Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   23   24   25   26   27   28   29   30   ...   94

50 
 
Şəki rayonunun Böyük Gəldək kəndində Govurqala (VI əsr), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-
VIII əsr) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunun 
Qarakənd  kəndində  alban  kilsəsi  (I  əsr),  Sos  kəndində  (IV  əsr),  İatsi  kəndində  (V,  VII  və  VIII  əsrlərə  aid  4 
məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (V 
əsr), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çıldıran (XII əsr) kəndlərində, 
eləcə  də  Yuxarı  Qarabağın  Susanlıq  (IV-VI  əsrlər),  Vanq  (IX  əsr),  Traxtik  (1094),  Tsakuri  (1131), 
Məmmədadzor (1147), Tuğ (1197) kəndlərində, Əsgəran rayonunun Şuşikənd (905), Çanaqçı (1065 və 1100), 
Xaçmaç  (1100),  Xantsk  (1122),  Xındırıstan  (1202)  kəndlərində  alban  məbədləri  dövrümüzədək  mühafizə 
olunmuşdur.  
Ərəb  xilafətinin  yüksəlişi  dövründə  Azərbaycan  memarlığının  inkişaf  mərkəzlərindən  biri  də  Bərdə 
şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və 
başqa dini binalar, karvansara, bazar, hamam və sairə tikilmişdi. Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda 
kiçik feodal dövlətlərinin yaranması ilə bağlı X-XII əsrlərdə müxtəlif memarlıq məktəbləri formalaşdı (Arran, 
Təbriz, Naxçıvan, Şirvan-Abşeron). Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. 
Arran  memarlıq  məktəbinə  (Gəncə,  Bərdə,  Beyləqan)  mənsub  sənətkarların  yaratdığı  binaların  əksəriyyəti 
Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII əsr) zamanı dağılmışdır. 
Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra tikili qalıqlarını aşkara çıxarmışdır. Gəncə 
çayı  üzərindəki  3  körpü (XII  əsr),  Beyləqandakı  yaşayış  evləri,  hamam  və  sairə  qalıqları  Arran  memarlıq 
məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır. Arran memarları böyük şöhrət qazanmış, başqa 
ölkələrə dəvət olunmuşlar. Amasyadakı (Türkiyə) məscidin minarəsi üzərində qalmış kitabədə onun 1236-1246-
cı  illərdə  arranlı  memar  Məhəmməd  ibn  Mahmud  tərəfindən  tikildiyi  yazılmışdır.  Naxçıvan  memarlıq 
məktəbinin  abidələri  müxtəlif  rəngli  kaşıdan  ornamentli  baştağ  kompozisiyalarının  tətbiqi,  Şirvan-Abşeron 
məktəbinə mənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin 
ən yaxşı abidələri üçün dəbdəbəli quruluş, dekorların müxtəlifliyi səciyyəvidir. Bu dövrdə Azərbaycanda inkişaf 
etmiş memarlıq qurğularından minarələr diqqəti cəlb edir. Dövrümüzədək gəlib çatmış abidələrdən məlum olur 
ki, Azərbaycanda minarələrin formalaşması prosesi sürətlə keçmiş, artıq XI əsrin əvvəllərində adi minarə tipləri 
meydana  gəlmişdir.  XIX  əsrin  ortalarınadək  mövcud  olmuş  Şəmkur  (Şəmkir)  minarəsi  (XII  əsr)  məlum 
minarələrin ən kamil örnəyi olmuşdur. Bişmiş kərpicdən tikilmiş minarənin hündürlüyü 60 idi. Onun firuzəyi 
mina ilə işlənmiş həndəsi ornamentli bəzəkləri, minimal diametri Azərbaycan memarlarının yüksək ustalığını 
nümayiş etdirirdi.  
XII  əsrin  başlanğıcı  Azərbaycanda  feodal  dövlətlərinin  yaranması  və  güclənməsi  ilə  səciyyələnir.  Bu 
dövrdə  Azərbaycanın  siyasi  müstəqilliyi  yerli  mədəniyyət 
ənənələrinin inkişafı üçün imkan yaratdı. Ölkənin əksər vilayətlərini 
birləşdirən  dövlətlərin  yaranması  incəsənət  və  memarlığın 
inkişafına,  memarlıq-inşaat  ənənələri  əsasında  yerli  memarlıq 
məktəblərinin  meydana  gəlməsinə  səbəb  oldu.  Arran  memarlıq 
məktəbini  təmsil  edən  Gəncə,  Beyləqan  və  Bərdədən  sonra 
Naxçıvan  (Naxçıvan  memarlıq  məktəbi),  Şamaxı  (Şirvan-Abşeron 
memarlıq  məktəbi),  Təbriz  və  Marağa  (Təbriz  memarlıq  məktəbi) 
şəhərləri  Azərbaycan  memarlığının  mərkəzləri  oldu.  Naxçıvan 
memarlıq məktəbinə mənsub tikililərdə əsas inşaat materialı kərpic 
idi. Burada müxtəlif kompozisiyalı inşaat və bəzək üslubları işlənib 
hazırlanırdı.  Bu  məktəbin  ən  yüksək  zirvəsini  Naxçıvandakı  Yusif 
Küseyir oğlu (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də 
hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar 
Əcəmi  Əbubəkr  oğlu  Naxçıvaninin  yaradıcılığı  təşkil  edir. 
Əcəminin 
yaradıcılığı 
üçün 
obrazın 
monumentallığı, 
kompozisiyanın  mütənasibliyi  və  dekorların  zərifliyi,  öz  dövrünə 
görə  rasional  konstruksiyaların  tətbiqi,  ornament  bəzəklərinin 
oynaqlığı  səciyyəvidir.  Onun  ornament  kompozisiyaları  bədiiliklə 
riyazi  təfəkkürün üzvi  birləşməsinə  əsaslanır.  Əcəminin  yaratdığı 
kompozisiya və dekorativ bəzək üslubu Azərbaycanın, eləcə də bir 
sıra  ölkələrin  türbə  tikililərinə  böyük  təsir  göstərmişdir.  Marağadakı  Göy  günbəz  türbəsi  (1196-cı  il,  memar 
Əhməd  Məhəmməd  oğlu)  Əcəmi  üslubuna  xüsusilə  yaxındır.  Marağa  abidələri  Azərbaycan  memarlığının 
inkişafında əsas yer tutmuşdur. Bunlardan dövrümüzədək çatmış ən qədimi Qırmızı günbəz türbəsidir (1148-ci 
il,  memar  Bəkir  Məhəmməd).  Urmiyada  tikilmiş  "Üç  günbəz"  türbəsi (1185-ci  il,  memar  Əbu  Mənsur  Musa 
oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır. 


51 
 
Naxçıvan  məktəbinin  kərpic  tikililərində formalaşmış  memarlıq  üslubları  daşdan  tikilmiş  türbələrdə  - 
Culfa  rayonunun  Cuğa  kəndi  yaxınlığındakı  Gülüstan  türbəsində  (XIII  əsrin  əvvəli),  Füzuli  rayonunun  Babı 
kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274-cü illər, memarının Əli Məcidəddin olması güman edilir) 
və  Aşağı  Veysəlli  kəndindəki  Mirəli  türbəsində  (XIII-XIV  əsrlər),  Zəngəzurun  Səlim  keçidindəki  Səlim 
karvansarasında (1328/1329), İrəvan şəhərinin 7-8 km-də yerləşən Cəfərabad kəndindəki Pirhüseyn türbəsində 
(1413)  əksini  tapmışdır.  Bərdədə  (1322-ci  il,  memar  Əhməd  Əyyub  oğlu  əl-Hafiz  Naxçıvani)  və  Şərur 
rayonunun Qarabağlar kəndində (qoşa minarəli türbə; minarələr - XII əsr-XIII əsrin əvvəli, türbələr - XIV 
əsrin  əvvəli)  qalmış  türbələrin  oxşarlığına,  hər  ikisinin  XIV  əsrin  əvvəlində  tikilməsinə  əsasən  bu 
abidələrin eyni  memar tərəfindən  yaradıldığı  ehtimal  olunur. XII əsr Azərbaycan memarlığı Kiçik Asiyada 
Səlcuqilər  dövlətinin  xatirə  tikililərinə  xüsusi  təsir  göstərmişdir.  Bəzi  hallarda  bu  təsir  müəyyən  bir  binanın 
tikintisi üçün Azərbaycan memarlarının başqa ölkələrə dəvət edilməsi ilə bağlı olmuşdur. 
X-XII əsrlərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarı, bənna və bəzək ustalarının adları müxtəlif 
tikililərin kitabələrində, daş plitələrində, dekor elementlərində və sairədə dövrümüzədək çatmışdır. Bunlardan 
Məhəmməd  Cəfər  oğlu  (Beyləqan  rayonunun  "Peyğəmbər"  qəbiristanlığındakı  kitabəli  plitə,  X  əsr),  İbrahim 
Osman oğlu (Gəncə darvazası, 1063-cü il), Məhəmməd Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi, 1078-ci il), 
Möhsün (XI əsr; əsərləri məlum deyil), onun oğlu Bəndan Möhsün oğlu (XII əsr; əsərləri məlum deyil), nəvəsi 
Bəkir Məhəmməd, Əcəmi Əbubəkr oğlu Naxçıvani, Aşur İbrahim oğlu (İçərişəhərdəki İbrahim məscidinin daş 
mehrabı,  1171-ci  il),  Əmirəddin  Məsud  (XII  əsr;  əsərləri  məlum  deyil),  Əbu  Mənsur  Musa  oğlu,  Əhməd 
Məhəmməd oğlu, Cəmaləddin (Ordubad rayonunun Xanağa kəndindəki Əlincəçay xanəgahında türbə, XII əsrin 
sonu-XIII əsrin əvvəli), Əhməd Əbubəkr oğlu (XIII əsr, Mərənd; əsərləri bəlli deyil), Əbdülməcid Məsud oğlu 
(Mərdəkanda  dairəvi  qəsr,  1232-1233-cü  illər),  Zeynəddin  Əburəşid  oğlu  Şirvani  (Bakı  limanında 
Şirvanşahların "Bayıl qəsri" iqamətgahı, 1235-ci il), Bədrəddin Təbrizi (Türkiyənin Konya şəhərində Cəlaləddin 
Ruminin türbəsi, 1273-cü il), Məhəmməd Mahmud oğlu (Arran; Turkiyənin Amasya şəhərində məscid minarəsi
1236-1246-cı illər), Mahmud Maqsud oğlu (Pirsaatçay xanəgahının minarəsi, 1256-ci il), Mahmud Məsud oğlu 
(Bakıdakı Şəfiulla məscidi, X1V əsr), nəqqaş Əbdülmömin Şərəfşah oğlu (Təbriz; Urmiyada məscid mehrabının 
oyma  naxışları,  1277-ci  il),  Mahmud  Səd  oğlu  (Bakı  yaxınlığında  Nardaran  kəndindəki  qəsr,  Bibiheybət 
məscidinin  minarəsi,  1305-1313-cü  illər),  Əhməd  Əyyub  oğlu  əl-Hafiz 
Naxçıvani  (Bərdə  türbəsi,  1322-ci  il),  gəctəraş  Nizam  Bəndgir  (Mərənd 
şəhərindəki  Cümə  məscidinin  gəcdən  oyma  bəzəkləri,  1329-cu  il),  Hacı 
Məhəmməd  (Təbrizdə,  İsfahanda  karvansara,  1331-ci  il),  Şahbənzər 
(Ağdam  rayonunun  Xaçındərbətli  kəndində  türbə,  1314-cü  il),  Quştasf 
Musa oğlu (Nardaran, Xan hamamı, 1388-ci il) və başqaları X-XIV əsrlərdə 
Azərbaycan memarlığının ən dəyərli nümunələrini yaratmışlar.  
VII-XIII  əsrlərdə  Azərbaycanda  bir  sıra  möhtəşəm  körpülər 
salınmışdır.  Bunlardan  Araz  çayı  üzərindəki  15  aşırımlı  (VII  əsr)  və  11 
aşırımlı (XI əsr) Xudafərin körpüləri, indiki Qazax rayonundakı 4 aşırımlı 
Sınıq  körpü (Qırmızı  körpü,  XII  əsr),  Gəncəçayın  üzərindən  salınmış  3 
körpü  (qalıqları;  XII-XIII  əsrlər),  Cənubi  Azərbaycanın  Miyanə  şəhəri 
yaxınlığında,  Qızılüzən  çayı  üzərindəki  körpü (Qız  körpüsü, XII  əsr)  və 
başqaları xüsusilə diqqəti cəlb edir.
 
 
Şirvan-Abşeron  memarlıq  abidələri  üçün  daş  konstruksiyalar,  həcm-
məkan  həllinin  lakonikliyi,  daş  üzərində  oyma  nəbati  naxışlar  səciyyəvidir. 
Bakıdakı  Sınıqqala  məscidinin  minarəsi  (1078-ci  il,  Məhəmməd  Əbubəkr 
oğlu),  Mərdəkan  qalaları  (Dördkünc  qala,  1187-1188-ci  illər;  Dairəvi  qala, 
1232-1233-cü illər, memar Əbdülməcid Məsud oğlu), Nardaran qalası (1301-ci 
il, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV əsr) və sairə bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII 
əsrdə Bakı limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların "Bayıl qəsri" adlı iqamətgahı da  bu 
dövrün  maraqlı  tikililərindəndir.  Bürclü  divarlarla  əhatə  olunmuş  bu  binalar  kompleksi  (1235-ci  il,  ustad 
Zeynəddin Əburəşid oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) üzərindəki daş oymalar, yazı 
və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan 
tikililərdən  biri  də  XIII-XIV  əsrlərdə  formalaşmış  Pirsaatçay  xanəgahıdır.  Pir  Hüseyn  türbəsinin  ətrafında 
salınmış bu dini kompleksdəki minarənin üzərində onun tikilmə tarixi (1256) və memarın adı (Mahmud Maqsud 
oğlu) qalmışdır. Mərəzədəki Diribaba türbəsi (1402) və Bakıdakı Şirvanşahlar sarayı kompleksində (1420-1460) 
Şirvan-Abşeron  memarlıq  məktəbinin  yetkin  dövrü  əksini  tapmışdır.  Əsas  saray  binası  (1420-ci  illər),  ona 
bitişik Divanxana (1450-ci illər), türbə (1435-ci il, memar Əli), məscid (1442) və sairə kompleksin ən maraqlı 
tikililərindəndir.  Şirvanşahlar  sarayı  ansamblının  kompozisiya  ahəngdarlığı,  binaların  miqyasının  məharətlə 
uyğunlaşdırılması,  yeganə  inşaat  materialı  -  hamar  yonulmuş  yerli  əhəngdaşının  tətbiqi,  əzəmətli  baştağ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə