Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   44   45   46   47   48   49   50   51   ...   94

87 
 
icrasının  bənzərsizliyinə  görə  diqqət  çəkir.  Nimçələrin  və  vazların  bəzək  örtüyü Təbriz  miniatürlərini  yada 
salırdı. Belə oxşarlıq qabların bu cür bədii həlli onların estetik dəyərini yüksəldirdi. 
Təbriz hamamlarmı, Şeyx Cüneydin türbəsini (Qusar), Şeyx Səfi kompleksini (Ərdəbil) bəzəyən və üzəri 
gül-çiçək,  heyvan  və  quş  təsvirləri  ilə  örtülmüş  kaşiları  da  XVI-XVII  əsr  Azərbaycan  keramikasının  uğuru 
hesab etmək olar. 
 
Ədəbiyyat: Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “Bu ta” 
dizayn şirkəti, 2006, səh.94-96.  


88 
 
Metalişləmə sənəti 
 
Metalişləmə  sənəti  azərbaycanlı  ustaların  öz  istedadlarını  bütün 
dolğunluğu  ilə  ifadə  edə  bildiyi  sahələrdən  sayılır.  Çox  qədimlərdən  burada 
dəmir,  mis,  qızıl,  gümüş  və  s.  metallardan  müxtəlif  məişət  və  zinət  əşyaları 
hazırlanıb.  Bunu  məşhur  tarixçi  Moisey  Kalankatlının  (VII  əsr)  əsərləri 
Azərbaycanda  olmuş  əcnəbi  səyyahların  qeydləri  və  bu  gün  dünyanın  ən 
məşhur  muzeylərini  bəzəyən  yüksək  dəyərli  bədii  məmulatlar  və  məişət 
əşyaları da təsdiqləyir. 
Arxeoloji  qazıntılar  zamanı  Naxçıvanda  aşkarlanmış  yuxarı  hissəsi 
qartalı, aşağı  hissəsi  isə şiri  andıran  bürünc  fiqur  (VII  əsr),  bürünc quş, qaz, 
keçi,  atlı  (mütəxəssislər  onun  Qafqaz  Albaniyasının  hökmdarı  Cavanşir 
olduğunu təxmin edirlər) fiqurları yüksək bədii məziyyətinə görə diqqət çəkir. 
Bu  və  sonrakı  bir  neçə  əsrə  aid  olan  metal  məişət  əşyaları  arasında  dolça, 
nimçə,  məcməyi,  aftafa,  ləyən  və  s.  çox  yayıldığı  da  nəzərə  çarpır.  Vaxtilə  usta 
İbrahim Süleyman oğlu tərəfindən qədim Gəncə üçün hazırlanan üzəri bəzəkli və 
yazılı  şəhər  darvazalarını  Azərbaycan  metalişləmə  sənətinin  uğurlarından  hesab 
etmək  olar.  Təəssüf  ki,  1138-ci  ildə  Gürcüstan  hökmdarının  Gəncəyə  basqını 
zamanı bu nadir sənət incisi qənimət kimi Gürcüstana aparılmışdır (hazırda Gelati 
monastırında saxlanılır).
 
 
Bizim  dövrə  gəlib  çatmış nümunələr  göstərir  ki, ustalar  əşyaları  tökmə  və 
döymə  üsulu  ilə  hazırlayırmışlar.  Döymə  üsulu  ilə  hazırlanan  əşyalar  (xəncər, 
qılınc, balta, nizə və s.) daha möhkəm olurdu. 
Sənətkarların  yaradıcılığı  təkcə  Qazıntılar  zamanı  tapılmış  zərif  və  incə  naxışlı  zinət  əşyaları  (kəmər, 
üzük, qolbaq və s.) bütün məziyyətləri ilə yanaşı, metalişləmə sənətinin inkişafını göstərir.
 
 
Əvvəlki  dövrlərdə  olduğu  kimi,  XII-XV  əsrlərdə  də  Naxçıvan,  Şamaxı,  Gəncə, 
Təbriz və Bakı  metal  məmulatlar hazırlanan mərkəzlər kimi  məşhur idilər. Yeni mərhələ 
həm də  yeni və daha  maraqlı formalı nümunələr ilə maraq doğurur. Belə ki, şir, inək və 
dana  fiqurlarının  stilizə  olunmuş  biçimindən  düzəldilən  və  hazırda  Dövlət  Ermitajında 
(Sankt-Peterburq)  nümayiş  etdirilən  lüləyin  (su  qabı)  (XIII  əsr,  müəllifi  Əli  Məhəmməd 
oğlu),  Bakıda  Şirvanşahlar  sarayında  aparılan  qazıntıda  tapılmış  heykəllərlə  bəzədilmiş 
tunc  bədii  çıraq  (XII  əsr),  Quba  rayonundan  tapılmış  nəbati  və  həndəsi  naxışlı  bürünc 
manqal  (XIII-XIV  əsrlər,  müəllifi  Əhməd  Məhəmməd  oğlu),  Beyləqandan  tapılmış  bürünc  insan  fiqurları, 
xüsusilə  də  hazırda  Luvrda  (Fransa)  nümayiş  olunan  bürünc  dolça  (XII  əsr,  müəllifi  Osman  Salman  oğlu 
Naxçıvani),  Londonun  Viktoriya  və  Albert  muzeyində  saxlanan  bürünc kasanı  (XIV  əsr,  müəllifi  Yusif  ibn 
Əhməd Təbrizi) və əvvəllər Dövlət Ermitajında, indi isə Qazaxıstanda saxlanılan nəhəng tunc tiyanı (XIV əsr, 
müəllifi Əbdül Əziz Şərəfəddin oğlu), hazırda Amerikada şəxsi kolleksiyada saxlanan bürünc bəzəkli   
istirlabı-astronomik cihazı (XV əsr, müəllifi şirvanlı usta Şükrullah Müxlis) Azərbaycan metalişləmə sənətinə 
dünya şöhrəti gətirən, sözün əsl mənasında ecazkar nümunələrdirlər.
 
 
XVI-XVII  əsrlərə  aid  metalişləmə  nümunələri  arasında  yüksək  zövqlə 
hazırlanmış silahlar və müdafiə atributları xüsusi diqqət çəkir. Qılınc, xəncər, 
qalxan, toppuz, eləcə də başlıq, dirsəklik həm praktiki əhəmiyyəti, həm də icra 
sənətkarlığı ilə maraq doğurur. Vaxtilə rus çarları Fyodor  İvanoviç  və Mixail 
Romanovun,  sərkərdə  Fyodor  Mstislavskinin  özünü  azərbaycanlı  ustaların 
hazırladıqları  qalxanlarla  qoruması  (hazırda  Kremlin  Silah  Palatasında 
saxlanılır)  da  sənətkarlarımızın  şöhrətinin  hələ  öz  vaxtında  çox-çox  uzaqlara  yayıldığından  xəbər  verir. 
Onlardan birini təbrizli usta Məhəmməd Mömin (XVI əsr) hazırlamışdı. Şah Təhmasib üçün hazırlanan başlığın 


89 
 
(hazırda İstanbulda saxlanılır) bədii tikməni xatırladan ovsunlayıcı metal naxış seli qarşısında heyrətlənməmək 
qeyri-mümkündür.
 
 
XVIII-XIX  əsr  metalişləmə  sənəti  mərkəzlərinə  Şuşa,  Lahıc,  Ordubad,  Şəki  kimi  yeni  adlar  da  əlavə 
olunmuşdu. Ucqar dağ kəndi Lahıcda bu gün də ənənənin yaşadılması çox təqdirə layiqdir. 
Burada  о  vaxt  da,  indi  də  misgərlik  geniş  inkişaf  edib.  Elə  о  dövrdə  də,  bu  gün  də 
bütünlükdə ölkədə misgərlik məmulatları geniş yayılıb.
 
 
Bu  heç  də  səbəbsiz  deyildi.  Çünki  milli  xörəklərin  hazırlanmasında  mis  qablar 
əvəzsiz idi. Xörəyin dadını qiymətləndirə bilənlər etiraf edirlər ki, mis qazanda hazırlanan 
plovun dadını heç  bir digər materialdan düzəldilmiş qazan verə bilməz. Lahıc ustalarının 
hazırladığı dolça, satıl, aftafa, samovar, sərnic, məcməyi, sərpuş, güyüm milli mətbəximizin 
ayrılmaz atributları olub və indi də onlardan geniş istifadə olunur. 
Bu nümunələrin üzərinin müxtəlif naxışlarla, quş, heyvan və insan təsvirləri ilə, eləcə də nəfis yazılarla 
bəzədilməsi onların yüksək bədii-estetik dəyərliliyini təmin etmişdir. 
Bu dövr hər cəhətdən maraq doğuran kişi və qadın kəmərlərinin hazırlanması ilə də xatırlanır. Qadınlar 
üçün enli, kişilər üçün ensiz olan bu kəmərlərin üzəri naxışlarla və təsvirlərlə bəzədilməklə, metal fiqurlar da 
əlavə olunardı. 
Ustalar, zərgərlikdə olduğu kimi, məişət əşyalarının hazırlanmasında daha çox döymə, basma, qarasavad 
və s. texnikalardan istifadə edirlər. 
XX  əsrdə  metalişləmə  sənətkarlığının  əsasən  dəmirçilik,  misgərlik  və  zərgərlik  sahələri  əvvəlki  kimi 
inkişafda idi. Dəmirçilərin hazırladıqları çapacaq, manqal, sacayağı, qapı dəstəyi, maşa və s. əşyalar onlardakı 
yüksək  ustalığa  görə  xoş  təsir  bağışlayır.  Çoxsaylı  Lahıc  misgərlərinin  gözünün nurunu,  əllərinin  istisini 
özündə yaşadan məişət əşyaları da, həmişəki kimi, formasına və bədii həllinə görə ecazkar idilər. Mis qablara 
olan ehtiyac bu sənət növünü, müasir təminata baxmayaraq, bu günə kimi yaşadır. 
 
Ədəbiyyat: Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “Bu ta” 
dizayn şirkəti, 2006, səh.96-100.  
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə