Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   37   38   39   40   41   42   43   44   ...   94

73 
 
Qaraqoyunlular sülaləsinin hakimiyyəti dövründə Cahanşahın oğlu Pirbudaq bir neçə nəfıs əlyazmalar 
sifariş etmişdi. Onlardan  ən görkəmlisi 1460-cı illərdə hazırlanmış "Kəlilə və Dimnə"nin nüsxəsidir (Tehran, 
Gülüstan  saray  kitabxanası).  Gözəl  miniatürlərlə  bəzədilmiş  əlyazmanın  "Şirlə    öküzün   döyüşü",  "Qarğalar 
bayquşların yuvalarmı yandırır", "Ceyran, tısbağa və qarğa" və s. rəsmləri əsrin ən gözəl abidələrindəndir. 
1481-ci  ildə  Sultan  Yaqub  üçün  hazırlanan  və  I  Şah  İsmayıl  dövründə  tamamlanan  Nizami 
"Xəmsə"sinin  İstanbul  nüsxəsinə  XVI  əsrin  əvvəllərində  çəkilmiş  9  miniatür  bu  cəhətdən  istisna  təşkil  edir. 
Obrazlı ifadə vasitələrinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorativliyinə, kolorit zənginliyinə görə 
bu  miniatürlər  ("Şirin  çimərkən  Xosrovun  ona  tamaşa  etməsi",  "İsgəndər  və  Dara",  "İsgəndər  və  çoban", 
"İsgəndər Nüşabənin sarayında" və s.) XVI əsrə aid eyni məzmunlu miniatürlərdən əsaslı surətdə fərqlənir. Bu 
əsərlərin  XVI  əsrdə  Təbriz  miniatür  məktəbinin  banisi  Sulan  Məhəmməd,  onun  müasirləri  və  tələbələri 
tərəfindən  çəkilməsi  şübhəsizdir.  Təsadüfi  deyil  ki,  bu  dövrdə  və  daha  sonralar  Təbrizdə  işlənmiş,  lakin 
müəllifləri bəlli olmayan ən dəyərli miniatürlər adətən Sultan Məhəmməd məktəbinə, yaxud onun üslubuna aid 
edilir. 
Təbriz  miniatür  məktəbinin  inkişaf  zirvəsi  XVI  əsrin  ortalarına  təsadüf  edir.  Mərkəzləşmiş  Səfəvilər 
dövlətinin  yaranması  ilə  Azərbaycanın  paytaxtı  Təbriz  yenidən  Yaxın  və  Orta  Şərqdə  mədəniyyətin,  estetik 
fikrin,  bədii  yaradıcılığın  əsas  mərkəzinə  çevrilir.  Təbrizdə  Şah  İsmayıl  və  Təhmasibin  saray  kitabxanasında 
böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər 
Əli  kimi  istedadlı  yerli  rəssamlarla  yanaşı,  Şərqin  Kəmaləddin  Behzad,  Şeyxzadə,  Ağamirək  İsfahani,  Şah 
Mahmud Nişapuri, Dust Məhəmməd kimi görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər. 
XVI  əsrin  əvvəllərindən  başlayaraq  Təbriz  miniatür  məktəbinin  klassik  ədəbiyyatla  əlaqəsi  daha  da 
genişlənmişdi. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi və başqa klassiklərin əsərləri, 
poetik süjet və obrazları Təbriz rəssamlarının yaradıcılığında əsas yer tuturdu. Təsviri sənətdə ən çox, ən dəyərli 
miniatürlər iki əsərə "Şahnamə" və "Xəmsə"yə çəkilirdi. 
Son  dərəcə  zərif  işlənmiş  3  kiçik 
miniatürlü "Şah və Dərviş" (M.Y.Saltıkov-Şedrin 
ad.  kitabxana,  Sankt-Peterburq),  258  miniatürlə 
bəzədilmiş  "Şahnamə"  (1537;  miniatürlərin  bir 
qismi  Nyu-Yorkdakı  Metropoliten-muzeydə, 
qalan 
hissəsi 
Nyu-Yorkda, 
Haufton 
kolleksiyasmdadır)  və  14  ədəd  nadir  mi-niatürü 
ilə  dünya  şöhrəti  qazanmış  "Xəmsə"  (1539-43, 
Britaniya  muzeyi,  London)  əlyazmaları  zəngin 
bədii  tərtibatı,  nəfis  dekorativ  bəzəyinə  görə 
Şərqdə kitab sənətinin və miniatür boyakarlığının 
şah  əsərləri  hesab  edilir.  "Şahnamə"yə  çəkilmiş 
miniatürlərdən 
Sultan 
Məhəmmədin 
"Keyumərzin  məclisi",  "Zöhhakm  edam 
edilməsi",  Mirzə  Əli  Təbrizinin  "Hindistan 
elçilərinin qəbulu", Müzəffər Əlinin ov və döyüş 
səhnələri,  Mir  Seyid  Əlinin  saray  məclisləri 
təsvir  olunan  əsərləri,  "Xəmsə"yə  çəkilmiş 
miniatürlərdən  Sultan  Məhəmmədin  "Sultan 
Səncər  və  qarı",  "Şirin  çimərkən  Xosrovun  ona 
tamaşa  etməsi",  "Məhəmməd  Peyğəmbərin 
meracı",  Mir  Müsəvvirin  "Ənuşirəvan  və 
bayquşların  söhbəti",  Mirzə  Əli  Təbrizinin 
"Xosrov  Barbədin  musiqisini  dinləyir",  "Şapur 
Xosrovun  portretini  Şirinə  göstərir",  Mir  Seyid 
Əlinin  "Dilənçi  qarının    Məcnunu  Leylinin 
yanma  gətirməsi"  və  s.  əsərlər  Şərq  miniatür 
sənətinin  zirvəsini  təşkil  edir.  Azərbaycan 
rəssamları "Şahnamə" və "Xəmsə"dən başqa, digər poetik əsərlərə də orijinal miniatürlər çəkmişlər. Bunlardan 
Sultan  Məhəmmədin  1530-cu  illərdə  Hafızin  "Divan"ına  çəkdiyi  "Sam  Mirzənin  kef-musiqi  məclisi", 
"Meyxanada",  naməlum  rəssamların  Ə.Cami,  Əmir  Xosrov  Dəhləvi  və  başqa  klassiklərin  əsərlərinin 
əlyazmalarına,  Sədinin  külliyyatına  (hamısı  M.Y.Saltıkov-Şedrin  ad.  kitabxana,  Sankt-Peterburq)  və  başqa 
əlyazmalarına çəkdikləri miniatürləri göstərmək olar. 
Miniatür  sənətində  XVI  əsrədək  tək-tək  təsadüf  olunan  dəzgah  miniatürləri  əsrin  ortalarından  inkişaf 
edərək  tezliklə  xüsusi  janr  səviyyəsinə  yüksəldi.  Kitab  illüstrasiyalarından  fərqli  olaraq,  belə  müstəqil 


74 
 
miniatürlərdə, əsasən, adi həyat hadisələri təsvir edilirdi. Rusiya (Sankt-Peterburq), Türkiyə (İstanbul), eləcə də 
Avropa və ABŞ-ın bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda (mürəkkələrdə) toplanmış, 
bəzən də sırf dekorativ bəzək məqsədilə müxtəlif əlyazma kitablarına sonralar daxil edilmiş belə miniatürlərdən 
Mirzə Əli Təbrizinin "Sarayda musiqi məclisi", Sultan Məhəmmədin "Ov səhnəsi" triptixləri, Mir Seyid Əlinin 
"Kənd həyatı" və "Şəhər həyatı" tabloları Şərq miniatür sənətində müstəsna yer tutur. 
XVI əsrin ortalarında Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və başqa rəssamlar bir sıra 
portret miniatürləri yaratmışlar. Müəyyən kanonlar əsasında yaradılan bu portretlərdə əsas məqsəd hökmdarm 
zahiri gözəlliyini tərənnüm etmək olmuşdur. 
XVI 
əsrin 
2-ci 
yarısında  saray  kitabxanasında 
fəaliyyət 
göstərən 
rəssamlardan 
bir 
qrupu 
Səfəvilər 
dövlətinin 
paytaxtının Təbrizdən Qəzvinə 
köçürülməsindən  sonra  yeni 
mərkəzə  toplaşdı.  Azərbaycan 
rəssamlarının  Qəzvində  1575-
ci  ilə 
qədər  çəkdikləri 
miniatürlər 
bədii 
üslub 
xüsusiyyətlərinə  görə  Təbriz 
dövrü  miniatürlərindən  əsla 
seçilmir  və  Təbriz  üslubunun 
məntiqi davammı təşkil edir. 
Qəzvində yeni üslubun 
yaranıb  formalaşması  Sultan 
Məhəmməd 
ənənələrinin 
davamçıları  Siyavuş  bəy,  Mir 
Zeynalabdin  Təbrizi,  Əli  Rza 
Abbasi Təbrizi, xüsusilə dövrün ən görkəmli ustad rəssamları Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə 
bağlıdır.  Bu  dövrdə  kitab  illüstrasiyalarından  daha  çox  real  həyat  hadisələrini  və  adi  məişət  səhnələrini  əks 
etdirən müstəqil miniatürlər çəkilmişdir. Rəssam, xəttat, şair və təzkirəçi Sadıq bəy Əfşarın çəkdiyi portretlər 
("Süvari dərviş", Milli Kitabxana, Paris; "İstirahət edən dərviş", Gülüstan muzeyi, Tehran), Məhəmmədinin sadə 
adamların  həyatından  bəhs  edən  rəsmləri  ("Baharın  müjdəçisi",  M.Y.Saltıkov-Şedrin  adına  kitabxana,  Sankt-
Peterburq; "Kənd həyatı", Luvr, Paris), Ə.Caminin "Sübhət ül-əbrar" ("Möminlərin təsbehi") əsərinin 1613-cü il 
tarixli əlyazmasına Əli Rza Abbasi Təbrizinin çəkdiyi miniatürlər və 
s.  əsərlər  bu  sənətin  məzmun  və  formaca  tamamilə  yeni,  orijinal 
mahiyyət kəsb etdiyini göstərir. Bu dövrdə miniatür sənətinin mövzu 
dairəsi  genişlənir,  həyatla  əlaqəsi  daha  da  möhkəmlənir,  o,  ideya 
məzmununa  görə  demokratikləşir,  bədii  forma  cəhətdən  sadələşir, 
onun  realist  təsvir  vasitələri  güclənir.  Əksəriyyəti  "siyah  qələm" 
texnikası  ilə  çəkilmiş  monoxrom  rəsmlərdən,  yaxud  açıq  və  şəffaf 
rənglərlə işlənmiş miniatürlərdən ibarət olan bu əsərlər bir tərəfdən 
dekorativ üslubun, şux və əlvan rəngli klassik kitab miniatürlərinin 
tədrici tənəzzülünü göstərir, digər tərəfdən isə realist təsvir metoduna 
yaxınlaşan dəzgah boyakarlığı və qrafikasının getdikcə inkişafmı əks 
etdirir.  Azərbaycan  miniatür  sənətində  gedən  bu  prosesi 
sürətləndirən  amillərdən  biri  də  Avropa  təsviri  sənətinin  Şərq 
incəsənətinə təsirinin başlanması idi. 
Təbriz məktəbi qonşu ölkələrlə yaradıcılıq əlaqəsi saxlamış, 
məktəbin nümayəndələri müxtəlif vaxtlarda bir çox Şərq ölkələrində 
fəaliyyət  göstərmişlər.  Məşhur  rəssam  Mir  Seyid  Əli  atası  Mir 
Müsəvvirlə  birlikdə  uzun  müddət  Hindistanda  Moğol  hökmdarları 
Hümayun [1530-39, 1555-59] və Əkbərin [1556-1605] sarayında baş 
rəssam  işləmiş,  yeni  nəsil  sənətkarların  yetişdirilməsində  Moğol 
miniatür  məktəbinin  yaranması  və  inkişafında  mühüm  rol 
oynamışlar.  Türkiyə  miniatür  sənətinin  inkişafına  Azərbaycan 
rəssamları  əhəmiyyətli  təsir  göstərmişlər.  Şahqulu  Nəqqaş,  Vəlican 
Təbrizi,  Kamal  Təbrizi  və  bir  sıra  digər  Təbriz  rəssamları  müxtəlif  dövrlərdə  İstanbulda  fəaliyyət  göstərmiş, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə