Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   41   42   43   44   45   46   47   48   ...   94

81 
 
həmçinin onlara uyğun kitabə motivləri işlənmişdir. Bu üsul, əsasən, Şirvan-Abşeron bədii daşyonma məktəbinə 
aiddir (Bakı, Şamaxı, Dərbənd). 
Şimal-qərb rayonlarının ustaları, daha çox, çaylaq daşı üzərində işləmişlər. 
Bu  daşdan  düzəldilmiş  abidələrə  istənilən  formanı  vermək  mümkün olmamışdır.  Bununla  belə,  bədii 
daşyonma  ustaları  adi  daşdan  çox  gözəl,  əvəzolunmaz  sənət  əsərləri  yaratmışlar.  Azərbaycanın  bir  sıra 
ərazisində  Naxçıvan, Lerik, Yardımlı, Lənkəran, Kəlbəcər, Laçın, Mingəçevir, Zəngəzurda at, qoç heykəlli belə 
məzar daşları vardır. 
Azərbaycanın  tarixi  ərazisi,  indi  Gürcüstanda 
qalan  Armazisxevidə  vaxtilə  müsəlman  qəbiristanlığı 
olmuşdur (indi arxeoloji bazadır). Burada iki at heykəlli 
məzar  daşı  qalmışdır.  Birinin  üzərində  "Onun  sahibi 
Kərim xan, h. 741 (1340/41) il" yazılmışdır. Sag tərəfdə 
oğuz  türk  tayfalarına  məxsus  tamqa  -  otuz  oğuz  təsvir 
olunmuşdur.  Belə  tamqa  Laçın  rayonunun  Malıbəyli 
kəndindəki  XVI  əsrə  aid  at  heykəlli  abidədə  də  vardır. 
On oğuz tamqaları isə Qobustan ərazisində olan Qaradağ 
qəbiristanlığındakı məzar daşlarında mövcuddur. Tiflisin 
Şota Rustaveli küçəsində və parklarında azərbaycanlılara 
məxsus  qəbiristanlıqlardan  götürülmüş  at  heykəlli 
abidələr qoyulmuşdur. 
Qoç  heykəlli  və  sənduqə  formalı  məzar  daşları 
Zəngəzurun Urud qəbiristanlığında da (indiki Ermənistan 
ərazisində) olmuşdur. 1478-ci ildə vəfat etmiş Əmrusəlin 
sənduqə  formalı  məzar  daşında  və  1578/79-cu  ildə  vəfat  etmiş  İftixarın  qoç  heykəlli  məzar  daşında  "Allah, 
Məhəmməd,  Əli,  ağvan-alban  övladı"  sözləri  və  Azərbaycan  dilində  kitabələr  yazılmış,  oğuz-türk  tayfalarına 
məxsus onqonlar-tanrıların təsvirləri həkk olunmuşdur. Bu, xristian Alban tayfalarının türkləşməsini və islamı 
qəbul etməsini göstərir. 
Məzar daşlarında dəfn olunanların peşələri ilə də əlaqədar təsvirlər həkk olunmuşdur. XIV-XVI əsrlərin 
məzar daşlarında xalça naxışları, xalça toxunması, hana, kirgit, misgər alətləri və s. həkk olunmuşdur. 
XII-XIX  əsrlərə  aid  kitabələrdə  görkəmli  memar,  inşaatçı  usta,  bənna,  həkkak,  xəttat,  nəqqaş, 
heykəltəraş adları qeyd olunmuşdur. Bakı-Abşeron abidələrində Aşur İbrahim oğlu, Əbd əlMəcid Məsud oğlu, 
Zeynəddin Əbu Rəşid oğlu, Şəmsəddin Şeyx Hacı Məhəmməd oğlu, Əli, Hacı Məhərrəm, Əmirşah, Hacı Bani, 
Nadir Əli, Bürhan, Şahkar Şahbəndə oğlu, Bəxşəli Mirzə Məhəmməd oğlu, Murad Əli və başqalarının adları 
çəkilir. 
Şəki-Zaqatala  bölgəsindəki  kitabələrdə  XIII-XV  əsrlərin  əvəllərinə  kimi  işləmiş  inşaatçı  usta,  xəttat, 
həkkaklar  İdris, Şeyx Sultan, Yusif Zəhir oğlu, Mahmud, İzzəddin, Şəmsəddin, Məhəmməd Əli Ağa, Məhərrəm 
Baba, Molla Şaxmərz Molla Səfiulla oğlu, Məhəmməd Əlinin adları qeyd olunmuşdur. Həmin bölgədə XVIII-
XX əsrin əvvələrində işləmiş 110 memar, inşaatçı usta, xəttat, həkkakın adları qeydə alınmışdır. 
XII-XIV əsrlərdə Naxçıvanda fəaliyyət göstərmiş memar, inşaatçı usta, xəttat, həkkak və nəqqaşlardan 
Əcəmi  Əbubəkr  oğlu,  Cəmaləddin,  Məhəmməd  bəy  Hacı  oğlu,  usta  Nəcməddin  Hacı  Pənah  oğlu  ,  Vəli  və 
başqalarının adları abidələrdə həkk olunmuşdur. 
Quba,  Qusar,  Xaçmaz,  Cənubi  Dağıstan,  Dərbənddə  fəaliyyət  göstərmiş  memar,  inşaatçı  usta,  xəttat, 
həkkaklardan Mahmud Gilani, Saleh Əli oğlu, Qasım, Məhəmməd, Mənsur, Seyid Fariz, Mamay əl-Zaxuri, İsa 
Məhətə  oğlu,  Vaxuh  Kəriməddin,  bakılı  Qarçiqay  və  Gökçə,  Əli,  Fərrux  Şamaxılı  (XII-XV  əsrlər),  nügədili 
Qoçi  bəyin  oğlu  Cəfər,  Dərbəndli  Mahmud,  Ağacan,  Hüseynqulu,  Loğman  Zeyd  Əbubəkr  və  naxçıvanlı 
Əhmədin (XVIII əsrin əvvəlləri) adları da kitabələrdə qeyd olunmuşdur. Gəncəli bədii daşyonma ustaları Şeyx 
Zaman və Mirzə Mehdinin adları Gəncədəki Cavad xan türbəsində, İmamzadədə, Goranboy rayonun Rəhimli 
kəndində Mirzə Adıgözəl bəyin türbəsindəki abidələr üzərində yazılmışdır. 
 
Məşədixanım Nemətova 
 
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007,  
“B ədii daşyonma sənəti” məqaləsi, səh.788-790. 
 
 
 
 
 


82 
 
Zərgərlik 
 
Azərbaycan  zərgərlik  sənəti  qədim  tarixə  və  zəngin  bədii-texniki  ənənələrə  malikdir.  Elə  bu  səbəbdən 
Azərbaycan zərgərlərinin yaratdıqları sənət nümunələri haqlı olaraq geniş şöhrət qazanıb. Onların yüksək bədii 
məziyyətlərinə görə dünyanın müxtəlif ölkələrinə yayılması, məşhur muzeyləri və şəxsi kolleksiyaları bəzəməsi 
də elə bunun təsdiqidir. 
Arxeoloji  tapıntılara  əsaslansaq,  deməliyik  ki,  bizim  dövrə  gəlib  çatan  ən  qədim  zərgərlik  nümunələri 
eramızdan əvvəl I minilliyə aiddir. Həmin dövrə  aid edilən qəbirlərdə silah, alət və məişət əşyaları ilə yanaşı 
qızıl,  tunc,  dəmir  və  sümükdən  hazırlanmış  çoxlu  bəzək  əşyalarına  da  rast 
gəlinir.  Mum  qəliblərdən  istifadə  edilərək  yaradılan  sırğa,  bilərzik  və 
boyunbağılar  çox  vaxt  rəmzi  məna  daşıyan  ilan  və  şir  şəklində  hazırlanar, 
həm də şər qüvvələrdən qorunmağa xidmət edərdi. Qədim bəzək əşyalarının 
bədii tərtibatında əqiq, yaşma və s. minerallardan ustalıqla işlədilməklə, həm 
də  müxtəlif  formalardan,  heyvan  təsvirlərindən  və  həndəsi  naxışlardan 
istifadə edilib. 
Mingəçevir,  Xocalı,  Yoloylutəpə,  Qəbələ,  Xınıslı,  İsmayıllı,  Qaratəpə 
və  s.  yerlərdən  arxeoloji  qazıntılar  zamanı  tapılmış  qızıl  sırğa,  tunc  kəmər, 
gümüş bilərzik, qızıl cam və digər əşyalar yüksək sənətkarlıq nümunəsi kimi 
qəbul  olunur.  Bu  cür  zərgərlik  əşyalarının  hazırlanmasında  müxtəlif  texniki 
üsullardan  istifadə  olunurdu.  Basma,  qarasavad,  döymə,  minasazlıq,  oyma, 
pardaqlama,  xatəmkarlıq,  həkketmə,  hörmə,  şəbəkə  və  s.  Azərbaycan  zərgərliyində  geniş  yayılmış  texniki 
üsullardır.
 
 
Kəmər,  qozalı  qolbaq,  düymə  və  s.  zinət  şeylərinin  hazırlanmasında  döymə  üsulu  əvəzsizdi.  Əsasən 
gümüş üzərində tətbiq olunan qarasavad üsulundan isə silahların qını, dəstəyi, qundağı, eyni zamanda, bir sıra 
ev  avadanlığının  hazırlanmasında  istifadə  edilirdi.  Sırğa,  üzük,  medalyon,  bilərzik  və  s.  bəzək  əşyalarının 
yaradılmasında zərifliyi ilə seçilən şəbəkə üsulu tətbiq olunurdu. Xatəmkarlıq üsulu ilə xəncər, qılınc qını və 
dəstəyi,  habelə  müxtəlif  avadanlıq  bəzədilirdi.  Minasazlıq  üsulu  ilə  əşyanın  üzərində  həkk  olunmuş  rəsm, 
yaxud  naxışın içi  rəngli  mina  maddəsi  ilə  doldurulurdu.  Bu  texnikadan daha çox  xəncər  və  qılınc  qınlarının, 
sırğa, bilərzik və s. zinətlərin bəzəklərində istifadə edilirdi.
 
 
Çağdaş  dövrümüzdə  zərgərlik  keçmiş  ənənələri  davam  etdirən  forma  və 
məzmunca  zənginləşmişdir.  Gəncə,  Şamaxı,  Lahıc,  Qazax,  Naxçıvan,  Şuşa, 
Şəki, Təbriz, Quba tarixən Azərbaycanın məşhur zərgərlik guşələri sayılır.
 
 
Parisin  Luvr,  Sankt-Peterburqun  Dövlət  Ermitajı  muzeylərində  və 
Moskvanın  Silah  Palatasında,  Türkiyənin  Topqapı  saray-muzeyində,  Bakıdakı 
Azərbaycan  tarixi,  Azərbaycan  Dövlət  incəsənət  muzeylərində,  Lətif  Kərimov 
adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində Azərbaycan 
zərgərlərinin nadir bəzək örnəkləri saxlanılır. 
Bütün dövrlərdə milli zərgərliyin inkişaf etdirilməsində qadın bəzəkləri əsas yer tutub. Başlıca olaraq dörd 
hissəyə  bölünən, boyun,  qol  və  barmaq,  baş  və libasların  bəzədilməsində istifadə  olunan  əşyalar ilk  növbədə 
icrasının nəfisliyi, forma və naxışlarının orijinallığı ilə diqqət çəkir. Keçmişdə qiymətli metallardan hazırlanmış 
milli  kəmərlər  qadın  və  kişi  geyimlərinin  ayrılmaz  bir  hissəsi  sayılırdı.  Adətə  görə,  qadınlar  enli,  kişilər  isə 
nazik,  ensiz  kəmər  taxardılar.  Qızıldan,  gümüşdən,  bürünc  və  misdən  hazırlanan  bu  kəmərlər  müasir  və 
dəyişkən moda dünyasının təsirinə məruz qalsa da, elə bilirik ki, öz bədii-estetik dəyərini və funksionallığını bu 
gün də  saxladığına  göre,  tətbiq  olunmasına  haqqı  vardır.  Bu  mənada 
böyük  dövlət  xadimi  və  şair  Şah  İsmayıl  Xətai  (XVI  əsr)  üçün 
hazırlanan  qızıl  kəmər  (hazırda  İstanbulun  Topqapı  saray-muzeyində 
saxlanılır)  yüksək  bədii-estetik  dəyərinə  görə  milli  zərgərlik-
metalişləmə sənətlərinin vəhdəti kimi heyranedicidir. 
Qeyd  etmək  lazımdır  ki,  "Zər  qədrini  zərgər  bilər"  və  "Zərgər 
dəqiqliyi"  deyim-  ifadələrinin  yaradıcısı  olan  xalqımız  zərgərliyin 
zəngin  bədii-estetik  yükünün  daşıyıcısı  olan  sənətkarları  həmişə 
yüksək  dəyərləndirib.  Odur  ki,  xalq  sənətinin  bu  qədim  və  çox  nəfis 
növü  bu  gün  də  uğurla  inkişaf  etdirilməkdə,  keçmiş  sənətkarların 
unudulmaz ənənələri yaşadılır. 
 
Ədəbiyyat: Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “Bu ta” 
dizayn şirkəti, 2006, səh.85-88.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə