Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.

səhifə38/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   94

67 
 
Milli  və  ümumtürk  mədəni  irsinə  söykənən  qavrayış  xalq  rəssamı  Rasim  Babayevin  yaradıcılığının 
əsasını  təşkil  edir.  Onun  rəngkarlıq  dünyası,  qəhrəmanları  Abşeron  kəndlərində,  Xəzər  sahillərində 
qərarlaşmışdır. O, dünyəvi həyatı bütün çalarları, gözəllikləri və faciəviliyi ilə əks etdirir. "Püstə ağacı" (1970), 
"Ailə"  (1971),  "Motiv-obraz  axtarışında"  (1971),  "Bahar"  (1976)  əsərləri  sənətkarlıq  və  dərin  bədiilik 
baxımından diqqəti cəlb edir. "Adəm və Həvva", "Divlər" 
(1980) seriyaları bəşəriyyətin dramını, iki əks başlanğıcın 
dialektika  və  ziddiyyətini  əks  etdirir.  Nadir 
Əbdürrəhmanovun  "Çəltik  becərənlər",  "Dağlarda  qürub 
çağı",  Asəf  Cəfərovun  "Sabahın  düşüncələri",  "Həyat", 
"Mənim  Azərbaycanım"  tabloları,  lirik  mənzərələri,  şair 
Ə.Vahidin,  bəstəkar  A.Məlikovun  portretləri  zəngin 
koloriti ilə diqqəti cəlb edir. 
Müasir  Azərbaycan  boyakarlığının  tanınmış 
nümayəndələrindən  olan  xalq  rəssamı  B.Mirzəzadə  teatr 
dekorasiyası,  monumental  boyakarlıq,  həm  də  dəzgah 
boyakarlığının  bütün növlərində  əsər  yaratmışdır.  1950-
90-cı illərin görkəmli sənət adamlarının ("S.Bəhlulzadə", 
1954; "Akademik Məmməd Arif", 1970; "Rejissor Şəmsi 
Bədəlbəyli",  1975)  portretləri,  yaddaqalan  tematik 
tablolar  (Lənkəran  silsilələri),  mənzərə  və  natürmortlar 
onun yaradıcılığının əsasını təşkil edir. 
Əmək,  sənaye  mövzuları  B.Əliyev,  Lətif 
Feyzullayev, Ə.Məmmədov, Əli Verdiyev və başqalarının 
tablolarında  öz  əksini  tapmışdır.  Hüseyn  Əliyev,  Xalidə 
Səfərova,  Hafiz  Məmmədov,  Q.Seyfullayev,  Ağalar 
Abdullayev,  Həsən  Haqverdiyev,  Davud  Kazımov,  Cahangir  Rüstəmov,  K.Xanlarov,  Tələt  Şıxəliyev,  Ağa 
Mehdiyev, Müslüm Abbasov, Faiq Ağayev, Sara Manafova və başqalarının yaradıcılığında zəhmət adamlarına 
və  məişət səhnələrinə, Elbəy Rzaquliyev, Vidadi Nərimanbəyov, Toğrul Sadıqzadə, Arif Hüsenyov və Kamil 
Nəcəfzadənin  əsərlərində  Azərbaycan  xalqının  tarixi  keçmişi,  adət  və  ənənələri,  müharibə,  sülh  mövzularına 
geniş yer verilmişdir. Portret janrında S.Salamzadə, 
T.Tağıyev,  Vəcihə  Səmədova,  S.Şərifzadə,  Oqtay 
Sadıqzadə,  Nəcəfqulu  (Nəcəfqulu  İsmayılov),  Adil 
Kərimov, Güllü Mustafayeva, Odtəkin Ağababayev, 
Hafiz Zeynalov, Hüseyn Kərimov və başqa xüsusilə 
fərqlənmişlər. 
Azərbaycan  təbiətinin  gözəllikləri  xalq 
rəssamı,  qüdrətli  sənətkar,  mənzərə  janrının  ən 
böyük 
ustadlarından 
biri 
S.Bəhlulzadənin 
"Qızbənövşəyə  gedən  yol",  "Doğma  düzənliklər", 
"Torpağın  həsrəti",  "Kəpəzin  göz  yaşları", 
"Vətənimin baharı", "Azərbaycan nağılı", "Abşeron 
tacı"  və  s.  tablolarında  öz  ək-sini  tapmışdır.  Bu 
əsərlərdə real dünya - Azərbaycanın əlvan təbiəti ilə 
rəssamın  zəngin  iç  dünyası  özünəməxsus  tərzdə 
çulğalaşır. Sənətkarın işlərində miniatür rəngkarlığa 
xas olan həyəcan, ekstatik vüsət, klassik poeziya və 
muğamdan qidalanan improvizə aydın təzahür edir. 
Nadir  Qasımov,  K.Xanlarov,  Mahmud 
Tağıyev, Səməd Haqverdiyev, Tofıq Cavadov, Fərhad Xəlilov, Bağır Maratlı, Natiq Rzayev, Ənvər Əsgərov, 
Ucal  Haqverdiyev,  Səlhab  Məmmədov,  Çingiz  Fərzəliyev  və  başqa  rəssamlar  da  mənzərə  janrında  orijinal 
tablolar yaratmışlar. 
Azərbaycanın tanınmış fırça ustalarından olan xalq rəssamı Fərhad Xəlilovun əsərlərində özünəməxsus 
həyat fəlsəfəsi hərtərəfli ifadəsini tapmışdır. Onun "Qoca tut ağacı" (1967), "Mərdəkan. Yağış" (1967), "Dənizə 
gedən yol" (1967) və s. əsərləri bitkin kompozisiyası, təkmil koloriti, həcmlərin ustalıqla qurulması ilə fərqlənir. 
Rəssamın  "Dağ  və  səma",  "Bulud  və  dəniz",  "Görüş"  (1990-cı  illər)  əsərlərindəki  təbiət  obrazlarında 
monumentallıq və fəlsəfi duyum daha da güclənir. Bu əsərləri üslub yox, üslubu diqtə eləyən hiss birləşdirir və 
onların  bətnində  həqiqi  sakral  sənətin  dərin  cizgiləri  mövcuddur,  çünki  onlar  meditasiyaya,  ali  sirlərə  vaqif 


68 
 
olmaq  duyğusuna  çağırır.  F.Xəlilovun  yaradıcılığı  yeni  milli-fəlsəfi  janrın  təşəkkülü və  formalaşmasını  əks 
etdirir. 
Cavad  Mircavadov,  Əşrəf  Murad,  Qorxmaz  Əfəndiyev,  Tofiq  Cavadov,  Tələt  Şıxəliyev,  Müslüm 
Abbasov,  Kamal  Əhmədov,  Sənan  Qurbanov,  Rasim  Babayev,  Fərhad  Xəliliov,  Mirnadir  Zeynalov,  Nazim 
Rəhmanov,  Gennadi  Brijatyuk,  Əlövsət  Əliyev,  Həmzə  Abdullayev,  Qəyyur  Yunus,  Səhhət  Veysov,  Ağaəli 
İbrahimov,  İsmayıl  Məmmədov,  Sirus  Mirzəzadə,  Fikrət  Haşımov,  Fərman  Qulamov,  Asim  Səmədov  və 
başqalarının  əsərlərində  mifoloji  təsəvvürlər  ilə  müasir 
boyakarlıq axtarışları uzlaşmışdır. 
Azərbaycan  təsviri  sənətində  müasir  avanqard 
təmayülün banilərindən olan C.Mircavadovun "Çılpaq rəsmlər" 
silsiləsi, Şərq miniatürləri mövzusunda improvizələri, "Əsrlərin 
himni"  əsəri  rənglərin  qeyri-adi  dolğunluğu  ilə  fərqlənir. 
Həyatın  fəci  tamaşa,  amansız  mübarizə  kimi  qavrayışı  onun 
əsərlərində  qrotesk  ifadəliliyi  ilə  seçilən  çılğın  dramatik 
obrazlarda  əksini  tapır.  Sənətkarın  əsərlərində  qara  cizgilər 
formanın plastikliyini daha da qabarıq edir. 
K.Əhmədov  avanqard  sənətkarlara  xas  olan  ən 
səciyyəvi,  mühüm  cəhətləri  öz  əsərlərində  əks  etdirmişdir.  O, 
"Qız  qalası"  (1986),  "Nar  ağacı"  (1987),  "Bilgəhdə  həyətim" 
(1988) və başqa tabloları ilə gələcək nəslin mütərəqqi axtarışları 
üçün geniş yol açmışdır. 
Teatr-dekorasiya  sənətinin  inkişafı  Azərbaycan  opera, 
balet,  dram  və  musiqili  komediya  tamaşalarının  səhnə 
təcəssümü  ilə  bağlıdır.  Azərbaycan  realist  teatr  dekorasiyası 
sənətinin yaradıcılarından biri olan Rüstəm Mustafayevin 1920-
30-cu  illərdə  "Ölülər"  (C.Məmmədquluzadə),  "Üsyan" 
(D.Furmanov),  "Dəmirçi  Gavə"  (Ş.Sami),  "Sevil",  "Od  gəlini", 
"1905-ci  ildə"  (C.Cabbarlı),  "Şeyx  Sənan"  (H.Cavid),  "Dağılan  tifaq"  (Ə.Haqverdiyev),  "Şah  İsmayıl" 
(M.Maqomayev), "Arşm mal alan", "Leyli və Məcnun", "Koroğlu"(Ü.Hacıbəyov), "Aşıq Qərib" (Z.Hacıbəyov), 
"Sonalar  gölü"  (P.Çaykovski)  və  s.  dram,  opera  və  balet  tamaşalarına  verdiyi  tərtibat  bu  sənətin  inkişafında 
mühüm rol oynamışdır. Teatr rəssamlığı sahəsində fəaliyyət göstərən rəssamlardan İzzət Seyidovanın "Leyli və 
Məcnun"  (Ü.Hacıbəyov),  "Sevil"  (F.Əmirov),  Əyyub  Fətəliyevin  "Koroğlu"  (Ü.Hacıbəyov),  "İnsanın  taleyi" 
(İ.İ.Dzerjinski),  "Bahadır  və  Sona"  (S.Ələsgərov)  operalarına,  Ənvər  Almaszadənin  "Gülşən"  (S.Hacıbəyov), 
"Qaraca  qız"  (Ə.Abbasov)  baletlərinə,  Nüsrət  Fətullayevin  "Şərqin  səhəri"  (Ə.Məmmədxanlı),  "Otello" 
(U.Şekspir),  "Vaqif'  (S.Vurğun),  "Mahnı  dağlarda  qaldı"  (İ.Əfəndiyev),  İ.Axundovun  "Solğun  çiçəklər" 
(C.Cabbarh), "Şeyx Sənan" (H.Cavid), S.Şərifzadənin "Cavanşir" (M.Hüseyn), "Kəndçi qızı" (M.İbrahimov) və 
s. dram tamaşalarına verdikləri bədii tərtibatlar xüsusilə diqqəti cəlb edir. 
60-cı  illərdən  başlayaraq  səhnə  tərtibatı  sahəsində  yenilik  meyilləri  güclənmiş,  rəssamlar  şərtiliyə, 
lakonik  və  rəmzi  təsvir  vasitələrinə  xüsusi  əhəmiyyət 
vermişlər.  Bu  sahədə  ilk  uğurlu  addım  atan  T.Salahov 
"Antoni  və  Kleopatra",  "Hamlet"  (U.Şekspir),  "Aydın" 
(C.Cabbarlı)  pyeslərinin,  xüsusilə  "Koroğlu"  operasının 
(Ə.Fətəliyevlə  birgə)  tamaşasına  verdiyi  bədii  tərtibatda 
aydın  konstruksiyalı,  əzəmətli  dekorlar  yaratmışdır. 
M.Abdullayev  "Leyli  və  Məcnun",  "Koroğlu" 
(Ü.Hacıbəyov) operalarının və "Çitra" (Niyazi) baletinin 
tərtibatmı  şux  və  əlvan  boyalarla  həll  etmişdir. 
T.Nərimanbəyovun  "Qobustan  kölgələri"  (F.Qarayev), 
"Yeddi  gözəl"  (Q.Qarayev),  "Nəsimi  dastam",  "1001 
gecə"  (F.Əmirov)  baletlərinin  tamaşalarma  verdiyi 
tərtibat  romantik  üslub  tərzi  ilə  fərqlənir.  Teatr-
dekorasiya  sənətinin  inkişafında  Bədurə  Əfqanlı,  Həsən 
Mustafayev,  Sergey  Mitrofanoviç  Yefimenko,  Yuri 
Alekseyeviç  Toropov,  Elçin  Aslanov,  Bəhram 
Əfəndiyev,  A.Seyidov,  Solmaz  Haqverdiyeva,  Faiq 
Əhmədov,  Qüdrət  Məmmədov,  Fuad  Xəlilov,  Fuad  Qafarov  və  başqa  rəssamların,  kino  sahəsində  Cəbrayıl 
Əzimov,  Elbəy  Rzaquliyev,  Kamil  Nəcəfzadə,  Nadir  Zeynalov,  Fikrət  Bağırov,  Rafız  İsmayılov,  Mais 
Ağabəyov  və  başqalarının  mühüm  xidmətləri  olmuşdur.  Elçin  Məmmədov,  Nazim  Bəykişiyev 




Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə