Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   12   13   14   15   16   17   18   19   ...   94

31 
 
Səfəvi  dövlətinin  ordusunda  yüksək  döyüş  əhval-ruhiyyəsi  yaratmaq  üçün  çoğur  musiqi  alətindən  istifadə 
etmişlər.  
XVI yüzilliyin əvvəllərindən bəhs edən “Cahan arayi-Şah İsmayıl Səfəvi” salnaməsində 
bu  barədə  deyilir:  “...Qa lib  yürüşlü ordunun  qarşısında  çuxurlar  çalmaq,  türkü-varsağılar 
oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar”.  
Əli Rza Yalçının “C ənubda türkmən çağları” əsərində çoğurun 9 teli 15 pərdəsi və gözəl 
səs  tembri  olmasından  söz  açılır.  Tarixi  faktlardan  belə  qənaətə  gəlmək  olar  ki,  XII-XIII 
yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi 
mərhələləri  olmuşdur.  Ancaq  çoğurun  başqa  növləri  Qafqazda,  eləcə  də  İraq  türkmənləri 
arasında dövrümüzə qədər gəlib çatmışdır.  
Azərbaycan  tarixi Muzeyinin fondunda  saxlanılan  XIX  əsrə  aid çoğur  musiqi aləti üç 
qoşa simdən və 22 pərdədən ibarətdir. 
Alətin  çanağı  tut  ağacından  yığma  üsulu  ilə  hazırlanır.  Çanağın  üst  hissəsi  4  mm 
qalınlığında  ağac  üzlüklə  örtülür.  Qol  və  kəllə  hissəsi  qoz,  aşıqları  isə  armud  ağacından 
hazırlanır. Ümumi uzunluğu 880 mm, çanağının uzunluğu 400 mm, eni 225 mm, hündürlüyü 
140  mm-dir.  Qoluna  22  pərdə  bağlanır.  Çanağın  yan  tərəflərində  2,  üst  hissəsində  isə  səs 
rezonansı üçün bir neçə oyuq açılır.  
Səs düzümü kiçik oktavanın ”do” səsindən ikinci oktavanın “sol” səsinə kimidir. 
 
Çəqanə 
 
Kamanla  çalınan  dördsimli  çalğı  alətidir.  XIX  əsrin  sonlarına  kimi  Azərbaycan  ərazisində  mövcud 
olmuşdur.  XIX  əsrin  birinci  yarısında  Azərbaycanda  olmuş  rəssam  Q.Qaqarin  “Şamaxı 
rəqqasələri”  tablosunda  çəqanənin  təsvirini  vermişdir.  Qətran  Təbrizinin,  İmadəddin 
Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında 
məlumat vardır.  
Bu  alət  2000-ci  ildə  Şotlandiyanın  Edinburq  şəhərində  kamanla  ifa  edilən  simli 
musiqi  alətlərinin  tarixinə  həsr  olunmuş  simpoziumda  iştirakçıların  marağına  səbəb 
olmuşdur.  Alət  armudşəkilli  çanaqdan,  qol  və  kəllədən  ibarətdir.  Çəqanənin  uzunsov 
çanağı  doqquz  hissədən  ibarət  olub,  yığma  üsulu  ilə  qoz,  səndəl  və  ya  fıstıq  ağacından 
hazırlanır. Dayaq rolunu oynayan uzun dəmir şiş çanağın alt hissəsindən keçərək qol ilə 
çanağı birləşdirir. Çanağın üzü 5 mm qalınlığında şam ağacından hazırlanmış taxta üzlüklə 
örtülür və onun üzərində səs rezonatorları üçün oyuqlar açılır. İfaçı şişi yerə dayayaraq, 
aləti şaquli vəziyyətdə saxlayır və sağ əlində tutduğu kamanla səsləndirir. 
 Alətin  ümumi  uzunluğu  820  mm,  çanağının  uzunluğu  420  mm,  eni  220  mm, 
hündürlüyü 140 mm-dir.  
Diapazonu böyük oktavanın «fa #» səsindən ikinci oktavanın «fa #» səsinə kimidir. 
Ansambl və orkestrlə, eləcə də solo aləti kimi istifadə edilə bilər. 
 
Rübab 
 
Mizrabla çalınan simli-dartımlı musiqi alətidir. Orta əsrlərdə Azərbaycanda geniş 
istifadə  edilmişdir.  Nizaminin,  Nəsiminin,  Füzulinin,  S.Ə.Şirvaninin  və  bir  çox 
klassiklərin  yaradıcılığında  rübabın  təsviri  verilmişdir.  X  əsrdə  yaşamış  görkəmli 
alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir. Orta Asiya xalqları 
arasında müxtəlif növləri “kaşqar rübabı”, “tacik rübabı” adları ilə çox məşhurdur.  
Nizami  Gəncəvi  incə  və  zərif  rübabı  nəğməkar  quşların  cəh-cəhi  ilə  müqayisə 
edir. 
Şirvan musiqi məclislərinin bəzəyi olmuş rübab Xaqani Şirvaninin əsərində belə 
tərənnüm edilir: 
 
Mey eşqinə düşmüş rübab, 
Qolunda çox vardır tənab. 
Çəkmiş bu yolda çox əzab 
Quru qamış tək çox sanar. 
 
XVII  əsrdə  çəng  ilə  rübabın  birlikdə  səsləndirilməsinə  işarə  edən  Qivami 
Mütərzim yazır: 


32 
 
 
Gözlərində oynar gözəl və şərab
Qulağında çalır çəng ilə rübab. 
 
XVIII  əsrdən  başlayaraq  rübab Azərbaycanda  tədricən  unudulmuş,  dövrümüzə  qədər  gəlib  çatmamışdır. 
Musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamış rübab yenidən bərpa edilərək səsləndirilir.  
Rübab özünə məxsus çanaq və uzun qoldan ibarətdir. Çanaq tut, qoz və ya fıstıq, qol isə qoz ağacından 
hazırlanır.  Çanağın  üzünə  balıq  dərisindən,  yaxud  öküz  ürəyinin  pərdəsindən  hazırlanmış  üzlük  çəkilir  və 
ipəkdən, yaxud bağırsaqdan eşilmiş iki qoşa və bir tək sim bağlanır. Qolunda 18 pərdəsi olur. Ümumi uzunluğu 
910 mm, çanağının eni 210 mm, hündürlüyü 80 mm-dir.  
Diapazonu böyük oktavanın «si» səsindən ikinci oktavanın «mi» səsinə kimidir. 
 
Bərbət 
 
XVI-XVII  əsrlərə  kimi  Azərbaycanda  istifadə  olunmuş  mizrabla  çalınan  simli  musiqi  alətidir.  Ud  tipli 
alətlər ailəsinə mənsub olan bərbətin gövdəsi uda nisbətən böyük, qolu isə xeyli uzundur. Əsasən, saray musiqi 
aləti sayılan bərbət haqqında Azərbaycan klassiklərinin, o cümlədən Nizami Gəncəvinin yaradıcılığında ətraflı 
məlumat verilib. 
Bərbət sözünün bər - “sinə”, bət – «ördək» sözlərinin birləşməsindən yarandığını güman etmək olar. 
Bəzi  mənbələrdə  isə  onun  ərəb  sözü olub,  “l əpələnmə”, “da lğalanma”  mənasını  verməsi 
qeyd olunur. Tarixi mənbələrdən, eləcə də Nizami yaradıcılığından məlum olur ki, bu alətin 
yaradıcısı öz dövrünün məşhur musiqiçisi, mahir ifaçı Barbəd olmuşdur. Nizami Gəncəvi 
“X osrov və Şirin” poemasında saray musiqiçisi Barbədi belə tərif edir: 
 
Sərxoş bülbül kimi gələndə Barbəd 
Su kimi axırdı əlində bərbət. 
O çala bildiyi yüz xoş nəğmədən 
Seçdi otuzunu özü bəyənən. 
Bu otuz nəğmə ki, Barbəd çalırdı, 
Gah ürək verirdi, gah can alırdı. 
 
Şərq  ölkələrində  bərbətin  müxtəlif  növləri  olmuşdur.  Onun  ilk  vətəni  Səudiyyə 
Ərəbistanı sayılır. Bir çox mənbələrdə bərbətin 3, 8, 10 simli növləri olduğu barədə dəlillər 
vardır.  Simlər  ipək  və  bağırsaqdan  hazırlanır.  Bərbət,  əsasən,  3  hissədən  -  çanaq,  qol  və 
kəllədən  ibarətdir.  Çanağı  yığma  üsulu  ilə  qoz  və  ya  qırmızı  çinar,  qol,  kəllə  və  aşıqları  isə  qoz  ağacından 
hazırlanır.  Üzü 4  mm  qalınlığında  şam  ağacı  ilə  örtülərək  üzərində  bir  neçə  yerdən  səs  rezonatorları  açılır. 
Qolunda 9-12 pərdə olur.  
Ümumi uzunluğu 665 mm, eni 465 mm, hündürlüyü 250 mm, qolunun uzunluğu 205 mm-dir. Bərbət qədim 
ud kimi, yəni xalis kvarta münasibətində köklənir. Diapazonu böyük oktavanın “m i” səsindən ikinci oktavanın 
“m i” səsinə kimidir. 
 
Şirvan tənburu 
 
Şirvan tənburu armudşəkilli olub, saz tipli alətlər ailəsinə mənsubdur. İki, bəzən üç simdən ibarət çox sadə 
quruluşlu bu musiqi aləti indi də Yaxın Şərq və xüsusən Orta Asiya xalqları arasında geniş 
yayılmışdır.  Tənburun  çox  qədim  tarixi  vardır.  Əl-Fərabi  onun  islam  dinindən  əvvəl 
yaranmasını  qeyd  edir.  Orta  əsrlərdə  saray  və  folklor  musiqisində  geniş  istifadə  olunan 
tənbur  aləti  haqqında  klassiklərin  yaradıcılığında  və  eləcə  də  miniatür  sənət  əsərlərində 
kifayət  qədər  məlumat  verilmişdir.  Füzulinin  “Ye ddi  cam” əsərində  tənbur  belə  təsvir 
edilmişdir: 
 
Rəğbət elə tənburə müğənni gəl ürəkdən
Rəğbət açarı ilə ona bir qapı aç sən. 
Açcaq bir qapı, zahir olub nəşələr ondan
Qəlblər gülərək daim olar gül kimi xəndan. 
 
O, orta əsrlərdə Azərbaycanda çox geniş yayılmış və “Şirvan tənburu” adı ilə məşhur 
olmuşdur. Təbrizlilər tərəfindən çox  sevildiyi üçün sonralar “Şirvan-Təbriz tənburu” kimi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə