Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   29   30   31   32   33   34   35   36   ...   94

58 
 
S.Dadaşov  və  M.Hüseynov)  yenidən  qurulmuş  binası  və  sairə  tikililər  Bakıda  yeni  bir  abad  rayonun 
meydana gəlməsinə zəmin yaratdı.
 
 
50-ci  illərin  əvvəllərində  Bakıda  Respublika  stadionunun  tikintisi  başa  çatdı  (1952-ci  il,  Leonard 
İqnatiyeviç  Qonsiorovski,  Georgi  Aleksandroviç  Sergeyev,  Oleq  Mixayloviç  İsayev).  Layihə  müəllifləri 
ərazinin  təbii  relyefindən  səmərəli  istifadə  edərək,  dəniz  tərəfdən  amfiteatr  şəklində  açılan  hissəni  ümumi 
kompozisiyaya daxil etmişlər. 
İctimai  və  mədəni-məişət  təyinatlı  binalar  respublikanın  başqa  şəhərlərində  də  tikilirdi.  Sumqayıt, 
Daşkəsən,  Mingəçevir  kimi  yeni  şəhərlərdə  mədəniyyət  evləri,  rayon  mərkəzlərində  kinoteatrlar,  ticarət 
müəssisələri,  uşaq  bağçaları  və  məktəb  binalarının  tikintisi  kütləvi  şəkil  aldı.  Naxçıvanda  Musiqili  Dram 
Teatrının  binasının  (1961-ci  il,  Ənvər  İsmayılov,  H.Məcidov)  tikilməsi  ilə  şəhərin  baş  planında  nəzərdə 
tutulmuş  mərkəzin  əsası  qoyuldu.  Gəncənin  mərkəzi  hissəsində  tikilmiş  uzunsov  quruluşlu  və  kvadrat  planlı 
monumental inzibati bina (1960-cı il, Ə.İsmayılov, Faina Leontyeva) şəhərin memarlığında üstünlük təşkil etdi. Bu 
dövr  sənaye  tikililərindən  Daşkəsən  Filizsaflaşdırma  Kombinatının,  Mingəçevir  SES-in  (Y.M.Popov,  V.M.Perlin, 
P.L.Rijik, H.Məcidov və K.İ.Sençixinin iştirakı ilə), Bakı Şərab zavodunun (Elçaruko İbrahimoviç Kanukov) binaları 
diqqətəlayiq memarlıq quruluşu ilə seçilir. 
50-ci illərdə binaların layihələndirilməsi və tikintisində israfçılığın aradan qaldırılması, tikintidə sənaye 
bazasının  genişləndirilməsi  ilə  bağlı  tədbirlər  Azərbaycan  sovet  memarlığında  yeni  mərhələnin  başlanğıcını 
qoydu.  Həmin  tədbirlər  boş  sahələrdə  kütləvi  mənzil  tikintisini  nəzərdə  tuturdu.  Bu  isə  layihə  üsullarının 
kökündən  dəyişdirilməsini  tələb  edirdi.  Fərdi  layihələrin  yerini  ayrı-ayrı  hissələri  yeni  yaradılmış  evtikmə 
kombinatlarında hazırlanan sənaye əsaslı eynitipli evlərin tikintisi tutdu. Məhz bu üsulun sayəsində qısa müddət 
ərzində  iri  yaşayış  massivləri  salındı.  Eyni  zamanda  mədəni-məişət  kompleksləri  və  başqa  xidmət  binaları 
tikilir, yaşıllıq zonaları yaradılırdı. Bakıda ilk təcrübə kimi kütləvi mənzil tikintisi indiki Musabəyov massivində 
həyata keçirildi; bundan sonra şimal-qərb yaşayış rayonu, Respublika stadionunun ətrafı, daha sonralar isə 8-ci 
km  və  Əhmədli  yaşayış  sahələrinin  tikilməsinə  başlandı.  Binalar,  əsasən,  iki  tipdən  -  müəyyən  hissələri 
(mərtəbələrarası  örtüklər  və  sairə)  zavodda  hazırlanmış  beşmərtəbəli  daş  evlərdən  və  yığma  panel  evlərdən 
ibarət  idi.  Eyni  ölçüdə  tikilən  beşmərtəbəli  evlər  iri  yaşayış  massivlərinə  darıxdırıcılıq,  yeknəsəqlik  gətirdiyindən 
tikintidə  doqquzmərtəbəli  qülləvarı  binalar  tətbiq  edilməyə  başlandı.  Respublikanın  Sumqayıt,  Gəncə  və  digər 
şəhərlərində yeni yaşayış rayonları tikintisinin sənaye bazası yaradıldı. Gəncə yaxınlığında "Quru qobu" adlanan 
boş ərazidə Yeni Gəncə iri yaşayış massivi salındı. Yeni Gəncənin əsasını beş və doqquzmərtəbəli yaşayış evləri 
təşkil edirdi. 
Bakıda kütləvi mənzil tikintisi ilə yanaşı, şəhərin mərkəzi hissəsində fərdi layihələr üzrə hündür yaşayış 
binalarının  da  ucaldılmasına  başlandı.  Bədii-memarlıq  keyfiyyətləri  ilə  seçilən  bu  cür  binaların  ən  yaxşı 
örnəkləri  M.Hüseyn  küçəsində,  Azadlıq  meydanında,  Respublika  stadionu  sahəsində,  Tbilisi  prospektində  və 
başqa yerlərdə tikilmişdir. 
60-cı illərin sonu-80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Dövlət 
Sirki  (Ə.İsmayılov,  F.Leontyeva),  H.Əliyev  adına  Respublika  Sarayı  (V.S.Şulgin,  Boris  Ginzburq,  mühəndis 
K.Kərimov),  "Gülüstan"  sarayı  (Hafiz  Əmirxanov,  Nazim  Hacıbəyov,  Teodor  Yakovleviç  Şarinski, 
Firəngiz Rüstəmbəyova, Novruz İsmayılov, Kamil Kərimov; Azərbaycan SSR Dövlət mükafatı, 1982-ci il), 
"Şərq  bazarı"  ticarət  mərkəzinin  1-ci  növbəsi  (Uzurmaq  Borisoviç  Revazov,  Pavel  İlyiç  Yarinovski),  Əl 
Oyunları  Sarayı  (Faiq  Yüzbaşov),  Olimpiya  Cəmiyyəti  (Zeynəb  Quliyeva),  Azərbaycan  Respublikası 
Prezidentinin Sarayı (Tahir Abdullayev) və sairə binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir. 
Bakıda  iri  ictimai  tikililərdən  Heydər  Əliyev  adına  İdman-Konsert  Kompleksi  (T.Abdullayev,  O.İsayev, 
Y.Qədimov, T.Xanlarov), "Şərq bazarı" kompleksinin 2-ci növbəsi (U.Revazov, P.Yarinovski) və sairə tutum-
məkan quruluşu və şəhərsalma həlli baxımından diqqəti cəlb edir. 
Gəncə,  Naxçıvan,  Sumqayıt,  Xankəndi,  Mingəçevir,  Lənkəran,  Əli  Bayramlı,  Şamaxı,  Şuşa,  Qazax, 
Masallı,  Ağdam  və  başqa  yerlərdə  mənzil  tikintisi  sahəsində  nailiyyətlər  qazanılmış,  memarlıq-bədii 
keyfiyyətləri  ilə  diqqəti  cəlb  edən  inzibati-ictimai  mərkəzlər,  meydanlar  yaradılmışdır.  Bu  baxımdan  1971-ci 
ildə Sumqayıtda tikilmiş Ticarət Mərkəzinin (Avrora Salamova, Yuri Pavloviç Tolstonoqov) memarlıq həlli də 
maraqlıdır. 
Gəncənin mərkəzi meydanının indiki görkəmi Cümə məscidi və "Çökək hamam"ı əhatə etməklə keçmiş 
sərhədləri çərçivəsində formalaşmışdır. Hələ XVII əsrdə meydanı dövrələyən çinar ağaclarının bir qismi indi də 
qalır. Başqa meydanlardan fərqli olaraq, Gəncənin mərkəzi meydanı qapalıdır, burada heç bir nəqliyyat vasitəsi 
işləmir. Bu da bütöv məkan sahəsi kimi onun memarlıq-məkan ifadəliliyini gücləndirir. 
XX əsrin 70-ci illərindən başlayaraq Bakının yaşıllaşdırılması sahəsində tədbirlər həyata keçirilmişdir. 
Heydər Əliyev adına Respublika Sarayının qarşısında salınmış meydan-bağ kompleksi (F.Rüstəmbəyova, Adil 
Rüstəmzadə,  Gülarə  Mehdiyeva,  1973-cü  il),  Lermontov  küçəsindəki  Azərbaycan  Respublikası  Nazirlər 
Kabineti binası qarşısındakı şəlalə, kaskad və fəvvarə ilə tamamlanan bağ (F.Rüstəmbəyova, Kamal Qasımov, 
G.Mehdiyeva, 1975-ci il) şəhərin landşaftını zənginləşdirmişdir. Dənizkənarı bulvarın yenidən qurulması, onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə