mm, eni 240 mm, hündürlüyü 120 mm-dir.  
Diapazonu böyük oktavanın ”si” səsindən birinci oktavanın “lya” səsinə kimidir. 
 
Çoğur 
 
Tarixi  qaynaqlardan  aydın  olur  ki,  XII-XVI  yüzilliklərdə,  qopuzun  sazla  əvəzlənməsi  arasındakı  dövrdə, 
Qafqaz,  İran  və  Anadoludakı  sufi  mərasimlərində,  dərviş-aşıq  məclislərində  “çağır”,  “çaqur”,  “çuqur”, 
“çoğur” adlı musiqi alətindən istifadə edilmişdir. Ehtimal ki, çoğur “ha qqı, allahı çağırmaq üçün istifadə edilən 
musiqi  aləti” mənasını  verir.  Bu  sözün  dilimizdə  işlənən  “çal-çağır”  ifadəsindən  törənməsini  və  sonralar 
“ç oğur” kimi  formalaşmasını  də  güman  etmək  olar.  Müxtəlif  tarixi  mənbələrdən  məlumdur  ki,  Orta  əsrlərdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə