Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   42   43   44   45   46   47   48   49   ...   94

83 
 
Bədii tikmə 
 
Tikmələr  Azərbaycan  xalqının  estetik  duyumu  və  zövqü  ilə  yanaşı,  onun  yaradıcı  təxəyyülünün 
nəhayətsizliyini  nümayiş  etdirən  maddi-mədəniyyət  nümunələridir.  Tikmə,  bəlkə  də,  dekorativ-tətbiqi  sənətin 
yeganə növüdür ki, özünün məişətdə geniş yer alması ilə hər kəsin iç dünyasının bədiiləşmiş formalaşmasında 
çox  yaxından  iştirak  edir.  Əgər  tikmələrə  müxtəlif  geyimlərin  üzərində,  məişətimizdə  geniş  istifadə  olunan 
pərdələrin, örtüklərin, süfrələrin, balıncların, mütəkkələrin, qadın başmaqlarının, 
möhür  və  Quran  qablarının,  canamazların,  namazlıqların,  yelpiklərin,  tənbəki 
kisəsinin  və  digər  neçə-neçə  əşyanın  üzərində  rast  gəldiyimizi  etiraf  etsək, 
deməliyik ki, bütün bunlar gün ərzində hər bir adamın zövqünə kifayət qədər təsir 
edə biləcək estetik qaynaqlardır.
 
 
Başqa  sənət  növlərindən  fərqli  olaraq,  ən  qədim  tikmələrin  bizim 
dövrümüzə gəlib çatması qeyri- mümkün olsa da, arxeoloji qazıntıların nəticələri 
və  tarixi  mənbələr  tikmənin  Azərbaycanda  çox  qədim  tarixə  malik  olduğunu 
sübut  edir.  Mingəçevirdə  tapılan  arxeoloji  materiallar  (eramızdan  əvvəl  II-I 
minillik)  arasında  qadın  qəbirlərindən  üzə  çıxarılan  tunc  bəzəklərin,  metal 
piləklərin, rəngli muncuqların çoxluğu, eləcə də həmin yerlərdəki eramızın V-VI 
əsrlərinə  aid  katakomba  qəbirlərdən  üstündə  tikmə  izləri  olan  ipək  parçaların 
tapılması da bilavasitə tikmə sənətinin Azərbaycanda çox-çox keçmişdə təşəkkül 
tapdığını deməyə əsas verir. 
Azərbaycanın yerli xammalla zənginliyi, pambıq, yun və ipək parçaların istehsalı tikmə sənətinin geniş 
yayılması  üçün münbit  şərait  yaratmışdı.  Şamaxı,  Gəncə,  Şəki  və  Basqalda  istehsal  olunan  qanovuz,  darayı, 
mahud və məxmər tikmələr üçün ən münasib material idi. Onların üzərində yerli təbii boyalarla rənglənmiş ipək 
və  yun  saplardan,  piləklərdən  istifadə  etməklə  ustalar  ecazkarlığı  ilə  seçilən 
müxtəlif tikmələr yaradırdılar. Qızılı və gümüşü saplar, pilək, toz muncuq, sim 
və s. xammallar isə xaricdən gətirilirdi.
 
Azərbaycan tikmələri güləbətin, təkəlduz, 
pilək,  cülmə,  quş  gözü,  muncuqlu,  qurama,  oturtma,  doldurma,  sırıma  və  s. 
növlərə bölünür. 
Onların  ən  geniş  yayılanı  təkəlduz  tikmədir.  Onun  yerliyi  əsasən  qara, 
qırmızı  və  tünd  sürməyi  mahuddan,  yaxud  da  məxmərdən  ibarət  olur.  Belə 
tikmələrin  kompozisiyalarmı  əsasən  nəbatat  və  heyvanat  aləmini  əks  etdirən 
süjetlər təşkil edir. Bu üsulla (təkəlduz texnikasında) saxağa geydirilmiş parça üzərində naxışı kökləməklə onun 
üstünü sapla doldurardılar. Bu növdə qadınlarla bərabər kişilər də maraqlı nümunələr yaradıblar. Təkəlduzun 
örtüklərə,  pərdələrə,  balınclara  bəxş  etdiyi  gözəllik  ölçüyəgəlməz  idi.  Təkəlduza  xas  olan  mürəkkəb  naxışlar 
"qarmaq"  deyilən  iynə  ilə  yaradılırdı.  Şəki,  Şamaxı,  Qarabağ,  Gəncə,  Bakı  və  Təbriz  şəhərləri  təkəlduz 
ənənələrini yaşadan mərkəzlərdən sayılır. 
Güləbətin  tikmələr  adətən  ağır-davamlı  və  bahalı  parçalar  üzərində  yaradılır.  Tirmə  parçaların  yerlik 
kimi  istifadə  olunduğu  bu  tikmə  növündə  əsasən  qızıl  və  gümüş  saplar  tətbiq  olunur.  Güləbətin  tikmələr 
arxalığın,  çəpgənin,  araqçının,  saat  və  daraq  qabının  və  digər  məişət  əşyalarının  üzərində  olur.  Naxış  ünsürü 
kimi  əsasən  stilizə  edilmiş  quş,  at,  insan,  gül-çiçək  və  yarpaq 
təsvirlərindən istifadə edilir. Naxçıvan, Bakı, Şamaxı, Quba, Şuşa, Təbriz 
şəhərlərinin ustalarının güləbətin tikmələri həmişə onlara şöhrət gətirib. 
Qeyd edək ki, güləbətin tikmələrin adının Nizami Gəncəvi (XII əsr), 
Molla  Pənah  Vaqif  (XVIII  əsr)  və  M.Y.  Lermontovun  (XIX  əsr) 
şeirlərində,  aşıqların  qoşmalarında  çəkilməsi  də  onun  geniş  şöhrət 
tapdığını əks etdirir.
 
 
Piləklə tikmədə müxtəlif dairəvi formalı metal parçalarından (qızıl, 
gümüş,  bürünc,  dəmir)  istifadə  olunur.  Mərkəzində  kiçik  deşiklər  olan 
xırda  düymə  formalı  piləkləri  sapla  rəngli  ipək  parçalara  bərkidirlər. 
Sonda müəyyən süjet, həndəsi və nəbati naxış əsasında düzülmüş piləklər 
bütünlükdə gözəl bir mənzərə yaradır. Bu növdən daha çox taxça, pəncərə 
pərdəsi,  örtük,  yelpik  və  s.  bəzədilməsində  istifadə  olunur.  Şəki,  Qazax, 
Şamaxı və Şuşa bu tikmə növünün geniş yayıldığı yerlərdir.
 
 
İcrasına  görə  daha  çox  güləbətinli  tikməyə  uyğun  gələn  "quş  gözü"  (ona  Abşeronda  "cinağı", 
Naxçıvanda "cülmə" də deyirlər) əsasən araxçınların və şəbkülahların bəzədilməsində istifadə edilirdi. 


84 
 
Muncuqlu  tikmələr,  adından  də  göründüyü  kimi,  bilavasitə  rəngarəng  xırda 
muncuqların köməyi ilə yaradılır. Pul kisəsinin, daraq qabının, kiçik torbaların, başmaqların 
və s. əşyaların üzəri muncuqlardan ibarət nəbati və həndəsi naxışlarla bəzədiləndə çox güclü 
estetik təsirə malik olur. Bizim dövrə gəlib çatmış Gəncə  xanı Cavad xana məxsus qəlyan 
çubuğu,  Qarabağ  xanı  Pənah  xana  aid  edilən  əl  ağacı,  məşhur  şairə Xurşud  banu  Natəvan 
tərəfindən bəzədilmiş başmaqlar və fincan örtüyü bu tikmə növünün bədii-estetik dəyərinin 
çox yüksək olduğunun göstəricisidir. 
Tikmənin qurama növü isə rəngarəng parça hissələrinin ən müxtəlif şəkildə yan-yana 
düzülərək tikilməsi yolu ilə yaranır. Taxça başı və örtüklərdə quramadan istifadə olunur. Əsasən həndəsi naxışla 
bu tikmələr daha çox Şəki, Abşeron, Qazax və Şamaxıda yayılmışdır.   
Həm "qondarma", həm də "oturtma" adlanan tikmə növü hər hansı parçanın ayrıca kəsilib, digər bir 
parça  üzərinə  qoyulub  ətrafının  tikişlə  haşiyələnməsi  ilə  yaradılır.  Çox  vaxt  naxış  rolunu  oynayan  müxtəlif 
formalı parçanın altına pambıq və yaxud yun qoymaqla onun daha da qabarıqlığına nail olunurdu ki, bu da ayrı- 
ayrı  örtüyün  və  pərdənin  tərtibatmı  daha  da  gözəlləşdirirdi.  Bu  növ  daha  çox  Abşeron,  Naxçıvan,  Qərbi 
Azərbaycan, Gəncə və Qazaxda geniş yayılıb. 
Divar  bəzəklərini,  rübəndləri  və  pərdələri  bəzəyən  doldurma  tikmə  şəbkülah,  araxçın,  canamaz, 
namazlıq və yorğanların bəzəyində istifadə olunan sırıma tikmə də milli bədii sənətkarlığımızın zənginliyindən 
xəbər verir. 
Sankt-Peterburqun  Dövlət  Ermitajı  və  keçmiş  SSRİ  xalqlarının  etnoqrafiya  muzeylərində,  Moskvanın 
Şərq  xalqlarının  incəsənəti  muzeyində,  Budapeşt  dekorativ  sənət  muzeyində,  eləcə  də  Bakı  və  Şəki 
muzeylərində milli tikmələrin ən yaxşı nümunələri saxlanılır. 
 
Ədəbiyyat: Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “Bu ta” 
dizayn şirkəti, 2006, səh.88-91.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə