Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   45   46   47   48   49   50   51   52   ...   94

90 
 
 
Xalçaçılıq sənəti 
 
Azərbaycanın xalçası sənəti 2010-cu il 15-18 noyabr tarixlərdə Keniya 
Respublikasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi 
mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında YUNESKO-nun 
Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil 
edilmişdir. 
 
Xalçaçılıq  özünün adi  toxuculuğa  əsaslanan  inkişafında  uzun  bir  təkamül  yolu  keçmişdir.  Eneolit 
dövründən məlum olan toxuculuğun mənşəyini Qobustandan tapılan Neolit dövrünə aid bitki xammalından sadə 
hörmə  metodu  ilə  müxtəlif  əşyaların  hazırlanması  üçün  işlədilən  alətlər  və  Kültəpədən,  Üzərliktəpədən, 
Sarıtəpədən, Xanlardan və s. tapılan Eneolit dövrünə aid gil, sümük tağalaqlar, iylər sübut edir. 
Tədqiqatçıların  fikrincə,  yun  xalçalar  hələ  Tunc  dövründə  mövcud  olmuşdur.  Bu  dövrə  aid  sadə 
toxuculuq  dəzgahları  (Kültəpə-I),  Maku  şəhərində  nəbati  ornamentli  xalça-çulla  örtülmüş  gil  at  heykəlciyi 
tapılmışdır. Qazıntılar zamanı Naxçıvandakı qədim qəbirlərdən aşkar edilmiş kişi fiqurunun əynindəki qırmızı 
və  qara  rənglərlə  boyanmış  geyim  də  bu  dövrdə  yerli  toxucuların  həm  də  parçaları  boyamaq  qaydasını 
mənimsədiklərini  təsdiqləyir.  Buradakı  boyaq  maddələrinin  çox  qədim  vaxtlardan  mövcudluğunu  Herodotun 
Qafqazda parçaları boyamaq adəti haqqında verdiyi məlumatlar da təsdiq edir. 
Eramızın  VII  əsrindən  başlayaraq  Azərbaycan  xalçaları  tarixi  sənət  nümunəsi  kimi  həmişə  xatırlanır, 
onların  zərif  toxunuşu  və  nadir  gözəlliyi  qeyd  olunur.  Müəlliflər  xalça 
sənətinin  forma  zənginliyi,  texnoloji  və  bədii  xüsusiyyətlərinin  geniş 
diapozonu haqqında əsaslı məlumat verirlər. 
VII əsr alban tarixçisi Musa Kalankatuklu Albaniyada xalça istehsalı 
və  zadəganların  məişətində  onlardan  istifadə  edilməsi  barədə  məlumat  verir. 
VII  əsr  Çin  səyyahı  Xuan-Tes-ank  Azərbaycanı  iri  xalça  istehsalı  mərkəzi 
adlandırır.  Bunu  arxeoloji  tədqiqatlar  da  sübut  edir.  VII  əsr  katakomba 
mağaralarından  toxuculuq  dəzgahının,  yun  iplərin  qalıqları,  xalçaçının  əmək 
alətləri, keçə, çürümüş xalı və palaz parçaları tapılmışdır. 
VI  əsrə  aid  edilən  "Xosrovun  baharı"  adlı  xalça  bir  çox  mənbələrdə 
təsvir olunmuşdur. Həmin xalçadakı süjet sonrakı əsrlərdə inkişaf etdirilmiş və 
öz davamını "Dörd fəsil" adlanan çoxsaylı Təbriz xalçalarında tapmışdır. Orta 
əsr  mənbələrində  Azərbaycan  xalçalarının  xüsusiyyətlərindən  və  tiplərindən 
də bəhs edilir. IX-X əsr ərəb tarixçisi Təbəri Azərbaycan xalçalarının yüksək 
keyfiyyəti barədə məlumat verir. X əsrə aid "Hüdud-əl-Aləm" adlı mənbədə 
Azərbaycanın Mərənd,  Gəncə,  Şəmkir  şəhərlərində  yüksək  keyfiyyətli  yun 
məmulatlar  istehsal  olunduğu  qeyd  edilir.  Naxçıvanda,  Xoyda,  Muğanda, 
Səlmasda və Ərdəbildə toxunan xalça və palazlar böyük şöhrət qazanmışdı. 
X  əsr  ərəb  səyyahı  Əl-Məsudi  yazırdı  ki,  Mərənddə,  Təbrizdə,  Ərdəbildə 
"Məxfur" adlı xalçalar istehsal edilir. Ərəb müəllifi Əl-Müqəddəsi (X əsr ) 
gözəl  Qarabağ  xalçaları,  xüsusən  "...  misli-bərabəri  olmayan"  Bərdə 
xalçaları haqqında məlumat verir. X əsr ərəb müəllifləri Əl-İstəxri Bərdədən 
Hindistana  ixrac  edilən  qızılı  boyaq  maddəsi  (boyaqotu),  Əl  Müqəddəsi, 
Gövhəl isə al-qırmızı boya alınan və hətta Avropaya ixrac edilən "qırmız" 
adlı xüsusi qurdlar barədə məlumat verirlər. 
Xalça  məmulatlarından  götürülmüş  ornamentlərə  epiqrafik 
abidələrdə,  xüsusən  qəbir  daşlarında  tez-tez  təsadüf  edilir.  Laçın 
rayonundan,  Sisyan  rayonunun  Urud  kəndindən  və  Abşerondan  tapılmış 
qəbir  daşlarında  xalçaçılıqda  istifadə  olunan  toxuculuq  dəzgahları  və 
alətlərinin  təsvirinə  də  rast  gəlinir.  Azərbaycan  Xalçası  və  Xalq  Tətbiqi 
Sənəti  Dövlət  Muzeyində  XV-XVI  əsrlərə  aid  bir  neçə  belə  qəbirdaşı 
saxlanılır. 
Xalçalar haqqında məlumata xalq folklorunda, dastanlarda, o cümlədən 
qədim  Azərbaycan  ədəbi  abidəsi  "Kitabi-Dədə  Qorqud"da  tez-tez  rast  gəlinir. 
Dastanda  oğuz  məclislərini  və  təntənələrini  "min-min  ipək  xalçanın" 
zinətləndirdiyindən bəhs olunur.  XI-XII  əsr  klassik  Azərbaycan ədəbiyyatında  xalçaların rəngarəng  təsvirlərini 
Nizami  Gəncəvi  və  Xaqani  Şirvani  kimi  dahi  Azərbaycan  şairləri  də  əbədi  yaddaşa  köçürmüşlər.  Poeziyada, 
dekorativ təsvirin sözlə qovuşuğunda mütəfəkkirlərin xalçaçılığa marağı onun Azərbaycan xalqının mədəniyyətində 


91 
 
necə mühüm yer tutan sosial və milli fenomen daşıyıcısı olduğunu göstərir. Orta əsr Avropa səyyahlarının yazılarında 
da  Azərbaycan  xalçaları  haqqında  maraqlı  məlumatlar  vardır.  Təbrizdə  istehsal  olunan  nadir  parçalar  haqqında 
XIII  əsrdə  Marko  Polo  xəbər  vermişdir.  Genuya  tacirləri  həmin  parçaları  Avropaya  aparırdılar.  Dərbənd, 
Şamaxı,  Naxçıvan  və  digər  şəhərlərdə  olmuş  flamand  Rubruk  qeyd  etmişdir  ki,  burada  çox  yaxşı  xalçalar 
istehsal  olunur.  Azərbaycan  Ağqoyunlular  dövlətinin  (XV  əsr)  hökmdarı  Uzun  Həsənin  sarayında olan  gözəl 
xalçalar  barədə  venesiyalı  Ambrozio  Kontarini  xəbər  verir.  Səfəvi  hökmdarı  I  Şah  Abbasın  sarayında  olmuş 
alman imperatoru II Rudolfun elçisi Tektander Təbrizi təsvir edərkən bildirir ki, burada çoxlu məscid var və 
bunların döşəmələrinə gözəl xalçalar salınmışdır. I Şah Abbasın sarayındakı qəbuldan danışarkən o, yenə belə 
xalçalardan  söhbət  açır.  Lakin  orta  əsr  Azərbaycan  cəmiyyətində  xalça  təkcə  yüksək  təbəqələrin  həyatını 
bəzəmirdi. Belə ki, XVI əsrdə Şirvanda olmuş ingilislər - Bannister 
və Duket yazırlar ki, ən sadə adamlar arasında da eləsi tapılmaz ki, 
xalçası  olmasın;  onların  evlərinə,  yaxud  da  oturduqları  otaqlara 
başdan-başa  xalçalar  döşənib.  Şirvanda  olmuş  əcnəbi  səyyahlar  - 
Antoni  Cenkinson,  Artur  Edvardes,  Tomas  Beanister,  Çevri  Deket 
XVI  əsr  Azərbaycan  haqqında  dəyərli  məlumat  vermişlər. 
A.Cenkinson Şirvan bəylərbəyi Abdulla xanın qəbulunu belə təsvir 
etmişdir: "...Onun çadırının bütün döşəməsi bahalı gözəl xalçalarla 
örtülmüşdü,  onlar  özləri  isə  qızıl  və  gümüş  saplarla  naxışlanmış 
kvadratşəkilli  xalçalar  üstündə  oturmuşdular".  Xalçalar  haqqında 
dəyərli  məlumatlara  XVII-XVIII  əsr  səyyahlarının  yazılarında  da 
rast gəlirik. Dərbənddən Bakıya, sonra isə Şamaxıya gəlmiş alman 
Adam  Oleari  qeyd  edir  ki,  kəndlilərin  evləri  çox  səliqəlidir  və 
döşəmələri xalılarla örtülüdür. 1715-18-ci illərdə Rusiyada işləyərkən Dərbənddə, Bakıda, Şamaxıda və Təbrizdə 
olmuş şotlandiyalı həkimin qeydlərində də oxşar məlumatlar vardır. XIX əsrdə Azərbaycanda olmuş səyyahların, 
məmurların,  mütəxəssis-etnoqrafların  və  digər  tədqiqatçıların,  demək  olar  ki,  hamısında  əhalinin  bütün 
təbəqələri tərəfindən işlədilən çoxlu miqdarda gözəl xalçalar barədə məlumata rast gəlirik. 
Yazılı mənbələrin təhlili belə bir qənaətə gəlməyə imkan  verir ki, bütün orta  əsrlər dövrü ərzində və 
sonrakı dövrlərdə də Azərbaycan xalçaları ixracat obyekti olmuş, həm Yaxın Şərq, həm də Avropa ölkələrinə 
aparılmış  və  tezliklə  orada  avropalıların  məişətinə  daxil 
olmuşdur. 
XV-XVI  əsrlərdə  avropalıların  məişətinə  nüfuz 
edən  Azərbaycan  xalçaları  bir  çox  Avropa  rəssamlarının 
tablolarında əks olunmuşdur. Qarabağın "Muğan" xalçasını 
Hans  Memlinqin  (XV  əsr)  "Məryəm  körpəsi  ilə"  və  "Bir 
gəncin  portreti"  tablolarında  görürük.  Gəncə-Qazax 
xalçaları alman rəssamı Hans Holbeynin (XVI əsr) "Elçilər" 
rəsmində  təsvir  olunmuşdur.  Azərbaycan  xalçası 
venesiyalı  rəssam  Karlo  Krivellonun  (XV  əsr) 
"Müqəddəs  Sebastyan"  tablosunda  əks  etdirilmişdir. 
Azərbaycan  xalçalarının  təsvirinə  rəssam  Domeniko  de 
Bartolonun  Siyena  şəhərində  Santa-Mariya  kilsəsindəki 
"Findlinqin  toyu"  freskasında,  Domeniko  Moronenin 
"Müqəddəs  Fomanın  doğulması"  rəsmində,  Fransadakı 
"Kərgədanla  xanım"  (XV  əsr)  əsərində,  Avropa  və  rus 
rəssamlarının bir çox digər əsərlərində də təsadüf olunur. 
Azərbaycan  xalçalarının  yüksək  populyarlığını,  onların  estetikasını,  güclü emosional  təsir  doğurmaq 
xüsusiyyətini  İstanbuldakı  "Türk  və  İslam  əsərləri"  muzeyində  saxlanan  XIII  əsr  Qarabağ,  Şirvan,  Gəncə 
xalçalarında görmək olar. 
Azərbaycan  xalçasının  yüksək  estetikası  Avropa  rəssamlarından  daha əvvəl  Azərbaycanın  miniatürçü 
rəssamları  tərəfindən  qiymətləndirilmişdir.  Azərbaycan  xalçalarının  təsvirlərinə  XIII-XIV  əsrlərə  aid  Təbriz 
miniatürlərində rast gəlinir. Bu miniatürlərdə əks etdirilmiş ornamentlər, kompozisiya prinsipləri, rəng həlli bu 
gün də Şirvan, Qarabağ, Quba və Təbriz xalçalarının bir çoxunun əsasını təşkil edir. Eyni zamanda xalçaçılıq 
sənəti artıq o dövrdə qədim ənənələri qoruyub saxlamaqla yanaşı, Uzaq Şərq incəsənətinin fantastik obrazlarını - 
əjdaha, bulud və s. təsvirləri də əks etdirir. Yeni və ənənəvi əsasların ahəngdar şəkildə uzlaşması Azərbaycan 
xalçasının daim inkişafda olduğunu göstərir. 
Azərbaycan  xalça  sənəti  özünün ən  parlaq  yüksəliş  dövrünü  orta  əsrlərdə  yaşamışdır.  Bu  baxımdan 
Azərbaycan xalçaçılığının və bütünlükdə dekorativ-tətbiqi sənətinin klassik və ya "qızıl dövrü" XV-XVI əsrlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə