Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   33   34   35   36   37   38   39   40   ...   94

65 
 
peşəkar azərbaycanlı heykəltəraş Zeynal Əlizadə iştirak edirdi. Onun eskizləri əsasında buraxılmış döş və xatirə 
medallarında  parlament  binası,  bayraq,  aypara,  səkkizguşəli  ulduz,  günəşin  doğması,  gül  çələngi  təsvir 
olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu müsabiqənin başa çatdırılmasına imkan vermədi. 
Cümhuriyyət dövründə milli rəngkarlıq sənəti də inkişaf edirdi. Ə.Əzimzadənin karikaturaları "Zənbur" 
jurnalında  dərc  olunurdu.  Onun  əsərlərində  erməni-daşnak  quldurlarının  ağlasığmaz  vəhşilikləri  də  əksini 
tapmışdır.  Bəhruz  Kəngərli  də  yaradıcılığında  bu  mövzuya  müraciət  etmiş,  məşhur  "Qaçqınlar"  silsiləsini 
yaratmışdır. Bundan əlavə, Ə.Əzimzadə "Otello", "Aşıq Qərib", "Dəmirçi Gavə" tamaşalarının dekorasiya və 
geyim eskizlərini hazırlamış, B.Kəngərli Naxçıvan teatrında "Hacı Qara", "Ölülər", "Dağılan tifaq", "Pəri-cadu" 
və  s.  tamaşaların  bədii  tərtibatını  vermişdir.  Əlibəy  Hüseynzadənin  "Şeyxülislamın  portreti"  və  "Bibi-heybət 
məscidi" əsərləri də bu dövrün məhsuludur. 
Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan 
(1920) sonra incəsənət sahəsində də mürəkkəb proseslər 
baş verdi. Yeni dövlət sisteminin, eləcə də ideologiyanın 
yaranması  sənət  və  sənətkarlar  qarşısında  yeni  tələblər 
qoyurdu.  Bir  müddət  köhnə  ənənələr  (məsələn,  "Molla 
Nəsrəddin"  jurnalında)  yeniləri  ilə  yanaşı  yaşasa  da, 
yeganə sifarişçi olan dövlət bu sənət növünü də öz təsir 
dairəsinə  almağa  başladı.  Kommunistlərin  dövlətin  də 
siyasətinə çevrilmiş "Ya bizdən ol, ya bizə qarşı" tələbi 
müstəqil  düşünməyi,  mövzu,  ifadə  tərzi  seçməyi 
sənətkarlara  tədricən  yasaq  edirdi.  Yeni  ideologiyanı 
yaşadacaq kadrlara ehtiyac duyulurdu. 
1920-ci  ildə  Bakı  Dövlət Rəssamlıq Texnikumu 
yaradıldı.  1928-ci  ildə  Gənc  Rəssamlar  Cəmiyyəti 
meydana  gəldi.  Yeni  rəssamlar  nəsli  yetişməyə  başladı.  Əlbəttə,  onların  mütərəqqi  Qərbi  Avropa,  rus 
incəsənətinin  bədii  üslubunu  mənimsəməsi  müsbət  hadisə  idi.  Bununla  belə,  gənc  rəssamlar  sovet 
ideologiyasından irəli gələn, məhdud çərçivəyə salınmış sifarişləri yerinə yetirməyə məcbur idilər. 
1934-cü  ildə  sosialist  realizmi  bütün  SSRİ-də  olduğu  kimi  Azərbaycanda  da  yeganə  yaradıcılıq 
metoduna çevrildi. Əslində bu, metod yox, partiya tapşırığı idi. "Hər şeyi inqilabi inkişafda görmək və təsvir 
etmək",  "sosializmin  qalibiyyətli  yürüşünü  tərənnüm  etmək"  rəssam  və  heykəltəraşların  da  yaradıcılıq 
kredosuna çevrildi. Azərbaycan rəssam və heykəltəraşları öz fəaliyyətlərini bu istiqamətdə qursalar da, onların 
yaradıcılığında mütərəqqi ənənələr də geniş yer tuturdu. Təsviri sənətdə yeni növ və janrlar yaranırdı. 
30-cu  illərdə  qrafika  sahəsində  Qəzənfər 
Xalıqov, İsmayıl Axundov, Əmir Hacıyev, Mixail 
Aleksandroviç Vlasov, Kazım Kazımzadə, Əliağa 
Məmmədov  və  başqa  rəssamlar  da  fəaliyyət 
göstərir,  Azərbaycan  və  xarici  ölkə  yazıçılarının 
əsərlərinə  illüstrasiyalar  çəkir,  müxtəlif  aktual 
mövzularda 
siyasi 
plakatlar 
yaradırdılar. 
Azərbaycanın  müasir  dəzgah  boyakarlığının 
təşəkkülü  20-ci  illərdə  Azərbaycan  Dövlət 
Rəssamlıq  Məktəbini  bitirmiş  gənc  rəssamların 
fəaliyyəti  ilə  bağlı  olmuşdur.  30-cu  illərdə 
Azərbaycan  İnqilabi  Təsviri  İncəsənət  Birliyinin 
təşkil etdiyi sərgi böyük uğur qazandı. Bakıda və 
Moskvada  nümayiş  etdirilən  ilk  rəssamlıq 
sərgilərində  Salam  Salamzadə,  Q.Xalıqov, 
Ələkbər  Rzaquliyev  və  başqalarının  müasir 
mövzulara  həsr  etdikləri  tablolar  mühüm  yer 
tuturdu.  Boyakarlıq  sahəsində  bir  sıra  uğurlar 
qazanıldı.  Sadıq  Şərifzadənin  "Üzüm  yığımı",  Həsən  Haqverdiyevin  "Ə.Əzimzadənin  portreti",  Q.Xalıqovun 
"Nizami Gəncəvinin portreti", Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Baba Əliyev, Səttar Bəhlulzadə, Tağı 
Tağıyev və Kamil Xanlarovun məişət və tarixi tabloları kolorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb 
edirdi. 
Azərbaycanda müasir peşəkar heykəltəraşlığın təşəkkülü və inkişafı ötən əsrin 20-ci illərindən başlayır. 
Bu illər incəsənətdə mürəkkəb və ziddiyyətli dövrdür. 30-cu illərdən "əməkçi insanların", marksizm-leninizm 
klassiklərinin  obrazlarının  yaradılması,  bütün  yaşayış  məntəqələrində  sovet  rəhbərlərinin  heykəllərinin 
qoyulması,  büstlərinin  düzəldilməsi  geniş  yayılırdı.  Bu  nümunələrin  əksəriyyəti  trafaret  xarakterli  olub, 


66 
 
sənətkarlıq  baxımından  aşağı  səviyyədə  idi.  Bununla  belə,  dövrün rəssam  və  heykəltəraşları  dövlətin  siyasi 
motivli  sifarişlərini  yerinə  yetirməklə  yanaşı,  milli  ruhu,  mütərəqqi  yaradıcılıq  ənənələrini  saxlamağa  da  səy 
göstərir və çox zaman buna nail olurdular. 
20-30-cu  illərdə  ilk  azərbaycanlı  heykəltəraşlardan  İ.Quliyev,  eləcə  də  Azərbaycanda  yaşayan  Pyotr 
Sabsay və başqa heykəltəraşların iştirakı ilə Bakıda M.Ə.Sabirin, M.F.Axundzadənin və başqalarının abidələri 
qoyulmuş,  dekorativ  heykəllər,  portret  və  büstlər  yaradılmışdı.  30-cu  illərdə  sovet  heykəltəraşlığının 
banilərindən olan Fuad Əbdürrəhmanov Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərinin büst portretlərini 
(Ə.Haqverdiyev, M.F.Axundzadə, Ü.Hacıbəyov, A.Zeynallı və başqaları) və ilk monumental əsəri olan "Füzuli" 
heykəlini (1939, Nizami ad. Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasındadır) yaratmışdır. Cəlal Qaryağdının 
dekorativ heykəl və portretləri, M.P.Vaqifin heykəli (1939-40, Nizami ad. Azərbaycan Ədəbiyyatı Muzeyinin 
lociyasındadır) 
XX 
əsr 
Azərbaycan 
heykəltəraşlığının qiymətli nümunələrindəndir. 
1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci 
qurultayı keçirildi. 
Bakıda 
və 
regionlarda 
muzeylər 
şəbəkəsinin,  şəkil  qalereyalarının  yaradılması, 
Azərbaycan  Teatr  İnstitutunun  (indiki  Azərbaycan 
Dövlət  Mədəniyyət  və  İncəsənət  Universiteti) 
təşkili  (1945)  sovet  hakimiyyəti  illərində  təsviri 
sənətin inkişafı üçün əsaslı zəmin yaratmışdı. 
1939-45-ci 
illərdə 
Azərbaycan 
rəssamlarının yaradıcılığında siyasi plakat və satirik 
qrafika  əsas  yer  tuturdu.  Siyasi  karikaturaların 
yaradılmasında 
Ə.Əzimzadə, 
Q.Xalıqov, 
İ.Axundov,  Ə.Hacıyev,  S.Şərifzadə  və  başqa 
qrafiklərin  mühüm  rolu  olmuşdur.  Rəngkarlıqda 
S.Şərifzadə "Babək", Böyükağa Mirzəzadə "Böyük 
Babəkin  yürüşü",  Səttar  Bəhlulzadə  "Bəzz  qalasının  alınması",  Kamil  Xanlarov  "Cavanşir",  T.Tağıyev 
"Koroğlu",  bununla  yanaşı  Salam  Salamzadə,  M.Abdullayev,  B.Əliyev  və  başqa  cəbhə  qəhrəmanlarının  da 
portretlərini yaratmışlar. 50-ci illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoydu. 
Qazanılan uğurlarda keçirilən sərgilərin mühüm rolu oldu. 
XX  əsrin  40-cı  illərinin  sonu,  50-ci  illərin  əvvəllərində  istedadlı  rəssamların  bütov  bir  nəsli  qısa 
zamanda  Qərbi  Avropa  təsviri  sənətinin  bədii  metodlarını  mənimsəmişdilər.  1960-cı  illərin  əvvəllərində 
Azərbaycanda bədii özünəməxsusluğa malik, milli rəngkarlıq məktəbi formalaşmışdı. Bu məktəbi təmsil edən 
M.Abdullayev, T.Salahov, S.Bəhlulzadə, T.Nərimanbəyov, B.Mirzəzadə və digər rəssamların adı Azərbaycanın 
hüdudlarından  kənarda  məşhurlaşmışdır.  SSRİ  Rəssamlıq  Akademiyasının  həqiqi  üzvü,  xalq  rəssamı 
M.Abdullayevin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunmuşdur. Rəssamın "Axşam", 
"Mingəçevir  işıqları",  "Azərbaycan  çöllərində"  (triptix),  "Sevinc"  və  s.  əsərlərində  əmək  adamları,  məişət 
səhnələri  lirik  səpkidə  verilmişdir.  "Hindistan  silsiləsi"nə  görə  M.Ab-dullayev  beynəlxalq  Nehru  mükafatına 
layiq görülmüşdür (1969). 
50-ci illərin sonu, 60-cı illərin əvvəllərində "Sərt üslub" adlandırılan istiqamətin nümayəndələri formaca 
monumental,  lakonik,  gündəlik  həyat  reallığım  əks  etdirən  əsərlər  yaratmışlar.  Bu  üslubun  liderlərindən  biri 
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, xalq rəssamı T.Salahov idi. 
T.Salahov  yaradıcılığı  milli  ənənələrlə  müasir  dünya  incəsənətinin  ən  mütərəqqi  dəyərlərinin 
birləşdirilməsinə  gözəl  nümunədir.  Onun  yaradıcılığında  romantizmlə  realizmin  sıx  vəhdəti  duyulur. 
T.Salahovun yaratdığı istər portretlərdə, tematik tablolarda, istərsə də səhnə dekorasiyalarında sərt dina-mika, 
daxili fərdi özünəməxsusluq var. Onun istər neftçi, dəmirçi, balıqçı, istərsə də bəstəkar, şair və s. obrazları süni 
romantizmdən, şablonçuluqdan uzaq, təbii yaşantıları ilə seçilən insanlardır. Rəssamın "Növbədən qayıdanlar", 
"Səhər qatarı", "Abşeron qadınları", "Yeni dəniz" tablolarında dövrün qəhrəmanlıq pafosu, Xəzərdə yüksələn 
polad  adaların  əzəməti  duyulur.  T.Salahovun  yaratdığı  "Bəstəkar  Qara  Qarayevin  portreti",  "Bəstəkar 
D.D.Şostakoviçin  portreti"  bu  janrın  klassik  nümunələrindəndir.  Ümummilli  lider  Heydər  Əliyevin  portreti 
Azərbaycan boyakarlığının ən yaxşı əsərləri sırasına daxildir. 
Orijinal  yaradıcılığa  malik  T.Nərimanbəyovun  əsərlərində  doğma  yurdun  təbiəti,  müasirlərinin  obrazı 
əlvan  dekorativ  boyalarla  təsvir  edilir.  Rəssamın  "Səadət",  "Sevinc",  "Torpağın  bərəkəti",  "Bazar"  və  s. 
tabloları, natürmort və mənzərələri nikbin ovqatı ilə seçilir. Onun improvizasiya məharəti "Parisi xatırlayarkən", 
"Bethoven  dünyası"  tablolarında,  səhnə  dekorlarında  aydın  nəzərə  çarpır.  T.Nərimanbəyovun  milli  və 
beynəlmiləl ənənələrin sintezinə əsaslanan yaradıcılığı dünya şöhrəti qazanmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə