Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   24   25   26   27   28   29   30   31   ...   94

52 
 
quruluşu,  daş  üzərində  zərgər  dəqiqliyi  ilə  işlənmiş  oyma  naxışlar  və  memarlıq  elementlərinin  uyarlığı 
Azərbaycan memarlığının şah əsərlərindən olan bu kompleksə təntənəli görkəm verir. 
XIII  əsrin  ortalarında  Elxanilər  dövlətinin  yaranması  memarlıq  sahəsində  müəyyən  canlanmaya 
səbəb  oldu.  Elxanilər  sülaləsinin  banisi  Hülakü  xanın  hakimiyyəti  illərində  [1256-1265]  Marağa 
rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə şəhər əsas memarlıq-sənətkarlıq mərkəzinə 
çevrildi.  Təbrizin  ətrafında  Qazaniyyə  (Arquniyyə),  qala  divarları  içərisində  isə  Rəşidiyyə  kimi  şəhərciklər 
salındı.  Qazan  xanın  vəziri  Rəşidəddinin  tikdirdiyi  Rəşidiyyə  xüsusilə  məşhur  idi.  Akademiya  şəhərciyi  kimi 
tanınan  Rəşidiyyədə  24  karvansara,  1500  dükan,  təqribən  30  min  yaşayış  evi,  kitab  fondu  60  min  nüsxədən 
ibarət  2  kitabxana,  2  cümə  məscidi,  mədrəsələr,  hamamlar,  bağlar,  dəyirmanlar,  yun  parça  və  kağız 
karxanaları, boyaqxana, zərbxana və sairə tikililər olmuşdur. Rəşidiyyənin əsas memarlıq özəyini Günbəd 
(Rəşidəddin türbəsi), Dər üş-Şəfa (Şəfa evi) xəstəxanası, Abadsaray bağ-saray kompleksi təşkil edirdi. 
XIV  əsrin  möhtəşəm  tikililərindən  Təbrizdəki  Əlişah  məscidi  və  Sultaniyyədəki  Ulcaytu  Xudabəndə 
türbəsi  (1305-1313)  diqqəti  cəlb  edir.  Hər  iki  abidəni  Elxani  hökmdarı  Ulcaytu  Məhəmməd  Xudabəndə 
tikdirmişdir  (Əlişah  Təbrizi  bu  abidələrin  memarıdır).  Sonralar  Ərk  qalası  adı  ilə  tanınan  möhtəşəm  Əlişah 
məscidi və əzəmətli Sultaniyyə türbəsi bir sıra abidələrin tikintisinə təsir göstərmişdir. Teymurun Səmərqənddə 
tikdirdiyi  məscid  və  mədrəsələrin  memarlıq  quruluşu  üçün Əlişah  məscidi  örnək  olmuş,  Ulcaytu  Xudabəndə 
türbəsinin tikilməsindən yüz il sonra italyan memarı F.Brunelleskinin Florensiyada ucaltdığı Santa-Mariya del 
Fyore kilsəsinin günbəzində Sultaniyyə türbəsinin konstruktiv üsullarından istifadə edilmişdir. 
XV  əsr  Təbriz  memarlıq  məktəbinin  ən  gözəl  abidələrindən  biri  Təbrizdəki  Göy  məsciddir  (1465-ci  il, 
memar  Xacə  Əli  Gücəci,  nəqqaş  Nemətulla  Bevvab).  "İslamın  firuzəsi"  adlandırılan  Göy  məscidin  memarlıq 
quruluşu, monumental günbəzi, kvadrat biçimli böyük salonu, rumi və islimi naxışları, kaşı və oyma bəzəkləri, 
nəstəliq, kufi, süls və rüqə xətləri ilə işlənmiş kitabələri XV əsrdə Azərbaycan memarlıq-inşaat sənətinin yüksək 
inkişaf səviyyəsini göstərir. XV əsrin sonu-XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin 
paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə Azərbaycanın siyasi və 
iqtisadi həyatı ölkənin cənubunda mərkəzləşdi. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi. 
Tikililərin təbii şəraitlə üzvi şəkildə əlaqələndirilməsi, bitkin kompozisiyası və əzəmətli baştağ quruluşu, kəsmə 
kaşıdan  zövqlə  tərtib  edilmiş  kitabə  və  ornamentlərin  tətbiqi  memarlıq  abidələrində  başlıca  xüsusiyyətlərə 
çevrildi. 
XV-XVI  əsrlərdə  Azərbaycan  memar  və  nəqqaşları  başqa  ölkələrdə  də  fəaliyyət  göstərmiş,  müxtəlif 
şəhərlərdə maraqlı sənət örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd 
və  sairə  şəhərlərdəki  bir  sıra  memarlıq  abidələrində  Azərbaycan  memarlarının  "imzaları"  qalmışdır.  Bursa 
şəhərindəki  Yaşıl  türbənin  (1420-1421)  nəfis  naxışlarla  bəzədilmiş  qapılarını  azərbaycanlı  usta  Əhməd  Təbrizli 
hazırlamışdır.  Türbənin  yaxınlığındakı  Yaşıl  camenin  (1424)  mehrabını  Təbriz  ustaları  özlərinin  hazırladıqları 
müxtəlif  boyalı  kaşı  üzlüklərlə  bəzəmişlər.  Çaldıran  vuruşmasından  (1514)  sonra  I  Sultan  Səlim  tərəfindən 
İstanbula  aparılmış  azərbaycanlı  memar  Əli  Təbrizli  (Əsir  Əli,  Əcəm  Əli  təxəllüsləri  ilə  də  tanınmışdır) 
İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir. 
XVI-XVII əsrlər memarlığı müəyyən dərəcədə keçmiş dövr ənənələrinin davamı olmuşdur. Bu dövrdə 
Cənubi  Azərbaycanda  şəhərsalma  işləri  geniş  vüsət  almışdı.  Azərbaycanın  Təbriz,  Ərdəbil,  Bakı,  Gəncə, 
Şamaxı  və  Naxçıvan  kimi  iri  şəhərləri  haqqında  tarixi  qaynaqlarda  geniş  məlumat  verilir.  Şəhərsalma 
mədəniyyətinin öyrənilməsində Bakı, Gəncə, Şamaxı, Naxçıvan və Şəkinin XVIII əsr-XIX əsrin əvvəllərində 
rus hərbi mühəndisləri tərəfindən tərtib edilmiş planları xüsusi əhəmiyyət kəsb edir. XVI əsrdə dini binaların 
tikintisi, əsasən, Azərbaycanın cənub vilayətlərində aparılmışdır. Ölkənin şimalında (xüsusilə Şirvanda) bu cür 
tikililər  məhdud  xarakter  daşımış,  dini  binalar,  əsasən,  Abşeronda  tikilmişdir.  Abşeronun  əski  yaşayış 
məskənlərində  (Buzovna,  Maştağa,  Mərdəkan,  Nardaran,  Keşlə  və  sairə)  XVII  əsrə  aid  məscidlər  qalmışdır. 
Azərbaycanın  ən  qədim  şəhərlərindən  olan  Ərdəbildə  Səfəvilər  sülaləsinin  nekropolu  -  Şeyx  Səfiəddin 
kompleksi  diqqəti  cəlb  edir.  XVI  əsrdə  buradakı  Şeyx  Səfi  türbəsinin  ətrafında  müxtəlif  təyinatlı  binalardan 
(türbələr,  məscid,  zəvvarlar  üçün otaqlar  və  sairə)  ibarət  iri  kompleks  yaradılmışdır.  Kompleksin  ən  qədim 
tikilisi  Cənnətsara  məscididir  (XIII  əsr).  Cənnətsara məscidindən  sonra  ansamblın  əsas  binası  olan  Şeyx Səfi 
türbəsi tikilmiş (XIV əsr,
 
memar Əziz Məhəmməd oğlu), XVI-XVII əsrlərdə başqa bina və tikililər kompleksi 
tamamlanmışdır. 
Gəncədəki İmamzadə türbəsi (XIV-XVII əsrlər) də Azərbaycanın önəmli dini tikililərindəndir. Üzərindəki 
kitabədə  türbənin  imam  Məhəmməd  Bağırın  oğlu  İbrahimin  qəbri  üzərində  tikildiyi  göstərilir.  Kərpicdən  tikilmiş 
türbənin  ətrafında  kiçik  məscidlər,  təkyələr,  karvansara  tipli  evlər,  alaqapı  və  köməkçi  binalardan  ibarət  dini 
kompleks yaradılmışdır. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu-XV əsrin əvvəllərində, ətrafındakı 
kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Gəncənin Cümə məscidi (1606-cı il, memar Şeyx Bəhaəddin) 
özünəməxsus memarlıq quruluşu, bayıra açılan dərin tutumlu baştağ-eyvanları, dövrünə görə böyük diametrli 
günbəzi  (17  m)  ilə  diqqəti  cəlb  edir.  Məscidin  girəcəyində  qoşa  minarə  ucaldılmış,  qarşısında  geniş  meydan 
salınmışdır.  Xalq  arasında Şah  Abbas  məscidi  kimi  tanınan  bu  abidənin  minbərinin  üzərindəki  oyma  bəzəkli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə