Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.

səhifə40/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   36   37   38   39   40   41   42   43   ...   94

71 
 
yer tutmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mədəniyyətin, o cümlədən təsviri 
sənətin inkişafında yeni mərhələ başlamışdır. 
2000-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ölkənin mədəni həyatında, 
eləcə də gənc nəslin inkişafında böyük rol oynayan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradıldı. Yeni 
stilistikada A. Sadıqzadə, Ə. Əlimirzəyev, Z. Hüseynov, M. Əbdürrəhmanov, E. Qurbanov,  Ə.
 
Nərimanbəyova, 
S. Şıxlinskaya,  M. Əmirov,  A. Xəlilov,  Ə. Bədəlov, 
V. Muradov və başqaları işləyirlər. 
F.Salayev,  M.Əliyev,  N.Dadaşov,  M.Eldarov, 
A.Useynov,  H.Haqverdiyev,  M.Rüstəmov  kimi 
heykəltəraşlar dəzgah heykəltəraşlığı sahəsində maraqlı 
əsərlər yaratmışlar. 
1990-cı  ildən  Azərbaycanda  konseptual 
incəsənətin  müxtəlif  nümunələri  (instaliasiya,  videoart) 
yaranır. Bədii fotoqrafiya incəsənəti inkişaf edir. Qeyri-
hökumət  təşkilatları  səviyyəsində  də  müxtəlif 
strukturlar,  birliklər,  özəl  qalereyalar  yaradılır. 
Azərbaycan 
rəssamları 
beynəlxalq 
layihələr 
çərçivəsində Fransa, ABŞ, Yunanıstan, Rusiya, Türkiyə 
və digər ölkələrdə keçirilən müasir incəsənət festivallarında müvəffəqiyyətlə iştirak edirlər. 
 
Nurəddin Həbibov, Cəmilə Həsənzadə 
 
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007, “ Təsviri və 
dekorativ-tətbiqi sənətlər” məqaləsi, səh.766-774. 


72 
 
Miniatür 
 
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür 
sənəti  dünya  incəsənəti  tarixində  özünəməxsus  yer  tutur.  Kitab  illüstrasiyası  kimi  yaranıb  formalaşan 
Azərbaycan  miniatür  sənətinin  təşəkkül  tarixi  qədimdir.  13 əsrin  əvvəllərində  Əbd  ül-Mömin  Məhəmməd  əl-
Xoyinin  "Vərqa  və  Gülşa"  əlyazmasına  çəkdiyi  miniatürlər  (Topqapı  muzeyi,  İstanbul)  yalnız  Azərbaycanda 
deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır. 
XII-XIV  əsrlərdə  Marağa,  Təbriz  və  Azərbaycanın  başqa  şəhərlərində  xəttatlıq  və  miniatür  sənəti 
sürətlə  inkişaf  etmiş,  Təbriz  şəhəri  Şərqdə  bədii  yaradıcılığın,  kitab  sənəti,  kalliqrafiya  və  miniatür 
boyakarlığınının  ən  qüdrətli  mərkəzinə  çevrilmişdi.  XIV  əsrin  əvvəllərində  Təbrizin  Rəşidiyyə  akademiya 
şəhərciyinin  kitabxanasında  yerli  xəttat  və  rəssamlarla  yanaşı  Şərqi  Türküstan,  Orta  Asiya  və  başqa  Şərq 
ölkələrindən  toplanmış  sənətkarlar  fəaliyyət  göstərir,  dini,  tarixi,  elmi  və  poetik  əsərlərin  bədii  əlyazma 
nüsxələrini  hazırlayır,  onları  miniatürlərlə  bəzəyirdilər.  Bu  dövr  əlyazmalarından  Bəhtişunun  "Mənafi  əl-
heyvan" əsərinə (1297/98; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin "Cami ət-təvarix" (1306-cı il nüsxəsi, 
Edinburq  universiteti,  Şotlandiya;  1314-cü  il  nüsxəsi,  Kral  Asiya  Cəmiyyəti,  London;  1318-ci  il  nüsxəsi, 
Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. "Cami ət-təvarix" 
əlyazmalarının müxtəlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında 
xüsusi mərhələ təşkil edir. 
XIV  əsrin  ortalarında  Təbriz  rəssamları  qrafik  və 
boyakarlıq  üslublarının  uğurlu  sintezindən  doğan  bədii 
üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-50-ci 
illərə  aid  edilən  "Böyük  Təbriz  Şahnaməsi",  yaxud 
"Demott  Şahnaməsi"  adlanan  məşhur  əlyazmanın 
miniatürlərində  öz  əksini  tapmışdır.  Əksəriyyəti  dövrün 
görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən 
çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və 
kitabxanalarında saxlanılır. Əlyazmanın 120 miniatüründən 
yalnız  58-i  məlumdur.  Bunlardan  "Firidun  oğlunun 
cənazəsini  qarşılayır",  "İrəcin  ölüm  xəbəri"  (Frir 
qalereyası,  Vaşinqton),  "Əsir  alınmış  Ərdəvan  Ərdəşirin 
hüzurunda"  (Veve  kolleksiyası,  Paris),  "Rüstəmin  dəfni", 
"İsgəndərin  cənazəsi  üzərində  ağlaşma"  və  s.  miniatürlər 
süjetin dramatik həlli, obrazların dərin emosional ifadəliliyi 
ilə  Yaxın  və  Orta  Şərq  miniatür  sənətində  müstəsna  yer 
tutur. Sonrakı dövrlərdə istər Azərbaycanda, istərsə də İran 
və  Orta  Asiyada  hazırlanmış  "Şahnamə"  nüsxələrində 
illüstrasiyalar  üçün  süjetlərin  seçilməsi  və  onların 
ikonoqrafıyasının  yaranmasında  "Demott  Şahnaməsi"nin 
böyük rolu olmuşdur. Məhz buna görə bir sıra alimlər haqlı 
olaraq  Təbriz  məktəbinin  qonşu  ölkələrdə  miniatür 
sənətinin yaranması və inkişafına böyük təsir göstərdiyini 
qeyd edirlər. 
Azərbaycan  miniatür  sənətinin  bədii  üslub 
xüsusiyyətləri  XV  əsrin  əvvəllərində  daha  da 
təkmilləşmişdir.  Nizami  Gəncəvinin  "Xosrov  və  Şirin" 
poemasına,  sonuncu  Cəlairi  hakimi  Sultan  Əhmədin  şeirlər  "Divanf'na  dahi  rəssam  Əbdəl-Xoyinin  çəkdiyi 
rəsmlərdə (1405-10, Frir qalereyası, Vaşinqton) və Əssar Təbrizinin "Mehr və Müştəri" əsərinə çəkilmiş (1419) 
illüstrasiyalardakı (xəttat Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri ilə seçilir. 
XV  əsrin  əvvəllərində  məşhur  Azərbaycan  xəttatı  Cəfər  Təbrizi,  bədii  cild  ustası  Qəvaməddin, 
rəssamlardan Xoca Əli və Qiyasəddin kimi görkəmli Təbriz sənətkarlarının Heratda geniş yaradıcılıq fəaliyyəti, 
Şərqin  böyük  rəssamı  Kəmaləddin  Behzadın  Heratda  Pir  Seyid  Əhməd  Təbrizidən  rəssamlıq  dərsi  alması  və 
başqa tarixi faktlar göstərir ki, Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini yetkin sənətkarlarla təmin 
edən  qüdrətli  sənət  mərkəzi  olmuşdur.  Məşhur  alman  sənətşünası  F.Şults  Təbriz  məktəbini  qonşu  Şərq 
ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş "ana məktəb" ("mutter schule") adlandırmışdır. 
XV əsrdə Təbriz məktəbinin təsiri ilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlamışdı. Bu dövrdə 
"Şərq  poeziyası  antologiyası",  yaxud  "Şamaxı  antologiyası"na  (1468,  Britaniya  muzeyi,  London)  və  başqa 
əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər ("Mehtər", "İki 
əmir", Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir. 




Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə