Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   18   19   20   21   22   23   24   25   ...   94

43 
 
Bütün təhriflərinə  baxmayaraq  aşıq  sənətinin  xalq  arasında  geniş  şəkildə  yayılmasında,  onun  qorunub 
saxlanmasında və sonrakı nəsillərə ötürülməsində ifaçı aşıqların əməyi böyük olmuşdur. Onların aşıq sənətinin 
kütləviliyini, özünə məxsus ənənələrini qoruyub saxlamaq sahəsindəki rolu da əvəzsizdir. 
Aşıqların üçüncü qrupuna el şairləri daxil edilir. Təəssüf ki, bu gün folklorşünaslıqda bəzən el şairinin 
statusu təhrif olunur. Hələ qədimdən el şairi yazı-pozu bilməyən, heç bir təhsil almayan, öz fitri istedadın gücü 
ilə söz qoşan sənətkarlar hesab edilirdi. Onlar el şairlərinin birinci tipi idi. Belə sənətkarlar saz çalmağa, məclis 
aparmağa da meyil göstərməzdilər. Lakin qoşub düzdükləri şerlər xalqın dilindən düşməzdi. Bu tipli sənətkarlar 
xalq arasında dünən də olmuşdur, bu gün də vardır. Göyçə aşıq məktəbi el şairi - söz qoşub düzən sənətkarların 
vətəni kimi tarixən çox səciyyəvidir. On illərlə bundan qabaq aşıq şeiri şəkillərində yazıb yaradan el şairləri bu 
gün eyni adla öz peşəsini davam etdirməkdədirlər. 
Sonrakı  mərhələlərdə  el  şairi  anlayışının  məzmun  çevrəsi  bir  qədər  genişləndi.  Xüsusilə  Şirvan  aşıq 
şeirində  müxtəlif  üslublarda  yazıb-yaradan,  kamil  mədrəsə  təhsili  almış  sənətkarlar  da  el  şairi  kimi  təqdim 
edildi.  Ümumiyyətlə,  aşıq  tarixən  ictimai-siyasi  həyatda  baş  verən  dəyişikliklərdən  kənarda  qalmamışdır. 
Əksinə,  həmin  dəyişikliklərdə  fəal  iştirak  etmişdir.  Orta  əsrlərdən  üzü bəri  gəldikcə  aşığın  yazı-pozu  bilib-
bilməməsinin aşıqlıq şərti kimi qəbul edilməsi əslində aradan qalxmağa başlayır. XIX  əsrin ikinci yarısından 
dövrünün qabaqcıl adamları olan aşıqlar yazı-pozuya meyl göstərməyə, zaman keçdikcə daha mükəmməl təhsil 
almağa meyilli olmuşlar. O dövrlərin mükəmməl təhsili isə əsasən mədrəsə təhsili olub yazı-pozu öyrənməkdən, 
sonralar  isə  müstəqil  şəkildə  dünyəvi  və  islami  dəyərlərə,  biliklərə  yiyələnmək  ənənəsi  ilə  bağlı  olmuşdur. 
Məsələn, Qurbani, Aşıq Valeh, Molla Cümə və başqaları belə bir sənət yolu keçmişlər. Aşıq Ələsgərin də yazı-
pozu bilib-bilməməsi məsələsində vahid fikir yoxdur. Aşığın yaradıcılığı onun da mükəmməl  mədrəsə təhsili 
aldığını göstərməkdədir. 
Sonrakı zamanlarda da bu ənənələr davam etdirilmişdir. O taylı-bu taylı Azərbaycanın XX əsrin ikinci 
yarısından  sonrakı  aşıq  sənəti  nümayəndələrinin  böyük  bir  qismi  əsasən  müəyyən  təhsil  görmüş  adamlar 
olmuşdur.  Bu  günün özündə  də  həmin  ənənə  artan  sürətlə  davam  etməkdədir.  Demək,  yazı  mədəniyyətinə 
yiyələnib-yiyələnməmək  aşıq  statusuna  elə  bir  xələl  gətirə  biləcək,  yaxud  onun  hansısa  bir  ölçüsünə  zərər 
vuracaq hal hesab edilə bilməz. Əksinə, bu, aşıq yaradıcılığının məzmun dolğunluğuna təsir göstərən bir amil 
kimi dəyərləndirilməkdədir. Aşığın cəmiyyətdəki aparıcı mövqeyi əslində bu sənətkarların yazılı mədəniyyətə 
meylli olduğunu göstərir. Məhz bu baxımdan el şairlərinin ikinci tipini yazı-pozu ilə məşğul sənətkarlar təşkil 
edir. 
Həm  yazı-pozu  bilməyən,  həm  də  müəyyən  təhsil  görən  şəxslər  aşıq  poeziyasını  məzmun  etibarı  ilə 
olduğu kimi, forma və şəkil baxımından da zənginləşdirmişlər. Onların adı ilə bağlı çoxlu şer nümunəsi yaranıb 
peşəkar ifaçılığa verilmişdir.  
El  şairi  statusunun  bəzi  hallarda  başqa  şəkildə  yozulub  təhrif  edilməsinə  də  təsadüf  edilir.  Bəzi 
tədqiqatlarda  xalq  şeri  üslubunda  tək-tək  şerlər  yazan,  aşıq  poeziyası  ilə  bir  o  qədər  də  əlaqəsi  ol-mayan 
maarifçi ziyalı qadınlar da el şairi, qadın aşıq kimi təqdim edilir. Bu cəhət Şirvan aşıq məktəbinin adı ilə bağlı 
tədqiqatlarda  özünü daha  çox  göstərir.  Şirvan  şairlərinin  böyük  bir  qismi  XIII  əsrdən  başlayaraq  XVIII  əsrə 
qədər klassik poetik üslubla yanaşı, tək-tək hallarda xalq şeri şəkillərində də müəyyən nümunələr yaratmışlar. 
XVIII əsrdə Molla Pənah Vaqifin yaradıcılığının, eləcə də sonralar Qarabağ ədəbi mühitinin təsiri ilə bu ənənə 
Şirvanda  genişlənmişdir.  Xalq  şerinə  müraciət  poeziyaya,  sənətə  meyl  edən  bir  sıra  qadın  sənətkarların 
yaradıcılığında  da  özünü göstərməyə  başlamışdır.  Təəssüf  ki,  bu  gün həmin  sənətkarlar,  eləcə  də  xalq  şeri 
üslubunda tək-tək şerləri olan, klassik üslubda yazıb yaradan Şirvan şairləri də el şairi sırasına daxil edilir. 
Ana dilli şerimizin zənginləşməsində bu gün adı bizə məlum olan və ya olmayan Şirvan şairləri Şirvanda 
klassik və xalq şeri üslubunda yaranan poeziyanın daşıyıcılarıdır. Onların hər birinin özünəməxsus yaradıcılıq 
yolu  və  ənənəsi  vardır.  Odur  ki,  bu  sənətkarların  bir  çoxunu,  -  lap  elə  Abdulla  Padarlını,  Mücrim  Kərimi, 
Kəbinəni və onlarla başqalarını aşıq və ya el şairi hesab etmək doğru olmazdı. Klassik poeziyadakı yeri və rolu 
müəyyənləşdirilməklə  yalnız  şərti  olaraq  onları  həm  də  xalq  şeri  üslubunda  yazan  sənətkarlar  hesab  etmək 
mümkündür. Çünki həmin qrupa daxil olanlar özləri də iki yerə ayrılır. Birincisi, klassik üslubda yazıb-yaradan, 
dövrün ab-havasına  uyğun  olaraq  xalq  şerinə  müraciət  edənlərdir.  Onların  bir  çoxu  klassik  vəzndə  yazılmış 
şöhrətli  əsərlərin  müəllifləridir.  Yaradıcılıqlarının  müəyyən  mərhələsində  ayrı-ayrı  səbəblərlə  bağlı,  xüsusilə 
M.P.Vaqif şeirinin təsiri altında xalq şeirinə müraciət etmiş və bu sahədə də qələmlərini sınamışlar. 
İkincisi  isə,  öz  nakam  məhəbbətindən,  qürbət  həyatı  keçirməsindən,  ədalətsizliklərlə  üzləşməsindən, 
eləcə də övlad həsrəti, övlad hüznü və s. ilə bağlı doğan kədərdən gileyli sənətkarlar tərəfindən yaranan tək-tək 
nümunələrdir.  Onların  bir  çoxu  klassik  və  xalq  şeiri  şəkillərində  o  qədər  də  şöhrətli  yaradıcılıq  yolu 
keçməmişlər. Yaxud belələri içərisində daha şöhrətli sənətkarlar da olmuşdur. Lakin bütün bunlara baxmayaraq, 
onlar  da,  aşıq  və  ya  el  şairi  səviyyəsinə  yüksələ  bilməmişlər.  Odur  ki,  bu  tipli  yaradıcıları  da,  xalq  şeiri 
üslubunda yazıb-yaradan sənətkarlar kimi qruplaşdırmaq daha doğru olardı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə