Mədəniyyət və turizm Mündəricat


Təsviri və dekorativ tətbiqi sənət



Yüklə 5,01 Kb.

səhifə36/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   32   33   34   35   36   37   38   39   ...   94

63 
 
 
Təsviri və dekorativ tətbiqi sənət 
 
Təsviri sənət 
 
Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri Mezolit dövrünün əvvəllərinə təsadüf 
edir. Meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, 
zərgərlik  məmulatı  Azərbaycandakı  yaşayış  məskənləri  üçün  səciyyəvi  olmuşdur.  Monumental  qaya 
rəsmlərində  qədim  insanların  mədəni  və  estetik  təsəvvürləri  öz  ifadəsini  tapmışdır.  Füzuli  şəhərinin 
yaxınlığındakı  Azıx  mağarasından  əldə  olunmuş  arxeoloji 
materiallar Azərbaycanın dünyada ən qədim insan məskənlərindən 
biri olduğunu sübut edir. 
Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. 12-6-cı 
minilliyə  aid  Qobustan  qaya  rəsmləri,  Kəlbəcər  rayonunun  Zalxa 
gölü ətrafında Ayıçmqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün 
əvvəllərinə  (e.ə.  3-cü minillik)  aid  rəsmlər,  Ordubad  şəhərindən 
şimalda  Gəmiqaya  dağındakı  qayaüstü  təsvirlər  (e.ə.  3-1-ci 
minilliklər)  müstəsna  əhəmiyyətə  malikdir.  Qobustanın 
"Böyükdaş",  "Kiçikdaş",  "Cingirdağ",  "Şonqardağ"  və  digər 
qayalarındakı  rəsmlərdə,  burada  yaşamış  qədim  insanların  həyat 
tərzi,  məişəti,  əməyi  ilə  bağlı  müxtəlif  səhnələr,  insan  və  heyvan 
təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri 
(petroqliflər)  ibtidai  icma  quruluşundan  feodalizm  mərhələsinə 
kimi çoxəsrlik uzun tarixi dövrü əhatə edir. 
Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş 
və  metal  məmulatlarını  bəzəyən  naxışlar,  rəsmlər,  qabartmalar 
(relyef  təsvirlər),  heykəllər  mühüm  yer  tutur.  Bunlardan  kürə 
formalı qab (Naxçıvan MR-in Şahtaxtı kəndi), ikibaşlı maral fiquru 
(Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan 
təsviri  cızılmış  bürünc  qab  (Gədəbəy),  aypara  şəklində  qızıl  yaxalıq  (Ziviyə),  qızıl  cam  (Urmiya  gölü 
yaxınlığındakı Həsənlu təpəsi), Mil, Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə 
fərqlənir (e.ə. 8-7 əsrlər). Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə nümunələri - 
dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir. 
Həkkaklıq 
və 
heykəltəraşlıq 
nümunələri  Albaniya  dövrü  sənətində  geniş 
yayılmışdı.  Mingəçevir  məbədinin  (V-VI 
əsrlər)  daş  kapitelinin  səthində  müqəddəs 
dirilik  ağacının  solunda  və  sağında  üz-üzə 
dayanmış  iki  tovuz  quşunun  qabartma  təsviri 
Albaniya  dövrü  heykəltəraşlığının  ən  kamil 
nümunələrindəndir.  Bədii  metal  (torevtika) 
məmulatlarının  tərtibində  də  plastik  formalara 
tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala 
və  s.  yerlərdən  tapılmış  gümüş  camların, 
bürüncdən  hazırlanmış  su  qablarının  üzərində 
maral,  şir,  tovuz  quşu,  buta  təsvirləri 
verilmişdir.  Bu  dövrün  dairəvi  və  qabartma 
heykəltəraşlıq  nümunələrində  (tuncdan  və 
daşdan)  insan  və  heyvan  təsvirləri,  məişət,  ov 
və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur. 
Azərbaycanda islam dininin yayılması ilə bağlı 
qədim  tarixi  şəhərlərdən  Qəbələ,  Naxçıvan, 
Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz, 
Marağa  və  Ərdəbildə  memarlıq  kompleksləri, 
saray,  qəsr,  məscid  və  türbələr  inşa  edilirdi.  Həmin  tikililərin  dekorativ  tərtibatında  xəttatlıq,  qabartma 
elementləri, daş üzərində oyma, həndəsi və nəbati naxışlar, şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament 
motivləri başlıca yer tutur.  


64 
 
XIII əsrin əvvəllərində Şirvanşahların Bakı buxtasında tikilmiş "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan 
memarlıq abidəsi üzərindəki kitabə və qabartma təsvirlər tikilinin dekorativ tərtibatında həlledici rol oynamışdır. 
Vaxtilə  quruda  yerləşən  bu  möhtəşəm  memarlıq  abidəsinin  dekorativ  elementlərini  təşkil  edən  "Bayıl 
daşlarında"  yazılarla  birlikdə  insan  və  heyvan  (pələng,  dəvə,  at,  öküz,  quş)  təsvirləri  dərin  oyma  üslubunda 
işlənmişdir. 
Orta  əsrlərdə  Azərbaycan  təsviri  sənəti  dekorativ-tətbiqi  sənətlə  bir  məcrada  inkişaf  etmişdir.  Gəncə, 
Beyləqan  və  digər  şəhərlərdən  tapılmış  keramika  nümunələri  üzərində  nəbati  və  həndəsi  naxışlarla  yanaşı, 
iticaynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilmişdir. 
Azərbaycan  təsviri  sənəti  memarlıqla  da  üzvi  əlaqədə 
olmuşdur.  Şəki,  Şuşa,  Quba,  Ordubad,  Lahıc  və  s.  şəhər  və 
yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar 
rəsmləri  xalq  yaradıcılığı  ənənələri  ilə  sıx  bağlı  idi.  XVIII-XIX 
əsrlərdə  Usta  Abbasqulu,  Usta  Qənbər  Qarabaği,  Usta  Əliqulu, 
Usta  Qurbanəli,  Usta  Şükür  Qənbər  oğlu  və  başqa  sənətkarlar 
tərəfindən  Şəki  xanlarının  sarayında  yaradılmış  divar  rəsmləri 
dekorativ  elementlərin  mövzu  cəhətdən  zənginliyi, rəngarəngliyi 
ilə  fərqlənir.  Sarayın  daxili  salon  və  otaqlarında  əlvan  və  şux 
rənglərlə işlənmiş rəsmlər, stilizə edilmiş naxışlar, insan, heyvan 
və  quş  təsvirləri,  müharibə  və  ov  səhnələrini  canlandıran 
çoxfiqurlu dinamik kompozisiyalar bir-birini əvəz edir. XIX əsrdə 
Azərbaycanda  olmuş  rus  rəssamlarından  Qriqori  Qriqoryeviç 
Qaqarin və Vasili Vasilyeviç Vereşşaginin əsərlərində Bakı, Şuşa, 
İrəvan və digər şəhərlərin memarlıq abidələrinin təsvirini görmək 
mümkündür. Azərbaycan dəzgah boyakarlığının təşəkkülü Mirzə 
Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha 
səmərəli fəaliyyət göstərmiş, "Rəqqasə", "Dərviş", "Pəhləvan", "Süvari", "Gənc oğlan", "Gənc qadın" kimi bədii 
cəhətdən kamil əsərlər yaratmışdır. Azərbaycan monumental boyakarlığının zəngin ənənələri İrəvanda Sərdar 
sarayının (XX əsrin ortalarında saray erməni vandalları tərəfindən uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın 
divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilmişdir), Şuşada bir sıra evlərin divar rəsmlərində davam 
etdirilmişdir. 
Azərbaycan  mədəniyyəti  tarixində  istedadlı  şair,  musiqi 
nəzəriyyəçisi  və  xəttat  kimi  tanınmış  Mir  Möhsün  Nəvvab  rəssamlıq 
sahəsində  də  fəaliyyət  göstərmişdi.  Onun  əsərlərində  təbiət  motivləri, 
güllərin,  quşların  təsviri  əsas  yer  tutur.  Bu  dövrdə  şair  Xurşudbanu 
Natəvanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri və dekorativ-tətbiqi 
sənət nümunələri də diqqəti cəlb edir. 
XIX  əsrin  20-ci  illərində  Şimali  Azərbaycanın  Rusiyaya 
birləşdirilməsi  ilə  Azərbaycan  təsviri  sənətində  avropasayağı  realist 
təmayüllər getdikcə gücləndi, bədii yaradıcılığın yeni sahələri meydana 
gəldi.  XX  əsrin  əvvəllərində  "Molla  Nəsrəddin"  və  digər  jurnalların, 
eləcə  də  kitab  nəşri  ilə  bağlı  satirik  qrafika  və  illüstrasiya  janrları 
yarandı. "Molla Nəsrəddin" jurnalının rəssamları Əzim Əzimzadə, Xəlil 
Musayev,  Karl  Rotter  və  Oskar  Şmerlinq  dövrün  ictimai-siyasi 
problemləri  ilə  səsləşən  realist  qrafika  sənəti  sahəsində  geniş  fəaliyyət 
göstərirdilər. Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai 
bərabərsizliyi,  cəhaləti,  fanatizmi,  çarizm  zülmünü  ifşa  edən  kəskin 
karikaturalar,  şarjlar  yaradırdı.  Rəssamın  məşhur  "Yüz  tip"  rəsmlər 
silsiləsi,  qədim  azadlığı  və  siyasi  motivlərə  həsr  olunmuş  akvarelləri 
aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə Mirzə Ələkbər Sabirin 
"Hophopnamə" əsərinə çəkdiyi illüstrasiyalar Ə.Əzimzadənin ən uğurlu 
işlərindəndir. 
Azərbaycan  realist  dəzgah  boyakarlığının  yaradıcılarından  biri 
olan Bəhruz Kəngərlinin "İlanlı dağ Ay işığında", "Günəş batarkən", "Bahar" mənzərələri, "Elçilik", "Toy" kimi 
məişət kompozisiyaları Azərbaycan təsviri sənətinin dəyərli örnəklərindəndir. 
Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  dövlət  gerbinin  və  rəsmi  sənədlərdə istifadə üçün üzərində 
dövlətin adı və gerbi təsvir edilən dövlət möhürünün layihələrinin hazırlanması məqsədilə 1919-cu il martın 23-
də  müsabiqə  elan  etdi. Təqdim  olunmuş  layihələr  keçmədiyindən  hökumət  hərbi  ordenlər,  milli  himn,  dövlət 
gerbi  və  möhürü  layihələrinin  hazırlanması  üçün  təkrar  müsabiqə  haqqında  qərar  çıxardı.  Müsabiqədə  ilk 




Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə