Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   19   20   21   22   23   24   25   26   ...   94

44 
 
Aşıq yaradıcılığının bir sıra özünəməxsusluqlarının öyrənilib dürüstləşdirilməsi müəyyən dərəcədə onun 
inkişaf yolunun düzgün müəyyənləşdirilməsindən başlayır. Bu mənada onun ənənələrə görə qruplaşdırılması və 
hər bir qrup sənətkarın bu ənənənin inkişafındakı yerinin müəyyənləşdirilməsi son dərəcə vacibdir.  
Aşıq sənəti yarandığı gündən daim inkişafda, dinamikada və tərəqqidədir. Baş verən bir çox dəyişikliklər 
-  pozitiv  və  ya  neqativ  məzmumundan  asılı  olmayaraq  aşıq  yaradıcılığında  özünü əks  etdirir.  Ətrafda  baş 
verənləri aşıq şeri qədər müntəzəm və mükəmməl ifadə edən ikinci bir bədii təfəkkür modeli nəzərə çarpmır. 
XIV-XVI əsrin aşığı özündən əvvəlki əsrin aşığından nə qədər fərqlidirsə, XVII-XVIII əsrin aşığı bir o qədər 
açıq dünyagörüşlü, təzadlarla barışmaz, döyüşkən mövqeli, intibaha meyllidir. XIX əsrin sənətkarı isə yenilikçi, 
çevik  və  dinamikdir,  hadisələrin  mahiyyətinə  varan,  daxili  aləmə  məharətlə  nüfuz  edən,  insani  gözəllikləri 
dəyərləndirəndir, ənənələrə qayıdan, yaddaşda onları bərpa edəndir. XX əsrin aşıq poeziyasında klassik ənənələr 
unudulmağa,  deformasiyaya  uğramağa,  əsrin  ikinci  yarısından  sonra  isə  tam  pozulmağa,  aşıq  şerinə  yeni 
məzmun gəlməyə başlayır. 
Lakin bu vəziyyət aşıq sənətinin yayıldığı bütün bölgələr üçün səciyyəvi deyildir. Anadolu, Təbriz aşıq 
məktəblərində  klassik  ənənələrin  mühafizəsi  ötən  əsrdə  də  güclü  olmuşdur.  Bu  isə  cəmiyyətdə  baş  verən 
hadisələrin aşıq yaradıcılığına bilavasitə təsiri ilə bağlıdır. Məsələn, Şimali Azərbaycanda son yetmiş ildə baş 
verən  hadisələr  aşıq  sənətində  klassik  ənənələrin  pozulub  yenisi  ilə  əvəzlənməsinə  səbəb  olmuşdur.  Güney 
Azərbaycanda isə aşıq hələ orta əsrlərə məxsus ənənələrini daha mühafizəkarlıqla qoruyub saxlaya bilmişdir. 
Yaxud, qruplara və tiplərə ayırdığımız aşıqların hər bir tipi belə rekonstruksiyalardan kənarda qala bilməmişdir. 
Məsələn, əsərləri bu günə əlyazmaları ilə gəlib çatan, lakin özünü aşıq adlandıran Molla Cümə yaradıcılığında 
klassik ənənələr nə qədər mühafizəkarlıqla qoruyub saxlanmışsa, bunu aşıq, şair, el şairi titullarının heç birindən 
imtina  etməyən  Şair  Məmmədhüseyn,  Aşıq  Şəmşir,  Mikayıl  Azaflı,  Aşıq  Soltan,  yaxud  Şirvan  və  Borçalı 
aşıqlarının heç birinə şamil etmək olmaz. Demək, müasirləşən təkcə aşıq ənənələri, saz havaları deyil, həm də 
həmin ənənələrin daşıyıcıları olan ifaçıların özüdür. Bu proses XX əsrin 30-cu illərindən başlayaraq yuxarıda 
qeyd edildiyi kimi, ənənələrin pozulması istiqamətində getmişdir. Aşığın «kollektiv təbliğatçı və təşviqatçıya» 
çevrildiyi bir ölkədə baş verən hadisələrin təsiri ilə aşığın öz kökündən, ənənələrindən uzaqlaşdırılıb sosialist 
həyatını vəsf eləyən bir ifaçıya çevrilməsi özü, ənənələrin qısa tarixi məqamda köklü şəkildə sındırılması idi. 
Bununla  belə,  milli  düşüncədə  aşıq,  tamamilə  məhv  edilib  sıradan  çıxarıla  bilmədi.  O,  özünəməxsus  bir  çox 
xüsusiyyətləri qoruyub saxlamağa nail oldu. 
XX  əsr  60-cı  illərin  əvvəllərindən  başlayaraq  aşıq  yaradıcılığı  üçün yaranmış  yeni  tarixi  şərait  onun 
daxilindəki milli özünüqayıdışı hərəkətə gətirdi. 90-cı illərdən bu qüvvə daha artan sürətlə yüksəlməyə başladı, 
daha müstəqil, demokratik dəyərlərə söykəndi. Ayrı-ayrı aşıq məktəblərində klassik ənənələr bərpa edilməyə, 
soykökə qayıtma prosesi genişləndi. 
Xalq şeiri üslubu bu gün müasir poeziyanın aparıcı istiqamətinə çevrilmişdir. XIX əsrin ikinci yarısından 
Nəbatinin,  Qasım  bəy  Zakirin  və  başqalarının  yaradıcılığı  üçün  səciyyəvi  olan  bu  ənənə  aşıq  şeirinin 
sərhədlərini müəyyən mənada pozmuş, çox şairi aşıq, çox aşığı şair eləmişdir. Bu qarışıq yaradıcılıq prosesində 
həqiqi aşıqlar da yetişmiş, onlar öz ənənələrini qoruyub saxlamış, el şairi, şair və aşıq yaradıcılığı sərhədlərinin 
gözlənilməsinə əsasən nail ola bilmişlər. Müəllifli ədəbiyyatın inkişaf səviyyəsi və təsirindən asılı olmayaraq 
aşıq  yaradıcılığı  bütün  təsirlərə  sinə  gələrək  öz  yolu  ilə  irəliləmiş,  müəyyən  tarixi-ənənəvi  xüsusiyyətlərini 
qoruyub saxlamaqla forma, məzmun və poetik dəyərlərini də zənginləşdirə bilmişdir. Aşıq sənəti öz ənənələrini 
həm yaradıcılıq, həm də ifaçılıq istiqamətin-də davam etdirə bilmişdir. 
Aşıq  yaradıcılığı  hələ  ta  qədimdən  şifahi  ənənələr  üzərində  kökləndiyindən  onun  axarını  müəllifli 
ədəbiyyatla  bağlamaq  heç  cür  mümkün  olmamışdır.  Aşıq  poeziyasında  bütün  deyilən  və  deyilməyən 
göstəricilərə baxmayaraq müəlliflik şərtidir. O, bir çox çalarlarda xalq yaradıcılığı ənənələrinin kölgəsində qalır. 
Bugünkü aşıq əgər bədahətən dediyi və ya qoşduğu qoşmanı təpədən-dırnağa klassik aşıq ənənələri - aşıq ifa 
tərzi və üslubu, aşıq şer şəkli və musiqisi ilə cilalayıb tamaşaçı auditoriyasına təqdim edirsə, onu hansısa formal 
əlamətə  görə  müəllifli  ədəbiyyatla  bağlamağa  əsas  yoxdur.  Çünki  bu  forma  bədii  düşüncədə  yeni  hadisə 
deyildir, onun poetik modelləri məhz şifahi düşüncədə aşıq sənəti ilə bağlılığına şübhə olmayan Molla Qasım, 
Vanlı  Köçər,  Qurbani,  Abbas  Tufarqanlı,  Aşıq  Ələsgər,  Xaltanlı  Tağı,  Molla  Cümə  və  başqaları  tərəfindən 
yaradılmışdır. 
Çoxəsrlik  inkişaf  yolu  keçib  gələn  bu  yaradıcılıq  müxtəlif  dövrlərdə  özünü  mühafizə  edib  saxlamaqla 
müasirləşmələrdən də kənarda qalmamışdır. Aşıq yaradıcılığına müasirləşmə dövrün tələbi kimi daxil olmuşdur. 
Yazı mədəniyyətinin yüksəlişinin şifahi ənənələri üstələməsi əslində improvizatorçu aşıqla xalq şeiri üslubunda 
yazıb-yaradan şairlərin yaradıcılıq sərhədlərini bir-birinə qarışdırmışdır. El şairi isə onlar arasında ortaq mövqe 
tutan,  bir  sıra  hallarda  isə  yaradıcılıq  ənənələri  ilə  fərqli  poetik  dəyərlər  yaradan  sənətkar  mövqeyini 
formalaşdırımışdır  ki,  bu  da  dərin  rişələrlə  yenə  gedib  aşıq  sənəti  qaynaqları  ilə  bağlanır.  Məsələn,  Yunis 
İmrəni, Qurbanini, Molla Cüməni nə qədər şair kimi təqdim etsək də onların aşıqla şair arasındakı fərqini yenə, 
xalqın şifahi ənənəyə əsaslanan «el şairi» anlayışı tamamlayır. Çünki istər dil, poetik üslub, istərsə də forma, 
məzmun və ənənə baxımından onlar aşıq şeri qaynaqlarına gedib qovuşur. Geniş anlamda aşıq şerini təmsil edən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə