Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   2   3   4   5   6   7   8   9   ...   94


 
mədəniyyət işçilərimizin qazandığı uğurlar, bütövlükdə mədəni həyatımız belə deməyə əsas verir ki, 
XX əsr həqiqətən tarixə mədəniyyətimizin təntənəsi ilə daxil olmuşdur. 
Azərbaycan  mədəniyyəti  bu  gün  daha  möhtəşəm  bir  dövrünü  yaşayır.  Müstəqillik  dövründə 
tarixi  şəxsiyyətlərimizin,  milli  mədəniyyətimizin  görkəmli  nümayəndələrinin,  habelə  ayrı-ayrı  milli 
bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı tədbirlər dövlət başçımızın imzaladığı fərman və 
sərəncamlarla keçirilir. 
Azərbaycan  milli  musiqisinin  təməl  daşı,  onun  bünövrəsini  muğamlar  təşkil  edir.  Təsadüfi 
deyildir  ki,  2003-cü  BMT-nin  ixtisaslaşmış  olan  təşkilatı  YUNESKO  Azərbaycan  muğamını 
bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir. 
Hazırda Azərbaycanda 27 professional teatr, 50-dək xalq teatrı və özəl teatr, 13 konsert təşkilatı 
fəaliyyət  göstərir.  Mədəniyyət  Nazirliyi  sistemində  2  böyük  simfonik  orkestr,  xalq  çalğı  alətləri 
orkestri, bir neçə kamera və estrada kollektivi var.  
Bu gün Mədəniyyət Nazirliyi sistemində 3275 klub müəssisəsi, 4313 kitabxana, 61 mədəniyyət 
və  istirahət  parkı  fəaliyyət  göstərir.  Xalqımızın  mənəvi  sərvətlərinin  qoruyucusu,  tədqiqatçısı  və 
təbliğatçısı olan 137 muzey, 27 dövlət şəkil qalereyası və 2 bədii sərgi salonunda əsrin nailiyyətləri öz 
əksini  tapır.  Bakı  Musiqi  Akademiyası,  Mədəniyyət  və  İncəsənət  Universiteti,  Bakı  Xoreoqrafiya 
Məktəbi, musiqi, rəssamlıq texnikumları, 300-ə yaxın uşaq musiqi, rəssamlıq və incəsənət məktəbləri 
Azərbaycan mədəniyyətinin gələcəyini yaşadacaq kadrlar hazırlayır. 
Yaxın  və  uzaq  xariclə  mədəni  əlaqələr  son  illərdə  geniş  vüsət  almışdır.  Hər  il  Azərbaycan 
mədəniyyəti və incəsənəti dünyanın bir çox ölkələrində geniş nümayiş etdirilir və özünə hər dəfə çoxlu 
təzə pərəstişkarlar tapır. 
Xalqımızın  əsrlərlə  qoruyub  saxlaya  bildiyi  mədəni  dəyərlər  sırasında  qüdrətli  teatr  sənəti  öz 
qabaqcıl  mövqeyini  müstəqillik  illərində  daha  da  inkişaf etdirmişdir.  Mürəkkəb  inkişaf  yolu  keçmiş 
Azərbaycan  teatrının  repertuarı  bu  gün  daha  genişlənib.  Tamaşaçıların  zövqünü oxşayan  müxtəlif 
tamaşaları  bu  gün  Azərbaycanda  fəaliyyət  göstərən  Akademik  Milli  Dram  Teatrında,  Bələdiyyə 
teatrında, Pantomima teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür. 
Hər il teatr müəssisələrində 100-110 yeni tamaşa hazırlanır.  
Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar Sarayı və Qız Qalası daxil olmaqla İçəri Şəhər 
Dövlət Tarix Memarlıq Kompleksi YUNESKO-nun "Dünya mədəni irs siyahısına daxil edilmişdir. 
UNESCO-nun  Qeyri-Maddi  Mədəni  İrs  üzrə  Hökumətlərarası  Komitəsinin  2014-cü il  noyabrın  26-da 
keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun 
Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 
2015-ci  il  m
ayın  18-də  Bakıda 
keçirilən 
“M ədəniyyəti  ortaq  təhlükəsizlik  naminə  paylaşaq” 
mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun
da
 Azərbaycan kəlağayı sənətinin UNESCO-
nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini təsdiqləyən sənəd Heydər Əliyev 
Fondunun prezidenti Mehriban Əliyevaya təqdim olunub. 
Kəlağayıdan  başqa  Azərbaycanın  muğam  ifaçılıq  sənəti,  aşıq  sənəti,  Novruz  bayramı,  Azərbaycan 
xalçası,  tar  ifaçılıq  sənəti də  UNESCO-nun  Qeyri-Maddi  Mədəni  İrs  üzrə  Reprezentativ  Siyahısına,  Çövkən-
Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına 
daxil edilib. 
Son illərdə ölkədə keçirilən müxtəlif müsabiqələr, mahnı bayramları xalq yaradıcılığına əsl baxış 
olmuşdur.  Ölkə  Prezidenti  tərəfindən  təsis  edilmiş  "Qızıl  Kitab"a  adları  düşən  və  hər  biri  xüsusi 
təqaüdə  layiq  görülmüş  gənc  sənətçilərə  milli  mədəniyyətimizi  XXI  əsrdə  inkişaf  etdirmək  nəsib 
olacaqdır. 
Bakı  şəhərində  Azərbaycan  mədəniyyəti,  ədəbiyyatı  və  incəsənətinin  çox  görkəmli 
nümayəndələri  -  dahi  bəstəkar  Üzeyir  Hacıbəyovun,  xalq  şairi  Səməd  Vurğunun,  böyük dramaturq 
Cəfər Cabbarlının, yazıçı və ictimai xadim Nəriman Nərimanovun, Azərbaycanda professional vokal 
sənətinin  banisi  Bülbülün,  böyük  yazıçı,  "Molla  Nəsrəddin"  jurnalının  naşiri  Cəlil 
Məmmədquluzadənin,  böyük  bəstəkar  və  dirijor  Niyazinin,  Naxçıvanda  böyük  ədib  və  dramaturq 
Hüseyn Cavidin xatirə muzeyləri açılmışdır. 
Müasir dövrümüzün ən  maraqlı  və  ən  populyar  incəsənət  növü hesab  edilən  kino  xalqımızın 
həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Milli kinomuz ildən-ilə zəngin təcrübə 
toplamış,  xalqımızın  həyatını  və  problemlərini  əks  etdirən  müxtəlif  növ  və  janrda  xeyli  əsər 
yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.  



 
Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin 
tədqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir.  
 



 
 
Musiqi 
 
Ümumi məlumat 
 
Azərbaycanın musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Musiqi haqqında ən qədim məlumatlar 
arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra materiallardan, Qobustan (e.ə. 12-6-cı minilliklər) və Gəmiqaya 
(e.ə. 3-1-ci minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi-Dədə Qorqud"da (7 əsr), Nizaminin, Xaqaninin, 
Füzulinin  əsərlərində  orta  əsrlərin  musiqi  həyatı,  janrları  və  alətləri  barədə  zəngin  məlumat  verilmişdir. 
Nizaminin  "Xəmsə"  əsərindən  alman  məlumatlara  əsasən  XII  əsrdə  özünün  çiçəklənmə  dövrünü yaşayan 
Azərbaycan mədəniyyətində musiqi sənəti aparıcı yerlərdən birini tuturdu. Bu çağda Azərbaycan musiqisinin o 
dövrə  məxsus  əsas  janr  və  formaları  təşəkkül  tapmış,  sintetik  fəaliyyət  dairəsinə  malik  peşəkar  musiqiçilər 
(bəstəkar, şair, müğənni-ifaçı) yaranmışdır. Bir sıra böyük şəhərlərdə şair və musiqiçilərdən ibarət kiçik peşəkar 
cəmiyyətlər  yaranmışdır  ("Məçmə  ül-ürafə").  O  dövrün  ən  parlaq  simalarından  biri  istedadlı  şairə  Munisə 
Məhsəti  Gəncəvi  gözəl  səsə  malik  olmuş,  öz  ifasını  musiqi  alətlərində  müşayiət  etmişdir.  Saraylarda  təşkil 
olunan məclislərdə fəlsəfi söhbətlər, şair deyişmələri ilə yanaşı musiqiyə də geniş yer verilirdi. O dövrün Nikisa
Barbəd  kimi  əfsanəvi  musiqiçiləri  virtuoz  ifaçı  sənətkarlar  olmuşlar.  Saray  musiqi  ifaçıları  -  "musikar", 
müğənnilər  -  "müğaniye"  adlanırdı.  XII  əsrdə  ən  populyar  musiqi  janrı  poetik  əsası  qəzəl  olan  muğam  idi. 
Saraylarda muğamla yanaşı klassik mahnılar (müasir təsniflərin sələfi) da geniş ifa edilirdi. Saray məclislərində 
xanəndələr muğam üstündə musiqi deyişmələri keçirirdilər. O dövrdə dini və hərbi musiqi də intişar tapmışdı. 
Nizaminin  əsərlərində  xalq  musiqi  məişəti  barədə  də  məlumat  vardır.  Xalq  musiqi  ifaçıları,  rəqqasları, 
kəndirbazları, dastan söyləyənləri kütləvi küçə tamaşalarının, xalq şənliklərinin əsas iştrakçıları idi. Bu şənliklər 
xalq musiqisi - mahnılar, instrumental musiqi ilə müşayiət olunurdu. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), 
Əbdül-qadir Marağayi (XIV əsr), Fətullah Şirvani (XV əsr), Mirzə bəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX 
əsr) kimi ensiklopedik biliyə malik alimlərinin risalələrində Yaxın və Orta Şərq xalqlarının mədəniyyətləri ilə 
sıx təmasda inkişaf edən orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi barədə danışılmış, 
Azərbaycan  musiqisinin  nəzəri  problemləri  işlənilmişdir.  Səfiəddin  Urməvi  Şərqdə  sistemçilik  məktəbinin 
əsasmı  qoymuşdur.  Onun  məşhur  "Kitabül-ədvar"  və  "Şərəfıyyə"  risalələri  unikal  elmi  əsərlər  kimi  bir  sıra 
dillərə  tərcümə  edilmiş,  onlara  Şərqin  və  Qərbin 
böyük alimləri elmi şərhlər yazmışlar. 
Səfiəddin 
Urməvi 
musiqi-estetik 
problemləri,  musiqinin  səs  sistemini,  intervalları, 
ladları,  ritmi  və  başqaları  nəzəri  məsələləri 
araşdırmış,  dövrünün  musiqi  nümunələrini  əbcəd 
not  sistemi  ilə  nota  salıb  gələcək  nəsillərə 
çatdırmışdır.  Onun  Şərqdə  məşhur  olmuş  not 
sistemindən  bir  neçə  əsrdə  istifadə  edilmişdir. 
Ondan  sonra  gələn  Azərbaycan  alimi  Əbdülqadir 
Marağayi  Urməvinin  qoyduğu  elmi  irsi  davam  və 
inkişaf etdirmişdir ("Came  əl-əlhan", "Şərhül Kitab 
əl-ədvar",  "Fəvaid  əşərə"  və  s.).  Fətullah  Şirvani 
(XV  əsr)  "Musiqi  məcəlləsi"  risaləsində  özündən 
əvvəl  gələn  görkəmli  sələflərinin  əsərlərinə  istinad 
edərək,  sistemləşdirilmiş  qanunlar  külliyyatı  və 
toplusunu  yaratmışdır.  Sonrakı  dövrlərdə  yaranan 
risalələrdə  daha  çox  musiqi  ifaçılığına  üstünlük 
verilmişdir.  M.M.Nəvvabının  "Vüzu-hül  ərqam" 
(1884)  risaləsi  də  mühüm  nəzəri  problemlərin 
həllinə həsr edilmişdir. 
Azərbaycan  musiqi  sənətinin  ayrılmaz  və  önəmli  hissəsini  qədim  ənənələrə,  dərin  məzmuna,  bədii 
kamilliyə, zəngin janr çeşidliyinə malik olan musiqi folkloru təşkil edir. Musiqi folkloru Azərbaycan xalqının 
tarixini, həyatını, istək və arzularmı ifadə etmiş, adət və ənənələrini özündə əks etdirmişdir. Musiqi folklorunun 
ən qədim sahəsi olan mahnılar mövzu rəngarəngliyi ilə seçilmiş, insanların əmək fəaliyyətini müşayiət etmiş, 
məişəti ilə bağlı olmuş, müəyyən tarixi dövrlərdə xalqı mübarizəyə səsləmişdir. 
Qədim  insanların  ilk  nəğmələri  əmək  prosesində  yaranmışdır.  Əməyi  yüngülləşdirmək  məqsədilə 
oxunan nəğmələr sadə, qısa mahnıvarı intonasiyalardan, əmək prosesinə uyğun kiçik melodik-ritmik kəsiklərdən 
əmələ gəlmişdi. Əmək nəğmələri holavarlar, sayaçı nəğmələri, balıqçı nəğmələri, hana nəğmələri və s. kimi bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə