Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   43   44   45   46   47   48   49   50   ...   94

85 
 
 
Ağacoyma sənəti 
 
Azərbaycan  meşələrinin  müxtəlif  ağaclarla  zəngin  olması  yerli  əhaliyə,  bir  çox  sənət  növləri  kimi, 
ağacoymanı da inkişaf etdirməyə imkan vermişdir. El sənətkarları zaman-zaman müxtəlif keyfiyyətli qoz, palıd, 
tut,  armud,  zoğal,  ərik  və  s.  ağaclarından  gündəlik  məişət  əşyaları,  musiqi  alətləri  və  digər  sənət  nümunələri 
hazırlamışlar. Ağacın digər materiallara nisbətən kövrək olması ondan hazırlanan daha qədim əşyaların çoxunun 
bizim dövrə gəlib çatmasına imkan verməmişdir. Lakin XVI-XX əsrlərdə yaradılmış ağacoyma nümunələri bu 
sənət növünün həyatımızda yerini və ustaların nümayiş etdirdikləri yüksək sənətkarlığı duymağa imkan verir. 
Belə  ki,  üzəri  müxtəlif  naxış  və  rəsmlərlə  bəzədilən  əşyalar 
sözün əsl  mənasında  ecazkardırlar.  Onların  hazırlanmasında 
ustalar  əsasən  üç  texnoloji  üsuldan  -  oyma,  şəbəkə  və 
xatəmkarlıqdan istifadə ediblər.
 
 
Lap  qədimlərdən  məişətimizdə  şəbəkədən  çox  geniş 
istifadə  edilib.  Bu  iş  çox  böyük  ustalıq  tələb  edir.  Şəbəkə 
müəyyən  formalı  çərçivə  daxilində  kiçik  taxta  parçalarının 
bir-birinə  mismarsız  və  yapışqansız  bənd  olunması  ilə 
yaradılır.  "Alat"  adlanan  həmin  hissələrin  bir  ucunda  diş, 
digər ucunda oyuq düzəldirlər və yığma zamanı bir alatın dişi 
о  biri  alatın  oyuğuna  keçirilir.  Əsasən  həndəsi  naxışlardan 
ibarət  olan  şəbəkə  kompozisiyaları  müxtəlif  guşəli  və 
içərisində  rəngli  şüşələr  geydirilmiş  xonçalardan  - 
formalardan ibarətdir. Onların yaratdığı bədii-estetik təəssürat 
ölçüyəgəlməzdir. 
Bizim dövrə gəlib çatmış qədim şəbəkələr sırasında Şah İsmayıl Xətainin babası Şeyx Həzrə kəndi, XVI 
əsr) və Cümə məscidinin minbərini (Gəncə, XVII əsr) qeyd etmək olar. Həndəsi xonçalardan ibarət olan birinci 
şəbəkə birüzlü, minbərin şəbəkəsi isə ikiüzlüdür. 
XVIII-XIX  əsrlərdə  də  şəbəkə  Azərbaycan  memarlığında  geniş  istifadə  olunub.  Bunun  ən  yaxşı 
təsdiqlərindən  biri  də  Şəki  Xan  sarayının  tərtibatında  istifadə  olunan  şəbəkələrdir.  Burada  sarayın 
işıqlandırılması üçün istifadə olunan şəbəkəli pəncərə və eyvanın, binanın daxilini bəzəyən divar rəsmləri ilə 
vəhdəti-sintezi valehedicidir. 
XX  əsrdə  çağdaş  Şuşa  və  Şəki  sənətkarlarının  səyi  nəticəsində  şəbəkəçilik  yeni  inkişaf  dövrünü 
yaşamaqla, Bakı, Gəncə, Moskva, Sankt-Peterburq və s. şəhərlərdəki müxtəlif funksiyalı binaların tərtibatında 
uğurla istifadə olunmuşdur. 
Oyma texnikası da məişətimizə geniş nüfuz edib, daha çox taxta sütunların, pəncərə, qapı və məhəccərin 
hazırlanmasında,  təhnə,  çanax,  tabaq,  qaşıq  kimi 
məişət  əşyalarının  bədiiləşdirilməsində  tətbiq  olunub. 
Şəki  xan  sarayının  və  vaxtilə  İrəvandakı  Hüseynqulu 
xanın  sarayını  bəzəyən  oyma  qapıları  bu  texnikanın 
gözəl  nailiyyəti  hesab  etmək  olar.  Parçaları  bəzəyən 
naxışların  vurulmasında  da  çox  vaxt  oyma  üsulu  ilə 
hazırlanan qəliblərdən istifadə edilirdi. 
Vaxtilə məişətimizdə geniş yer alan və zərifliyi 
ilə  seçilən  şərbət  qaşıqları,  içərisində  qadın 
bəzəklərinin  saxlandıgı  mücrülər  də  bu  texnikanın 
imkanlarının nəhayətsizliyini gözəl əks etdirir.
 
 
Ustalar taxta əşyalara gözəllik vermək üçün tez-
tez  xatəmkarlıq  texnikasına  müraciət  edirdilər.  Belə 
ki,  ən  müxtəlif  əşyaların  sədəf,  fil  sümüyü, kəhrəba, 
rəngli ağac, qiymətli daş-qaşla bəzədilməsi ilə onların 
bədii-estetik dəyərinin yüksəldilməsinə nail olunur. Əvvəllər Təbriz, Naxçıvan, Şuşa və Ərdəbil, sonralar isə da-
ha çox Bakı xatəmkarlığın geniş yayıldığı şəhərlər olub. Ustaların böyük zövqlə bəzək vurduqları tar, kamança, 
saz və mücrülər bu gün ən məşhur muzeyləri bəzəyir, çağdaş musiqiçilər də belə alətləri həvəslə işlədirlər. 
 
Ədəbiyyat: Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “Bu ta” 
dizayn şirkəti, 2006, səh.91-93.  
 


86 
 
Keramika sənəti 
 
Zəngin Azərbaycan təbiəti tarixən burada keramika sənətinin təşəkkülünə də imkan vermişdir. Çoxsaylı 
məişət  tələbatları  və  ölkənin  müxtəlif  guşələrində  gilin  bolluğu  dulusçuluq  sənətinin  geniş  inkişafına  səbəb 
olmuşdur. Sadə qabların, kərpic və su borusunun hazırlandığı ilkin mərhələ sonrakı dövrlərdə texniki və estetik 
rəngarəngliklə  əvəzlənmişdir.  Sonra  təkmilləşən  texnika  və  artıq 
fırlanmağa başlayan dulusçuluq dəzgahı daha funksional əşyaların - küpə, 
fincan,  çıraq,  kasa  və  daha  neçə-neçə  əşyanın  hazırlanmasına  imkan 
vermişdir. 
Əgər ilkin dövrlərdə əşyaların zahiri bəzəyi sadəliyi ilə seçilirdisə, 
VIII-IX  əsrlərdən  başlayaraq,  onun  bədii  tərtibatında  şirə  mayesi 
işlədilməyə  başlanılıb.  Ustalar  həm  çiy  gili  anqobla  (ağ  yağlı  gilin 
tərkibinə zəy, un, şorotu qatılan maddə) bəzəyib üstünü şirlə örtür, həm də 
gilin şirələnmiş üzərini anqobla örtdükdən sonra boyalarla bəzəyib xüsusi 
sobada bişirirdilər.
 
 
Bakı,  Qəbələ  və  Mingəçevir  şəhərlərindən  tapılan  və  hazırda 
muzeylərdə  nümayiş  olunan  keramika  nümunələri  bunu  əyani  duymağa  imkan  verir.  Sonrakı  əsrlərdə  də 
əhalinin saxsı qablara olan tələbatının artması keramikanın bədii-texniki imkanlarının zənginləşməsinə təsir 
edib. XII-XV əsrlərdə Beyləqan, Təbriz, Mingəçevir, Örən-Qala və Gəncədə hazırlanan əşyalardan da bunu 
görmək  mümkündür.  Bu  dövrdə  artıq  saxsı  məmulatlar  təkcə  məişətdə  yox,  həm  də  memarlıqda  kaşıların 
tətbiqi  ilə  istifadə  olunurdu.  Qədim  məscidlərin,  hamamların  və  sarayların  tərtibatı  bunu  təsdiqləyir.  Ərəb 
tarixçilərindən  Müqəddəsi  və  Həməvinin  əsərlərində  bu 
barədə məlumatlar vardır. Pirsaat çayı üzərindəki Pir Hüseyn 
xanəgahının  (XIII-XV  əsrlər),  Bərdə  türbəsinin  (XIV  əsr), 
Təbrizdəki Göy  məscidin (XV əsr) mavi  və firuzəyi zəngin 
kaşıları da bunun əyani təsdiqidir.  
Əgər  şirsiz  qabların  bəzədilməsində  cızma  həndəsi  və 
nəbati naxışlar, heyvan, quş, insan təsvirləri əsas yer tuturdusa, 
daha  davamlı  olan  şirli  saxsı  məmulatların  bəzədilməsində 
anqoblardan da geniş istifadə edilirdi. 
Saxsı  məmulatların  bəzədilməsində  əsasən  şirüstü  və 
şiraltı  boya  texnikalarına  müraciət  olunub.  Şiraltı  boya  (daha 
çox  yaşıl,  göy,  qara,  bənövşəyi)  ilk  olaraq  gıl  qabın  üzərinə 
çəkilir, sonra isə şirə batırılaraq odda qızdırılırdı. 
Şirüstü  boya  isə,  adından  göründüyü  kimi,  şəffaf 
məhlulun  üzərinə  çəkilirdi,  ancaq  bundan  çox  az  istifadə 
olunub.  Bütünlükdə  saxsı  məmulatlar,  funksional  əhəmiyyəti  ilə  yanaşı, 
üzəri  incə  nəbati  naxışlar  və  quş,  heyvan,  insan  təsvirləri  ilə 
bəzədildiyindən, həm də xoş estetik təsir bağışlayar, zövqü oxşayardı. 
XVI-XVII  əsrlərdə  el  sənətinin  bütün növləri  kimi,  keramika  da 
özünün  yeni  və  maraqlı  inkişaf  mərhələsini  yaşamışdır.  Artıq 
Azərbaycanın  Təbriz,  Ərdəbil,  Şamaxı,  Bakı,  Naxçıvan  və  Gəncə 
şəhərlərində  istehsal  olunan  keramika  məmulatları  Şərq  və  Qərb 
ölkələrində  yayılıb.  Onlara  bu  cür  tələbatı  ilk  növbədə  saxsı  və  kaşı 
məmulatların yüksək texniki-bədii məziyyətləri şərtləndirmişdir. Müxtəlif 
əşyaların bədii həllində rast gəlinən gül-çiçək, quş və heyvan təsvirləri də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə