Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.

səhifə30/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   26   27   28   29   30   31   32   33   ...   94

54 
 
evlərində  eyvanın,  yaxud  örtülü  balkonun  olması,  otaqların  interyerində  çoxlu  yük  yeri,  taxça,  yaxud 
camaxatan, rəf, yaxud ləmə (bəzi yerlərdə "zeh" də adlanır), buxarı və sairə düzəldilməsi Azərbaycanın, demək 
olar ki, bütün bölgələri üçün ortaq cəhət olmuş, ayrı-ayrı yerlərdə müxtəlif şəkildə memarlıq həllini tapmışdır. 
XVIII-XIX  əsrlər xalq  yaşayış  evlərinin  maraqlı  örnəkləri  Zaqatala,  Şəki,  Ordubad,  Şuşa,  Quba,  Qonaqkənd, 
Gəncə və Abşeronda qalmışdır. 
XVIII əsr Azərbaycan türbələrinin az bir qismi dövrümüzədək gəlib çatmışdır. XIX əsrin ilk illərində 
tikilmiş  "Yeddi  gözəl"  türbələr  kompleksindən  (Şamaxı  qəbiristanlığında)  4  türbə  qalmışdır.  Azərbaycanın 
səkkizüzlü türbələr qrupuna aid edilən bu abidələr Şamaxı hakimi Mustafa xanın ailə üzvləri üçün tikilmişdir. 
Ən erkəni xanın anasının dəfn edildiyi türbədir (1810-cu il, memar Ustad Tağı). 
XV-XVIII əsrlərdə azərbaycanlı memar, bənna və ustalardan Ustad Hacının oğlu (memar; Mərəzədəki 
Diribaba  türbəsi,  1402-ci  il),  Məhəmməd  Məcid  Təbrizi 
(nəqqaş;  Bursadakı  Yaşıl  camenin  mehrabı,  1424-cı  il),  Hacı 
Əhməd  oğlu  Əli  (ağac  üzərində  oyma  ustası;  Bursadakı 
camenin  qapısı),  Memar  Əli  (Məhəmməd  Əli;  Bakıda 
Şirvanşahlar sarayı kompleksində 1435-ci il tarixli türbə), Hacı 
Əhməd  (memar;  Dərbənddəki  Qırxlar  darvazası  və  Böyük 
məscid,  XV  əsr),  Yusif  Ustad  Zahir  oğlu  (memar;  Qəbələ 
rayonunun Həzrə kəndindəki Şeyx Bədrəddin türbəsi, 1446-cı 
il), Tacəddin (memar; Quba rayonunun Agbil kəndində türbə; 
1446-cı  il,  qalmışdır),  Xoca  Əli  Hasil  Təbrizi  (memar; 
Heratdakı Müsəlla ansamblının mədrəsəsi, XV əsr), Şəmsəddin 
(memar;  Məşhəddə  Şah  məscidi,  1451-ci  il),  Nemətulla 
Bəvvab  Məhəmməd  oğlu  (xəttat  və  kaşı  ustası;  Təbrizdəki  Göy  məscidin  kitabələri,  1465-ci  il),  Şəmsəddin 
Təbrizi  (memar;  İsfahandakı  Ali  məscid,  1522-ci  il),  Şəmsəddin  Şəmaxi  (memar;  Qəbələ  rayonunun  Həzrə 
kəndindəki Şeyx Mənsur türbəsi, 1570-ci il), Əsir Əli (Türkiyənin, Bolqarıstanın, Bosniya və Herseqovinanın 
bir sıra şəhərlərində çoxlu bina tikmişdir; əsas işləri - İstanbulda Topqapı sarayının 2-ci baştağı, Sultan Səlim 
məscidi,  1522-ci  il;  Sofiyada  Seyfəddin  Qazi  məscidi,  Sarayevoda  imarət,  kitabxana,  məscidlər  kompleksi, 
1532-ci il; Qəbzədə Çoban Mustafa məscidi və sairə), Əmirşah Vəlyənkuhi (memar; Bakıda Şirvanşahlar sarayı 
ansamblının  Şərq  darvazasının  daşdan  oyma  bəzəkli  baştağı,  1584-cü il),  Şeyx  Bəhaəddin  (memar  və  alim; 
Gəncənin Cümə məscidi və ətrafındakı meydanın memarlıq ansamblı, 1606-cı il), Nadir Əli Ustad Yarəli oğlu 
(memar; Mərdəkanda türbə, XVII əsr), Pərviz (memar; Abşeronun Buzovna  kəndinin qəbiristanlığında türbə, 
1641-ci  il),  İsmayıl  Nəqqaş  Ərdəbili  (xəttat  və  nəqqaş;  Ərdəbildəki  Şeyx  Səfiəddin  kompleksinin  Ali  qapı 
baştağının bəzəkləri, 1647-ci il), Yusifşah Məlik Səfimai oğlu (memar; Şeyx Səfiəddin kompleksinin Ali qapı 
baştağı,  1647-ci  il),  Baba  Şeyxican  (memar;  Mərəzə  kəndində  karvansara,  1613-cü il),  Murad  Əli  (memar; 
Nardaranda  Hacı  Baxşı  məscidi,  1663-cü  il),  Əbdüləzim  Səhkar  (memar;  Şamaxı  rayonunun  Kələxana 
kəndindəki türbələr kompleksi, XVII əsr), Baba Əli (memar; Abşeronun Məhəmmədli kəndində hamam, 1663-
cü il), Məhərrəm (memar; Abşeronun Binə kəndində məscid, 1697-ci il), Bünyad (memar; Abşeronun Maştağa 
kəndində  məscid,  1716-cı  il),  Abbasqulu  (memar  və  nəqqaş;  Şəki  xanları  sarayında  böyük  salonun  tavanının 
bəzəkləri, XVIII əsr) və başqaları fəaliyyət göstərmişlər.
 
 
XIX əsr Azərbaycan memarlığı rus şəhərsalma sənəti əsasında şəhərlərin böyüməsi və inkişafı, Gəncə, 
Şamaxı,  Bakı  kimi  şəhərlərin  baş  planlarının  işlənib  hazırlanması  ilə  səciyyələnir.  Bu  prosesə  uyğun  olaraq, 
şəhərtipli  yaşayış  evlərinin  tikintisi  genişləndi.  Quberniya  və  qəza  şəhərlərində qapalı divarları  küçəyə  baxan 
eynitipli  evlərin  yerində  üzü küçəyə  yönəldilmiş  dəbdəbəli  otaqları,  böyük  pəncərə  və  balkonları  olan  evlər 
tikilməyə başlandı. Belə evlərin həyət tərəfində iri şüşəbəndli qalereyalar tikilirdi. İqtisadiyyatın inkişafı sənaye 
müəssisələri  tikintisinə  geniş  təkan  verdi.  Şimali  Azərbaycanın  Rusiyaya  birləşdirilməsindən  sonra  yeni  tipli 
tikililərin  meydana  gəlməsi  memarlığın  inkişafında  mühüm  əhəmiyyət  kəsb  etdi.  XIX  əsrin  ortalarında  teatr, 
məktəb və xəstəxanalar üçün yeni binalar, yaşayış evləri tikildi. Kapitalist istehsal münasibətlərinin yaranması 
və genişlənməsi Azərbaycan memarlığının sonrakı inkişafına önəmli təsir göstərdi. Azərbaycan memarlığında 
müşahidə olunan yeni təzahürlər Bakının tikintisində özünü daha aydın göstərdi. 
Bu  dövrdə  Azərbaycan  memarlığı  iki  yöndə  -  yaşayış  məskənlərinin  memarlıq-plan  quruluşunda 
mühüm yer tutan bina kompozisiyası prinsipləri və Avropa memarlığı ənənələri əsasında inkişaf edirdi. Yerli 
memarlar  və  xalq  ustalarının  inşa  etdikləri  binaların  kompozisiya  quruluşunun  əsasını  ənənəvi  memarlıq 
formaları təşkil edirdi. XIX əsrin 2-ci yarısında Azərbaycan milli memarlığı daha çox  dini və mədəni-məişət 
binaları ilə təmsil olunurdu. Yerli memarlarla yanaşı, Avropa memarlıq məktəblərinin (əsasən, Peterburq Mülki 
Mühəndislər  İnstitutunun  və  İmperator  Rəssamlıq  Akademiyasının)  yetişdirmələri  də  fəaliyyət  göstərirdilər. 
Azərbaycan memarlığında yayılmış müxtəlif istiqamətlərlə yanaşı, ayrı-ayrı yaşayış evlərinin və mülki binaların 
tikintisində  qotikanın  üslublaşdırılması  da  özünü göstərir.  Bu  yöndə  ilk  binalar  XIX  əsrin  ortalarından  Gəncə 
yaxınlığındakı  kiçik  alman  koloniyalarında  -  Yelenendorf  (indiki  Xanlar  şəhəri)  və  Annenfeld  (indiki  Şəmkir 




Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə