Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   21   22   23   24   25   26   27   28   ...   94

46 
 
İkinci  xüsusiyyət  ifaçı  fərd  və  ya  fərdlərin  struktur  tərkibi  ilə  bağlıdır.  Elə  aşıq  məktəbi  vardır  ki,  o, 
aşığın tək, eləsi də vardır ki, kollektiv - bir neçəsinin ifasını məqbul hesab edir. Eləsi də vardır ki, yalnız aşığın 
saz  havalarının  ifa  məharətinin  nümayiş  etdirilməsinə  üstünlük  verir.  Məsələn,  Aşıq  Ədalətin,  Aşıq  Zakir 
Bayramovun  və  b.  peşəkar  ifaçılıq  repertuarını  formalaşdırır.  Belə  repertuarlarda  tək  bir  aşıq  saz  çalma 
məharətini nümayiş etdirir (Aşıq Ədalət), yaxud tək bir aşıq özü saz çalıb oxuyur və s. Bütün bunlar isə ayrı-
ayrı  aşıq  məktəblərinin  repertuar  rəngarəngliyi  idi.  Onların  hər  birinin  öz  gözəlliyi  olduğu  kimi,  aşıq 
məktəblərində də hər birinin özlərinə məxsus yeri vardır. 
Repertuar  fərqinin  başqa  bir  cəhəti  isə  onun  quruluşu  ilə  əlaqədar  idi.  Müxtəlif  aşıq  məktəblərində  ifa 
repertuarının  quruluşu  bir-birindən  fərqlidir.  Şirvan  aşıq  məktəbində  bu  daha  qabarıq  nəzərə  çarpır.  Burada 
aşıqdan  qabaq  xanəndə  oxuyur,  ondan  sonra  isə  aşıq  meydana  çıxır,  bir  xeyli  saz  havalarından  çalıb  məclisi 
əyləndirir,  öz  ifa  məharətini  göstərir,  sonra  isə  dastan  söyləməsinə  keçir.  Daha  əzəllərdə  isə  Şirvan  aşıqları 
müxtəlif nağıllarla sözə başlar, aşıq repertuarında nağılların dastanlaşma prosesi davam edərdi. Başqa bir aşıq 
məktəbi  daha  şöhrətli  məhəbbət  dastanlarının,  Təbriz  məktəbində  isə  «Koroğlu»nu  söyləməyə  üstünlük 
verilərdi. Bütün bunlar isə aşıq repertuarlarının özünəməxsus ənənələrinin və təravətinin qorunub saxlanmasına 
böyük kömək edərdi. 
Müxtəlif aşıq məktəblərində tarixən bir-birindən fərqli və oxşar ənənələr fəaliyyətdə olmuşdur. Onların 
hər birinin özünəməxsusluğu var, heç biri digərini inkar etmir, əksinə, bir-birini tamamlayır və ümumilikdə aşıq 
sənətinə füsunkar bir gözəllik verir. 
Ən  yeni  dövr  folklor  yaradıcılığı  mərhələsində  ağız  ədəbiyyatının  bütün  üslubları,  janrları  və  sahələri 
kimi,  aşıq  poeziyasında  güclü  özünəqayıdış  prosesi  başlamışdır.  Bu  isə  onun  yazılı  ədəbiyyatın  içərisində 
getdikcə əriyib yox olacağı, milli yaddaşdan silinəcəyi barədəki illüziyaları təkzib edir. Ola bilsin iyirmi birinci 
yüzillikdə  dünya  miqyasında  baş  verən  qloballaşma  və  inteqrasiya  qovşağında  milli  dəyərlərimizi  aşıq 
yaradıcılığı başqa institutlardan daha üstün sürətlə mühafizə edib qoruyacaqdır. Ona görə də aşıq yaradıcılığını 
milli-mənəvi dəyərlər, xüsusilə azərbaycançılıq ənənələri ilə güclü bağlılıq çevrəsində ayrı-ayrı məktəblər, etik-
estetik,  mədəni-kulturoloji  və  etnopsixoloji  dəyərləri  əks  etdirmək  baxımından  öyrənib  dünya  miqyasında 
tanıtmaq bu gün son dərəcə vacib və zəruridir. 
 
Aşıq məktəbləri və aşıq mühitləri 
 
Tarixi  şəraitdən  və  sosial-iqtisadi  əlaqələrin  vəziyyətindən  asılı  olaraq,  Azərbaycan  aşıq  sənəti  özündə 
müəyyən  mədəni-coğrafı  bölgələr  toplusunu  birləşdirmişdir.  Ənənəvi  aşıq  məktəbləri  bir  neçə  baxımdan,  о 
cümlədən,  etnoqrafık  (diyarşünaslıq),  tarixi-mədəniyyətşünaslıq,  yerli  ənənə  və  xüsusiyyətlər  baxımından 
öyrənilir. 
Müxtəlif bölgələrdə yayılmış aşıq sənəti ümumi cəhətlərə malik olsa da, özünəməxsus repertuarı, ifaçılıq 
tərzi  və  instrumental  müşayiəti  ilə  fərqlənir.  İfaçılıq  formasına,  yaradıcılıq  tərzi  və  imkanlarına  görə  aşıqlan 
spesifık  yerli  ənənələrə  (lokal  xüsusiyyətlərə)  əsaslanan  bir  neçə  ərazi-zona  qruplarına  bölmək  olar.  Bunları 
aşıqşünaslıqda "aşıq mühitləri" də adlandırırlar. 
1. 
Göyçə-Kəlbəcər, Naxçıvan və Borçalı aşıqları. 
2. 
Gəncə, Şamxor, Tovuz və Qazax aşıqları. 
3. 
Şamaxı, Kürdəmir və Səlyan aşıqları. 
Azərbaycanlılar yaşayan ərazilərdəki məşhur aşıq mühitləri bu şəkildə səciyyələndirilir: 
Gəncəbasar aşıq mühiti - Azərbaycanın Goranboy, Göygöl (keçmiş Xanlar), Daşkəsən, Gədəbəy, Şəmkir, 
Tovuz,  Qazax  və  Ağstafa  rayonlarında  yayılmışdır.  Bu  aşıq  mühiti  XVIII-XIX  əsrlərdə  Bozalqanlı  Aşıq 
Cəfərqulu, Aşıq Hüseyn Şəmkirli, Aşıq Mirzə Səməd və başqaları; XX əsrdə Aşıq Hüseyn Cavan (Goranboy), 
Aşıq Mirzə Bayramov, Aşıq İmran Həsənov, Aşıq Əkbər Cəfərov, Aşıq İslam Yusifov Aşıq Qara Mövlamov və 
digər  görkəmli  aşıqlarla  təmsil  olunur.  Gəncəbasar  aşıqları  əsasən  balabançıların  müşayiətilə  və  rəqsə  yer 
verməklə çıxış edirlər. Ənənəvi aşıq havaları ilə yanaşı, "Dilqəmi", "Azaflı dübeyti", "Vaqifı", "İncəgülü" və s. 
havalar da onların özünəxas repertuarına daxildir. 
Borçalı  aşıq  mühiti  -  Borçalı  (Gürcüstanın  indiki  Marneuli  rayonu),  Başkeçid  (Dmanisi),  Qarayazı 
(Qardabani) və Qaraçöp (Saqareco, Bolnisi) mahallarında yaşayıb-yaratmış Dost Pirməmməd, Qul Allahqulu, 
Aşıq  Əmrah  Gülməmmədov,  Aşıq  Hüseyn  Saraclı,  Aşıq  Kamandar  Əfəndiyev  və  başqa  aşıqlardan  ibarətdir. 
Borçalı  aşıqlarının  ifa  tərzi  sazda  solo  çıxış  və  iki  aşığın  deyişməsindən  ibarətdir.  Ənənəvi  aşıq  havaları  ilə 
yanaşı,  onların  repertuarında  bu  əraziyə  xas  olan  "Məmmədbağırı",  "Sultanı",  "Mansırı",  "Ağır  şərili", 
"Bəhməni", "Borçalı dübeyti" və s. havalar oxunur. Çıldır (Türkiyənin Şərqi Anadolu və Gürcüstanın tərkibinə 
Mesxet  Cavaxetiya  adı  ilə  qatılan  ərazi),  Ağbaba,  Qızılqoç  (Ermənistanın  indiki  Amasiya  və  Qukasyan 
rayonları) bölgələrini əhatə edir və Aşıq Əmrah, Ağbabalı Aşıq İsgəndər və b. aşıqların adı ilə bağlıdır. 
Göyçə  aşıq  mühiti  -  Basarkeçər,  Kəvər,  Aşağı  Qaranlıx,  Çəmbərək  dairələrində  (Ermənistanın  indiki 
Krasnoselsk  və  Vardenis  rayonları),  Laçın  və  Kəlbəcər  rayonlarında  yayılmışdır  və  Aşıq  Ələsgər,  Aşıq 


47 
 
Məhərrəm,  Aşıq  Bəsti,  Aşıq  Talıb,  Aşıq  Mirzə  Bəylər,  Aşıq  Şəmşir  və  başqa  aşıqların  yaradıcılığı  ilə təmsil 
olunur. 
Göyçə  və  Çıldır  aşıq  mühitində  də  solo  instrumental  ifaçılıq  ənənəsi  saxlanılır.  Göyçə  aşıqlarının 
özünəməxsus repertuarına "Şahsevəni", "Qəmərcan", "Göyçəgülü", "Göyçə gözəlləməsi", "Heydəri", həmçinin, 
Çıldır  aşıqlarının  repertuarına  "Ağbabayı",  "Qaracaoğlan",  "Çuxuroba",  "Çıldır  divanisi"  və  s.  havalar  da 
daxildir. 
Dərələyəz aşıq mühiti - indiki Ermənistan ərazisində Sallı, Hors, Qabaxlı, Qaraqaya, Keşişkənd və Soylan 
kəndlərini əhatə edir və Şair Təhməz, Aşıq Əsəd, Aşıq Вəhmən, Aşıq Qahraman və digər aşıqların yaradıcılığı 
ilə bağlıdır. Bu aşıq mühitində saz və balabanın müşayiətilə oxunan "Baş Cəlili", "Dərələyəz gəraylısı", "İrəvan 
gözəlləməsi", "İrəvan çuxuru" və s. havalar geniş yayılmışdır. 
Onu da qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərindən başlayaraq, müxtəlif illərdə (1905-1918, 1948-
1950,  1987-1988)  ermənilər  tərəfındən  azərbaycanlıların  etnik  sıxışdırılıb  çıxarılması  nəticəsində  hal-hazırda 
İrəvan  (azərbaycanlıların  yaşadığı  Qəmərli,  Üçkilsə,  Ellər,  Zəngibasar  və  Vedibasar  yaşayış  ərazilərini  əhatə 
edən), Göyçə, Dərələyəz, qismən Çıldır aşıq mühitləri dağılmışdır. 
Naxçıvan aşıq mühiti - Şərur, Şahbuz, Sədərək və Ordubad rayonlarında yayılmışdır. Aşıq Abbas Dəhri, 
Aşıq Nabat, Aşıq Bayramalı, Aşıq Hamid Ağamalıyev və başqalarının yaradıcılığı ilə təmsil olunur. Naxçıvanda 
aşıqlar saz və balabanın müşayiəti ilə çıxış edirlər. Bu zona ilə bağlı aşıq havalarından "Naxçıvanı", "Naxçıvan 
gözəlləməsi", "Cəlili" və s. göstərmək olar. 
Urmiya aşıq mühiti - Cənubi Azərbaycanın Urmiya, Xoy, Maku, Səlmas, Sulduz ərazilərini əhatə edir və 
Dollu  Məhəmməd,  Balovlu  Miskin,  Aşıq  Cavad,  Aşıq  Dehqan  və  başqa  aşıqların  yaradıcılığı  ilə  bağlıdır. 
Burada  aşıq  repertuarında  "Hicranı",  "Hələbi",  "Urmani  divanisi",  "Urmiya  gözəlləməsi",  "Тərəkəmə 
gözəlləməsi" və s. özünəməxsus havalar üstünlük təşkil edir. 
Qaradağ-Təbriz  aşıq  mühiti  -  Cənubi  Azərbaycanın  Mərənd,  Sərəskənd,  Marağa,  Şəbustar,  Sərab, 
Gələyvər,  Əhər  mahallarında  yayılmışdır.  Bu  aşıq  mühiti  Aşıq  Nemət,  Aşıq  Nəcəf  Binisli,  Aşıq  Əli,  Aşıq 
Xudayar,  Aşıq  Əyyub  və  başqalarının  yaradıcılığı  ilə  bağlıdır.  Bu  ərazidə  yaranmış  havalar  -  "Qaradağ 
şikəstəsi", "Doxabəyi", "Qürbəti", "Narıncı", "Qaytarma", "Şah Xətayi divanisi", "Osmanlı divanisi" və s. sazın, 
balabanın və qavalın müşayiətilə ifa olunur. 
Məlumat üçün qeyd edək ki, Cənubi Azərbaycanda Zəncan, Xorasan, Savə və Qaşqay aşıq mühitləri də 
mövcuddur. 
Qarabağ  aşıq  mühiti  -  Azərbaycanın  Şuşa,  Ağdam,  Füzuli,  Bərdə,  Xocalı,  Xocavənd,  Cəbrayıl,  İmişli, 
Beyləqan, Ağcabədi, Tərtər rayonlarında müxtəlif dövrlərdə yaşayan Aşıq Səməd, Maralyanlı Aşıq Pəri, Aşıq 
Abbasqulu, Aşıq Nəcəfqulu, Aşıq Duman, Aşıq Şikar, Aşıq Cabbar və digər ustadların yaradıcılığı ilə bağlıdır. 
Bu  zonaya  aid  aşıq  havalarından  "Aran  gözəlləməsi",  "Qarabağ  dübeyti",  "Qarabağ  qaytağı",  "Qarabağ 
qaytarması", "Divani", "Baş Sarıtel" və s. əsasən saz və balabanın müşayiətilə ifa olunur. 
Şirvan  aşıq  mühiti  -  Azərbaycanın  Şamaxı,  Qobustan,  İsmayıllı,  Ağsu,  Göyçay,  Ağdaş,  Zərdab,  Ucar, 
Kürdəmir, Hacıqabul, Sabirabad, Salyan, Biləsuvar rayonlarını birləşdirərək, Padarlı Aşıq Zəki, Nəburlu Aşıq 
Badam, Aşıq Mirzə Bilal, Aşıq Bəylər Qədirov, Aşıq Рənah Pənahov, Aşıq Əhməd Rüstəmov və başqa aşıqların 
yaradıcılığını  əhatə  edir.  Şirvan  aşıq  mühitində  xanəndə  sənətinin  nüfuzu  təsiri  ilə  bağlı  aşıq  havalarının 
özünəməxsus ifa forması yaranmışdır. Havalar əvvəlcə aşığın sazda improvizasiyalı solo ifası ilə verilir, bəzən 
giriş hissədə muğam parçaları da səslənir. Aşıq havaları saz, balaban, nağara və qoşanağaranın müşayiəti ilə, 
rəqsə müraciət etməklə ifa olunur. Buna görə də rəqs xarakterli "Pişro", "Şikəstə", "Şəşəngi" kimi özünəməxsus 
aşıq havalarının çoxsaylı variantları bu ərazidə geniş yayılmışdır. 
Dərbənd  aşıq  mühiti  -  keçmiş  Samur  qəzası  və  indiki  Quba-Xaçmaz  və  Şəki-Zaqatala  zonalarını  əhatə 
edir.  Bu  aşıq  mühiti  Varxianlı  Aşıq  Məhəmməd,  Xaltanlı  Tağı,  Molla  Cümə,  Aşıq  Qəndab,  Aşıq  Səfərəli 
Qaracallı  və  başqa  sənətkarların  yaradıcılığı  ilə  təmsil  olunur.  Bu  aşıq  mühitində  instrumental  müşayiət  saz, 
balaban, bəzən nağaranın müşayiətilə aparılır, cürə saza daha çox üstünlük verilir. "Dərbəndi", "Quba Kərəmi" 
havaları bu aşıq mühitinə xas olan havalardandır. 
Göründüyü kimi,  Göyçə,  Tovuz,  Borçalı,  Gəncə-Şəmkir,  Şirvan,  Qarabağ,  Təbriz,  Urmiya,  Çıldır  və 
Dərbənd saz-söz ustalan arasında istər işlədilən havacat və onun ifa üslubunda, istər yerli danışıq və söz-dastan 
söyləmələrində,  istərsə  də  saz  çalğısı,  oxuma  texnikası,  səs  yüksəkliyi  və  səslənmə  xüsusiyyətlərində,  tək  və 
ansambl (birgə) heyətdə çıxışlarında fərqlər özünü göstərir. Məsələn, Borçalı, Çıldır və Urmiya aşıqlan ancaq 
təklikdə  çıxışa  üstünlük  verdikləri  halda, Tovuz,  Gəncə-Şəmkir,  Qarabağ  sənətkarları  həm  təklikdə,  həm  cüt, 
həm də balabançı ilə məclis keçirirlər. 
Şirvan  və  Təbriz  aşıqlarının  havacatı  və  ifa tərzi  ilə Göyçə  və  başqa  Qərb  aşıq  məktəblərinin  arasında 
köklü fərqlər var. Həmçinin, aşıq məktəbləri bir-birindən repertuarı, ifaçılıq manerası, yerli danışıq dialektləri, 
saz  alətinə  yiyələnmək  səviyyəsi,  vokal  texnikası,  solo  və  ya  birgə  ifaçılıq,  ansambl  ifaçılığının  tətbiqi  ilə 
fərqlənirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə