Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   14   15   16   17   18   19   20   21   ...   94

35 
 
 
Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı 
(akustika) baxımından danılmaz üstünlükləri ilə seçilir.  
Sazın çanağı tut ağacının seçmə növlərindən, qolu isə qoz ağacından hazırlanır. Çanağın gövdəsi bir-birinə 
bərkidilmiş tək sayda (adətən 9) taxta qabırğa”lardan yığılır. Bu “qa bırğa”lar qol ilə çanağıbirləşdirən küp” 
adlı kiçik hissənin üzərində yığılır və sonra qol əlavə edilir. Çanağın üstü nazik taxta üzlüklə örtülür və qoluna 
16-17 pərdə bağlanılır. Azərbaycanda ölçüləri ilə fərqlənən tavar saz və yaxud ana sazın 9, bəzən 8 simi, ondan 
bir qədər yığcam orta, yaxud qoltuq sazın 6, bəzən 7 simi, kiçik cürə sazın isə 4-6 simi vardır. Bir vaxtlar simlər 
yüksək keyfiyyətli poladdan hazırlanıb, gümüş suyuna salınarmış. Onlar heç zaman paslanmaz və çox az halda 
qırılarmış.  
Xalq çalğı alətləri orkestrində saz solo alət kimi istifadə olunur. Adətən, bunlar qoltuq və ya cürə sazlardır. 
Saz, əsasən, gilas ağacının qabığından hazırlanmış təzanə ilə səsləndirilir. Çox hallarda alətin qolu və çanağın 
yan tərəfləri təbii sədəflə bəzədilir.  
Əsas  saz  hesab  edilən  tavar  sazın  ümumi  uzunluğu  1,200  mm,  çanağının  dərinliyi  200  mm  olur.  Onun 
diapazonu 1-ci oktavanın do səsindən 2-ci oktavanın sol səsinə qədərdir.  
 
Tar 
 
Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və 
təkmil çalğı alətidir.  
Dahi  bəstəkar  Üzeyir  Hacıbəyov  tarın  texniki  ifaçılıq  imkanlarına,  akustik  səslənmə  xüsusiyyətlərinə 
istinad edərək yazır: “ Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”. 
“Tar ” sözünün farsca lüğəti mənası tel, sap deməkdir. Başqa musiqi alətləri kimi, təbiidir ki, müasir tar da 
özündən əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranmış və əsrlər boyu formalaşmışdır.  
Tarın  adına  Orta  əsr  klassiklərimizdən  Qətran  Təbrizinin,  Nizami  Gəncəvinin,  Məhəmməd  Füzulinin  və 
başqalarının əsərlərində rast gəlmək olur. N.Gəncəvinin “İsgəndərnamə” əsərində şair tarı belə təsvir edir: 
 
Müğənni, tək bircə gecə də çal tar
Məni bu dar yolda əzabdan qurtar! 
Bəlkə, genişlənsin, açılsın yolum, 
Köçüm, bu daşlıqdan asudə olum... 
 
Dü tar, se tar, çahar tar, pənc tar və şeş tar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. 
Əbdülqadir  Maraği  “ Məqasid  əl-əlhan”  əsərində  şeş  tar  (6  simli)  barədə  məlumat  verərək,  onu  geniş  təsvir 
etmişdir.  
Orta əsr rəsm əsərlərində də tarın təsvirinə rast gəlmək olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya 
ilə  çəkdiyi  “T arçalan  qız”  əsəri  bu  baxımdan  maraqlıdır.  XIX  əsrin  II  yarısında  Mirzə  Sadıq  Əsəd  oğlu 
(Sadıqcan; 1846-1902) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmiş, simlərinin sayı artırılaraq 5-dən 
11-ə çatdırılmışdır. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır.  
Müasir  tar  ifaçılığı  XX  əsrdə  daha  güclü  inkişaf  mərhələsinə  başlamışdır.  Belə  ki,  1931-ci  ildə 
Ü.Hacıbəyov və M.Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri 
orkestrində  tar  aparıcı  alət  kimi  əsas  yeri  tutmuşdur.  Əsası  Ü.Hacıbəyov  tərəfindən 
qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırmışdır.  
Tar, əsasən, muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi 
istifadə edilib və bu gün də muğam sənətinin inkişafında müstəsna rol oynayır. Muğam 
operalarında solo oxumaları tarın müşayiəti ilə aparılır. Azərbaycan bəstəkarları tar ilə 
orkestr üçün bir çox irihəcmli konsertlər yazmışlar.  
Quruluş və forma etibarı ilə başqa simli musiqi alətlərindən fərqli olan tar, əsasən, 
üç hissədən - çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə 
hissələri isə qoz ağacından hazırlanır. Ümumi uzunluğu 850 mm, çanağının hündürlüyü 
165 mm, eni 185 mm-dir.  
Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif 
diametrli  11  metal simləri vardır.  Sümük  və  ya  ebonitdən hazırlanmış  kiçik  mizrabla 
səsləndirilir. Simlər üç qrupa bölünür: 
1. Ağ, sarı və kök simlər (hər biri bir cüt olur). 
2. Kök sim (tək qalın sim yalnız muğamla ifa olunur). 
3. Zəng simlər (cingənə; iki cüt olur). 


36 
 
Tar sinədə üfüqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının 
arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında 
sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla 
çalınır.  
İfa  zamanı  texniki  və  bədii  imkanları  təmin  etmək  üçün trel  və  müxtəlif  mizrabvurma  üsullarından, 
ştrixlərdən istifadə edilir. Üst-mizrab, alt-mizrab, üst-alt- mizrab, alt-üst-mizrab, rux (sağ-sol) mizrab, santur-
 mizrab  (üst-alt-üst)  və  digər  ştrixlərdən  əlavə,  lal  barmaq  dartma  sim  (vibrasiya),  sürüşdürmə  barmaq 
(qlissando) kimi ştrix və üsullardan da istifadə olunur.  
İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı 
yaranan effekt xum” adlanır.  
Tar  üçün  notlar  «do»  sistemli  metso-soprano  açarında  yazılır.  Tarın  səs  düzümü  xromatik  olub,  2,5 
oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın «do» səsindən ikinci oktavanın «sol» səsinə kimidir. 
 
Kamança 
 
Kamanla çalınan simli musiqi alətidir. Müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında 
yayılmışdır.  Kamança  ifaçılığının  Azərbaycanda  yüksək  inkişafı  XIX  əsrin  ikinci  yarısından  başlayaraq 
xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır.  
İlk  nümunələri  balqabaqdan,  hind  qozundan  hazırlanar,  fil  sümüyü  ilə  bəzədilərmiş.  bir  və  ikisimli 
kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. Kamança Orta əsr klassiklərinin əsərlərində 
geniş təsvir olunmuşdur. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin “M usiqi məclisi” 
rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilmişdir.  
Əbdülqadir Maraği əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da 
adını  çəkmiş  və  onun  haqqında  məlumat  vermişdir.  XVII  əsrdə  Azərbaycana 
səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli 
alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir. Nizami Gəncəvinin 
“X osrov və Şirin” poemasında kamança belə təsvir edilir: 
 
Kaman musa kimi yanır, inləyir, 
Çalan xanəndəni durub dinləyir. 
Oxuyan bir gözəl qəzəl başladı 
Bu keyfi-işrəti çox alqışladı. 
 
Keçən  əsrdə  üçsimli,  dördsimli  və  hətta  beşsimli  kamançanın  mövcudluğu 
məlumdur.  Azərbaycan  Tarixi  Muzeyinin  etnoqrafiya  fondunda  saxlanılan  XIX 
əsrə  aid  beşsimli  kamança  bu  baxımdan  maraqlıdır.  Həmin  muzeydə  görkəmli 
bəstək ar Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. Üç 
simdən  ibarət  olan  bu  kamançanın  çanaq  və  qol  hissələri  yüksək  zövqlə  təbii 
sədəflə bəzədilmişdir. XIX əsrə aid edilən bu alətin maraqlı cəhəti ondan ibarətdir 
ki, onun çanağı yarı hissədən şaquli şəkildə kəsilmiş və üzərinə dəri çəkilmişdir.  
Kamança  çanaq,  qol  və  çanağın  içərisindən  keçərək,  onun  hər  iki  hissəsini  birləşdirən  şişdən  ibarətdir. 
Çanaq, qol və aşıqlar qoz ağacından xüsusi dəzgahda yonulma üsulu ilə hazırlanır. Çanağın üzünə nərə balığının 
dərisindən  hazırlanmış  üzlük  çəkilir.  Alətin  səslənməsinin  yaxşı  təmin  edilməsində  qol  ilə  simlər  arasındakı 
məsafənin dəqiq təyin edilməsi vacib şərtdir. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 
mm-dir.  
Diapazonu  kiçik  oktavanın  «lya»  səsindən  üçüncü oktavanın  «lya»  səsinə  kimidir. Kamança  üçün notlar 
«sol» açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir. 
 
Qanun 
 
Yatıq  sazlar  ailəsinə  mənsub  olub,  dartımlı-simli  musiqi  alətidir.  Yaxın  və  Orta  Şərqdə,  eləcə  də 
Azərbaycan ərazisində tarixən geniş yayılmışdır.  
Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində qanun 
haqqında  məlumat  verilmişdir.  XII  əsrdə  yaşayıb-yaratmış,  Şərq  musiqi  elmini  dərindən  bilən  şairə  Məhsəti 
Gəncəvi qanun və çəng alətlərinin məharətli ifaçısı olmuşdur.  
Əsasən, qadınlar tərəfindən ifa edilən bu aləti Füzuli “ Yeddi cam” əsərində belə təsvir etmişdir: 
 
Bir gün gecə məclisimiz vardı ki, ondan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə