Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.

səhifə5/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   94


 
Azərbaycan  xalq  musiqi  alətləri  müxtəlifliyi  ilə  seçilir.  Nəfəs 
alətlərindən  tütək,  balaban,  zurna,  simli-mizrablı  alətlərdən  saz,  tar,  qanun 
(kanon), ud, simlika-manlı alətlərdən kamança, zərb alətlərindən dəf, nağara, 
qoşanağara geniş intişar tapmışdır. Orta əsrlərdə Azərbaycanda qopuz, rübab, 
tənbur,  setar,  çahartar,  şeştar,  bərbət,  çəng,  pandur,  santur,  nüzhə,  muğni 
(simli),  nəfır,  şeypur,  ney,  ərğənun,  musiqar,  kərrənay  (nəfəs),  təbil,  nağara, 
kus,  dəf,  dümbək,  xalxal,  sinc,  zəng,  kasə  (zərb)  və  s.  musiqi  alətləri 
olmuşdur.  
XIX  əsrin  axırlarında  zəngin  neft  yataqlarına  malik  olan  Bakı  iri 
sənaye mərkəzlərindən birinə çevrildi. Bu, ölkənin ictimai-mədəni həyatını da 
zənginləşdirdi.  Əhalinin  sosial  quruluşu  dəyişdi,  yeni  siniflər  (burjuaziya, 
proletariat, milli ziyalılar) yarandı. Bu dövr tarixdə xalqın milli dirçəlişi, yeni 
milli mədəniyyətin təşəkkülü dövrü kimi tanınmışdır. Zəngin ənənələrə malik 
xalq  və  professional  musiqi  mədəniyyəti  olan  Azərbaycanda  Avropa 
musiqisinə, onun forma və janrlarına böyük maraq formalaşmışdır. Qabaqcıl 
maarif  və  mədəniyyət  xadimləri  Avropa,  rus  mədəniyyətinin,  musiqisinin 
ənənələrinə  yiyələnməyin  əhəmiyyətini  dərk  etmiş,  bu  yolda  ilk  addımlar 
atmışlar. Azərbaycan musiqisini dünya mədəniyyəti məcrasına yönəltmək, onu geniş təbliğ etmək maarifpərvər 
ziyalıların  əsas  vəzifəsi  oldu.  19  əsrin  axırlarında  aşıq  sənəti,  muğam  ifaçılığı  (xanəndə  sənəti),  sazəndə 
ansamblları  geniş  vüsət  aldı.  Musiqinin,  muğam  sənətinin  inkişafında  müxtəlif  şəhərlərdə  fəaliyyət  göstərən 
musiqi-ədəbi  məclislər,  cəmiyyətlər,  dərnəklər  mühüm  rol  oynadı  (Şamaxıda  Mahmud  ağanın,  Seyid  Əzim 
Şirvaninin  "Beytüs-Səfa"; Şuşada Xarrat  Qulu Məhəmməd  oğlunun,  M.M.Nəvvabın,  Xurşud  banu  Natəvanın 
"Məclisi-üns", Bakıda Məşədi Məlik Mənsurovun). XIX əsrin 80-ci illərində M.M.Nəvvab yaratdığı "Məclisi-
fəramuşan"  məclisində  musiqinin  estetik  problemləri,  ifaçılıq,  muğam  sənəti  müzakirə  olunurdu.  Məclisə 
məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İslam Abdullayev, S.Şuşinski, Sadıqcan və başqa daxil 
idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Hacı Hüsü muğamları bilən müsiqişünas və alim olmuş, 
bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamlar yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX əsrin 
böyük  tar  ustadı  olmuş,  tarı  rekonstruksiya  edərək  müasir  tarı  yaratmışdır.  Məşədi  Zeynal,  Məşədi  Cəmil 
Əmirov, Şirin Axundov, Qurban Pirimov 
bu məktəbin davamçılarıdır. 
Bu  dövrdə  muğamat,  aşıq 
musiqisi,  xalq  musiqisinin  digər  janrları 
yalnız  məclislərdə,  toylarda,  xalq 
şənliklərində  deyil,  şəhər  səhnələrində, 
tələbə konsertlərində, dram tamaşalarının 
antraktlarında  səslənmişdir.  Tədricən  bu 
musiqi  proqramları  ayrılaraq  "Şərq 
konsertləri"  adı  ilə  məşhurlaşmışdır. 
Konsertlərdə 
Azərbaycan 
musiqisi 
Avropa musiqi alətlərində də ifa edilirdi. 
1897-ci  ildə  Bakıda ilk  simfonik  konsert 
səsləndi.  80-90-cı  illərdə  xarici  musiqi 
ifaçılarının 
qastrollarının 
böyük 
əhəmiyyəti  oldu.  1889-cu  ildə  Tiflis 
opera  teatrının  truppası  rus  və  xarici  opera  əsərlərini  ifa  etdi.  Məşhur  rus  müğənnisi  Fyodor  Şalyapinin 
qastrolları  xüsusi  maraq  doğurdu.  1897-1900-cü  illər  ərzində  antreprenyorlar  tərəfindən  yaradılmış  opera 
truppası  fəaliyyət  göstərirdi.  "Şərq  konsertləri"  ilə  yanaşı  ilk  milli  musiqi-səhnə  tamaşaları  yaranırdı.  İlk 
musiqili  səhnəciklər  klassik  Şərq  poeziyasından  götürülmüş  süjetlərə  əsaslanırdı.  Belə  tamaşalardan  biri  də 
1897-ci  ildə  Şuşada  Əbdürrəhim  bəy  Haqverdiyevin  rəhbərliyi  ilə  "Məcnun  Leylinin  məzarı  üstündə"  adlı 
musiqili səhnəcik idi (Məcnun - Cabbar Qar-yağdı oğlu, Leyli - Əhməd Ağdamski). XIX əsrin sonu - XX əsrin 
əvvəllərində Bakıda Həsən bəy  Zərdabinin təşəbbüsü ilə ilk "Müsəlman dramatik truppası" yaradılır. Hüseyn 
Ərəblinski,  Hüseyn-qulu  Sarabski,  Cahangir  Zeynalov,  Mirzağa  Əliyev,  Sidqi  Ruhulla  kimi  teatr 
korifeylərindən ibarət olan bu truppanın köməyi ilə ilk Azərbaycan operaları səhnəyə qoyulmuşdur. Truppanın 
qoyduğu  dram  tamaşalarının  musiqi  tərtibatı  xalq  musiqisindən  ibarət  olub,  əsasən,  antraktlarda  səslənirdi, 
ifaçıları "sazəndələr triosu", xanəndə və aşıqlar idi.  


10 
 
XX  əsrin  əvvəllərində  maarifçi  cəmiyyətlərin  ("Nicat")  fəaliyyəti  xüsusi  əhəmiyyət  daşıyırdı.  Xalqın 
təhsilinə,  mədəni-maarif  ocaqlarının,  milli  musiqi  ənənələrinin  inkişafına  xüsusi  fikir  verilirdi.  Bu  dövrdə 
Azərbaycanın  musiqi  həyatı  daha  da  canlanır.  Məşhur  rus  ifaçıları  Sergey 
Prokofyev,  Sergey  Raxmaninov,  müğənnilər  Antonina  Nejdanova,  Leonid 
Sobinov  qastrol  səfərlərinə  gəlirlər.  1900-cu  ildə  Antonina  Nikolayevna 
Yermolayeva  Bakıda  ilk  musiqi  məktəbi  açır.  Bura  Rusiyadan  tanınmış 
musiqi müəllimləri cəlb edilir (bu ənənə sonralar konservatoriya və musiqi 
təhsili  ocaqlarında  davam  etdirilir).  Musiqi  məktəbində  fortepiano  şöbəsi, 
instrumental,  xor  və  vokal  siniflər  var  idi.  Məktəbin  müəllimləri  tədris 
prosesi ilə yanaşı maarifçiliklə də məşğul olub, kamera və xor musiqisindən 
ibarət  konsertlər  təşkil  edirdilər.  Moskva  və  Peterburqdan  ifaçılar  dəvət 
edilirdi. Rus, Avropa kamera musiqisi, Azərbaycan xalq musiqi işləmələri 
səslənən  bu  konsertlər  tamaşaçıları  geniş  və  maraqlı  proqramla  tanış  edir, 
Azərbaycanın  musiqi  həyatında  mühüm  rol  oynayırdılar.  Əsası  ilk  musiqi 
məktəbində qoyulan kamera musiqisi konsertlərinin ənənəsi 20 əsrin 20-30-
cu illərində davam etdirilir. 1901-ci ildə A.N.Yermolayevanın təşəbbüsi ilə 
Rus  Musiqisi  Cəmiyyətinin  Bakı  şöbəsi  açıldı.  XX  əsrin  əvvəllərində 
ictimai-siyasi  və  mədəni  yüksəliş  şəraitində  Üzeyir  Hacıbəyov  müasir 
Azərbaycan  professional  musiqi  mədəniyyətinin  özülünü  qoydu  və  şifahi 
ənənəli  milli  sənətlə  bəstəkar  yaradıcılığının  sintezini  yaratmaqla  Şərq  və 
Qərb  mədəniyyətinin  fəal  qarşılıqlı  təsirinə  səbəb  oldu.  Ü.Hacıbəyovun  yaradıcılığında  milli  bəstəkar 
musiqisinin, demək olar ki, bütün janrlarının təməli qoyulmuşdur (opera, musiqili komediya, simfonik musiqi, 
kantata, romans-qəzəl, kütləvi mahnı və başqa). Yeni Azərbaycan musiqisinin formalaşması azadlıq ideyalarmı, 
yüksək mənəviyyatı təsdiq edən musiqili teatrdan başlandı. Ü.Hacıbəyov 1908-ci ildə tamaşaya qoyulan "Leyli 
və Məcnun" operası ilə həm milli operanm, həm də bütün müsəlman Şərqində opera sənətinin, muğam-opera 
janrının əsasını qoydu. Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poeması və xalq musiqi janrlarına (muğam, 
mahnı,  rəqs)  müraciət  etmiş,  dövrün  əhvali-ruhiyyəsi,  xalqın  mənəvi  tələbləri  ilə  səsləşən  səhnə  əsəri 
yaratmışdır. Bəstəkarın başqa erkən operaları - "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas 
və  Xurşud  banu"  (1912),  "Əsli  və  Kərəm"  (1912),  "Harun  və  Leyla"  (1915)  operaları  da  bu  janrdadır.  Bu 
operalarda  əsas  musiqi-dramaturji  vəzifəni  muğamlar  daşıyır.  Muğamlar  qəhrəmanların  obrazlarını  açmaqla 
ənənəvi musiqi səhnə formalarını əvəz edir. Operalarda xordan geniş istifadə edilmişdir (xorun musiqisi müəllif 
tərəfindən bəstələnmiş və ya xalq melodiyaları əsasında yaradılmışdır). 
Ü.Hacıbəyov  sosial-məişət  mövzularında  yazdığı  operettalarının 
musiqisini ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan", 
1913)  xalq  havalarına  əsaslanaraq  bəstələmiş  və  dahiyanə  əsərlər  yaratmışdır. 
Onun "Arşın mal alan" operettası dəfələrlə ekranlaşdırılmış, ingilis, alman, çin, 
ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilmiş, dünyanı 
gəzərək,  Moskva,  İstanbul,  Nyu-York,  Paris,  London,  Tehran,  Qahirə,  Pekin, 
Berlin,  Varşava,  Sofiya,  Budapeşt,  Buxarest  və  digər  şəhərlərdə  tamaşaya 
qoyulmuşdur. 
Yeni  Azərbaycan  musiqi  mədəniyyətinin  təşəkkülü  və  inkişafında 
Müslüm  Maqomayevin  mühüm  xidməti  olmuşdur.  Bəstəkar  operalar  ("Şah 
İsmayıl", 1916; "Nərgiz", 1935 və s.), simfonik əsərlər, kütləvi mahnılar müəllifi 
kimi  bu  janrların  inkişafına  böyük təsir  göstərmiş,  kino  və  dramatik  əsərlərə 
musiqi yazmış, xalq musiqi folklorunu toplayıb tədqiq etmiş, Azərbaycanda ilk 
peşəkar  opera  dirijoru  kimi  opera  ifaçılığı  sənətinin  inkişafında  müstəsna  rol 
oynamışdır. 
Azərbaycanın  ilk  bəstəkarlarından  biri  də  Zülfüqar  Hacıbəyovdur.  O, 
"Aşıq Qərib" (1916) operasının, "Əlli yaşında cavan" (1909), "Evliykən subay" (1911) musiqili komediyalarının 
müəllifidir. 
Demokratik-inqilabi  hərəkat  dövründə  Azərbaycan  musiqili  teatr  sənətinin  inkişafında  H.Sarabski, 
Ə.Ağdamski, M.Əliyev, Məmməd Hənifə Terequlov kimi görkəmli müğənni-aktyorların fəaliyyəti müstəsnadır. 
1920-ci ildə xüsusi qərarla teatrlar dövlət teatrları statusu aldı. 1925-ci ildə Azərbaycan opera heyəti dramatik 
heyətdən  ayrıldı,  rus  opera  heyəti  də  ona  birləşdirildi.  Bu  da  Azərbaycanda  opera  sənətinin  inkişafına  təkan 
verdi.  Opera  teatrının  Azərbaycan  heyətinə  görkəmli  sənətkarlar  H.Sarabski,  M.Terequlov,  Ə.Ağdamski, 
Hüseynağa Hacıbababəyov, Qurban Pirimov (tar), sonradan Bülbül, M.Bağırov, ilk azərbaycanlı peşəkar qadın 
müğənni Şövkət Məmmədova daxil idilər. Daha sonra opera səhnəsinə Qənbər Zülalov, Xurşid Qacar, Sürəyya 
Qacar,  Cahan  Talışınskaya  və  başqaları  gəldilər.  Yeni  musiqi  təhsil  ocaqları  -  Azərbaycan  Dövlət 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə