Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   13   14   15   16   17   18   19   20   ...   94

33 
 
də adlandırılmışdır.  
Tənbur ifaçılığı Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən tədricən tənəzzül etmişdir.  
Çoxnövlü alət sayılır. Onun Bağdad, Xorasan, Hind, Şirvan və Əfqan növləri mənbələrdə qeyd edilir. Bəzi 
növləri  kamanla  çalınıb  və  “ne y  tənbur”u adlanıb.  Şirvan  tənburu  kiçik  çanaqdan  və  uzun  qoldan  ibarətdir. 
Çanağı  tut,  armud,  qolu  və  kəlləsi  qoz,  üzü isə  tut  və  yaxud  şam  ağacından  hazırlanır.  Qoluna  14-17  pərdə 
bağlanır.  Bundan  əlavə,  bəzən  alətin  üz  hissəsinə  3-4  pərdə  yapışdırılır  ki,  bunlara  da  “xa s  pərdələr” deyilir. 
Şirvan tənburu iki simdən ibarətdir. Alət barmaqla çalındığına görə simlər bir-birindən 20 mm aralı yerləşdirilir. 
Şirvan  tənburunun  köklənmə  qaydası  da  saza  bənzəyir.  Birinci  simdə  melodiya  ifa  olunur,  ikinci  sim  isə, 
musiqinin  xarakterindən  asılı  olaraq,  müxtəlif  cür  köklənir.  Tənbur  Azərbaycan  simli  çalğı  alətləri  arasında 
yeganə alətdir ki, sağ əlin baş və orta barmaqları ilə ifa olunur. Bəzən sağ əlin şəhadət barmağına geydirilən 
üsküyün altına qoyulmuş mizrab ilə də çalınır. Tənburun ümumi uzunluğu 940 mm, çanağının uzunluğu 385 
mm, eni 200 mm, hündürlüyü 135 mm, qolunun uzunluğu 340 mm, kəlləsinin uzunluğu isə 120 mm-dir.  
Şirvan tənburunun diapazonu birinci oktavanın “do” səsindən ikinci oktavanın “mi” səsinə qədərdir.  
 
Çəng 
 
Quruluşu etibarı ilə arfa tipli simli-yaylı musiqi alətidir. Yaranma tarixi çox qədimlərə gedib çıxır. 
Əsasən,  saray  məclislərində  istifadə  olunan  zərif  və  incə  səsli  çəngin  ən  erkən  növləri  İkiçayarası  və 
Misir sivilizasiyalarına aid edilir.  
Azərbaycanın  qədim  mədəniyyət  mərkəzi  olmuş  Bərdə  şəhəri  yaxınlığında  aparılan  arxeoloji 
qazıntılar  zamanı  eramızdan  əvvəl  IV-III  əsrlərə  aid  edilən,  üzərində  çəng 
çalan  qadın  təsvir  edilmiş  saxsı  qab  parçası  tapılmışdır.  Tarixi  mənbələrdən 
belə  məlum  olur  ki,  orta  əsrlərdə  Azərbaycanda  istifadə  olunmuş  çəngin, 
təxminən,  18-24  simi  olmuşdur.  Yazılı  mənbələrdə  və  miniatür  sənət 
əsərlərində  çəng  haqqında  məlumat  olduqca  çoxdur.  Əsasən,  qadınların  ifa 
etdiyi bu aləti Nizami Yeddi gözəl poemasında belə təsvir etmişdir: 
 
Çəng alıb əlinə o dilbər pəri
Söylədi çəkdiyi əziyyətləri. 
Yayıldı çəng səsi, düşdü hər yanə
Nalə aşiqləri etdi divanə. 
 
Çəng  sözünün “t utmaq”,  “y apışmaq”  mənasını  verdiyini  güman  etmək  olar. 
Onun  uzunsov  və  qövsşəkilli  hissəsi  çanağı  təşkil  edir.  Çanağın  açıq  üzünə  balıq 
dərisi çəkilir, aşağı tərəfinə bərkidilmiş uzunsov hissə isə qol rolunu oynayır. Bu hissədə aşıqlar yerləşdirilir. 
Simlərin  bir  ucu  çanaq  hissədə  dəri  üzərində  yerləşdirilmiş  metal  ilgəklərə,  o  biri  ucları  isə  taxta  aşıqlara 
bağlanır.  
Bərpa olunmuş çəngin bağırsaqdan və ipək sapdan hazırlanmış 30 simi vardır. Alətin ümumi hündürlüyü 
930 mm, çanağının hündürlüyü 850 mm, qolunun uzunluğu 665 mm-dir.  
Xromatik sıraya malik 30 səsdən ibarətdir. Diapazonu kiçik oktavanın «sol» səsindən ikinci oktavanın «si» 
səsinə kimidir. Çəng solo və ansambl aləti sayılır. 
 
Rud 
 
Qədim  simli  çalğı  alətidir.  Orta  əsr  Azərbaycan  klassiklərinin  əsərlərində  təsvir  edilmişdir.  Rud  Nizami 
Gəncəvinin “İsgəndərnamə” əsərində belə vəsf olunmuşdur:  
 
Müğənni, çal rudu, gəl dadıma çat, 
Məni bu amansız yuxudan oyat. 
Bəlkə, rudun səsi axar çay kimi 
Dincəltsin susamış yanar qəlbimi
 
Əbdülqadir  Maraği  risaləsində  rud  barədə  yazır:  “Ru d  xani:  onun  səthinin  yarısına 
kimi  dəri  çəkilir,  qoluna  pərdələr  bağlanılır.  4  simli  olur.  İstifadə  qaydası  qədim  uddakı 
kimidir”.  Əsasən,  saray  çalğı  aləti  sayılan  rud  XVI-XVII  əsrlərə  kimi  Azərbaycan 
ərazisində istifadə olunub. Araşdırmalardan məlum olur ki, rudun ilk nümunələrinin çanağı 
balqabaqdan,  simləri  isə  ipək  sapdan  və  yaxud  bağırsaqdan  hazırlanıb.  Onun  xarici 
görünüşü  də  balqabağı  xatırladır.  Quruluşu  etibarı  ilə  başqa  simli  çalğı  alətlərindən 


34 
 
fərqlənən rudun üzünün yarısı balıq dərisi ilə, qalan hissəsi isə şam ağacından hazırlanmış üzlüklə örtülür. İlk 
zamanlar barmaqla, sonralar isə yumşaq materialdan hazırlanmış mizrabla çalınıb.  
Çanağı tut, ərik, qolu və kəlləsi qoz, aşıqları armud ağacından hazırlanır. Rudun qoluna 12 pərdə bağlanılır. 
Bəm səsə malikdir. Alətin ümumi uzunluğu 860 mm, çanağının uzunluğu 495 mm, eni 335 mm, hündürlüyü 
170 mm, qolunun uzunluğu 285 mm-dir.  
Səs düzümü böyük oktavanın “mi” səsindən ikinci oktavanın “si” səsinə kimidir. 
 
Səntur 
 
Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən 
başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi 
aləti  sayılır.  Əfsanəyə  görə,  Davud  peyğəmbər  bir  sıra  musiqi  alətlərinin,  o  cümlədən  sənturun  yaradıcısı 
olmuşdur.  Səntur  haqqında  R.Yektabəy  yazır:  "Bu  çalğı  aləti  çox  qədim  olub,  "Tövrat"da  "psanterin" 
adlandırılır. Səntur kəlməsi bunun başqa bir şəklidir". 
Yatıq sazların müxtəlif növləri, əsasən, Şərq və Qərb ölkələrində geniş yayılmışdır. Ən qədim  və sadə 
nümunələrinə Tuva və Xakas xalqları arasında rast gəlmək olar. Bu 
növ  alətlər  ruslarda  "qusli",  belarus  və  moldovalılarda  "simbal", 
çuvaşlarda  "kyesli",  tatarlarda  "quslya",  estonlarda  "kannel", 
gürcülərdə  "santuri",  özbəklərdə  "çəng"  və  s.  adlar  daşıyır. 
Osmanlı  türklərində  2  növ  səntur  mövcuddur  alafranqa  və  türk 
sənturları.  Quruluşuna,  çalğı  tərzinə,  səs  düzümünə  və  başqa 
cəhətlərinə görə sənturun bu növləri bir-birinə çox yaxındır. 
9 xərəkli diatonik səntur hazırda İranda - Cənubi Azərbaycan 
ərazisində geniş yayılmışdır. 9 xərəkli dedikdə, alətin bir tərəfinin 
xərəkləri nəzərdə tutulur. Əslində, alətin 18 xərəyi (9-9)  vardır. Digər növü 24 xərəkli sənturdur (12-12). Bu 
səntur isə şərti olaraq xromatik alət növünə aid edilir. İranda bu alətin irihəcmli həmnövlərinə bəm sənturlarına 
rast gəlinir. 
Səntur  xarici  görünüşünə  görə  trapesiyaşəkilli  taxta  qutuya  oxşayır.  Alət  çərçivədən,  üst  və  alt  taxta 
qapaqlardan ibarətdir. Bütün hissələri seçmə növ qoz ağacından hazırlanır. Aşıq və simgirlər metaldan olur. Alt 
taxtası  7  mm,  üst  hissəsi  isə  5  mm  qalınlığında  bütöv  bir  lövhədən  ibarətdir.  12  xərəkli  sənturun  ümumi 
uzunluğu 892 mm, eni 315 mm, hündürlüyü 69 mm-dir. Simlər metaldan olur. Hər bir xərəkdən 4 eyni kökdə 
sim keçir. Simlərin ümumi sayı 96-dır. 
Səntur transpozisiya olunmayan alət sayılır. İfaçılar arasında, əsasən, üç adda alət işlədilir: sol, lya və si 
köklü sənturlar. 
12 xərəkli sənturun diapazonu böyük oktavanın "mi" səsindən ikinci oktavanın "lya #" səsinə kimidir. 9 
xərəkli sənturun diapazonu kiçik oktavanın "mi" səsindən birinci oktavanın "re" səsinə kimidir. 
 
 
Saz 
 
Saz təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz 
sənətinin  ayrılmaz  tərkib  hissəsidir.  Saz  eyni  zamanda  türk  dünyasının,  türk 
mənəviyyatının rəmzlərindən biridir.  
Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyor və 
rəqs  (plastika)  sənətlərini  birləşdirən  saz-söz  sənəti,  muğam  sənəti  ilə  yanaşı, 
Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda 
şaman,  qam,  oyun,  baxşı,  yanşaq,  varsaq  və  nəhayət,  ozan  kimi  tanınan  sənətkarlar 
bugünkü aşığın əcdadları sayılırlar.  
Ozan  sənəti  minilliklər  və  yüzilliklər  boyu  böyük təkamül  yolu  keçərək,  aşıq 
sənətinə  çevrildiyi  kimi,  qopuz  da  ona  oxşar  təkamül  yolu  keçərək  saz  aləti  şəklini 
almışdır.  
Saz  artıq  Şah  İsmayıl  Xətainin  dövründə  (XVI  əsr)  indiki  şəklini  almışdı.  Şah 
İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir: 
 
Bu gün ələ almaz oldum mən sazım 
Ərşə dirək-dirək çıxar mənim avazım 
Dörd iş vardır hər qarındaşa lazım 
Bir elm, bir kəlam, bir nəfəs, bir saz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə