Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   16   17   18   19   20   21   22   23   ...   94

40 
 
Azərbaycan  xalq  rəqslərinin  toplanılmasında,  qorunub  saxlanılmasında,  təbliğində  Ü. Hacıbəyovun, 
habelə  onun  təşəbbüsü ilə  1936-cı  ildə  Azərbaycan  Dövlət  Filarmoniyasının  nəzdində  müstəqil  xor  və  rəqs 
qrupu  kimi  yaradılan,  1938-ci  ildə  vahid  kollektivdə  birləşdirilən  Azərbaycan  Dövlət  Mahnı  və  Rəqs 
Ansamblının  (hazırda  Fikrət  Əmirovun  adını  daşıyır),  1970-ci  ildə  yaradılmış  Azərbaycancan  Dövlət  Rəqs 
Ansamblının  böyük  xidmətləri  var.  Gəncədə  Dövlət 
"Göy-göl" Mahnı və Rəqs Ansamblı fəaliyyət göstərir. 
Xalq  rəqslərinin  populyarlığında  özfəaliyyət 
kollektivlərinin ("Çinar", "Yallı", "Şənlik", "Halay" və 
s.)  rolu  əhəmiyyətlidir.  Qəmər  Almaszadə,  Əlibaba 
Abdullayev,  Böyükağa  Məmmədov,  Əminə  Dilbazi, 
Afaq  Məlikova,  Roza  Cəlilova,  Təranə  Muradova  və 
başqaları 
tanınmış 
Azərbaycan 
rəqqaslarıdır. 
Azərbaycan  peşəkar  və  özfəaliyyət  rəqs  kollektivləri 
xarici  ölkələrdə  dəfələrlə  qastrol  səfərlərində  olmuş, 
həmin  ölkələrin  tamaşaçılarını  xalqın bu  dəyərli  sənət 
nümunələri  ilə  tanış  etmişlər.  Azərbaycan  MEA 
Memarlıq  və  İncəsənət  İnstitutunda  xalq  rəqsləri 
öyrənilir. 
Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetində  və  Bakı  Xoreoqrafiya  Məktəbində  rəqs 
sənəti tədris olunur. 
Zemfira Səfərova 
 
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. “R əqs” məqaləsi. Bakı, 
2007, səh. 801-802. 
 
 


41 
 
Aşıq yaradıcılığı 
 
YUNESKO-nun Qeyri-maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu 
il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 
4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti 
YUNESKO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Bu hadisə aşıq 
sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu 
beynəlxalq səviyyədə bir daha təsdiqləyir. 
 
Erkən orta əsrlərdə oğuz türklərinin estetik düşüncəsinə daxil olan aşıq dövrünün qabaqcıl adamı, epik və 
lirik təfəkkürün ozandan sonrakı yaradıcılıq mərhələsini bütöv şəkildə üzərinə götürən peşəkar ifaçı idi. Aşıq, 
eyni zamanda sənətin sinkretizmini davam etdirib yaşadan, söz qoşub saz çalan, qoşulan nəğmələri məharətlə 
oxuyan, dastan qoşan, saz havaları yaradan, bütün havacatı öz sazında çalıb-çağıran, söylədiyi nağılı, dastanı 
müxtəlif rəqslər, pantomim mizanlar - qaş, göz, bədən hərəkətləri ilə bəzəyən, sazla sözün vəhdətini yaradan, öz 
dinləyicisinə yüksək mənəvi-əxlaqi və estetik dəyərlər aşılayan improvizatorçudur. 
Aşıq yaradıcılığı tarixən şifahi şəkildə yaranıb yayılan söz sənətidir. Onu xalq yaradıcılığı ilə bağlayan 
cəhətlərlə yanaşı, bu yaradıcılıqdan ayıran xüsusiyyətlər də yox deyildir.  
Aşıq  poeziyasının  xalq  yaradıcılığının  tərkib  hissəsi  olduğunu  təsdiqləyən  arqumentlərin  sayı  çoxdur. 
Onların böyük əksəriyyəti aşıq poeziyasının xalq yaradıcılığı qaynaqlarından süzülüb gəldiyini göstərməkdədir. 
Birincisi,  aşıq poeziyası  şifahi şəkildə yaranır, canlı xalq danışıq dilinə əsaslanır. Bu dilin bədii imkanlarmı 
açıqlayır, onun geniş yaradıcılıq gücünə malik olduğunu əks etdirir. 
İkincisi, xalq şeiri şəkillərinə, həmin şeirin şəkli xüsusiyyətləri, poetik ölçüləri zəmininə əsaslanır, onlar 
üzərində yaranıb inkişaf edir. 
Üçüncüsü, aşıq folklor yaradıcılığı sistemində - fərd-kollektiv-fərd-kollektiv prosesində fərd funksiyasını 
yerinə yetirir. Burada fərdi əvəzləyən aşığın iştirakı yalnız qeyri-anonimliyi ilə fərqlənir. Elə bu xüsusiyyət xalq 
yaradıcılığı  ilə  aşıq  poeziyasını  bir-birindən  ayıran  başlıca fərqi  üzə  çıxarır.  Bu  isə  aşıq  yaradıcılığının  tarixi 
təkamülü prosesində daha bir sıra başqa özünəməxsusluqlar yaradır ki, onların da fərdi sıra düzümü vardır. 
Birincisi,  yuxarıda  deyildiyi  kimi,  xalq  yaradıcılığı  anonim,  aşıq  yaradıcılığı  isə  müəlliflidir.  Aşıq 
şeirində  müəllifin  adı  hər  bir  poetik  parçanın  sonuncu  bəndinə  möhürlənir,  həmin  bənd  «möhürbənd»  hesab 
edilir.  Aşıq  yaradıcılığının  zaman  və  məkan  hüdudu  da  əksər  hallarda  məlum  olur.  Məsələn,  Qurbaninin 
yaşadığı  dövr,  zaman  məlum  olduğu  kimi,  Aşıq  Ələsgərin,  Xaltanlı  Tağının,  Molla  Cümənin,  yaxud  Aşıq 
Şakirin  və  başqa  sənətkarların  dövrü, yaradıcılığı  barədə  məlumatlar  qorunub  saxlanır.  Bundan  əlavə,  aşığın 
şəxsiyyəti  ilə  bağlı  bir  sıra  başqa  məlumatlar  da  müxtəlif  rəvayətlər  vasitəsi  ilə  sonrakı  nəsillərə  çatdırılır. 
Avtobioqrafik dastanlar isə belə məlumatları qismən daha bütöv şəkildə yaşada bilir. 
İkincisi, aşıq poeziyasının bütün nümunələri heç də bədahətən yaranmır, bir sıra aşıq şeiri şəkilləri bizə 
yazılı şəkildə gəlib çatmışdır. Yeni dövr folklor yaradıcılığı mərhələsindən sonra bu ənənə xüsusilə güclənmiş, 
sovet dövründə isə daha kütləvi hal almışdır. 
Aşıq  yaradıcılığını  ağız  ədəbiyyatının  ümumi  mündəricəsindən  ayırmağa  imkan  verən  daha  bir  neçə 
başqa  xüsusiyyət  də  göstərmək  olar.  Lakin  bütün bunlara  baxmayaraq  o,  tarixən  yaranıb  formalaşması  üçün 
mühüm, başlıca şərt olan şifahi ənənənin inkişafının ayrı-ayrı mərhələlərində qoruyub saxlamış və artan sürətlə 
davam  etdirmişdir.  Bu,  aşığın  həm  peşəkar  ifaçılığında,  improvizatorçuluğunda,  həm  də  sənət  sinkretizminin 
mühafizəsində və repertuar zənginliyində özünü göstərir. Həmən çoxcəhətlilik 
fonunda  diqqət  yetirdikdə  aydın  görünür  ki,  aşıq  yaradıcılığı  təpədən-
dırnağa folklor hadisəsidir. 
Orta  əsrlərin  zəngin  və  qüdrətli  aşıq  yaradıcılığı,  bu  dövrün Qurbani, 
Abbas  Tufarqanlı,  Xəstə  Qasım,  Sarı  Aşıq  və  onlarla  sonrakı  dövrün 
sənətkarlarının yaradıcılığı ən azı iki-üç yüz il xalqın dilində yaşadıqdan sonra 
yazıya  alınmışdır.  Sonrakı  sənətkarların  yaradıcılığının  yazıya  köçürülmə 
arasındakı  zaman  müddəti  azalsa  da  onları  da  xalq  yenə  yaddaşdan  yazıya 
vermişdir. Aşıq Alının, Aşıq Ələsgərin, Aşıq Hüseyn Bozalqanlının və bir çox 
digər sənətkarların yaradıcılığı buna nümunədir. İstər orta əsr, istərsə də XX 
əsrin  ilk  onilliklərinə  qədərki  aşıqların  yaradıcılığında  yazılı  ənənə  ilə  bağlı 
elə bir güclü təsir yoxdur. Aşıq poeziyası həmin dövrlərdə də erkən kökləri və 
dayaqları  üzərində  inkişafmı  davam  etdirmişdir.  İstər  aşığın  bədahətən  söz 
deməsi,  onun  öncəgörməsi,  improvizatorçuluq  məharəti,  istərsə  də  nağıl,  dastan  söyləməsi,  müxtəlif  tipli 
rəqsləri, pantomim mizanları və s. bütünlüklə folklor ənənələrinə söykənir. Təbii ki, bu gün aşıq sənətinin bir 
sıra  klassik  mizanları  unudulub  sıradan  çıxmış,  deformasiyalara  uğramışdır.  Onun  müəyyən  ənənələri  sovet 
dövründə təhrif edilmişdir. Aşıq yaradıcılığının folklordan ayrılma prosesi nəzərə çarpmağa başlamışdır. Lakin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə